ANA SƏHİFƏ / YAZARLAR

QUTUDA İLAN...

19027    |   2011-12-10 07:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Adam bəzi işlərə baxanda lap məəttəl qalır. Gözləri böyüyür desək, daha yaxşı səslənər. Ən azından ona görə ki, bu dünyanın qəribəlikləri içərisində bəzən ağıla gəlməyən hadisələr baş verir. Belə baxanda bu hadisələrdə bir o qədər qəribəlik də yoxdur. Sadəcə olaraq elə anlar yaranır və bu anları görəndə təbii ki, insan təəccüblənir...
   
   Bu yaxınlarda bir çayxanada orta yaşlı oğlan kitab satırdı. Yaxınlıqdakı stolda isə çox imkanlı və pullu bir adam əyləşmişdi. Necə oldusa, birdən üzünü kitab satana tərəf tutub dedi:
   
   - Ay oğlan, bir mənə yaxınlaş...
   
   Kitab satan qoltuğuna kitabları vurub həmin adama yaxınlaşdı. Əlində çay içtəkanı stola yayxınmış bu özündənrazı adam yenidən kitabsatana tərəf baxdı və dilləndi:
   
   - Səndə "Qabusnamə" var?!
   
   Kitab satan:
   
   - Var, niyə yoxdur?! Özü də o qədər baha deyil...
   
   Oğlan kitabı çıxarıb stolun üstünə qoydu və gözlədi ki, yəqin indi özündənrazı adam pulu ona verəcək. Özündənrazı, orta yaşlı kişi kitabı əlinə götürüb diqqətlə baxdı və bir az da vərəqlədi. Kənardan da onun bu hərəkətinə göz qoyanlar vardı. Kişi əlini cibinə salıb 2 manat pul çıxardı. Dedi ki, 2 manata verirsənsə "Qabusnamə"ni alaram. Hansı ki, kitabın arxasında onun qiyməti 5 manat göstərilmişdir.
   
   Kitab satan oğlan isə onun bu hərəkətindən gözləri böyüdü, həyəcanlandı və soyuq tər onu basdı. Sonra handan-hana dilləndi:
   
   - Allah sənin insafını kəssin. Elə bu kitabın özü 5 manatdır. Səndə 2 manat verirsən. Bəs 3 manatı hardan alıb qoyum yerinə? Bu kitabın satışından uzaq başı 50 qəpik pul qazanıram və bunu da mənə çox görürsən...
   
   Özündənrazı adam:
   
   - Sənin minnətin olsun ki, mən kitab alıram. Rəhmətliyin oğlu, indi kitab oxuyan kimdir?! 2 manata verərsən alaram, 2 manatdan bir qəpik artıq da pul verən deyiləm.
   
   Kitab satan oğlan:
   
   - Kitabın qiyməti 5 manatdır. Götürmək istəyirsənsə, 5 manatı ver kitabı al, ya da kitabı almaq istəmirsənsə onda tay mənim əsəblərimlə oynama.
   
   Özündənrazı kişi, əlinin arxası ilə kitabı geri itələdi. Yəni demək istəyirdi ki, mən bu qiymətə kitab almıram. Kitab satan oğlan isə stolun üstündəki kitabı götürüb əlləri ilə kitabı bir daha təmizlədi və sinəsinə basdı. Sonra da özündənrazı kişiyə sözünü dedi:
   
   - Sizin kimi adamlar kitabın qədrini bilməzlər. Çünki atalar yaxşı deyib: "Zər qədrin zərgər bilər".
   
   Sonra da kitab satan oğlan kitabı çantaya qoydu və çəkilib öz yerində əyləşdi. Kənardan bu hadisəni seyr eləyən insanlar özündənrazı adamı qınadılar. Amma bir adam dillənib demədi ki, qarnını doyurmağa, araq içməyə, kabab yeməyə nə qədər pul xərcləyirsən, kitab almaq lazım gələndə canın çıxır. Təbii ki, bunu heç kəs özündənrazı adama demədi...
   
   Bizim millət o qədər də kitaba maraq göstərmir. Deyirlər ki, dünyada ən çox kitab oxuyan fransızlar, ruslar, almanlardır. Bəlkə başqa millətin də nümayəndələri kitab oxuyurlar, amma bu barədə dəqiq bir şey deyə bilmərəm. Bircə onu deyə bilərəm ki, bizim millətin bəziləri kitab görəndə sanki qutuda ilan görür. Yeyib-içməyə, kef çəkməyə, hətta başqa xanımlarla əylənməyə ətək-ətək pul xərcləyir, amma 10 manat verib kitab almağa canı çıxır. Ona görə də qarnımız dolu, içimiz və mənəviyyatımız boş qalıb...
   
   Mən adətən işə gələndə ictimai nəqliyyatdan - avtobusdan və metrodan istifadə eləyirəm. Düzdür, avtobusda o qədər kitab oxuyan görmürəm. Ancaq metro qatarlarında çoxlu sayda qəzet və kitab oxuyan insanlarla rastlaşıram. Birdən elə bilərsiniz, kitab oxuyanlar bəlkə bizim millətin nümayəndələridir. Əksinə metro qatarlarında kitab oxuyan ruslar, ya da başqa millətdən sayılanlardır. Bizim millətin nümayəndələri isə ya gözlərini bir-birinin sifətinə zilləyir, ya da elə bərkdən danışır ki, az qala adamın qulağı tutula. Elə bir zalım oğlunun boğazını gavanla deşmisən. Çox qəribədir ki, başqa millətlər kitab oxuyurlar, qəzetə göz gəzdirirlər, teatra gedirlər. Bizimkilər isə qumar oynayır, yaxşı xaş yeyir, diskatekada olur, başqa əyləncə yerlərində kef çəkirlər. Bəli, kef də çəkmək lazımdır, araq da içmək olar, diskatekada da istirahət etmək mümkündür. Ancaq heç olmasa ayda, ildə bir dəfə hər hansı bir kitabı vərəqləmək də olar...
   
   Bir dəfə ali məktəblərin birində təhsil alan tanışımın oğlundan soruşdum ki, dərslərin necə keçir?! O isə dünyanı vecinə qoymurmuş kimi dilləndi:
   
   - Ay əmi, sən nə qoyub, nə axtarırsan. İndi oxumağa qiymət verən kimdir. İmtahan gələndə müəllimlərimiz bizdən soruşmur ki, hansı kitabları oxumusan. Onlar soruşurlar ki, nə qədər pul gətirmisən. Orta məktəbdə çox yaxşı oxuyurdum. 600 balla da ali məktəbə qəbul olmuşam, amma ali məktəbdə gördüm ki, oxuyanlara, oxumayanlara dəyər verilmir. Elə o gündən də oxumağın daşını atmışam.
   
   Dostumun oğluna bir sual da verdim:
   
   - Axırıncı oxuduğun kitabın adı nədir?
   
   Dostumun oğlu:
   
   - Axı bayaq dedim. Son vaxtlar bir kitab belə oxumamışam. Bədii kitabı nəzərdə tuturam ha. Əvvəllər çoxlu bədii ədəbiyyatlar oxumuşam, Nobel mükafatına layiq olan yazıçıların əksəriyyətinin romanlarını acgözlüklə oxuyub başa vurmuşam. Hətta Kolumbiya yazıçısı, Nobel mükafatçısı Markezin "100 il tənhalığını"da oxumuşam. O vaxt onu da oxumuşdum ki, həmin əsərdən kino çəkmək üçün Markezə 5 milyon dollar pul təklif ediblər. Amma müəllif buna razı olmayıb. Deyib ki, birdən rejissorlar kinonu pis çəkər və əsəri gözdən salar. Görürsən əmi, mənim kimlərdən xəbərim var. Amma ali məktəbdə oxuyandan sonra tay kitab oxumuram...
   
   İndi bizdə kitablar o qədər də baha deyil. Məsələn, Ramiz Rövşənin, eləcə də Musa Yaqubun iri həcmli yüksək səviyyədə çap olunmuş kitablarının qiyməti 10 manatdır. Belə baxanda heç 10 manat da böyük pul deyil. Sovet dönəmində biz elə kitablar alırdıq ki, onun qiyməti əldə 70 manat, 100 manat idi. Biz boğazımızdan, əynimizdən, başımızdan kəsib o kitabı alırdıq, sonra da elə acgözlüklə oxuyurduq ki, sanki ləzzətli bir yemək yeyirdik. Biz oxuyandan sonra həmin kitabı tələbə dostlarımıza verirdik. Beləliklə, bir kitabı 30-40 nəfər oxuyurdu. Elə nə qazanmışıqsa, tələbəlik illərində əldə eləmişik. Saatlarla kitabxanalarda vaxt keçirmişik və buna görə də peşiman deyilik.
   
   Kimi var-dövlət qazanır, kimi də özünə cahi-cəlallı həyat qurur. Amma kitabdan qurulan həyat onların hamısından uzunömrülü və qiymətlidir. Çünki günlərin birində o var-dövlət, o imarət yoxa çıxa bilir, amma kitabdan qazandığın biliyi, elmi və məlumatı təkcə sən öz beynində və iç dünyanda saxlamırsan. Hər hansı məclisdə, tədbirdə, görüşdə bildiklərini başqalarına danışırsan. Zaman-zaman o xəzinəni başqa beyinlərə, başqa düşüncələrə ötürürsən. Bax bundan böyük var-dövlət, bundan böyük ürək və bundan böyük sevgi ola bilməz.
   
   Kim kitabı sevmirsə və kim kitaba yuxarıdan aşağı baxırsa ilk növbədə həmin adam özünün iç dünyasının və mənəviyyatının boş olduğunu göstərir. Dünyada isə mənəvi aclıqdan və mənəvi boşluqdan dəhşətli bir şey yoxdur. Sanki insan onda kar, lal və kor olur. Fiziki cəhətdən elə qüsurlu adam var ki, amma o çoxlu sayda kitablar oxuyaraq sağlam insandan dəfələrlə həyatı daha yaxşı dərk edir. O dərk edir ki, həyatda Allah sevgisi, Allah məhəbbəti var və Allahın qoyduğu yol var. Amma hansısa nadan, cahil və pullu bir insan isə var-dövlətdən, qızıl-gümüşdən və vəzifədən başqa heç nəyi görmür. Onun gözünü var-dövlət, qızıl-gümüş örtür və günlərin birində də o var-dövlətin, o qızıl-gümüşün və o cahilliyin qurbanı olur...
   
   
   
   ***
   
   Bəzən adam avtobusa, qatara minəndə bayaq dediyimiz kimi qəribə hadisələrlə üzləşir. O qəribə hadisələr ki, bir də görürsən aləm bir-birinə qarışdı. Qatara, ya avtobusa daxil olan bir adam ucadan qışqırmağa başlayır:
   
   - Sizə qurban olum, analar, bacılar, mənə kömək eləyin! Gördüyünüz bu oğlan şəkər xəstəsidir, ayaqlarına baxın, hamısı yaradır. Bizim iynəyə, dəva-dərmana ehtiyacımız var...
   
   Vaqonda qışqıran bu adamın səsinə bəziləri diksinir və həyəcanlanır. Amma həmin adamın isə Araz aşığından, Kür də topuğundandır. Yenidən başlayır dil tökməyə:
   
   - Aman gündür, biz fağıra, biz yazığa kömək əlinizi uzadın. Görürsünüz ki, dərman almağa pul tapa bilmirik. Ağır vəziyyətə düşmüşük. Analar, bacılar, sizə qurban olum, qabağınızda ölüm!..
   
   Təbii ki, həmin dələduz və fırıldaqçı adamların çoxu xəstə deyil. Sadəcə olaraq, onlar pul qazanmaq üçün bu yolu seçirlər və çox vaxt da istəklərinə çatırlar. Bilirlər ki, imkansız adamlar həmişə ürəyi yumşaq, qəlbi yumşaq olur...
   
   Həqiqətən də qatardakı adamların ürəyi yumşalır. Kimi 20 qəpik verir, kimi 50 qəpik verir, kimi də 1 manat uzadır. Elə fırıldaqçıya, dələduza da bu lazımdır. Guya xəstələrdən birinin başı da əsir, ayaqları da şəkərdən yara töküb. Qonşu stansiyada onlar qatardan düşüb digər qatara tərəf qaçırlar. Amma həmin "xəstə" adamın nə başı əsir, nə də əlləri. Təzədən vaqonda "dil töküb" yalvarmağa başlayırlar və təzədən ürəyi yumşalan adamlar onlara pul uzadır...
   
   ... İki dələduz gözdən itəndən sonra vaqona başqa bir cavan oğlan minir. O da başlayır yalvarmağa:
   
   - Atam, anam yoxdur, kimsəsizəm, mənə kömək eləyin...
   
   Bu atası, anası olmayan da bir-bir adamlara yaxınlaşır. Amma hiss edirəm ki, onu tanıdığına görə çoxları pul vermir, hətta bəzisi dələduza deyir ki, sağlam oğlansan, boyun da var, buxunun da. Get işlə, pul qazan. Yoxsa dilənməklə camaatı boğaza yığmayın...
   
   Həmin oğlan isə bir söz demir, vaqondan düşüb digər vaqona tərəf qaçır. Elə bu vaxt yaşlı bir arvad, yanında da iki uşaq camaata dua eləyir:
   
   - Allah sizin ömrünüzü uzun eləsin, balalarınızı saxlasın, ölənlərinizə rəhmət eləsin. Biz fağırlara kömək əlinizi uzadın...
   
   ... Yenidən qatardakı adamların ürəyi yumşalır. Əlləri cibinə tərəf gedir, pul çıxarır və dilənçilərə verirlər. Pulu görən dilənçilərin gözləri canavar gözü kimi parıldayır və yenidən ucadan səslənirlər:
   
   - Allah köməyiniz olsun! Allah bizi sevindirən kimi, sizi də sevindirsin. Heç vaxt darda olmayasınız!..
   
   Beləcə, metro qatarında bir gün bundan əvvəl bir neçə dilənçinin gecə saatlarında camaatı necə "soyduğunu" gördüm. Bəli, buna həm də soyğunçuluq deyərlər. Şirin dillə, şirin sözlə camaatın ruhunu ələ almaq, qəlbini yumşaltmaq və sonra da pulunu almaq hər adamın işi deyil. Ancaq bunu peşəkar dilənçilər edə bilərlər.
   
   Avtobusda, metro qatarlarında dilənənlər isə peşəkar dilənçilərdir. Mütəxəssislərin dediyinə görə, onların hər biri gün ərzində 40-50 manat pul qazanır. Təbii ki, dilənçi dəstələrinə rəhbərlik eləyən gözəgörünməyən qüvvələr də var. Qazancın müəyyən hissəsi, daha doğrusu çoxu həmin gözəgörünməyən və pərdə arxasında olan qüvvələrə verilir. Əgər onların himayəsi olmasa, arxasında kimlərsə durmasa, bir saat da belə "işləyə" bilməzlər. Çox qəribədir həmişə gözəgörünməz qüvvələr hər şeyə nəzarət edir və bütün məsələləri diqqətdə saxlayırlar. Elə ona görə də gözəgörünməz qüvvələr bu gün bizim başımıza çox oyunlar açır.
   
   Hər halda, hər dilənçiyə, hər yalvaran adama və hər pul istəyən insana pul vermək olmaz. Bəzən o pul verən adam elə imkansız vəziyyətdə olur ki, ürəyinin yumşaqlığı hesabına sonuncu qəpiyini də dilənçiyə verir. Ürəyi yumşaq olmaq çox gözəl şeydir, amma gərək ürək də yumşaq olanda biləsən ki, kimə qarşı yumşaqlıq eləyir. Dələduza, fırıldaqçıya, şarlatana ürək yumşaqlığı eləmək elə özü hardasa sadəlövlükdür...


YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-10-21
2018-10-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK