viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | "...PARASI VAR ÜRƏYİMİN" Adalet.az | "...PARASI VAR ÜRƏYİMİN" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"...PARASI VAR ÜRƏYİMİN"

25203    |   2012-07-14 12:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mən səni, mən səni
   
   dünyada hamıdan çox
   
   sevə də bilmərəm,
   
   sevmək də istəmirəm,
   
   çünki ancaq yalandan sevənlər
   
   hamıdan çox sevirlər.
   
   
   
    Hə... hamının dilə inandığı, ürəyi görə bilmədiyi, görmək istəmədiyi zamanın sevgilərinə ancaq Vaqif Bayatlı belə gülə bilər. Hardan düşdü yadıma bu şeir?! Gecənin bu çağında, hər sözdən, hər fikirdən özümü qorumaq istədiyim vaxtda gəlib doldu beynimə. Səhərəcən otur, kiprik də qırpmayıb düşün. Sabahı diri açmasan, möhkəm adamsan demək. Hələ barmaqlarım... hardan ilişdi bu mahnıya?! Qəbri nurnan dolmuş elə bil bu dünyaya hamını yandırmaqçın gəlmişdi. Sazı necə ləngərlə çalır, iri cüssəsini yırğalaya-yırğalaya boğazının şirin yerinə salıb göynədir eşidənləri. Belə cüssəli bədəndə bunca incə ruh, həssas ürək hardandı?!...
   
   
   
    Elə baxma inciyərəm
   
    Yarası var ürəyimin.
   
    Yarı bölüb aparıbsan
   
    Parası var ürəyimin...
   
   
   
    Adam ağlını itirməyə başlayanda bütün dünya qəsdinə durur; cansız əşyalar da köməyə gəlir elə bil... Qoy havalansın, deyirlər, indiyəcən ağıllı olub nə qazandı?! Onsuz da ağıllıya yer yoxdu bu dünyada. Dəlilərin say artımı xeyrinədi dünyanın. Gecənin bu vaxtında Hamletlə məzarçının söhbəti də gəlib düşür yadıma. Prinsi tanımayan məzarçı qəbir qaza-qaza filosofluğundan da qalmır: "Şahzadəni göndərdilər İngiltərəyə ağıllanmağa. Orada ağıllanmasa da, eybi yoxdu. Çünki İngiltərədə hamı dəlidi..." Bizim dünyamız da indi Şekspir dövrü İngiltərəsinin günündədi. (Deyəsən, ingilislər bütün dünyanı öz günlərinə salmağı bacardılar, axı...)
   
   
   
   ***
   
   
   
   Özümü yaman qəlibə salmışam. Görəcəyim bütün işlərin şifahi ssenarisini tərtib eləmişəm. Biri əskik olsa, qəribə bir narahatlıq, boşluq duyuram özümdə. Hərdən bezirəm bu halımdan. Daha bəsdi, bu gündən hər şeyi öz axarına buraxacam, deyirəm. Nə olur-olsun. Məsələn, işdən gələndən sonra ancaq dincələcəm. Gözlərimi yumub qaranlığa qərq olacaq, gün ərzində olanların birini də xatırlamayacam. Elə lap sabah olacaqlardan da nigaran qalmayacam. Ev işlərinin də heç birini görməyəcəm. Qoy, hər yeri toz bassın. (Onsuz da iki ildi nəfəs ala bilmirik. Dördbir yanımızda sökürlər, tikirlər. Sökülənlərin tozu ciyərlərimizdə, tikilənlərin gurultusu, taqqıltısı başımızda). Qablar, paltarlar çirkli qalsın. Nə fərqi var ki... Uzan və qaranlığa qərq ol. Gecə saat on ikiyə kimi beləcə qal... Hərdən canını elə laqeydlik, süstlük bürüyür, ölümün özü belə dəhşətli görünmür adama. Görəsən, nədi bu?! Həyatdan, ömürdən bezmək olurmu?! Bəs deyirdilər, dünyadan doyulmaz?! Gözlərində hər şey dəyərini itirəndə olurmuş, demək. Lap bundan da betəri gəlir ağlına. Səni zülmətin dibinə endirəcək bir qüvvənin varlığını hiss edirsən. Canını üşüdür... Yox, yox! Rədd olsun hərəkətsizlik! Yaşasın olumlu dünya! Zülmü, sitəmləri olsa da, istisi, hərəkəti də var. Saat on ikiyəcən nədi, heç on iki dəqiqə də qala bilmərəm belə...
   
    Və... o dəqiqə ayağa dururam. Həmişə ayaqda olmaq nə xoş bir şeydi, İlahi! Dərgahına yolladığım bütün dualarımın başında durur bu: "Elə et ki, kimsənin əlimdən, qolumdan tutmasına da gərək qalmasın. Son nəfəsimə kimi hər şeyi özüm edim. Həmişə özümə baxa bilim!..."
   
    O qalxan qalxıram. Və... gecə saat birəcən xırman atları kimi mənzili ayaqlayıram. Gücüm də mənimlədi, həvəsim də. Bir də sevimli düşüncələrim...
   
    Üstəlik, ürəyimin yaraları da...
   
    Kövrək xatirələrim, ağrılı-acılı düşüncələrim, bəzən axtardığım, bəzən də özü gəlib məni tapan mövzularım da öz yerində...
   
   
   
   ***
   
   Bu gün yenə mövzu öz ayağıynan gəlib tapmışdı məni... Nə xoş, qarabuğdayı siması var. Kim incidib ruhunu, kim qaraldıb günəşini, kim ərşə çəkib qara gözlərinin şirin yuxusunu?! Kim olacaq?! Dünya yaranandan bəri kimlər edibsə, yenə də onlardan biri... Baxışlarında elə niskil, səsində elə sızıltı vardı ki, bunları ondan almaqçün varından-yoxundan keçərdi hər kəs...
   
    -Səni heç uzaqdan da görməmişəm. Amma... dedim, məni təkcə bu başa düşər, dərdimi ürəyinə yaxın buraxar...-səsini kəsib udqunur,- İndii heç kimnən dərdləşmək olmur. Adama birtəhər baxırlar. Axı, iş adam başına gələr. Biz adamıq, taxta-şalban deyilik ki...
   
    Bu vəziyyətdə danışmağın necə işgəncə olduğunu yaşamışam. Onu xilas eləməkdən ötrü nə qədər istəsə, dediklərinə qulaq asaram. Ancaq indi bircə yol var: titrəyən əllərindən tutub könlünü oxşamaq. Heç Tofiq Bayramın "Qadın ürəyi" şeirinin də yeri deyil daha. Onsuz da, şeir kimi incə ruhu danışığından bəllidi. Təsəlliyə, öyüdə qulaq asan halı da yoxdu. Bu yaranı onun ürəyindən ancaq ikinci birisi çıxaracaq. Ona da hələ çox zaman gərəkəcək. İndi özünə desən bəlkə də qışqırıb ağlayar, "mənə belə şeylər deməyin, ölərəm, onu unuda bilmərəm" deyər. Zamanın sığalından xəbəri yoxdu hələ. Mənsə, yaranı yara ilə sağaltmaq istəyirəm. Başqa bir ürəyin yarasından danışmaqla...
   
    Onda tələbəydim. Ara-sıra getdiyim qohum evində bolqar müğənnisi və bəstəkarı Emil Dimitrovun plastinkası vardı. Hər dəfə qohumumgilə gedəndə o mahnıya neçə dəfə qulaq asdığımı indi deyə bilmərəm. Mahnıya vurğunluğumu qonşu qıza danışanda dedi ki, o plastinka məndə də vardı, rəfiqəmə vermişəm. Üstündə mahnının mətni də yazılmışdı. Və o mətni mənə danışdı...
   
    ...Oğlan hər gün sevdiyi qızın yaşadığı binanın həyətinə gəlib bir tərəfdə dayanar, fitnən ancaq özlərinə tanış olan melodiyanı çalarmış. Eşidən kimi qız da düşüb onun görüşünə gələrmiş. Bu sevginin də ömrü elə Yer üzündəki bütün sevgilərin ömrü qədər olur... Oğlanın əsgər getmək vaxtı gəlir...
   
    Hərbi xidmətdən qayıdan kimi, yenə qızgilin həyətinə qaçır. Yenə həmin yerdə dayanıb, yenə fitnən həmin melodiyanı çalır... Gözləyir... Bir də çalır... Hər dəfə bu səsi eşidən kimi qanadlanıb yanına uçan qız görünmək bilmir... Oğlan gözləyir... Bu zaman başqa birisi gəlib Stellagilin pəncərəsinə baxa-baxa fitnən başqa bir melodiya çalır... Və Stella görünür. Düşüb həmin oğlanın yanına gəlir...
   
    Mahnı da elə "Stella" adlanır. Mahnıdakı incə kədər, ürək yanğısı bu günədək məni tərk etməyib. Müğənninin sonda "Stella...Stella..." deyib inləməsi hələ də qulaqlarımdadı.
   
    Rast gəldiyim əksər sevgilərin sonunu belə görmüşəm...
   
    - Hə... əzizim, sən nə birinci, nə də axırıncısan. Gün gələcək, bu çəkdiklərin sənin özünə gülünc görünəcək. "Nə axmaq olmuşam mən, boş şeydən ötrü özümü üzmüşəm, ölmək belə istəmişəm" deyəcəksən. Ancaq boş şey deyil bu duyğular. Bu da sənin ömründən keçməliymiş bir tufan kimi, burulğan kimi. Keçdi də. Yaşandı, ağrıtdı, yandırdı... və ötüb getdi. Yeri göynəyəcək zaman-zaman. Neynəmək olar?! Hansımızın başına gəlmir belə işlər?! Sevgimizi əbədi saxlaya bilmirik. Çünki bizlik olmur, birtərəfli olur çox zaman sevgilər. Xoşbəxt o kəsdi ki, sevgisini də, sevdiyini də ömrünün sonunacan özüynən gətirə bilir. Bu da hər adama qismət olan şey deyil. Bizsə qəlbimizi bircə şeylə ovundura bilərik. "Məni atdılar" yox, "məni itirdilər" deməknən...
   
    Dediyim sözlər bütün günü elə özümü də ağrıtdı. Nəsihətlik deyildi onun dərdi. Ürəyimin qan ağladığını ondan necə olsa gizlətməliydim, axı. Amma ona qoşulub ağlamağım daha təbii olardı. Hər şeyi zamanın ixtiyarına buraxmaq da çarəsizlərin düşünüb tapdığı təsəllidən başqa bir şey deyil.
   
    Görünür, nəsə uydurmadan yaşamaq mümkün deyil bu dünyada...
   
    Nə edəsən ki, təsəlliləri sevgilərindən azdı bu dünyanın...
   
   
   
   ***
   
   O söhbətdən sonra yatmağın özü bir zülmə dönməliydi. Döndü də. "Ağıl qaranlıqda daha yaxşı işləyir". Kantı yaxşı əzbərlətmişdilər bizə. Qaranlıqda ağıl nəinki heç işləmir, əksinə, yerini hisslərə, duyğulara verir ki, bunları da kiritmək hər ağıl sahibinin hünəri deyil. İndi bütün gücümü toplayıb yatmaq ssenarimə əməl etməliyəm...
   
    Televizor sönən kimi, küçənin bütün səsləri evə dolur. Yaxın-uzaq ağaclara qonub sabah üzünəcən dil boğaza qoymayan bayquşun səsi (əminəm ki, onun vahiməli "nəğmə"sini məndən başqa kimsə eşitmir), parkdakı çayxanada futbola baxan kişilərin hüdudsuz sərbəstliyi, mağazanın damında gəzən pişiyin Ay işığında "pələng"ə dönən kölgəsi yuxu öncəsi eşitdiyim, gördüyüm səs və şəkil qalereyamdı mənim...
   
    Sonra... göydə Ayı axtarıram. O da elə mənim ruhum kimidi. Gah lap uzaqlarda görünür. İri, qıpqırmızı. Gah da tərtəmiz, ulduzlu göyün ortasından süd kimi işıq əndərir yerdəkilərin üstünə. Hərdən də lay-lay qara buludların arxasında gah itir, gah da sivişib çıxaraq cilvələnir...Kainatda hər şey yerindədi. Ancaq çoxlarıyçın onun düzəni pozülür hərdən. Elə bayaqkı qızın gününə düşənlərçün...
   
   
   
   ...Qayıt, mənim gülüm, yerbəyer elə
   
   Dərdli səhərləri, gecələri sən.
   
   Çaşıb başqa yolla keçirəm elə,
   
   Düz öz qaydasında küçələri, sən.
   
   Qayıt, yerinə qoy Ayı, Günəşi-
   
   Yenə olduğu tək görüm həyatı.
   
   Qayıt, gözüm nuru, könlüm atəşi,
   
   Qayıt, sahmana sal bu kainatı!
   
   
   
   Əli Kərim
   
   
   
    Bir zamanlar bu şeiri çox sevən birisi vardı. Deyirlər, indi ağır xəstədi. Qorxduğu başına gəlib: Ayı, Günəşi yerindən oynayıb, kainatı sahmandan çıxıb...
   
    Gərək bayaqkı qıza bir şeir deyəydim. Çingiz Əlioğludan...
   
   
   
   Qəmlərini, kədərlərini
   
   Yığ bir yerə,
   
   Bir şıltaq sevinc də at üstünə.
   
   Qoy alışsın,
   
   Otur, qızın istisinə...
   
   
   
    "Mən yatağa nifrət edirəm. Çünki çoxumuz elə onun qoynunda bu dünyadan köçürük". Sara Bernarın bu sözləri bir zaman yaman qorxutmuşdu məni. Bu gecə də fikir adamları elə bil bəhsə giriblər beynimi doldurmaqda. Hələ görün Balzak nə deyib: "Nə qədər ki, sağdı, heç kəsi xoşbəxt saymaq olmaz". Daha bu olmadı ki... Yox, yox, mən belə düşünmürəm. Qorxuram belə-belə fikirlərdən. Yuxu olsa-olsa, ruhumun gecə gəzintisidi. Gündüzlər səs-küydən qorxub özünü boğan, gecələr taqətsiz bədənimdən qopub azadlığına qovuşan ruhumun istədiyini eləmək fürsətidi. Məndən cəsarətlidi mənim ruhum! Qoy gəzsin mənim gəzə bilmədiyim yerləri, görsün görmək istədiklərimi...
   
    Yaxşı ki, ruhumuzun ixtiyarı özümüzdə deyil. Yoxsa, onu da bədənimizin gününə salardıq...
   
    Bilmirəm, indilərdə ürəyimin parası haralardadı. Bilməsəm də olar. Belə də yaşamağa gücüm çatır mənim. Hələ ki, Ayım, Günəşim yerində, Kainatım sahmandadı...
   
   Bunlar varsa, bütövləşməyə nə qalır?!...


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-08-22
2019-08-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (75%)
“Linfild” (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Dünən yazıçı Samirə Zeynalovanın ad günü idi. Onu dəlicəsinə sevən Vəli Xramçaylının möhtəşəm məhəbbətindən də xəbərdarsınız. Qısası...
İkisi  ayrıca qeyd etdilər. Restoranda. Qarson toy havası vermək üçün tanıdığınız o üzərliyi yandırır. Yəni atır boşqabın içinə, tüstülədə- tüstülədə gəlir onların yanına " göz dəyməsin ".
boşqabı Samirənin başına fırladır və xanım onun qabına babat pul qoyur. Qarson sevinə- sevinə Vəli Xramçaylıya yanaşanda Samirə qışqırır :
- Ə bura gəl , ə. Nə iş görürsən? Onu da tüstüyə verirsən ki, göz dəyməsin? Ə, bir diqqətlə bax də... O boyda adamda göz dəyəcək bir şey görürsən ?!
-- ...



digər lətifələr
ARXİV
FACEBOOK