hacklink Adalet.az | SURİYA TÜRKMƏNLƏRİNİ DÜŞÜNƏRKƏN Adalet.az | SURİYA TÜRKMƏNLƏRİNİ DÜŞÜNƏRKƏN Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

SURİYA TÜRKMƏNLƏRİNİ DÜŞÜNƏRKƏN

46469    |   2015-10-03 09:04
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Uzun müddətdir bu mövzuda öz fikirlərimi şərh etmək istəyirdim, ancaq heç cürə əlim gəlmirdi. Çünki "Türkmən" adı çəkiləndə ürəyimə sanki tikan batır. İraq torpaqlarında dörd milyon yarım Türkmən yaşayırdı, yaşayırdı deməyimin səbəbi var. Səddam əliqanlı qatil olsa da, diktator olsa da İraqın torpaq bütövlüyü saxlanırdı. Diktatura şəraitində olsa da xalq o idarəyə özünü uyğunlaşdırıb öz od-ocağında yaşayırdı. Türkiyə Türkcəsi ilə desək "əhvəni şərdi".
Amerika-İngiltərə-İsrail triosu, fikirləşdikləri yeni Orta Şərq siyasətini həyata keçirdi. Onlar bu siyasəti həyata keçirərkən bir vaxtlar İngiltərə və Amerika tərəfindən əlbirliyi ilə taxda çıxarılan Səddamı, öz vətəndaşlarının əliylə asdırıb aradan götürdülər. Sonrasında isə İsrailin irəlidəki qaravulu (forpost) olacaq Qüzey İraq Kürd idarəsi yaradıldı. Bunun yaradılmasında daha bir ayrı məqsəd var, onu sonrakı bir yazımda işiqlandırmağa çalışacağam. Yenə adını bir az öncə çəkdiyim həmin trionun əli ilə İŞİD deyə adlandırılan bir terror təşkilatı yaradılıb İslam dünyası deyilən adı var olub özü siyasi anlamda yoxa çəkilmiş bir coğrafiyanın canına daraşdırıldı. İŞİD terrorçularının əli ilə kəndlər, şəhərlər dağıdıldı, ocaqlar söndürüldü, dağıdılmağa, söndürülməyə də davam edilir. Əslində bu coğrafiyada ABŞ-İngiltərə-Avropa ilə Rusiya-Çin bloklarının qüdrəti çarpışır. Suriyadan, İraqdan, Əfqanıstandan başını götürüb qaçan on minlərlə yazıq isə Avropaya canını atmaq yolunda zəli və zəbundur.
İraqda bir vaxtlar yaşayan dörd milyon yarım Kərkük Türkmənlərindən bu gün nə qədər qalıb orda yaşayır tam mənası ilə məlum deyil.
İraqın qonşuluğunda Birinci Dünya Müharibəsi sonrasında İngiltərənin əli ilə eynən İraqda olduğu kimi həmin müharibədən sonra yaradılan qondarma Suriya dövlətində yaşayan Türkmənlərin sayı üç milyon yarımdı. Ancaq indilərdə onların nə qədəri hələ də öz doğma vətənlərində yaşayır bilinmir.
Suriya Türkmənləri, Səlcuqlar dövlətinin və Kirman Səlcuqlularının nəvə-nəticələridi və min ildən artıq bir vaxtdan bəri orda yaşayırlar. 11-ci əsrdən bəri o bölgənin hakimiyyəti daim Türkmənlərin əlində olub, ancaq Osmanlı İmperiyası İngiltərə-Fransa və Rusiyanın rəhbərliyi altında dağıdıldıqdan sonra Suriya Türkmənlərinin taleyi dönüb.
Camal Əbdülnasirin 1952-ci ildə yaratdığı Azad Zabitlər Təşkilatı vasitəsilə hakimiyyəti öz əlinə keçirərək Misirdə iki il geri planda qalıb ölkəni idarə etməsi, sonra da idarənin cilovunu tamamilə əlinə almasıyla birlikdə Ərəb dünyasında "Ərəb Millətçiliyi" ideyasını sürətlə yaymağa başladı. Suriyada bunun nəticəsi olaraq 13 noyabr 1970-ci ildə Hafiz Əsədin hakimiyyəti əlinə keçirməsi ilə burada yaşayan Türkmənlərin də qara günü başladı.
Hafiz Əsəd, Suriyada yaşayan Türkmənləri daimi olaraq Türkiyənin casusu gözündə gördü, xüsusilə ziyalılarının xalqı oyada biləcək hər bir hərəkətini nifrət psixolojisi ilə sındırdı. Suriya anayasasına görə orda bir xalq yaşayırdı və onun adı "Ərəbi Suri" idi, yəni suriyalı Ərəb vəssalam. Hafiz Əsədin rəhbəri olduğu Bəəs Partiyasının əsl məqsədi Suriya coğrafiyasında yaşayan qeyri-ərəb xalqları tamamilə assimilyasiya etməkdi. BƏƏS Partiyası bu siyasətində müəyyən qədər uğurlu da oldu. Məsələn, bu gün Xumus bölgəsində yaşayan Türkmənlərin yalnızca soyadları Türkcədir və dilimizi o qədər də yaxşı danışa bilmirlər. Hələb bölgəsində yaşayanlar Türkiyənin Qaziantəp və Kilis bölgəsinin dialekti, Təl Abyad və Rakka bölgəsində yaşayanlar Urfa dialekti, Bayır Bucaq bölgəsində yaşayanlar Hatay vilayətinin Yayladağ dialekti, Dəməşq bölgəsindəkilər isə Anadoluda danışılan Türkcədən bir az fərqli şəkildə danışırlar. Ancaq bunlar öz ana dillərini də, öz mədəniyyətlərini də hər yönüylə qoruyublar, lakin Xumus bölgəsindəkilər üçün bunu deyə bilmirik.
Ərəbləşdirmə siyasəti səbəbi ilə uzun illər Suriya hakimiyyətində söz sahibi olmuş Atasilər, Çiçəkçilər, Qüvvətlilər bu gün özünü artıq Türkmən saymır və tamamilə ərəbləşib. Üç milyon yarım Türkməndən bu gün ancaq bir milyon yarımı öz ana dilində danışır və özünün Türkmən olduğunun fərqindədir. Özünün Türkmən olduğunu bilən ancaq ana dilində danışa bilməyənlərin sayı isə bu gün iki milyondur.
Türkiyənin 1970-li illərə kimi öz daxili dünyasıyla cəbəlləşməsi, elmi, texnoloji, iqtisadi və siyasi anlamda yer tutduğu coğrafiyada öncül bir siyasət xəttində yeriyəcək gücdə olmaması deməyək, Atatürkün bir prinsip kimi miras buraxdığı "Yurtda sülh, cahanda sülh" ideyasının dövlət siyasətində hakim bir ünsür kimi həyata keçirilməsi ilə ətrafında yaranan hadisələrə müdaxilə etmədi. Bu vəziyyət haçana kimi davam edəcək, doğma bacı-qardaşlarımıza haçan arxa olacayıq sualına düzgün cavab verə bilməməyim şəxsən məni çox incidir. Müəyyən siyasi şəxslərin Ərəbləri, nəinki Ərəb coğrafiyasında yaşayan və on illərdir bəşəriyyət dramı ilə üzləşən soydaşlarımızı, Qafqazda, Türküstanda (Orta Asiya), Balkanlar və digər yerlərdə yaşayan qardaşlarımızdan daha çox sevmək kimi axmaq bir siyasət yolunu izlənməsi isə məni, mənim kimi düşünənlərdən daha çox ulu əcdadımızın ruhunu incidir.
Bu gün İraqda və Suriyada yaranan bəşəriyyət dramı, dünyada akuallaşmış dövlətlərin hidro-karbon və təbii qaz əhtiyatlarına, dünyanın Ərəb Yarımadası kimi önəmli strateji bölgəsinə hakim olmaq üçün yeritdikləri siyasətin təbii nəticəsidir.
Cəngəl qanununun hakim olduğu bir dünyada yaşayırıq, bu dünyada da, özgələrini əzmək üçün yox, əzilməmək üçün güclü-qüdrətli olmağa məcbur deyil, məhkumuq.




YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK