Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | "GÜNƏBAXAN ZƏMİSİNDƏN" "TÜTÜN LİMANI"NA... Adalet.az | "GÜNƏBAXAN ZƏMİSİNDƏN" "TÜTÜN LİMANI"NA... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"GÜNƏBAXAN ZƏMİSİNDƏN" "TÜTÜN LİMANI"NA...

Əjdər Olla görüşəg

22302    |   2012-07-03 18:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Çoxdandır yazı masamın üzərində bir neçə kitab üst-üstə qalaqlanıb. Hər dəfə qələm-kağıza yaxınlaşanda həmin kitablar mənə tərəf elə mehribanlıqla baxırlar ki, özümdən asılı olmadan qələm-kağızı bir tərəfə qoyub onların qonağı oluram. Söhbətləşirik, dərdləşirik, hətta bəzilərinin içərisində dərdimin az-çox dərmanını da tapıram. Bəziləri lap əlimdən tutub məni uzaq illərimə, girovluqda qalan kəndimə, uşaqlığıma aparır... bəziləri gələcəyə səsləyir... yaşamağın gözəlliyindən söz açır... Və beləcə, bir günüm də, ömrün bir kəsiyi də bu mehriban süfrənin arxasında tamamlanır. Mən peşiman olmuram. Düşünürəm ki, qonağı olduğum kitablar da yəqin ki, müsafirlərindən narazı qalmadılar...
   
   Əlimi uzadıram kitablara tərəf. Nə vaxtdan bəri oxuyub başa çıxdığım "Tüstü limanı"nı götürürəm, özü də məqsədli şəkildə. Çünki bu kitabın birinci fəslindəki hekayələr, onların süjet xətti, mövzusu mənə həm isti və doğmadır, həm də sanki onları elə özüm yazmışam, özüm bu hadisələrin iştirakçısı olmuşam... Bax, bu qədər bağlıyam o hekayələrə... Burda bir haşiyə çıxım: deməli, mən "Tüstü limanı"nından öncə stolumun üstündəki kitabların arasından "Günəbaxan zəmisi" kitabını elə-belə həvəsə götürüb oxumuşdum. Ona görə elə-belə həvəsə deyirəm ki, hərdən bu cür gedişlərim olur. Ürəyimcə olan şeir kitablarını, xüsusilə dostların kitabını təkcə mənəvi ehtiyacdan yox, həm də ürəyimə ovqat bəxş etmək üçün, duyğularımı qidalandırmaq üçün, ya da fikrimi nədənsə yayındırıb unutdurmaq üçün, bəzilərinin dediyi kimi, "mırta" da oxuyuram. Bu bir növ xobbimdi. Bax elə "Günəbaxan zəmisi"ni də neçə gündür məni dilxor edən bir məqamı unutmaq üçün əlimi atıb götürdüm və zikr edənlər kimi gözüyumulu açdım:
   
   
   
   Əzabı mən elə gözəl çəkirəm,
   
   çəkdiyim əzabdan heç kəs usanmır.
   
   Özüm öz başıma sığal çəkirəm
   
   məndən söz düşəndə söhbət uzanmır.
   
   
   
   Bəli, bu şeir də gözlədiyimn əksinə, mənim fikrimi yayındırmadı, əksinə, həvəsləndirdi. Qurcaladı ki, kağızla, qələmlə yol-yoldaşlığına başlayım. Çünki müəllif özü barəsində haqsızlıq etmişdi, özü də çox böyük haqsızlıq. Axı ondan söhbət düşəndə söz sözə calanır, söhbət söhbətin davamı kimi az qala seriallaşır. Bu da səbəbsiz deyil. "Məndən söz düşəndə söhbət uzanmır" deyən dostumun müşahidələri, iştirakçısı olduğu məqamları kağıza köçürmək məharəti, ona yaşam haqqı vermək qüdrəti hamıya bəllidir. Kifayət edər ki, onun dostlar haqqında yazdığı bir-birindən dadlı-duzlu portret yazıları, məqalələri, xatirələri, bir sözlə, onun baməzə deyimlərini gözdən keçirəsən. Onda həm hadisənin qəhrəmanı, həm də müəllifi sənin içində bir təzə ovqat yaradacaq, səni bir az dərdin, qəmin içindən çəkib çıxaracaq, üzünə təbəssüm, ürəyinə işıq səpiləcək. Nə isə...
   
   Söhbətin uzanmasından gileylənən dostumun misrasını ipucu edib "Tüstü limanı"na daxil oluram. Məqsədim çox konkretdi. Mən "Tüstü limanı"nı başdan-ayağa gəzib dolaşsam da, hər döngəsində, hər tinində dayanıb düşünsəm də, xatirələrə baş vursam da, indi onu təkrarlamayacam. Çünki "Tüstü limanı"nın iki hekayəsi məni yazı masasına çəkib. Mən o iki hekayənin yaratdığı ovqatımı təkcə oxucularla yox, həm də özüm özümlə bölüşmək istəyirəm. Buna çox ehtiyacım var. Böyük şairimiz Səməd Vurğun deyib ki, "ehtiyac qul edər qəhrəmanı da". Bax, mən də o ehtiyacıma qul olmuşam.
   
   Hekayələrdən birincisinin adı "Qəbulda", ikincisinin adı "Usta Yusifin kamançası"dır. Hər iki hekayə həyatın çılpaq mənzərəsi olsa da və hər ikisinin də bünövrəsində insanın məişət problemi dayansa da, bütövlükdə problemlər fərqli, çözüm də fərqlidir. Yəni birincidə konkret desəm, "Qəbulda" həyatını vətən üçün, torpaq üçün sipərə çevirən, səngərə atan, nişangah edən keçmiş döyüşçünün bir psixoloji anı əsas götürülübsə, "Usta Yusifin kamançası"nda bir arzunun, bir istəyin çin olması üçün öz iradənin əksinə getmək və o istəyə iradəni qurban vermək təqdim olunur.
   
   Məsələni bir az da geniş açsaq, onda belə bir səhnəni gözünüz önünə gətirin və qəbula gəlmiş saqqallı keçmiş döyüşçünün qəzəb, əsəb, nifrət və həm də haqq tələbini səsləndirən sözlərini qulaqlarınızda səsləndirin:
   
   "-Sizin kimilər arın-arxayın isti kresloda xumarlanır. Dunya-aləm veclərinə deyil! Amma bizlər Qarabağda can qoyduq. Bir gözümü, bir ayağımı itirmişəm, kontuziya almışam. Gecələr ağrıdan yata bilmirəm. Aldığım dərmanlara çatmır...
   
   ... - Bu dava elə bizlərdən ötrü idi?!
   
   Araya sükut çökdü.
   
   - Dünən arvadım iki uşağı üstümə atıb getdi.
   
   - Niyə? - nəhayət, məmur dilləndi.
   
   - Qara günə dözmədi - saqqallı adam ağlamsındı.
   
   - Mən sizi başa düşürəm.".
   
   Bəli, bu, ixtisarla təqdim etdiyim kiçik parçada çox şey var: döyüşçünün haqqı da, haqq tələbi də, onun psixoloji durumu da, məişəti də, yaşamı da. İkinci bir tərəfdən, bu parçada bütün tələblərində, bütün qəzəbində, hətta döyüşçünün görkəmində və səsinin titrəməsində də bir doğmalıqla yanaşı, bunun gerçək olduğuna inam da var. Digər tərəfdən bu gerçəyə münasibət də buradakı "niyə" sözündə özünü ifadə edib. Çünki həmin o "niyə" boğazdan yuxarı deyilməyib. Əgər boğazdan yuxarı deyilmiş olsaydı belə, yenə bir soyuqqanlığı, bir məmur laqeydliyini ifadə edərdi. Ancaq həmin o "niyə"dən sonra əslində oxucunu gərginlikdə saxlayan, az qala özündən çıxaran pərdə ortadan qalxır. Və görürük ki, sən demə daş parçası, duyğusuz, hissiz hesab etdiyimiz məmurun nə boyda dərdi var imiş, nə boyda faciə yaşayıbmış.
   
   "Məmur pıçıldadı:
   
   - Qardaşım yadıma düşdü. Kaş o da sizin kimi Qarabağdan yarımçıq bədənlə qayıdaydı. Uşaqları hələ də məndən atalarını istəyirlər.
   
   Saqqallı adam döyükdü:
   
   - Sizin qardaşınız...
   
   ... - Murovda qar uçqununa duşdu. Meyiti də tapılmadı".
   
   Bəli, bu artıq elə bil ki, həmin o saqqallı adamın əsəbinə, bütün çılğınlığına səpilən su deyil, həm də məmurun laqeydliyinə daxilən əsəbləşən oxucunun üzərinə səpilən sudu. Özü də o qədər rahat səpilir ki, bu gerçəkliyə inanırsan və anlayırsan ki, hərənin özünə görə dərdi olduğu kimi, hərənin də öz gerçəyi var. Gerçəkdən isə qaçmaq mümkün deyil. Necə ki, saqqallı adam bu məmurun qəbuluna niyə gəldiyini demədən o gerçəyə boyun əyib çıxıb gedir. Özü də məmurdan incimədən. Elə oxucu da artıq məmurdan incimir. Çünki yazıçı gerçəkliyə oxucunu da inandırmağı bacarır. Bax, ədəbiyyatın, ədəbi sözün ifadəçisi olan qələmin gücü də burdadı.
   
   İkinci hekayə "Usta Yusifin kamançası"dır. Mən bu hekayəni oxuyanda yenə xatirələrə baş vurdum. Ona görə də bir haşiyə də çıxmalı oluram. Bunsuz mümkün deyil. Yadıma dostum, Füzulidə, Qarabağ bölgəsində hamının yaxşı tanıdığı poçtalyon Qadir düşdü. Elə bu hekayənin qəhrəmanının da adı Qadirdi. Oxşar xarakterləri, oxşar baxışları mənə Qadir üçün bir rəhmət duası ismarıc etdi...
   
   Qayıdaq hekayəyə. Adi bir süjet xəttidir. Amma son dərəcə təbii və səmimidir. Belə ki, sıravi bir adam, ürəyi dünya boyda, çəkisi uşaq çəkisi qədər olan Qadir hazırcavablığı, arvadının dediyi kimi, "Əhmədi-biqəm" olmağı ilə hamının sevimlisinə çevrilib. Onun lağlağıları, qoşduğu ayamalar, hətta istənilən adama yanaşmaq məharəti də Qadirin ustalığından xəbər verir. Təsəvvür edin ki, rayonun ən hörmətli adamlarından tutmuş ən sıravi sakinlərinə qədər hər kəs Qadirin xətrini istəyir, onu öz məclisinə dəvət edir. Özü də təlxək kimi yox, adamların əhval-ruhiyyəsini məclisə uyğun açmağı bacaran bir peşəkar kimi. Hekayənin bir məqamına diqqət yetirək.
   
   "- Qadir, Fərman Moskvadan gəlib. Başının dəstəsi ilə oturub "Qaya"da. Məni sənin dalınca göndərdi".
   
   "Qadir maşina minəndə dedi:
   
   - Arvad, pitini at itə. Qoy desinlər ki, Qadir elə-belə oğlan deyil, onun iti də təzə piti yeyir.
   
   Bu söz Bəşir üçün deyilmişdi. Qadir bilirdi ki, Bəşir onun sözlərini sabah şəhərlə bir eləyəcək".
   
   Bu kiçik parçadan bəlli olur ki, Qadir süfrə başında olanda da öz hazırcavablığını unutmur. Üstəlik, məqamında özünüreklamdan da yararlanır. Çünki onun dediyi sözü xarakterinə bələd olduğu Bəşir qısa bir vaxtda bütün şəhərə yayacaq. Bu da Qadirin imicinə təbii ki, yaxşı bir təsirdi, göstəricidi. Digər tərəfdən Qadir onu məclisinə dəvət edən dostun xatirinə süfrədən yarımçıq qalxır, onu gözlətmir. Bu da onun əxlaqının bir keyfiyyətidi. Üçüncüsü, Qadir ailəsini nə vaxtdan bəri narahat edən musiqi məktəbində oxuyan qızı üçün usta Yusifin kamançasını almaq şansının da yarandığına içində bir inam işartısı hiss edir və ona görə də dostu Fərmanın görüşünə tələsir. Bu məclis də çox ustalıqla təqdim olunub. Müəllif məharətlə məclisin yuxarı başında onu gözləyən yerin sahibi Qadirin həqiqətən həm maraqlı, həm də arzulanan insan olduğunu bu kiçik detalla bir daha oxucuya çatdırır. Və məclisə gələn Qadirə dostu Fərmanın xatırlatması da təkcə oxucuda təbəssüm yaratmır, həm də onun hazırcavablığına, səmimiyyətinə inamı bir az da artırır. Təsəvvür edin ki, Fərmanın qaynanası rəhmətə gedib və Qadir də ona başsağlığı teleqramı göndərib. Teleqramın mətninə fikir verək:
   
   "- Fərman, adam bir manat itirəndə yanıb tökülür. Zarafat deyil, o boyda qaynana itirmisən, səni başa düşürəm, dərdin böyükdü. Başın sağ olsun! Qadir".
   
   Bu başsağlığının mətni həm səmimidi, həm də inandırıcıdı, həm də bunun içərisində ərkdən gələn zarafat var. Elə bir zarafat ki, doğrudan da dərdi paylaşır, dərdi öz içərisində əridir. Ona görə də Fərman həmin mətni məclis iştirakçılarına oxumaqdan çəkinmir və bununla da Qadirlə öz arasında olan münasibətə də işıq salır, Qadir məclisdəki yerinə də. Üstəlik, Qadirin problemini həll etmək üçün onun öz üsulundan istifadə etməkdən də çəkinmir. Necə deyərlər, Qadiri öz dilindən tutur:
   
   "- Fərman:
   
   - Kamançanı neçəyə deyirlər?
   
   Qadir:
   
   - Beş yüz dollara!
   
   .......................
   
   - Nə qədər pulun var?
   
   - Heç nə qədər.
   
   - İstəsən bu pulu indi qazana bilərsən".
   
   Bax, bu yerdə bir oxucu gərginliyi yaşanır. Həvəs və intizarla gözləyirsən ki, görək Qadir bu beş yüz dolları necə qazanacaq. Loru dildə desək, dostu ona hansı "torba"nı tikib. Odur ki, tələsik növbəti cümlələri oxuyur və onun içərisində özünü məclisdə hiss edirsən və görürsən ki, Qadirə hər yüz qram araq üçün yüz dollar təklif olunur. Əgər Qadir beş yüz dolları qazanmaq istəyirsə, onda beş yüz qram da araq içməlidir. Doğrudur, Qadirin içmədiyini, çəkmədiyini dostları bilsə də, bir növ onunla məzələnmək, ondan "qisas" almaq üçün bu üslubu seçiblər. Çünki Qadirə beş yüz dollar vermək Fərman üçün heç nədir. Ancaq bunun məhz Qadiri içirdib onun sərxoş vəziyyətini də söhbət mövzusu etmək üçün Fərman bu yolu seçib. Bunu Qadir də çox gözəl bilir. Ancaq qızına kamança almağın real yolu bu olduğu üçün təklifdən imtina etmir.
   
   Təbii ki, mən bütün hekayəni danışmaq, təsvir etmək fikrində deyiləm. Lakin bir oxucu kimi mənə Qadiri evdə hansı mərəkənin gözlədiyi maraqlıdı. Onu görmək, arvadının Qadiri necə qarşılayacağının şahidi olmaq istəyirəm. Bax, elə hekayənin ən böyük reallığı, inandırıcı nöqtəsi də həmin məqamdı. Evə sərxoş, özünü bilməyən bir vəziyyətdə gətirilmiş Qadiri arvadı demək olar ki, "ağ yuyub qara sərir". O ana kimi ki, gerçək üzə çıxır və məlum olur ki, Qadir evə beş yüz dollar pul gətirib. Onda Qadirin arvadı bugünün reallığından çıxış edir. Yəni elə olduğu kimi də görünür:
   
   "Nazı pulları alıb ovcunda sıxaraq Qönçəyə sarı dönüb dilləndi:
   
   - Ay qız, gün günorta oldu, dədənə çay qoy, işə gedəcək".
   
   Doğrudan da bu səhnəyə inanmamaq mümkün deyil. Çünki məişət önə keçib. Bax, əvvəldə xatırlatdığım qəhrəmanı qul edən ehtiyac burda bir daha görünür.
   
   Mən hər iki hekayə barəsində yaşadığım, içimdən keçirdiyim duyğuları pis-yaxşı ifadə etməyə çalışdım. İstədim ki, bu duyğuları oxucularla da bölüşüm. Amma necə alındığını deyə bilmərəm. Bircə onu deyə bilərəm ki, hekayələrin müəllifi "Tüstü limanı"nı mənə özünəməxsus yumorlu bir aftoqrafla bağışlamış dostum Əjdər Ola iki misranı xatırlatmaq ehtiyacını duyuram:
   
   
   
   -Ölərəm səninçün!
   
   -Yaşa mənimçün!
   
   
   
   Bu misralarla nə demək istədiyimi, daha doğrusu, Əjdər Olun onu sevənlərə nə ünvanladığını yəqin ki, başa düşdülər. Kim üçünsə qaranlıq məqamlar oldusa və yaxud varsa, "Tüstü limanı" da, "Günəbaxan zəmisi" də, Əjdər Olun digər kitabları da onunla həmsöhbət ola bilər. Təbii ki, ürək istəsə.


YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
SON XƏBƏRLƏR
2019-09-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK