Adalet.az | İNSANLIĞIN ERROZİYASI Adalet.az | İNSANLIĞIN ERROZİYASI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

İNSANLIĞIN ERROZİYASI

O, bir bəlaya çevrilir

43958    |   2015-06-12 17:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Səhər-səhər evdən işə tələsəndə ətrafda bir qeyri-adi sakitlik müşahidə etdim. Və mənə elə gəldi ki, hardasa təbiətin sakit bir guşəsində yol gedirəm. Nə avtomobillərin gurultusu eşidilirdi, nə də hər gün şahidi olduğum tıxac yox idi. Həqiqətən də bu mənə qəribə gəldi və qeyri-ixtiyari saata diqqət yetirdim. Elə saata baxanda da içimdən bir gülüş gəlib keçdi. Sən demə hələ millət yuxudan indi oyanırmış. Çünki saat hələ 6:20 dəqiqə idi…

Belə tez, yəni sübhdən yola çıxmağın əslində bir gün öncə yaşadığım həmin o tıxacın təsirindən idi. Necə deyərlər, yuxudan oyanan kimi durub iş yerimə tələsmişdim ki, bir gün öncəki gərginliyi təkrar yaşamayım. Elə yolun boşluğu, sakitlik də məhz həmin saatla bağlı imiş. Nə isə… «Hər ziyanda bir xeyir də var» deyiblər. Ola bilsin ki, bu gün hansısa bir xoş ovqatın şahidi oldum və özümün özümə verdiyim bu təsəlli ilə redaksiyaya gəldim. Gəldim və gördüm ki, sən demə mənim kimi yuxusuna haram qatmış başqa həmkarlarım da var imiş. Necə deyərlər, nəşriyyatın qapısı açılar-açılmaz artıq onlar iş yerlərində imişlər və bu da binanın sükutunu əməlli-başlı pozmuşdu. Mənim yol boyu yaşadığım sükutu isə elə binanın girişində dayanmış polisin yanında üz-gözündən yuxu və yorğunluq tökülən bir nəfərin səsi pozdu. Görünür, polis məni ona təqdim etmişdi. Ona görə də ayağımı kandardan içəri qoyan kimi:

- Müəllim, siz Aqil müəllimlə işləyirsiniz? Onu necə görə bilərəm? – deyə soruşdu.

Doğrusu, bu qəribə adamı başdan-ayağa süzdüm və ona qolumdakı saatı işarə etməklə:

- Siz deyəsən bir az tez gəlmisiniz – dedim.

O da heç nə olmamış kimi:

- Köməyə ehtiyacım var. Ona görə axtarıram Aqil müəllimi.

O, bu sözləri deyəndə biz onunla az qala üzbəüz dayanmışdıq. Spirtin qoxusu adamın əsəblərini oyadırdı. Hiss etdim ki, bu insan dünən içdiyinin havasını hələ canından çıxarmayıb. Ona görə də özünü çatdırıb nəşriyyata. Ola bilsin ki, heç axşam evə də getməyib. İnanın ki, onun hərəkətləri üz-gözündəki yorğunluqla birlikdə etdiyi jestlərdəki hiylərliq məni o qədər qıcıqlandırdı ki, ona sərt cavab verməkdən özümü güclə saxladım. Amma bir az səsimin tonunu qaldırıb:

- Aqil müəllim nəşriyyatda işləmir. Siz onu yanlış yerdə axtarırsınız – deyib ondan aralandım. Hiss etdim ki, arxamca gəlir. Bu mənə bir az da əsəb gətirdi. Ona görə də yarı yolda dayandım:

- Axı mən dedim ki, Aqil müəllim nəşriyyatda işləmir. Ona görə də yuxarı qalxmağınıza ehtiyac yoxdu.

Deyəsən bu sözlərim onu bir balaca silkələdi. Ona görə də astaca polis tərəf çevrildi. Mən liftə daxil oldum. Demək olar ki, günün çox böyük hissəsini nə o adamı, nə onun səsini unuda bildmədim. Hətta özümü bir az qınadım da. Ancaq nahar fasiləsinə düşəndə həmin adamı nəşriyyatın yeməkxanasında əyləşib qarşısında bir neçə dilim limon və araq dolu badə görəndə ona tərs-tərs baxmaqdan özümü saxlaya bilmədim. Görünür kimsə ona «köməklik» göstərmişdi..

Bəli, bu yazdıqlarımın təbii ki, oxucuya heç bir dəxli yoxdu. Amma bir anlıq da olsa mən bu mənzərənin hamımıza dəxli olduğunu düşündüm və istədim ki, bəzilərimizin niyə bu duruma düşdüyümüzü, niyə özümüzü aşağıladığımızı hansısa bir yolla anlayım və anladım. Doğrudan da insan özü özünə qiymət verməyəndə, özü özünü dəyərləndirməyəndə o çox eybəcər, hətta ürək bulandıran hala düşür. Sözün bütün mənalarında əgər özün özünü görüb, özün özünü saymırsansa, başqasından səni görüb saymasını istəmək ən azı ağılsızlıqdı. Görünür elə həmin duruma düşməyin də başlıca səbəbi ağıl qıtlığı – ağılsızlıqdı…

Mən gəldiyim qənaətə görə bəlkə də kimlərinsə iradına tuş gələcəm. Lakin gerçək olanı demək, yazmaq məncə insanın heysiyyatına toxunmaq deyil, ona yerini, yolunu, özünü göstərməkdi. Elə mən də öncə özümü qınasam da, sonda məhz onun öz hərəkətinə görə yaşadığım peşmançılıq hissindən vaz keçdim. Deməli, biz istər fərd, istər toplum olaraq kənardan özümüzə baxmağı ya istəmirik, ya da bacarmırıq. Ona görə də düşdüyümüz durumlar daha çox təəssüf və gülüş doğurur. Və mən də bütün bu təəssüflərin və gülüşlərin içərisində bir ipucu, yəni özünün özünə baxmaq qabiliyyətinin elementlərini axtarıram. Amma neyləyim ki, bütün axtarışlar həmişə uğurla başa çatmır. Üstəlik axı, axtaranın özü də kənardan özünə baxmağı bacarmalıdı. Nə isə…

Hə, mən axı yazımın ilk cümləsində bir sakitlikdən, bir qəribəlikdən söhbət açmışdım. Hansı ki, o sakitlik, o qəribəlik ölkənin baş kəndinə, yəni paytaxta yaraşmır. Görünür elə yolda qarşılaşdığımın sonluğu məni nəşriyyatın girişində gözləyirmiş. Neyləmək olar, bu da bir qəribə səhərdi və mənə, o səhərin «xoş ovqatını» misralara çevirmək o qədər də asan olmadı. Axı bu ovqatın içində kifayət qədər təzad var idi. Təzad isə düşünməyi, düşüncələrə qərq olmağı və nəhayət ya dərindən bir ah çəkməyi, ya da əlini dizlərinə çırpmağı daha çox tələb edir. Ona görə də:

Sənə heç nə deməyəcəm

Söz onsuz da atdan düşüb.

Əzilib ürəyim, ruhum –

Ən sonuncu qatdan düşüb!..

Dörd nal çapan at var idi,

Pillə-pillə qat var idi,

Bir balaca çat var idi -

Ümidim o çatdan düşüb!..

Çevrəmdə hava tutqundu

Ürəyi sıxdım, udqundu…

Tay Əbülfət də susqundu -

Şan-şöhrətdən, addan düşüb!..

Hə, hələ orta məktəbdə oxuduğum illərdə o dövrün şüarlarını əzbərləməyi xoşlayırdım. Xüsusilə qısa, cəmi bir-iki sözdən ibarət olan şüarlar mənə ləzzət verirdi. Məsələn:

- Hər şey insan üçündü!

- Əmək insanı ucaldır!

- İş insanın cövhəridir!

- Zəhmət adamına eşq olsun!

- Qələbənin yolu zəhmətdən keçir!

- Bizim fəxrimiz sovet insanıdı!

Və sairə. Cəmi bir neçəsini sizə təqdim etdiyim şüarların daha təmtəraqlıları da var idi. Onların içərisində hansısa zəhmətkeşlərə Lənkəran xiyarı və yaxud hansısa bölgənin əliqabarlı insanlarına Sumqayıt borusu və sair kimi gülüş doğuran, müxtəlif mənalar verən şüarlar da az deyildi. Amma əsas bu idi ki, şüarlarda daha çox insan amili, insan faktoru önə çəkilirdi. Bütün diqqət, bütün basqı insana idi. İnsan təkcə qanunlarla yox, həm də şüarlarla idarə olunurdular. Ona görə də həmin şüarlar səslənəndə o sıravi zəhmət adamının çöhrəsini kənardan müşahidə etmək məndə həmişə müxtəlif təəsüratlar yaradırdı. Gah adamların şüar xəstəliyinə tutulduğuna təəssüflənirdim, gah onların halına acıyırdım, gah da mən də özümü inandırırdım ki, doğurdan hər şey insanlar üçün, o cümlədən də mənim üçündü. Deməli, bizi şüarla da idarə etmək olar. Bu yerdə bir məqamı da xatırlatmaq istəyirəm. O böyük sovet imperiyası faşist Almaniyası ilə döyüşdə «Stalin uğrunda!» şüarının böyük təsir gücünü dünyaya da göstərdi. Deməli, şüarlar elə-belə yazılmırmış, deyilmirmiş…

İndi bu yazını bilgisayara diqtə edərkən gözümün qabağından çöhrəsi çəkilməyən həmin o səhərki insanın, yəni kömək umanın hərəkətləri və sözün tam səmimi mənasında qeyri-insanlığı məndə hansısa şuarı söyləmək istəyi yaratdı. Könlümdən keçdi ki, məhz bu cür adamlar üçün də hansısa bir şuarı yazasan, hazırlayasan və təkcə şəhərin yox, dünyanın hər yerində səsləndirəsən. Amma sonra düşündüm ki, daha doğrusu, düşünüb anladım ki, bu adamlar şüarlıq deyil. Çünki anladığıma görə, dua suya düşəndə təsirini itirdiyi kimi, şüar da spirt düşəndə təsirini itirmir. Əksinə, o da sərxoş olur.

Günün ovqatı bayram əhval-ruhiyyəsinə köklənib. Çünki məmləkətdə möhtəşəm bir tədbir keçirilir. Amma neyləyim ki, mənim ovqatımı səhərin gözü açılmamış kimsə ürəyincə olmayan bir səmtə yönəltdi. Görünür, arzulamaq, istəmək az imiş. Gərək sənin istəyib arzuladığını sənin üçün kimsə diləsin də, arzu etsin də. Bəlkə onda niyyət hasil olar. Bu da mənim təxminimdi, mənim fərziyyəmdi. Ona görə də bütün yazı boyu özümü nə qədər sola-sağa vurub, ələyib ələkdən keçirsəm də, yazmaq istədiyimin, demək istədiyimin tam üst qatına, hamının görə biləcəyi yerə gəlib çıxa bilmədim. Çünki çılpaq yazmaq, düşüncələri lüt-üryan göstərmək əxlaqıma uyğun deyil. Digər tərəfdən də lap əxlaqa uyğun olsa belə, onun necə qarşılanacağı, hansı əks-sədanı doğuracağını da nəzərə almaq lazımdı. Bu aspektdən çıxış edərək yazımın səmtini bir balaca dəyişirəm. İstəyirəm ki, elə bayram ovqatını necə deyərlər, notlarını siz də barmaqlarınızda duyğularınızda hiss edəsiniz. Və biləsiniz ki, «Bəyin oğurlanması» filmində deyildiyi kimi, bayramda (filmdə «toy»da deyilir – Ə.M.) neyləyələr?

- Deyərlər, gülərlər, yeyib-içib əylənərlər, çalıb oynayarlar.

Bax, buna görə də bir sevgi şeiri ilə sizin ovqatınıza, daha doğrusu, hamımızın bayram ovqatına bir balaca şirinlik qatıram.

Enib gözlərinin dərinliyinə

Ümid işığına bələnib gəldim

Bir azca ləngidim kirpiklərində -

Canımda nə vardı ələnib gəldim.

Gördüm bu dünyanın rəngi bəmbəyaz

Bir yanda günəşdi, bir yanda ayaz

Bütün dəryalar da gözündən dəyaz -

Damla tək sahilə çilənib gəldim.

Bir dünya qazandım Leyli gözündə

Vüsal soraqladım Məcnun izində

Nə qədər həsrət var bu yeri üzündə -

Topladım, mən hətta dilənib gəldim.

Özünə dərd gəzən ağrı arıyan

Telin şehlə yuyub günlə darayan

Bil ki, Əbülfətdi eşqdən yarıyan -

Dünyana sevginə bələnib gəldim.

Hə, mən yazı boyu müxtəlif mətləblərə toxunmaq, müxtəlif fikirləri sizinlə bölüşmək arzusunda idim. Ancaq günü, hadisələri və xüsusilə səhərin gözü açılanda qarşılaşdığım sifəti xatırlayıb yazının əsas məcrasından, daha doğrusu, yazmaq istədiklərimdən bir növü imtina etdim. Amma həmişəlik yox, çünki insanlığın erroziyası hər gün davam edir, özü də çox böyük sürətlə. Bunu yəqin ki, siz də hiss edirsiniz.

Əbülfət MƏDƏTOĞLU




İmza:

YAZARIN ARXİVİ

2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-08-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu, babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK