ANA SƏHİFƏ / YAZARLAR

ÜMİD SÖNMƏYƏN YERDƏ...

FAİQ QİSMƏTOĞLU

49758    |   2015-06-08 18:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu yerlər mənim üçün çox doğmadır. Ən azından ona görə ki, qanımız, dilimiz və dinimiz birdir. Kiminlə görüşürüksə, şirin dildə deyir: "Əfəndim, heç də darıxma, hər şey yaxşı olar". İstanbulda Yedditəpədəki klinikanın ikinci mərtəbəsinə qalxırıq. Çünki bizi burda professor, doktor Müzəffər bəy gözləyir. İki gün əvvəl verdiyimiz analizin nəticələrini bilməliyik. Nə yaxşı ki, Bakıdakı dostumuz Məhəddin bəy bizi bu ünvana göndərib. Bəlkə də ləngisəydik, hər şey gec olardı. Ümumiyyətlə, Bakıda çox dostlarımız bizə ürək-dirək verdi. Tanınmış kardioloq, tibb elmləri namizədi Rafiq Yusifli, "Qrant hospital"ın həkimi Rasim Mehdiyev nəticələrə baxandan sonra dedilər ki, bu dərdin əlacı Türkiyədədir. Çünki onların hər cür texnoloji imkanları var ki, dəqiq analizlər eləsinlər və düzgün müalicə aparsınlar. 

Qardaşım çox həyəcanlıdı. Hiss eləyirəm ki, analizlərin nəticələrini gözləmək onun üçün bir qədər də çətindir. Belə ki, Bakıdakı durumu onu o qədər qorxutmuşdu ki, hətta İstanbulda gecələr narahat yatırdı. Ancaq ürəyində elə də bir sıxıntı yox idi... Müzəffər bəy bizi otağına dəvət edir. Deyir ki, Məhəddin bəyin dostları mənim dostlarımdı. Heç qəm eləməyin, hər şey gözəldi. Analizlərin nəticələrini almışam, ürək hüceyrələrinin çoxu sağlamdır. Deməli, qardaşınızın yaşamaq ümidi çoxdur. Və bu gün onun həyatı üçün elə bir təhlükə yoxdur.

Sonra üzünü bizə tərəf tutur və dillənir: "Bəylik düzündə "Mediçana" internasional xəstəxanası var və orda çox tanınmış ürək-damar cərrahı işləyir. Bu professor, doktor Mehmet Saleh Bilaldır. Əgər o, bu işi üzərinə götürsə, heç bir problem olmayacaq. Təki hər şeyi üzərinə götürsün. Mobil telefonla Müzəffər bəy Mehmet Saleh Bilalla danışır və bizim barəmizdə məlumat verir. Daha doğrusu, qardaşımın analizlərinin nəticələrini ona çatdırır. Biz onun səsini eşitməsək də ümidli bir cavabı hiss edirik: "Gedin Mehmet bəyin yanına. Sabah saat 12-də sizi gözləyir".

Sabahı günü saat 12-nin yarısında "Mediçana" klinikasında oluruq. Professor gəlməmişdən öncə stolun üstündəki jurnalı vərəqləyirik. Burda professor, doktor Mehmet Saleh Bilal haqqında çox maraqlı məlumatlar var. Oxuyuruq ki, o, Amerikada, Almaniyada, Hollandiyada və digər Avropa ölkələrində çalışıb və çox mürəkkəb, türklərin dili ilə demiş olsaq, qəlb əməliyyatları aparıb. Bu əməliyyatlar demək olar ki, hamısı uğurlu alınıb. Belə ki, ən çətin əməliyyatları Mehmet bəy peşəkarlıqla apararaq xəstələrə həyat verib. Təbii ki, hər şey Allahın köməkliyi ilə olub.

Saat 12-nin yarısı. Çöhrəsindən nur yağan, ortaboylu bir insan otağına daxil olur. Sonra dönüb biz tərəfə baxır və deyir: "Müzəffər bəyin göndərdiyi dostlar sizsiniz? Beş dəqiqə gözləyin, qəbul edəcəm". Beş dəqiqədən sonra bizi içəri dəvət edir. Ancaq qardaşım çöldə olmaqla oğlu, qudası və mən Mehmet bəyin yanına təşrif buyururuq. Yenə bizi əvvəlki səmimiyyətlə dinləyir və sonra təqdim etdiyimiz analizlərin nəticələrinə baxır. Sifətinə yenidən nur çökür: "Bu xəstəni əməliyyat eləsəm qorxmaz ki?" Qudası Əli müəllim şirin bir ləhcə ilə ona cavab verir: "Əməliyyat etməsəniz qorxar. Əgər ona desəniz ki, əməliyyat etməyəcəm, bax onda birtəhər olar".

Mehmet bəy yenidən dillənir: "O qardaşı içəri çağırın. Qoy özünü danışdırım və inandırım ki, əməliyyat çətin olsa da qorxulu deyil. Allahın köməkliyi ilə onu həyata qaytara biləcəyik". Professor Mehmet bəy qardaşımla o qədər səmimi söhbət edir ki, bir anlıq onun içindəki qorxu, stress əriyib gedir. Mehmet bəy ona deyir: "Sənə bir əməliyyat yapacam və özünü əvvəlkindən də yaxşı hiss edəcəksən. Analizlərin nəticələri mənə çox böyük ümid verir. İnanıram ki, bu əməliyyat uğurlu alınacaq".

Professorun yanından dördümüz də sevinə-sevinə çıxırıq. Sevinirik ki, Müzəffər bəy kimi Mehmet bəy də bizim qəlbimizdəki ümid çırağını alovlandıra bildilər. Sevinirdim ki, qardaşım nə yaxşı özü ilə Bakıdan gətirdiyi sıxıntını, stressi ata bildi. Elə oldu ki, əməliyyat bir həftə ləngidi. Bunun da obyektiv səbəbi vardı. Çünki Bakıda qəbul etdiyi dərmanlar onun səhhətində müəyyən problemlər yarada bilərdi. Bir həftəlik müalicədən sonra hər şey yoluna düşdü.

Qan məsələsinə gələndə isə, bizim heç birimizin qanından istifadə olunmayacaqdı. Mehmet bəy dedi ki, əməliyyat günü isti qan bankımızda olacaq. Bizdə belədir ki, hər hansı insanın həyatını xilas etmək üçün təmənnasız olaraq qan vermək istəyən çoxlu sayda insanlar var. Və qardaşım da əməliyyat olunan gün çoxlu sayda türk qardaşımız qan veriblər. Qardaşımın damarlarında indi həmin türk qardaşlarımızın qanı axır. Bu millətin böyüklüyünə, bizi qardaş kimi sevməsinə qibtə edirəm. Türkiyəni görəndən sonra o millətə, o xalqa məhəbbətim on-on beş dəfə artıb. Hamısının dilindən bu kəlməni eşitmişəm: "Biz bir millət, iki dövlətik".

İyunun 2-də professor, doktor Mehmet Saleh Bilal qardaşımın ürəyində çox ağır bir əməliyyat aparıb. Və bu əməliyyat şükürlər olsun ki, gözlənildiyindən də yaxşı olub. Onun beş damarı dəyişdirilib. Professor deyib ki, əməliyyat gözlədiyimizdən də uğurlu alınıb. Beşinci damarı qoyan kimi ürək işləməyə başlayıb. Professor, doktor Mehmet bəy indiyə kimi yüzlərlə insanın ürəyində cərrahiyyə əməliyyatı aparıb və onları həyata qaytarıb. Hətta ürək işləyə-işləyə o əməliyyatı peşəkarlıqla yerinə yetirib. Sevinirəm ki, nə yaxşı qardaş Türkiyədə bu cür dünya şöhrətli ürək-damar cərrahları var. Yoxsa əks təqdirdə biz insanlar Almaniyaya, İsrailə, Amerikaya üz tutmalıyıq. Nə yaxşı ki, Avropada təhsil almış türk qardaşlarımız səhiyyəni dünya səviyyəsində inkişaf etdirə biliblər.

Əməliyyatdan sonra professor, doktor Mehmet bəyin çöhrəsinə yenidən nur hopur. Qardaşım deyir ki, ayılanda başımın üstündə Mehmet bəyi gördüm və elə bildim ki, o, Allahın yerə göndərdiyi bir mələkdir və məni xilas edib. Mehmet bəyin çöhrəsindəki nuru görəndə elə bildim günəş doğur. Və həkim dilləndi: "Elxan bəy, keçmiş olsun".

Təki hər şey belə yaxşı sonluqla bitsin. İndi qardaşımın durumu əməliyyatdan sonra çox yaxşıdır, gəzir, telefonla danışır və yaxınları ilə görüşür. Təbii ki, onun ziyarətinə Bakıdan gedənlər də var. İş yoldaşı Məhəddin bəy və digərləri ona baş çəkiblər. Bütün bunlara görə, qardaşım ilk növbədə Allaha və professor, doktor Mehmet Saleh Bilala minnətdardır.

Ümid sönməyən yerdə həyat başlayır. Ümid sönməyən yerdə günəş doğur və insan yenidən Allah-Təala tərəfindən ona verilən ömrü yaşayır. Heç kimə ümidin sönməsini arzulamazdıq. Ən azından ona görə ki, həyat mübarizədir və çalışıb-vuruşursan, günlərin bir günündə də başının üstündə günəş doğur və yeni bir ömür yaşayırsan...





İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-01-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (76.47%)
Yox (23.53%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK