ANA SƏHİFƏ / YAZARLAR

BAKININ YAY YAZISI

Havanın təsiri özünü aşkar büruzə verir

34099    |   2015-08-07 17:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Günü-güzəranı, hava durumunu düşünəndə adam heç bilgisayara yaxın getmək istəmir. Elə istəyirsən ki, düşündüklərini ürəyində özün üçün təkrarlayasan, ya da gözünü zilləyib tavana, otaqdakı temperaturu azacıq mülayimləşdirən ventilyatora  baxa-baxa özün eşidə biləcəyin səslə mövzunu pıçıldayasan – bir divarlar eşitsin, bir də ürəyindəkilər. Bilmirəm, bu nə qədər inandırıcıdı. Amma inanın ki, istinin əlindən adam elə tıncıxır ki, məhz divarla, əsən küləklə, lap elə ventilyatorla danışıb havanın qaralmağını, günün dağın arxasını aşmasını bir təhər qarşılasın… Təəssüf ki, Bakıda elə diqqət çəkən dağ yoxdu. Amma bunun əvəzinə dənizə boylanırıq. Günəş də elə dənizdən çıxıb bir də dənizə qayıdır. Deməli, adama elə gəlir ki, bütün yollar bir də başlanğıc nöqtəyə qayıdır. Doğrudur, zaman-zaman deyiblər ki, tarix təkrar olunur. Bu və ya digər formada yanaşanda elə yolun başlanğıc nöqtəsinə sondan bir də baxanda bu təkrarı hiss etmək olur. Bax, Bakının bu cırhacırında da nə düşündüyümü, nə yazdığımı az qala unudaraq sözləri də tapmağa çətinlik çəkirəm. Çünki Bakının yayı təkcə günəşin yandırması ilə deyil, həm də Bakının asfalt küçələrinin od püskürməsi ilə həmin o cırhacırı adamın bütün əhval-ruhiyyəsini alt-üst edir. Lap obrazlı desəm, göydən də od tökülür, yerdən də od qalxır. Belə məqamda bəzilərinin klima, bəzilərinin kondisioner kimi təqdim etdiyi cihazın da sözü boğazında qalır, hayımıza çata bilmir. Amma soyuq su satanların işi başdan aşıb. Necə deyərlər, suyu soyutmağa macal tapmırlar. Nə isə…

Bax, belə bir məqamda öz-özümə fikirləşirəm ki, günün bu günündə, bu saatında, bu anında mənim doğulduğum kənddə, beş barmağım kimi tanıdığım bulaqların başında əyləşsəm nə bu isti yadıma düşər, nə də bu istinin əli gedib oralara çata bilər. Çünki o yerləri, o bulaqları dağlar da, meşələr də, elə Allahın özü də böyük lütflə qoruyur. Ona görə də soyuq bulaqların bumbuz suyu dodaq göynədir və o göynərti adamın təkcə canından deyil, yadından da istini bütünlüklə çıxarır.

Əslinə baxanda isti, ilıq anlayışları həm gərəklidi, həm də müəyyən bir zərurətdi. Çünki adamın evi, ocağı isti olanda, ətrafında ilıq münasibət olanda və o bu istiliyin, bu ilıqlığın içərisində yaşayanda həyat da mənalı olur, onun həyatı da. Çünki onu anladıqları kimi o da anlayır, onu duyduqları kimi o da duyur. Və sonda ortaya mükəmməl bir insan həyatı qoyulur. Elə bir həyat ki, onun hər anında yaşamın, sevginin cizgiləri, eləcə də zamanın ştrixləri özünü göstərir. Bunu yaşayan da əlini ürəyinin üstünə qoyub rahatlıqla arxada qalan günlərin təkcə təəssüfünü yox, həm də təəssüratını yaşayır. Deməli, böyük Səməd Vurğunun dediyi kimi, «çörək bol olarsa, basılmaz vətən» çağırışını müasirləşdirsək, zamana uyğunlaşdırsaq, lap elə bu yazının yazıldığı anın notlarına kökləsək, onda deyə bilərik ki, «istilik bol olarsa dözümümüz də artar. Axı biz dözümlü xalqın nümayəndəsiyik!»

Söhbət dözümdən düşərkən qoy imkandan istifadə edib bir az özümü tərifləyim. Zarafat deyil, həm bu istiyə dözürəm, həm bu istinin yaratdığı problemlərə. Üstəlik bu istidə həm yazı yazıram, həm yazı oxuyuram, həm də ən vacibi iç dünyamdakı səni sevirəm. Deməli, mənim dözümüm digərlərinin dözümündən ən azı 20 misqal çoxdu. İndi özün hesabla dözümümün həcmini. Sən onu hesablayana kimi mən sənə bir şeir deyim:

 

Səndə sevgi oyananda

Məni torpaq isidəcək…

Gözlərinin oxşadığı -

Quru yarpaq isidəcək!..

 

Nə çəkirəm Allah bilir

Kipriyimi külək silir…

Daş da səndən tez isinir -

Düşsə qor, bax isinəcək…

 

Bir insaf et, düşün məni

Bil, mən varam – düşünməli!..

Toparlasan düşüncəni -

Soyuq gorgah isinəcək!..

 

Bu isti havada adam bəzən telefona da cavab verməyə ərinir. Ən dəhşətlisi iş və ev telefonlarıdı. Çünki orada nömrə görünmədiyindən zəngin kimdən gəldiyini təxmin edə bilmirsən və məcbur olub dəstəyi qaldırırsan… Və bütün problem də elə bundan sonra  başlayır…

Hansısa bir uzaq qohum, tanış, lap elə qapı qonşu telefonun o biri ucunda əsnəyə-əsnəyə havalardan başlayıb dənizdən keçib bütün şəhəri, bütün ölkəni dolaşandan sonra axırda soruşur ki, müəllim, sən bilərsən, bu istilər nə qədər davam edəcək?

Bax belə bir məqamda dişini dişinə sıxıb dinlədiyin bu adama deməyə söz tapmırsan. Hətta əsəbi bir şəkildə hərdən zarafat da etmək istəyirsən. Məsələn belə:

- Bağışla qonşu, Allahın telefon nömrəsini itirmişəm. Öyrənən kimi soruşub sizə məlumat verərəm.

Bəli, bu mənim demək olar ki, hər gün eşitdiyim sualın qarşılığında tək-tək adamlara verdiyim cavabdı. O cavabı o adamlara deyirəm ki, onların müəyyən mənada anlayışları var. Amma neyləyəsən ki, həmin anlayışlı adamlar da bir az keçəndən sonra yenə həmin o mövzuya qayıdırlar. Bax onda mən tam şəkildə əmin oluram ki, Bakının, yəni Bakının yayının istisi bizi altdan-üstdən qaynadır. Elə «qaynadığımıza» görə də yaddaşımız əriyir. Eyni sualı, eyni sözü təkrar edirik. Özü də necə gəldi. Yenə nə isə…

Hə, günəşin bütün gücü ilə od səpdiyi bir məqamda şəhərin bir ucundan o biri ucuna gedirəm. İnsafən bu yollarda maşınların sayı o qədər də çox deyil. Amma tək-tək maşınların ya bütün şüşələri qaldırılıb, içəridə klima işləyir, ya da bütün şüşələr endirilib klima  əvəzinə maqnitofon bütün gücü ilə bağırır. Bax, mənə elə gəlir ki, həmin o maqnitofonu «bağırdan» bu üsulla maşının içərisindəki istini qovur, özünü sərinlədir. Əks halda, adam gərək kar ola ki, o səsi, o bağırtını eşitməyə. Bu da şəhərimizin bir özəlliyidi. Əgər nə vaxtsa, kimsə nəsə yazmaq istəsə, şəhərimizin yay özəlliklərindən yazmaq istəsə, bundan da istifadə edə bilər. Tam səmimiyyətlə hər kəsə bu fikri istifadə etmək haqqını bağışlayıram…

Deməli, şəhərdə yaşadığım motodrom ərazisində hərdən elə bürkü olur ki, necə deyərlər, yarpaq da tərpənmir. Onda məcbur olub Bakı-Sumqayıt magistralının kənarında gəlib dayanıram. Çünki sürətlə hərəkət edən maşınlar havanı yarırlar və müəyyən hava axını yaranır. Düzdü, bu havanın əsas tərkibi, yəni şah damarı atmosferə axan dəm qazıdı. Bunu bilsəm də və havanı udduqca boğazım, sinəm göynəsə də, küləyə olan ehtiyac məni hər axşam həmin magistralın kənarında dayanmağa və saatlarla gəlib keçən maşınları bir növü saymağa məcbur edir. Hətta olur ki, tanış-biliş yanımda maşını saxlayıb niyə durduğumu, hara getmək istədiyimi soruşur. Mən də bu insanı münasibətə görə onlara təşəkkür edirəm və zarafatla deyirəm ki, Sumqayıtdan, Xırdalandan Bakıya gətirdiyiniz küləyin qarşısını kəsmişəm. İstəyirəm ondan bir ovuc bizim məhəlləyə  yönəldim…

Bəli, yəqin ki, nə demək istədiyimi və ümumiyyətlə hansı mənzərəni bu yazıda ortaya qoyduğumu təxmin etdiniz. Etməyənlər də, edə bilənlərdən soruşa bilərlər. Amma  şəxsən mən  ən azı bu yazının diktəsinin dinləyicisi olanların, xüsusilə dizaynerimiz  Şamxal bəyin nəyi təxmin etdiyini hələ də anlamadım. Bilmədim ki, o yazıya müdaxilə etməklə nə demək istəyir. Hər halda o da səlahiyyət sahibidi. Düşündüyünü, ürəyindən keçəni deyir. Elə mən də düşündüyümü bu cırhacırda həsrəti ürəyimi göynədən kəndim, onun uşaqları barəsində yazdığım misraları dilə gətirirəm. Axı indi o yerlər cənnətdi.

 

Bu kənd uşaqları yaman dəcəldi

Ağaca dırmaşır, daşa dırmaşır…

Yapışıb qartalın caynaqlarından -

Zirvədə səs yetməz qaşa dırmaşır…

 

Gah qoyun otarır, quzu səsləyir

Dərəni düz keçir, düzü səsləyir…

Dünənə boylanıb bizi səsləyir -

Yanında xatirə – qoşa dırmaşır…

 

Şəlalə altında yuyunub çıxır

Ən hündür budağa yüyürüb çıxır…

Böyük qarşısına buyurub – çıxır!

Gizlənmir, nə də ki, başa dırmaşır…

 

Əbülfət gördüyün, bildiyin yazır

İllərin yadından sildiyin yazır…

Haradan haraya gəldiyin yazır -

Hərə də seçdiyi tuşa dırmaşır!..

 

Bütün yazı boyu təbiətlə necə deyərlər, vuruşduq, əlbəyaxa olduq. Günəş gücünü göstərdikcə artıq qan-tərə batdığımı özümdən başqa hamı da görürdü. Hətta kiminsə özümə zülm etdiyimi düşünüb mənə çox rəhm dolu bir nəzərlərlə baxdığını, hətta o baxışlarla «özünə yazığın gəlsin!» dediyini anladım. Amma yenə səmimiyyətlə etiraf edim ki, vallah-billah Bakının bu istisində rəhm də heç bir işə yaramır. Ən yaxşı rəhm sərin bir yer tapmaq, cibə beş-üç manat qoyub Bakını tərk etməkdi. Təəssüf ki, bu da xəyaldı, arzudu. Düşünürəm ki, daş üstündə ot bitirən Tanrı nə vaxtsa bizim qəbildən olanların da istəyini çin edər. Yəni biz də yol çantamızı atarıq çiynimizə və deyərik - Getdik eee!!!!

Hə, hələki getməmişəm. Hələki Bakıdayam, hələki bilgisayarda Gülər xanım həvəslə və sürətlə yazır və bunun özü də məndə bir ümid yaradır ki, doğrudan nə vaxtsa gedəcəyik. Yəni ürəyi istəyənlər ürəklərinin səsinə qulaq asıb ciblərinin köməyi ilə sərinləyəcəklər. O vaxta qədər isə sizi deyə  bilmərəm, mən dörd divarla, qələm-kağızla və bir də içimdəki özümə bəlli Tanrı bəndəsi ilə danışmaqda davam edəcəm. Çünki məni sadaladığım bu ünvanlardan başqa heç kim olduğum kimi anlamır. O isə bu məsələdə hamıdan öndədi. Çünki…

 

Sən hərdən özünə dön

Qayıt dünənki sənə…

Ordakı doğmalıqla -

Təbəssüm göndər mənə!..

 

Düşün, çatlaq dodağın

Yarasına su hopdur…

Ya da dönüb baxmadan -

Ömründən yarpaq qopdu!..

 

Bir yazılı vərəqin

Nöqtə-vergülün izlə…

De, qarşına çıxımmı -

Sənin yenə bu üzlə?!

 

Hə, isti öz işini gördü. Biz də, yəni mən və bilgisayar yazarımız Gülər xanım düşündüklərimizi birtəhər sizə çatdırdıq. Xoşunuza gəlsə paylaşarsınız.

 

 



İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- İki dost işdən evə qayıdır.
Biri:
- Mənim arvadım çox yaxşıdır. Gedən kimi çəkmələrimi qarşımda cütləyir, qəlyanım dolu olur. İndi qəhvəm və mətbəxdə bir vedrə isti suyum hazırdır.
- Hamısı çox gözəldir, ancaq o mətbəxdə bir vedrə isti su nə üçündür?
- Vallah, mən soyuq su ilə bulaşıq qabları yuya bilmirəm.




digər lətifələr
ARXİV
FACEBOOK