Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Gedin və baxın! Adalet.az | Gedin və baxın! Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Gedin və baxın!

"Nizami" Kino Mərkəzində "Dolu" filminin təqdimatı oldu

22942    |   2012-08-09 08:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Avqustun 2-də Milli Kinomuz özünün 114 yaşını qeyd etdi. Kinematoqrafçılarımızın peşə bayramı daha bir əlamətdar hadisə ilə yadda qaldı. Yazıçı Aqil Abbasın "Dolu" romanı əsasında çəkilən eyniadlı bədii film ilk dəfə tamaşaçılara təqdim olundu. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ekranlaşdırılan "Dolu" təqdimata toplaşan tamaşaçılara həyəcanlı anlar yaşadı.
   
   "Dolu"dan əvvəl "yağış"
   
   Mərasimdə iştirak etmək üçün "Nizami" Kino Mərkəzinə gələnləri hələ uzaqdan unudulmaz bəstəkar Emin Sabitoğlunun "Bizim Cəbiş müəllim" filminə yazdığı həmişəyaşar musiqisi qarşılayırdı. Milli geyimli balaca rəqqaslarımız foyedə bayramsayağı atmosfer yaratmışdılar. Jurnalistlərin bəxti gətirmişdi. Bu qədər tanınmış kino və teatr xadimi, nüfuzlu ziyalılar hər gün bir yerə toplaşmırlar ki... Bayram tədbirinə və "Dolu"nun premyerasına ailə üzvləri ilə gələn xalq artisti, filmin bəstəkarı Polad Bülbüloğlu dərhal mətbuat nümayəndələrinin əhatəsinə düşdü. Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyəti səfirinin uzun illər mədəniyyət naziri postunu tutarkən birgə çalışdığı insanlarla, incəsənət xadimləri ilə səmimi görüşməsi maraqlı görüntü yaratdı.
   
   Milli Kino Gününə dəvətliləri salamlayan aparıcı kinematoqrafiyamızın keçdiyi tarixi yolu və son bir ildə görülən işləri əks etdirən videoçarxa baxmağa dəvət etdi. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə yeni təsis edilən Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədovanın səhnəyə çıxması mükafat "yağışının" başlanmasına yol açdı.
   
   Nazir Əbülfəs Qarayev dövlət başçısının milli kinomuzun inkişafı üçün qəbul etdiyi qərarların önəmindən danışdı, bu sahədə qazanılan uğurlar barədə məlumat verdi. Milli kinematoqrafiyamızın inkişafındakı xidmətlərinə görə prezidentin sərəncamı ilə fəxri adlara layiq görülən bir qrup kino xadimini səhnəyə dəvət edən mədəniyyət və turizm naziri mükafatları sahiblərinə çatdırdı.
   
   Əbülfəs Qarayev bildirdi ki, ənənəyə uyğun olaraq bu il də Milli Kino Günüdə yeni filmin premyerası keçirilir. Nazir dövlət sifarişi ilə çəkilən "Dolu"nun Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında, gənclər arasında vətənpərvərlik hissinin gücləndirilməsində böyük əhəmiyyətə malik olduğunu qeyd etdi. "Dolu"nu son illərdə Azərbaycan kinosunun ən uğurlu işlərindən biri hesab edən mədəniyyət və turizm naziri yaradıcı heyətə təşəkkürlərini çatdırdı, filmin geniş tamaşaçı rəğbəti qazanacağına inandığını bildirdi.
   
   Bayram münasibəti ilə həmkarlarına və tamaşaçılara təbriklərini çatdıran xalq artisti Şəfiqə Məmmədova rəhbərlik etdiyi qurumun Milli Kino Mükafatı təsis etdiyi barədə məlumat verdi. Bu mükafatın hər il milli kinematoqrafiyamızın inkişafındakı müstəsna xidmətləri olan bir kino xadiminə veriləcəyini bildirdi. İttifaqın sədri ilk mükafatın görkəmli aktyor xalq artisti, dövlət mükafatları laureatı Yaşar Nuriyə verildiyini açıqlayanda zalda böyük alqış qopdu. Yaşar Nurinin qısa cavab nitqini tamaşaçılar ayaq üstə alqışladılar.
   
   Milli Kino Günündə bu sahənin veteranları da unudulmadı. Şəfiqə Məmmədova uzun illər kino sahəsinə çalışan bir qrup təcrübəli işçiyə pul mükafatları təqdim etdi.
   
   Bir görsəydiniz "Dolu" necə başladı...
   
   Bayram tədbiri bitsə də bayram ovqatı davam etməkdəydi. Çoxdan gözlənilən an gəlib çatdı. Yazıçı Aqil Abbasın Qarabağ savaşından bəhs edən romanı əsasında çəkilən "Dolu" bədii filmi ilk dəfə geniş tamaşaçı auditoriyasına təqdim olundu. Mərasimin aparıcısı filmin yaradıcı heyətinin bir qrup üzvünü səhnəyə dəvət etdi. Təbii ki, belə mürəkkəb ekran əsəri üzərində çalışan yaradıcı heyətin hamısını "Nizami" Kino Mərkəzinin səhnəsinə toplamaq mümkün olmazdı. Heç bir qəzet yazısında da bunu etmək mümkün deyil. Amma hər halda yaxından tanış olun- Filmin ssenari müəllifi Aqil Abbas, quruluşçu rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Polad Bülbüloğlu, geyim rəssamı Elfira Hüseynova, ikinci rejissorları Əliqulu Səmədov və Ənvər Həsənov, redaktoru Ramiz Fətəliyev, icraçı prodüseri Nadir Əliyev.
   
   Filmdə rolları Azərbaycanın istedadlı kino və teatr aktyorları yaradıblar. Xalq artisti Fuad Poladov (Katib), əməkdar artist Məmməd Səfa (Komandir), Rza Rzayev (Drakon), Elvin Əhmədov (Pələng), əməkdar artist Fərhad İsrafilov (Milis rəisi), əməkdar artist Şamil Süleymanlı (Müəllim), əməkdar artist Gülzar Qurbanova (Pələngin anası), Əjdər Zeynalov (Erməni zabiti Levon), Oqtay Quliyev (Baza müdiri), Şahmar Qəribli (Baş mühasib), Vüsal Murtuzəliyev (Jurnalist), Corc Qafarov (Qeyrət) və başqaları.
   
   "Nizami" Kino Mərkəzində işıqlar yavaş-yavaş söndü. Böyük ekranda 1991-ci ildə Qarabağda baş verən hadisələr kino dili təsvir olunmağa başladı. Özü də necə! Möhtəşəm rejissor və operator işi, Polad Bülbüloğlunun "Dolu"nu tam mahiyyəti ilə aça bilən şedevr musiqisi, son dərəcə təbii aktyor ifası, həyəcanlı döyüş epizodları, uğurlu kütləvi səhnələr, tryuklar... "Dolu"nun son kadrları ekrana gəlincə zalı alqış sədaları bürüdü və bu alqışlar uzun müddət ara vermədi.
   
   Film barədə ətraflı yazmaq fikrində deyiləm. İnşallah dəyərli tamaşaçılar özləri baxıb "Dolu"nun əsl qiymətini verəcəklər. İnanıram ki, onlar da premyerada iştirak etmək imkanı qazanların keçirdiyi hissləri keçirəcəklər.
   
   Təqdimat mərasimindən bəhs edən bu yazıya belə bir başlığın qoyulması da təsadüfi deyil. Sovet kinematoqrafçılarının İkinci Dünya Savaşı haqqında çəkdikləri ən uğurlu filmlərdən bir məhz belə adlanı- "Get və bax". Gedin və Qarabağ savaşından bəhs edən film necə olar, baxın.
   
   Aqil Abbas: "Tanrı şəhid analarını sevindirsin"
   
   "Çox xoşbəxtəm ki, "Dolu" romanım əsasında çəkilən filmin premyerasını görmək mənə nəsib oldu. Film uzun və çətin yaradıcılıq prosesindən sonra ərsəyə gəldi. Dövlət başçımızın diqqəti, qayğısı sayəsində çəkiliş zamanı heç bir maliyyə sıxıntısı olmadı. Milli kinomuzun inkişafı üçün mühüm addımlar atan prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Əbülfəs Qarayev başda olmaqla Mədəniyyət və Turizm Nazirliyinin kollektivi, kino şöbəsinin əməkdaşları çəkiliş prosesi ilə gündəlik maraqlanır, hər bir məsələni operativ şəkildə həll edirdilər. Böyük bəstəkarımız Polad Bülbüloğlu işlərinin çox olmasına baxmayaraq filmə musiqi yazmağa razılıq verdi və möhtəşəm musiqi yazdı. Mən bundan qürur duyuram. "Dolu" Qarabağ hadisələrinə həsr olunduğu üçün Polad müəllim alacağı qonorardan da imtina etdi. İsmayıllı camaatına təşəkkürlərimi bildirirəm ki, filmin çəkilişləri zamanı bizə yaxından kömək göstərdilər. Filmin yaradıcılıq prosesini yaxından izlədiyimdən aktyorların, texniki heyətin necə böyük ürəklə bu işə yanaşdığını, əziyyətlər çəkdiyini yaxşı bilirəm. Bu gün zalda səslənən tamaşaçı alqışı sübut etdi ki, aktyorların, yaradıcı və texniki heyətin zəhməti hədər getməyib. Bütün dünyada film ssenari müəllifi ilə deyil, quruluşçu rejissoruna görə tanınır. "Dolu" filmi də Elxan Cəfərovundu. Uğurlu alındığından hər yanda deyəcəyəm ki, bu filmdə mənim əməyim var.
   
   İbrahim Peyğəmbər ahıl vaxtında Allahdan bir oğul payı istədi. Allah onun bu arzusunu yerinə yetirdi və İsmayılı əta etdi. İbrahim Peyğəmbər oğlu İsmayılı Allah yolunda qurban kəsmək istəyəndə Tanrı razı olmadı və onu sevindirmək üçün Peyğəmbərə bir qoç göndərdi. Qarabağda savaş başlayanda Azərbaycan anaları 20 min oğullarını bu Vətən, bu torpaq üçün qurban verdi. Lakin Allah onları sevindirmək üçün bir qoç da göndərmədi. Arzum budur ki, Tanrı tezliklə şəhid analarını sevindirsin".
   
   Polad Bülbüloğlu: "Biz bu hücumlara hazır olmalıyıq"
   
   "Mən Aqil Abbasla uzun illərdir ki, dostluq edirəm. Ən çətin, mürəkkəb vaxtlarda Aqil bəy həmişə məni müdafiə edib, "Ədalət" qəzetində mənə mənəvi dayaq olub. Onun həyat yoldaşı, böyük Məmməd Arazın övladı olan İradə xanım mənim haqqımda çox dəyərli yazılar yazıb. Həmişə bu ailə qarşısında özümü borclu hesab edirdim. Bir gün Aqil bəy mənə "Dolu" romanını verdi və mən bu kitabı iki gecə ərzində böyük həyəcanla oxudum. Filmə musiqi yazmağı təklif edəndə çox sevindim. Quruluşçu rejissorla görüşüb söhbətləşdik. Vaxtımız çox az idi. Lakin yaradıcı heyətin gördüyü işlər mənə sanki xüsusi ilham verdi. Qısa müddətdə musiqini bitirdim. Görünür böyük Qara Qarayevdən aldığım dərslər də bu məsələdə köməyimə gəldi. Filmin musiqisi Rusiyada 82 nəfərlik orkestrin ifasında yazılıb. Çox sevinirəm ki, "Dolu"nu tamaşaçı böyük maraqla qarşıladı. Hörmətli nazirimiz Əbülfəs Qarayev kinomuzun bu uğuru barədə dövlət başçısına məlumat verib. "Dolu" ölkənin bütün regionlarında kinosevərlərə nümayiş olunacaq. Çox istərdim ki, gənclərimiz Qarabağ ağrılarından bəhs edən və vətənpərvərlik hisslərini daha da gücləndirən bu filmə baxsınlar. Ölkəmizin Rusiyadakı səfiri kimi "Dolu"nun Moskvada, Sankt-Peterburqda, Yekaterenburqda nümayişi üçün çalışacam. Bu barədə Azərbaycan diasporunun üzvləri ilə söhbətim olacaq. Ermənilər "Dolu" ətrafında yəqin ki, güclü əks-təbliğat kampaniyası aparacaqlar. Biz bu hücumlara da hazır olmalıyıq".
   
   Elxan Cəfərov: "Bu, 67 ürək - bir filmdir"
   
   "Film üzərində 67 nəfər çalışıb. Onlardan 5-6 nəfəri bu işə ürəklə yanaşmasaydı "Dolu" belə maraqlı alınmazdı. Ona görə də belə hesab edirəm ki, "Dolu" 67 ürək- bir filmdir. Etimada görə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə minnətdarlığımı bildirirəm. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov, daxili qoşunlar komandanı general-leytenant Zakir Həsənov filmin ərsəyə gəlməsi üçün hər cür şərait yaratdılar. Kütləvi səhnələrdə çəkilən əsgərlərimizin, İsmayıllı, Mingəçevir, Sumqayıt, Ağdam, Ağcabədi rayonlarının sakinlərinin də əməyini qeyd etmək istəyirəm".


YAZARIN ARXİVİ

2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-12-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (79.38%)
"Neftçi" (20.62%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

- Ay Ənvər səni niyə əsgərliyə aparmadılar?
- Gözüm zəif görür, ona görə. Bax misal üçün sən o divara vurulmuş xırda mismarı görürsən?
- Hansı mismar?
- Bax o sarı divara vurulmuş mismar.
- Hardadı, mən görmürəm.
- Əşşi, yaxşı bax da. Düz bax görəcəksən .
- Hə,hə indi gördüm .
- Ay sağ ol. Amma mən o mismarı görmürəm.




digər lətifələr
ARXİV
FACEBOOK