warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | O KƏND... BİZİM KƏNDİMİZ Adalet.az | O KƏND... BİZİM KƏNDİMİZ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

O KƏND... BİZİM KƏNDİMİZ

23054    |   2012-09-01 08:47
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Niyə xisləti belədi torpağın?! Ayaqlanmağı, tapdanmağı, sinəsi üstdə gəzdirməyi sevir. Təki onunla uğraşsınlar - şumlasınlar, altını üstünə çevirsinlər, əksinlər, biçsinlər, qoynunda at çapsınlar, mağar qurub oynasınlar, diz çöküb ibadət eləsinlər - bir sözlə, dinc qalmasın, tək qalmasın. Bunu istəyir torpaq. Və bu istəklərin hamısı da insan oğluna ünvanlanıbg Sonda da bu insan oğlunun boyu bərabəri ağzını açıb onu udsun. Bunu istəyir şirin, müqəddəs, qoynu isti, üzü soyuq qara torpaq...g
   
   İnsan oğlu! Bəs, sən nədən bu qədər etibarsız, üzüdönüksən?! Ayaqların yer tutdumu, biri qaçaqdı. Üzün uzaqlara, arxan yurda sarıdı. Getmək, uzaqlaşmaq istəyirsən. Bəhanələrin də xirtdəkdən. Nə var o tanımadığın yerlərdə, üzünü belə görmədiyin yadların arasında?! Arxanda nələrin, kimlərin qaldığının fərqindəsənmi? Yurdun qaldı, doğmaların qaldı, sevgilin qaldı... Burda səni isladan yağış da üşütmürdü, ayağına bulaşan palçığın istisi ürəyinəcən işləyirdi... Bu şirinlikdən, bu xoşluqdan niyə ayrılmaq istəyirsən? Özgə torpaqlarda keçən ömrün səndən çox şey qopardacaq, axı... Sonra yerini necə dolduracaqsan? Bir də bu dünyaya gələcəyinə ümidlisən, bəlkə...
   
    Aldatma özünü...
   
   
   
   ***
   
   
   
    Yaxşı ki, sən belələrindən deyilsən, ay Namiq! Doğma yurda sənin qədər qəlbdən, candan bağlanan birisinə rastlamadım indiyəcən. Bunu tərif sayma. Adicə məktublarında məni də torpağımıza, yurdumuza bağlılığıma görə dəyərləndirdiyin bəllidi... "Salamlar, sevgilər, sayqılar! Dəyərli yurddaşım...", "Dəyərli yurddaşım" söz birləşməsinin məndən ötrü nə qədər şirin və qiymətli olduğunu, bu iki sözün ilahi kodunda nələrin gizləndiyini də elə sənin qədər kimsə duymaz...
   
    Hər kəs ömründə heç olmasa, birini, ya da bir neçəsini arxasınca ağlar buraxmamış deyil. Ancaq 300 evlik bir kəndi qoyub getmək, gözü baxa-baxa viranəyə çevrilməsinə göz yummaq şöhrətli keçmişi, tarixi ad-sanı olan bir tayfaya yaraşan, başucalığı gətirən iş deyil. Elə burdaca yadıma "300 spartalı" filmindən çox sevdiyim bir dialoq düşür... Hökmdar və döyüşçü bir yerdə can verirlər...
   
    - Hökmadırm, sənin yanında ölmək mənimçün şərəfdi...
   
   - Mənimçün də sizinlə birgə yaşamaq şərəf idi...
   
   Birgə yaşamaq və ölmək şərəfi...
   
   "Dağ Kolanı dastanı"nı elektron poçtuma göndərdiyin gündən bəri ancaq bu sözlər barədə düşünürəm: Birgə yaşamaq və ölmək şərəfi barədə...
   
   
   
   Susuzdu,
   
   Çat idi yurdun dodağı,
   
   Səhra yolçusu tək "su, su" deyirdi.
   
   Qəzəbdən edirdi dad Ərəbdağı
   
   "İnsanlar vəfasız oldu" deyirdi...
   
   
   
    Özləri su tapıb doyunca içdilər, atlarını da suladılar, mal-qaralarını da. Sonra əylənib təzə yurd saldılar. Əkib-biçdilər, bağ-bostan yiyəsi oldular. Bəs, qoyub gəldikləri torpağın çat-çat olmuş dodaqlarını kim isladacaqdı?! Göylərmi?! Göylərin öz işi, öz qayğıları var...
   
   
   
   Boylanıb baxırdı sonsuz üfüqə,
   
   Dərdinə bir həmdəm gəzirdi bu yurd.
   
   Ömürlük tutulan məhbuslar kimi
   
   Ah çəkib özünü üzürdü bu yurd.
   
   
   
   Yurdun ahı çox ağır olmalı, mən bildiyim qədər. Altından çıxmaq da müşkül. Amma bir işıq ucu var; üfüqlər nə qədər uzansa da, bir gün mütləq bir qaraltı görünməlidi...
   
   
   
   Körpə yetim qalan cocuqlar kimi
   
   Elə bil boynunu burmuşdu dağlar.
   
   Qüssədən, kədərdən, yol gözləməkdən
   
    Yorulub küsküntək durmuşdu dağlar...
   
   
   
   Dağların dərdi dillə deyiləsi deyil. Elə bilirəm torpağın həsrətdən, nisgildən qabaran sinəsidi dağlar... Nənələrimiz demişkən, dağlar dağımızdı, qəm oylağımızdı, yaman çağlarımızda dindiriləndə qan ağladığımız məkandı...
   
   Torpağın umu-küsüsündən, küskün cavabından incimə, Namiq! O da hər kəsə açmır köksündəkiləri...
   
   
   
   Qırx ildir susundan odlanır sinəm
   
   Necə razılaşdız yana Kolanı?
   
   Bir kərə sormadız haran ağrıyır,
   
   Ay ata Kolanı, ana Kolanı?!
   
   
   
   Mən ki, fərq qoymadım heç birinizə
   
   Çətinə düşəntək atdınız məni.
   
   Qarın doyurmağa, hündür evlərə
   
   Ucuz şan-şöhrətə satdınız məni.
   
   
   
   Doğma yurdu ata-anaya bənzətməkdə nə qədər haqlısan! Üzüqaralıq da həmişə övladın payına düşür...
   
    Ərəbdağı, Girdə yaylası, Şıxbörkü, Nənəqız daşı, Fındıq dərəsi, Bəy dərəsi, Çaparxana, Qışlaq, Küdrü, Kolanı gədiyi, Köç yolu, Qalacıq, Qızqayıt yeri, Baba dərəsi, Qovurğa piri, Yelli qaya, Şorbulaq, Kaldarlıq, Cinişdər divarı, Fatmaxanım suvatı, Hacı Kərim dağı, Attutulan dərə, Hacıheydər qışlağı, Pirsaat çayı...Adların tutumuna, şirinliyinə bax! Hərəsi bir tarixçə gizlədir qoynunda. Gör nə qədər yeri, məkanı yetim, gözüyolda qoymuşuq...
   
   
   
   Eheyyy!
   
   Şərqə, Qərbə səpələnən
   
   Dağ Kolanı övladları!
   
   Qayıt ulu yurd yerinə,
   
   Atma bu uca dağları.
   
   Biç bu sonsuz zəmiləri
   
   Vur kökündən alaqları.
   
   Yol çək, su çək, cənnət yarat!
   
   Gəl, yenidən sal bağları.
   
   Yayılsın bütün ellərə,
   
   Qoy bu yurdun soraqları.
   
   Tövbə edin dönüklüyə
   
   Rəhmə gəlsin bulaqları.
   
   Qalıb haray çəkə-çəkə
   
   Örüşləri, otlaqları.
   
   Gətirin sağlam böyüsün
   
   Şən, günahsız uşaqları.
   
   Dağ döşündə yemlik yesin
   
   Al qızarsın yanaqları.
   
   Qayıtsın bu ulu yurdun
   
   Ötən gözəl, gur çağları.
   
   Qoy yenidən gülsün üzə
   
   Dağ Kolanı yaylaqları.
   
   
   
   Başqa söz deməyə yer qoymamısan...
   
   Ancaq bir şeyi demək istəyirəm, Namiq. Bu yazı heç cür alınmırdı. Hey vurnuxur, çabalayır, yazmağa otura bilmirdim. Hiss edirdim ki, nəsə yardımçı bir şeylər gərəkdi... Axır ki, tapdım... İnternetdə görüntülərini izlədim, "Ey türk doğulan"ı, "Uyğur gəncinin dedikləri"ni, "Göylərdən gələn işığ"ı dinlədim. İşıqlı Atalının "bir millət olaraq ölməyən dərdlərimiz var" deməsi silkələdi məni. "Namiq Hacıheydərlinin şeirlərində yurdun uzun, müqəddəs bir öyünməsi var" sözləri işıq tutdu fikirlərimə. Və... bir də Aşıq Şakirin "Döymə Kərəmi"sinə dönə-dönə, doya-doya yox, doymaz-doymaz qulaq asdım...
   
   Gəmi iki dəfə Şamaxıya yolum düşüb. Çuxuryurda. Dağ yolu ilə qalxanda maşını saxladılar. Düşüb ətrafa baxdım. O qədər genişlik, əzəmət vardı ki... Aranda böyüyüb bürküdən, toz-torpaqdan göz açmayan birisiyçün əsl cənnətin özüydü. Orada diqqətimi bir şey cəlb elədi. Dərənin lap dibində qoyunlar otlayırdı. Bir qədər aralıda nöqtə kimi görünən yaşlı çoban... namaz qılırdı... İstər-istəməz baxışlarımı o nöqtədən düz xətt kimi göylərəcən qaldırdım. Elə bil duaların bu dərinlikdən o boyda ucalığa necə çatmasını öyrənmək istəyirdim. Bilmirəm, bu yazımla nə əlaqəsi var, amma başlayandan elə hey o çobanı düşünürəm...
   
   
   
   ***
   
    Ana dilimizdə çox qorxduğum bir söz var: Ayrılıq! O qədər soyuq, ağır sözdü ki, eşidəndə qəlbimi buz baltasıynan doğrayırlar elə bil. Hərdən deyirəm, keşkə, başqa söz tapaydılar yerinə. Sonra bununla da razılaşmıram: bəlkə elə ən yumşağı budu, başqası daha dəhşətli səslənərdi. Bütün ayrılıqlar torpaqdan ayrıldıqdan sonra başlanır, məncə... Nənələrimizin oxşaması yadındamı?!.
   
   
   
   Ayrılanlar ayrılsın,
   
   Mən ayrılsam, ölürəm...
   
   
   
   Hardasa, bir ümid çiçəyi ürkək-ürkək boylanır... Sənin qələminlə. Torpaq səninlə ümidnən danışır sonda...
   
   
   
   - Bu gün olmasa da, sabah
   
   Gedənlər geriyə dönəcək! - dedi.
   
   Toy-büsat olacaq yenə bu yerdə
   
   Ərlər at belinə minəcək, - dedi.
   
   
   
   Min çiçək açacaq, hərəsi bir rəng
   
   Gözəllər tutacaq çiçəkdən çələng.
   
   Yenə el qızları çiynində səhəng
   
   Pirsaat çayına enəcək, - dedi...
   
   
   
    Orada - uzaqlarda bir kənd var. Yaşasaq da, yaşamasaq da, o kənd... bizim kəndimizdi. Yaşasaq bizimdi o kənd. Yaşamasaq... Kimsədən inciməyə haqqımız yoxdu... "Bizimdi" deyə də...
   
    Deyirsən, səsimə səs verən yoxdu. Namiq, deyirəm, bəlkə bu dəfə qabağa bir xanım düşsün?!.
   
    Elə bir xanım ki, o doğma yurdda amazonka kimi yox, bütöv bir elin içində yaşamaq istəyir...


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-05-18
2019-05-17
16:07 CAZİBƏ


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

- Xanım, sizin sumkanızın ağzı açıqdır!

- Oy, sağ olun! Yaxşı ki, sizin kimi adamlar hələ ki, vardır. Başqası olsaydı indi pulu götürüb qaçmışdı.

- Yaxşı görək sən də, 2 manat 50 qəpik nə puldu ki?





digər lətifələr
ARXİV
FACEBOOK