ANA SƏHİFƏ / YAZARLAR

GÜLLƏDƏN, YOXSA ƏSƏBDƏN ÖLMƏK YAXŞIDI?

240942    |   2015-09-05 02:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Son zamanlar Qarabağa Suriyadan yezidi kürdlərin və ermənilərin axınına və bu yerləşdirmənin təşkilatçıları hegemon ölkələr və onların tulası olan Ermənistanın həyasızlığına, damarında türk qanı axan heç kəs laqeyd qala bilmir. İstər ailəsi ilə birgə yaşamaq üçün Qarabağı seçmiş rus milyarder, iş adamı German Sterliqovun insanın sinirlərini oynadan sözləri olsun, istər dünya birliyinin ATƏT-in Minsk qrupunun kağız üzərindəki qətnamələrini heçə sayan dünya dövlətlərinin bu məsələylə (çevir tatı-vur tatı, məzələnmək - F.R) münasibəti olsun, istər başımızın üstündən saymazyana keçən məşhur dünya ulduzlarının səfərləri olsun - fərq etməz, - hamısı heysiyyatımızı tapdalayan, bizi mənən əzən, özümüzə sayqımızı azaldan, özümüzü öz gözümüzdən salan məsələlərdi. Azıx mağarasında son zamanlar baş verən olaylarsa içində vətəndaşlıq, təəssüb hissi olan adamları az qala dəlilik həddinə gətirir.
Modern.az saytı xəbər verir ki, ermənilərə məxsus sosial şəbəkələrdə Azıx mağarasında aparılan qanunsuz ekspedisiya işlərini özündə əks etdirən ən yeni fotolar yerləşdirilib. Bu fotolardan məlum olur ki, əraziyə dəvət etdiyi beynəlxalq arxeoloqlar qrupunun köməyilə Azıx mağarasının altını üstünə çevirən Ermənistan rəhbərliyi növbəti fitnəkar əməllərə imza atmaqdadır. Hazırda Azıx mağarasında qazıntı ilərini davam etdirən beynəlxalq arexeoloqlar qrupuna Ermənistan, İngiltərə, İrlandiya və İspaniya alimləri daxildir. Beynəlxalq tədqiqatçılar qrupuna İspaniyanın Madrid şəhərində yerləşən Təbiət Elmləri Milli Muzeyinin əməkdaşı Yolanda Fernandez-Jalvo və Ermənistan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutunun əməkdaşı Levon Yepiskopyan başçılıq edirlər.
Verilən məlumatlardan belə məlum olur ki, ermənilər Azıx mağarasındakı ekspedisiya işlərinə təkcə əcnəbi ailmləri cəlb etməyiblər, bura həm də xarici elm ocaqlarında təhsil alan aspirantlar, dissertantlar və eyni zamanda jurnalistlər dəvət olunublar.
Ekspedisiya qrupu Azıx mağarasındakı son qazıntılar nəticəsində dünya elminə gərəkli olan çoxlu qiymətli materiallar aşkar edib. Şübhəsiz ki, bu tapıntılar dünyaya erməni maddi tarixi-mədəniyyət nümunələri kimi təqdim ediləcək.
İşğal altındakı Fizuli şəhərindən 16 km aralıda yerləşən, Quruçay sahilindəki məşhur Azıx mağarası ibtidai insanların yaşayışını, məişətini və dünyagörüşünü tədqiq etmək baxımından həmişə alimlər üçün böyük maraq kəsb edib.
Hazırda Qarabğdakı separatçı rejimin nəzarəti altında olan Azıx mağarasında qanunsuz tədqiqat işləri 1999-cu ildən başlayaraq bu günümüzdə də davam etdirilir.
300-350 min il bundan əvvəl yaşamış insanların izləri, alətləri və qədim heyvanların aşkar olunmuş sümükləri ekspedisiyanın sonunda Ermənistan və Qərb ölkələrinin muzeylərinə göndərilir.
Hə, necədir, bu barədə məlumatı olmayıb, indi eşidənlər? Sizin də ürəyiniz partlamaq həddinə gəldimi? Nə oraya dəvət olunanlar, nə bu torpağın kimə məxsus olduğunu çox yaxşı bilən dünya birliyi səsini çıxarmır. Sizcə niyə? Çünki onlar üçün fərqi yoxdur, o səs bizdən çıxmalıdı, özü də bağıra-bağıra dünyaya sübut etməliyik buna haqqımız olduğunu. ATƏT-in Minsk qrupunun qətnamələri, erməni soysuzlarının çox da uzaq zaman deyil, XVll-XVlll əsrdə torpaqlarımıza xərçəng kimi yoluxdurulduğu zaman sənədlərdə, arxivlərdə əyani sübut kimi əlimizdə olduğu halda və erməni vandallarının bu dərəcədə aşırı həyasızlığını görə-görə, hələ də özümüzü aldadaraq ədalətin zəfər çalacağını sadəlövhcəsinə gözləyirik. Torpaqlarımız işğal olundu, qız-gəlinlər əsir götürülüb olmazın əzablara düçar oldular, gənclərimiz baharını yaşamadan başları kəsildi, ağbirçək, ağsaqqallarımız təhqir olundu, musiqimiz, mətbəximiz, tarixi abidələrimiz, ədəbiyyatımız... yağmalandı. Haqqımızın bundan artıq necə tapdanması lazımdır ki, hərəkətə gələk! Qisas deyək, düşmənə layiqli cavabını verək. Sülhmü istəyirik? Kimə lazımdı bu miskin sülh?
Torpaqlarımızı savaşla, müharibəylə geri almaq ən doğru yol deyilmi? Nə qədər amansızca səslənsə də, müharibənin başlanmasını istəyirəm. Müharibə sevincini yaşamaq istəyirəm. Məntiqcə bir-birinə uymayan iki sözün birləşməsi bəlkə çoxunu təəccübləndirəcək. Amma uzun müddət əlimizdən çıxan torpaqlarımızda at oynadan dığaların hoqqalarını gördükcə, özbaşınalıqları haqda eşitdikcə az qala partlayan ürəklə haldan-hala düşdükcə müharibənin başlamasını çox istəyirəm və inanın, həqiqətən bu xəbərin sevincini yaşamaq istəyirəm. Əvvəl müharibənin başlanması sevincini, sonra da qələbənin xəbərini ki, buna tam əminəm. Xalqımız bu qədər cılız, qorxaq, qeyrətsiz... deyil. Haqqını da, namusunu da, torpağını da, qızını-qadınını da qorumağa qadirdir. Bəs nəyi gözləyirik? Yenə eyni sözlərmi - hegemon dövlətlər... Rusiya, Fransa, Amerika... "siyasət düşündüyümüz kimi asan məsələ deyil", filan, bəsməkan. Anladığım və arzuladığım yalnız bircə şey var - hücum edib o torpaqları geri almaq, başqa sözlər artıq ürəyimi bulandırır.
Bir xəbər əsəbimin üstünə bir az su səpən kimi oldu. Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun ANS-ə müsahibəsində deyilir: "İndiki halda danışıqlar belə davam etsə, danışıqlar imitatsiyası altında Ermənistanın bu qeyri-konstruktiv mövqeyi davam edərsə, BMT Təhlükəsizlik Şurasının üzvləri və bütövlükdə BMT Ermənistana təzyiq göstərməsə, müharibə qaçılmazdır. Azərbaycan heç bir zaman torpaqlarının itirilməsi ilə barışmayacaq. Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır...".
1988-ci ildən bəri səbr edirik. Hələ ondan əvvəli demirəm. Doğrudu, Allah səbrli insanları sevir. Amma həm də müqəddəs kitabda haqqını, torpağıını, ləyaqətini... qorumağı da tövsiyə edir. Biz qoruya bilmədik və səbrimiz də çooox genişdi. Səbəb nə olursa olsun, nəticəyə biz öz gücümüz, istəyimiz, təpərimizlə gəlməliyik.
Bəli, hiyləgərlikdə tülkünü, yaltaqlıqda çaqqalı arxada qoyan, meymunun çənə sümüyünü tapıb, bu mənim ulu babamın çənəsidir deyərək dünyaya haray salan, bu torpağın onlara məxsus olduğunu bəyan edən həyasız erməni indi Azıx mağarasından sonra nələr edəcək, deyəcək, yazacaq - hətta bu həyasızlıqla Azıx mağarasındakı eksponatlarla bizim sonradan gəlmə olduğumuzu da "sübut" da edə biləcəklər, hazır olun! Validol, karvolol, valerian... əlinizin altında olsun, lazım olacaq. Tabut da ola bilər... bəlkə bu kimi xəbərlərə əsəbiləşərək evdə ürək tutmasından ölməkdənsə, cəbhədə mərdanə ölmək daha yaxşıdı?



YAZARIN ARXİVİ

2018-09-14 : ŞİLLƏTERAPİYA
2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-10-24
2018-10-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK