Adalet.az | ADDA-BUDDA BİR YAZI Adalet.az | ADDA-BUDDA BİR YAZI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ADDA-BUDDA BİR YAZI

Qəhrəmanı özüməm

42787    |   2015-09-04 17:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Gəlin birlikdə etiraf edək ki, bütün yolların sonu var və insan kimliyindən asılı olmayaraq başladığı yolu mütləq bir gün fiziki mənada tamamlayır. Tək-tək xoşbəxtlər var ki, onlar davamçılarının timsalında yollarının yaşadığına, uzanıb daha başqa bir yollara gedib qovuşacağına inanır və yaxud da ümid edirlər. Təbii ki, mən özümü heç kimlə müqayisə etmirəm və bütün müqayisələrin də uğursuzluğuna, mənasızlığına lap çılpaq desəm, gərəksizliyinə həmişə inanmışam. Çünki müqayisə nisbidi. Nisbi olan nə üçünsə müqayisə və mübahisə etmək özü-özlüyündə sadəcə vaxt itirməkdi, əsəbləşməkdi, kimdənsə inciməkdi. Ona görə də heç vaxt müqayisəyə meyl göstərməmişəm. Ən yaxşı halda özümü özümlə dünənki yazımı bu gün yazdığımla yanaşı tutmağa çalışmışam. İstəmişəm ki, iynə ucu boyda da olsa bir irəliləyişin, bir fərqin olduğunu görüm və yaxud buna nail olum.

Təbii ki, bütün bunlar yenə deyirəm, vaxt itirməkdi. Xüsusilə ona görə ki, ən böyük hakim zamandı və ən dəqiq tərəzi də, ölçü vahidi də zamana məxsusdu. Böyük Səməd Vurğun demişkən, "dünən hökm verən, bu gün can verir". Deməli, bu məntiqlə yanaşsaq, dünən müqayisələrin nəticəsində önə çıxan bu gün bütün müqayisələrin nəticəsində tarixin arxivinə də yol tapa bilmir. Nə isə... Mən deyəsən bir az hissə qapıldım, filosofluq etmək istədim, amma görürəm alınmadı. Ona görə də qayıdıram öz yoluma, öz yerimə, öz iç dünyama. Burda daha rahatam və burda fikirlərimi ipə-sapa düzmək mənə daha xoşdu...

Son vaxtlar çevrəmdəki insanların əhval-ruhiyyəsində kədəri, sıxıntını daha çox hiss edirəm. Bunun iqtisadi səbəbləri birmənalıdı. Yəni maddiyyat, xüsusilə ehtiyac şair demişkən, "qul edir qəhrəmanı da". Bu konkret bir gerçəkdir, həqiqətdir, amma içi, ruhu saf, işıqla dolu olanlar ən son ana qədər maddiyyatdan yuxarıda dayanırlar. Əgər xatırlayırsınızsa, belə bir ifadə var: salam verdim, rüşvət deyildi deyə almadılar. Bu deyimi mən öz fikrimdə belə uyğunlaşdırıram ki, içi işıqla dolu olanlar hansısa bir pay üçün, hansısa bir vəzifə üçün öz kimliklərindən, öz bütövlüklərindən və xüsusilə mənəvi varlıqlarından uzaq düşmürlər. Aza qane olub çoxun həsədini və həsrətini çəkmirlər. Doğrudur, yaşamaq, ailə-uşaq üz-gözünə baxmaq çətin olur. Amma soğan-çörək də aclığın qarşısını almaq gücündədir. Bu güc o qədər böyükdür ki, insanın gözü heç vaxt gizlənmir, yalnız ayaqlarının ucuna baxmır. Əksinə, irəliyə, hər kəsin gözlərinin içinə baxır - son ana, son saniyəyə qədər...

Deməli, mənim ətrafımdakıların sıxıntıları daha çox psixoloji durumla və bir də onların səhhətləri ilə bağlıdır. Doğrudur, bir qrup adam var ki, molla gorəndə ölümdən, həkim görəndə dərmandan, xəstəlikdən danışır. Başqa vaxt mollanı da, həkimi də unudan bu adamlar sanki bununla bir növü öyünürlər, diqqət mərkəzinə çıxırlar. Amma mənə görə bu, heç də yaxşı xüsusiyyət deyil və azar-bezardan, ölüm-itimdən nə qədər çox yapışsan, nə qədər ondan danışsan, o, sənə daha çox yaxınlaşacaq. Bax, bu mənada mən bir az ovqat adamı olmağa çalışıram. Həmin o dediyim məqamları qabartmaq istəyən adamlara bir növü zarafatla, həm də sərt bir şəkildə mövzudan yayınmaq, etinasızlıq göstərmək niyyətimi çatdırıram. Elə edirəm ki, kobud desəm, bir növü həmin adamın sözü ağzında qalır, xəstəliyi barədə etdiyi çıxış, söylədiyi monoloq yarımçıq qırılır. Düzdü, bəziləri bunu mənə irad tutur, guya dərs verir ki, ədəbsizlik eləmə... Ola bilsin o da haqlı. Amma mən də beləyəm neyləyim, dərdə şərik olmağı bacarıram. Xəstəni yoluxmaqdan yorulmuram. Amma xəstəliklər barəsindəki çıxışları dinləyə bilmirəm. Ola bilsin ki, bu, özü də bir yumuşaq desəm, "xəstəlikdi". Nə isə...

Hə, özüm irad tutduğum mövzuya xeyli yer ayırdım. Amma qüsur saymayın, söz sözü çəkdi, fikrimi yarımçıq saxlaya bilmədim. Və ona görə də bu fikrimi tamamlamaq üçün misralara üz tuturam. Bəlkə elə bu misraların özü də hardasa dediklərimin müəyyən işartıları, parametrləri kimi diqqətimi çəkdi.

Dərdi çıxar əynindən

Yu, sər

Gündəlik köynək kimi...

Qoy külək də qurutsun

Günəşin alovu da...

Düşünmə ki,

Dərd küsər-

Şəlitdə

Yaddan çıxıb

Bir gecə

Asılı qalsa...

Üstünə axan bulud

Gilə boyda

Şeh salsa...

Sadəcə qalx

Və sakit

Dərdi çıxar-

Nimdaşdı!

Götür təzəsin geyin

Təzə köynəyə baxıb

Dərdin mübarək! - deyim...

***

Adətən sentyabrın 1-ni biz köhnə adamlar ayrı ovqtala qarşılayırıq. Uşaqların məktəb hazırlığı başa çatırdı və ilk dərs gününün xoş ovqatını təkcə valideynlərimiz, özümüz və nəhayət ətrafımız deyil, övladlarımız da yaşayırdı. Həmin o sentyabrın 1-i günü çalınan zəng şəxsən mənə uşaqlığımı, məktəbə nənəmin ətəyindən yapışıb necə çəkinə-çəkinə getdiyimi xatırladır. Ona görə çəkinə-çəkinə gedirdim ki, valideynlərim təsərrüfatda çalışdığından dan söküləndə hazırlaşıb işə yollanırdılar. Və mən onları ancaq axşamlar görə bilirdim. Üstəlik, kəndimizdə kimlərisə məktəbə atası-anası aparırdı. O uşaqlara baxanda daxilən sıxılırdım. Özümü bir növü arxsasız, köməksiz sayırdım. Ona görə də dayaq yeri, güvənc yeri kimi nənəmə sığınıb gözaltı ətrafa baxırdım. Məni hansı partada, kimlə yanaşı oturdacaqlarını gözləyirdim. İndinin özündə də həmin o məqamları xatırlayanda nə qədər sadəlöhv olduğumu, nə qədər bu dünyanın çirkablarından uzaq böyüdüyümü düşünüb həm qürur duyuram, həm də böyüdükcə dəyişən dünyagörüşümə, formalaşan həyatıma az qala acıyıram. Bunu düşündüyüm anda yadıma nədənsə türk kinosunun böyük simalarından olan Şaban (Kamal Sunal) düşür. Onun çəkildiyi bir film var. Film boyu gülür. Bircə yerdə ağlayır: dünyaya gələn övladı gəlişini bəyan etmək üçün bir uşaq çığırtısı qoparır. Bax, həmin o anda Şaban ağlayır. Bütün müalicələrin gülüşünü öldürə bilmədiyi Şaban körpəsinin ağladığını eşidəndə ona qoşulub ağlayır. Hər kəsi heyrət bürüyür. Şaban bircə kəlmə deyir:

- Bütün həyatım boyu güldüm, heç ağlamadım. Amma mənim övladım dünyaya ağlaya-ağlaya gəlir. Demək, o gülə bilməyəcək, gülmək onun üçün çətin olacaq...

Təbii ki, bu bir filmdi. Amma ssenari müəllifi özünün fikrini tamaşaçıya çatdırmaq üçün gerçək bir həqiqətin yanından keçir. Bu həqiqət də ondan ibarətdir ki, dünyaya gələn uşağın ciyərinə hava daxil olan olan kimi o birmənalı şəkildə ağlayır. Amma həyatın ağlatdığı insan, uşaq isə tamam başqa bir dünyadı. Dözümlülər, döyüşənlər həyatda ağlamağa yox, gülməyə üstünlük verir, ondan yapışır. Və təbii ki, sonda da dözənlər, mübarizə aparanlar gülürlər.

Filmdən gətirdiyim sitatı müqayisə üçün demədim. Özümün həmin o 1966-cı ilin 1 sentyabr tarixmi yadıma saldım. Məhz həmin günü mən nənəmin ətəyindən tutub Tuğ kənd orta məktəbinin 1-ci sinifinə getmişəm. Uzun bir tarix, uzun bir yol. İndinin özündə də əvvəldə dediyim kimi, sentyabrın 1-i gələndə həmin o günümü, o durumumu yadıma salıram, həmin o sıxıntımı təkrar yaşayıram. Hətta elə bilirəm ki, hardasa bu günə qədər yaşadığım bütün sıxıntıların özülü həmin gün qoyulub, toxumu həmin gün səpilib. Nə bilim, mən belə düşünürəm və özümü də haqlı sayıram. Çünki işi necə başlayırsansa, o cür də davam etdirirsən. Deməli, səbəbsiz heç nə yoxdu. Bax mən də özümün keçdiyin yolun dolanbac olmasında qayğıyla, ağrıyla, problemlərlə yüklənməsində həmin o sıxıntını günahkar sayıram. Ona görə də hərdən sənə də, başqa birisinə də, hətta özümə də irad tuturam, gileylənirəm. Həmin an köməyimə qələm, söz gəlib çatır. Yerinə düşməsə də, o sözlərdən, misralardan biri də belədi:

Mənim anam ölməsin

Bu qədər qəm çəkirəm...

Olur ki, hətta bəzən-

Gülüşdən nəm çəkirəm!..

Yuxum pərən və lək-lək

Deyirsən az fikir çək...

Ürəyimi çinar tək-

Yolun üstə əkirəm!..

Dərd içirəm zamanla

Gah ovucla, gah camla...

Əriyib damla-damla-

Öz içimdə çökürəm!..

Mənim anam ölməsin

Daşam, qumam, dəmirəm...

Yaşatmaq fikrin olsa-

Çağır, deyim gəlirəm!..

***

Bu yazının əvvəlində əgər unutmamısınızsa yoldan söhbət saldım. Dedim ki, bütün yollar bir gün bitir, sona çatır. Elə yenə həmin fikrə qaydıram. Axı siz bu yazını oxuduğunuz anda (əgər oxusanız - Ə.M.) yolda olacam. Allahın ətəyindən yapışıb bir səfərə çıxmışam. Tam səmimiyyətimlə deyirəm ki, ümidim Allaha və bir az da görüşünə getdiyim adamlaradır. Nə olacaq? Necə olacaq? Onu öncədən deyə bilmərəm. Sadəcə demək istədiyim bir şey var.

İnsan başlanğıcla sonun arasındakı məsafəni həmişə diqqətində saxlamalıdı. Bilməlidi ki, atdığı addım harda tamamlanacaq və o tamam olma məqamında yıxılmamaq, yerə çırpılmamaq üçün hazır olmaq lazımdı. Yəni biri var üzüstə yerə çırpılasan, biri də var sadəcə yavaş-yavaş əriyəsən, yavaş-yavaş çökəsən. Bunlar tamam fərqlidir. Doğrudur, deyirlər palıd kimi, çinar kimi yıxılmaq və bu yıxılmanın da əks-sədası daha əzəmətli, daha böyükdü. Amma mən bunu insana aid edəndə duruxuram. Düşünürəm ki, heç nəyi göz altına almadan yüyürmək, qovmaq, tutumaq, qaçmaq və sairə axır ki, bir büdrəyişlə, bir tarazlığı itirməklə başa çatırsa, onda niyə o büdrəyişə, o müvazinətini itirməyi niyə göz altına almırıq? Niyə ümidimizə, özümüzə söykənib yavaşca heç kimin əhvalını pozmadan, heç kimin yükünə çevrilmədən, lap elə fil kimi dizlərimizi qatlamırıq?..

Bəli, bu səfər öncəsi mən sizlə üz-üzə dayanıb ordan-burdan söhbət etdim. Daha doğrusu, ordan-burdan, lap primitiv şəkildə desək, adda-budda fikirlərdən ibarət bir yazı təqdim etdim. Düşündüm ki, yadınızda elə adda-budda da qalım. Necə deyərlər, özünüzün bildiyiniz və təsəvvür etdiyiniz kimi, mən isə sizi bu səfərimdə bir güvənc yeri, bir xatirə ünvanı kimi götürüb aparacam. Və yol boyu hər birinizlə gördüklərimdən, bildiklərimdən danışacam. Bunu ona görə edəcəm ki, darıxmayaq - siz də mən də! Yəqin ki, siz darıxmayacaqsınız. Mən isə elə indidən darıxmağa başlamışam. Ona görə də bir neçə il öncə yazdığım və dövrü mətbuatda işıq üzü görmüş bir şeiri sizə təqdim edirəm. Onu imkanınız olsa gözdən keçirərsiniz. Çünki onu mən özümə yazmışam.

Yaşadığım

Anları

Həyatımda olanları

Qorabişirənin

Sonlarında

Səninlə

Görüşmək,

Bölüşmək istəyirəm...

Yaylağım -

Sulutəpə...

Aranım -

Biləcəri...

Məzuniyyətimi

Bölüşdüyümü

Bilənləri-

Coşqu bürüyür!..

Hətta təəccübləri

Onları

Düşündürür!

Və bəz

iləri

Maraqla

Ya axtarır

Ədalət -

Oxumaq üçün yox!

Ya da

Dərisi naftalin qoxuyan

Ətalət-

Soymaq üçün

Daha çox!

Kasıbın

Məzuniyyəti də!

Elə məsuliyyəti də

Çəpərinin dibində

Oturmaqdı,

Durmaqdı...

Xoş istirahətlər

Evində dincələnlər!..


Əbülfət MƏDƏTOĞLU



İmza:

YAZARIN ARXİVİ

2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-08-18
2018-08-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu, babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK