warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | BİR ÖMÜRLÜK GİROV Adalet.az | BİR ÖMÜRLÜK GİROV Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

BİR ÖMÜRLÜK GİROV

18124    |   2012-10-13 00:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünya elə mən gördüyüm boydadı. Baxışlarım dörd bir tərəfə nə qədər işləyirsə, nələri açıq-aşkar görə bilirəmsə, o boyda. Yaşı da çox azdı. Heç dünəni də yoxdu. Sanki tarix oxumamışam, coğrafiya öyrənməmişəm. Oxuyub öyrəndikcə əsrləri, eraları adladığım tarix kitabları da, müəllimin xəritə üstündə gəzən çubuğu da çoxdandı yaddaşımın bir küncünə qısılıb. Beynimi bir fikir döyəcləyir: "Yorma özünü. Dünya elə sən gördüyündü, görə bildiyindi. Yaşı da, tarixi də, ölçü-biçisi də, mənası-məzmunu da. Sənə öyrədilənlər də kimlərinsə gördükləridi, duyduqlarıdı. Bir az aşağı, bir az yuxarı, elə onlar da sənin qədər görüb-duyublar, anlayıb-dərk ediblər. Hərənin bir qədər həqiqəti, bir qədər xəyalı, bir qədər də görmək istədikləri qatılıb bura. Üstəlik, uydurduqları da..."
   
   İnsan ağlı belədi. Bilmək istədiklərini bölüb, paralayıb hissə-hissə öyrənmək istəyir. Sonra da öyrəndiklərindən bütöv bir şey yaratmaq fikrinə düşür. Ancaq alınmır. Nə parçalayanlar, nə birləşdirmək istəyənlər bir şey qazana bilməyiblər...
   
   ***
   
   Həyatda bütöv heç nə yoxdu. Nə xoşbəxtlik, nə bədbəxtlik, nə sevgi, nə də nifrət bütöv deyil. Bu əksliklər bəzən o qədər yaxınlaşır ki, özün də sərhədi itirirsən. Ən qısası, yəqin ki, həyatla ölüm arasındakı sərhəddi. Sevdiklərimizin düşmənə, lap elə qatilə çevrilməsinə də çox az zaman və məsafə gərək olur. Deyilənlərə görə, guya pişik balasını istədiyindən yeyir. Bunu biz deyirik. Heç kəs sübut edə bilməz ki, həmin anda balasını gəmirən "müqəddəs ana" nə düşünür. (Ümumiyyətlə, düşünürmü?!) Dezdemonanı boğarkən Otellonun vücudunu sarıyan qəzəbi, ehtirası, ağrını, iztirab və peşmançılığı bu günədək heç bir qələm sahibi təsvir edə bilməyib...
   
   Çox zaman inamımız, etibarımız aldadır, çaşdırır, cazibədar xəyallarımızı məhv edir... "İnam" sözündən qorxduğum qədər heç nədən qorxmuram" deyən Yuli Sezar bənzərsiz, təkraredilməz idrakının gücüynən aqibətini qabaqcadan sezmişdi...
   
   "Mən Sezarı onu sevmədiyimə görə deyil, Romanı ondan çox sevdiyimə görə öldürdüm" deyir Prut. Onun Sezara olan sevgisinin arasına möhtəşəm Roma girmişdi...
   
   Bizimsə sevgilərimizin arasına çox xırda şeylər girə bilir...
   
   Hər halda biz Sezar deyilik...
   
   Sevgilərimiz cılız olmasaydı, xırda səbəblərdən qırılmazdı... Böyüklərin sevgisi də, nifrəti də, bu iki duyğunun sərhədini itirəndə elədikləri səhv və günahlar da böyük olur...
   
   ***
   
   Həyatdan gözləntilərimiz həmişə böyükdü, ölçüsüzdü. Qəlbimizin, ağlımızın, qollarımızın, dizlərimizin tab gətirə biləcəklərindən də böyük. Sonda dərdlərimiz, ağrılarımız da çiyinlərimizin qaldıra biləcəyindən qat-qat ağır olur...
   
   Təəccüblənməmək olmur. "Rəftarı ilə mələklərə, kamalı ilə Allaha bənzəyən insan" ("Hamlet") bəzən adi şeylərin qarşısında elə aciz, gücsüz qalır ki... Bu gücsüzlüyün səbəbi də çox zaman başqalarının ağlını öz ağlından kəsərli sayması olur. Özündə olanı görə bilməyəndə, özgənin sözünə çox inanır. Öz həqiqətlərini unudub başqasının məqsədli, təmənnalı, çox zaman da qısqanclıqdan, gözüdarlıqdan doğan sərsəmləmələrinə qulaq asır. Asması bir yana, bəhrələnir, bəhrələndikcə öz yolunu itirib başqa izə düşür. Ayılanda... qədrini bilmədiyi öz ağlı da kara gəlmir daha...
   
   Əzəldən belədir, dünyada insan
   
   Mömin görkəmində, pir libasında
   
   Hətta şeytanı da aldada bilir...
   
   Yenə Şekspir...
   
   Nə arzulayırıqsa, nə gözləyiriksə, bir-birimizlə bağlıdı. Özgə dünyalardan nə qədər danışırlar-danışsınlar, hələ ki, göz önündə bir dünyamız var bizim. Qorxa-qorxa yaşadığımız, sevgilərimizlə bəzədiyimiz, nivrətimizlə işığını, istisini azaltdığımız dünyamız... Qədrini bilmədiyimiz, düzənini pozduğumuz, gözəlliyinə, bakirəliyinə qəsd etdiyimiz Yer kürəmiz...
   
   Nankorluğumuzun cəzasını çəkməyə başqa planetlərdən kimsəni gətirə bilməyəcəyik...
   
   ***
   
   "Mən xoşbəxtliyin nə olduğunu bilməyən və onu gələcəkdə tapacağını ağlına belə gətirməyən, özündən hədsiz narazı, tamam yalqız, tənha, ailəsiz, ürəyimi aça biləcəyim dostlarsız, üstünə yeriməyə bəhanə gəzəcəyim düşmənlərsiz bir həyat yaşamaqdayam. Əslində, özüm dilsiz-ağızsız ağacların və kolların arasında yaşamağı arzulayan bir adamam. Ağaclar və kollar, heç olmasa, adamın əsəblərini yerindən oynatmır, nadanlıqlarını nümayiş elətdirmirlər... Etiraf edirəm ki, çox yorulmuşam, dünyaya bu qədər "tamaşa" edəcəyimi heç vaxt ağlıma gətirməmişdim. Hər şey kimi, bu dünya da ola bilər ki, uzaqdan daha gözəl görünsün. Onun içində isə adam özünü daha çox girov kimi hiss edir..." Alfred Nobel.
   
   Bu fikirləri oxuyanadək elə bilirdim, "varlılar da ağlayır" deyimi gəlişigözəl bir sözdü...
   
   Sən demə, tənhalıq və sevgisizlik hər insan oğlunu yumruğunda sıxa bilirmiş...
   
   Keşkə, sıxılmamışdan öncə duya biləydik bunu...
   
   Duysaydıq necə, nəyisə dəyişə biləcəkdikmi?!.
   
   Çətin ki...


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-05-22
2019-05-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK