ANA SƏHİFƏ / YAZARLAR

GÜN GÜNÜN EYNİ DEYİL…

Alma almaya bənzəsə də

43239    |   2015-06-05 17:47
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hər bir gün başqa bir günün davamıdı. Yəni bu günlə o biri gün nə qədər yaxın olsalar da, onların ən ağır çəkili daşın altında sıxsan belə, üst-üstə düşə bilməz. Çünki onların hər birinin öz missiyası olub və onlar da həmin missiyanı məhz o günün içərisində yerinə yetiriblər. Lap çılpaq desəm, loru ifadələrlə səsləndirsəm, onda deyə bilərəm ki, hər gün boyu biçilmiş donun içərisində olur. Onu sadəcə olaraq o biçimdə görmək hünər istəyir. Təəssüf ki, biz bəzən həmin o günü tarixin arxivinə yola salandan sonra bizdən nəyin, kimin uzaqlaşdığının fərqinə varırıq. Onda isə şəxsən mənim qulaqlarımda qeyri-adi səsin, ifanın simvolu olan Flora Kərimovanın nəfəsi canlanır, eşidilir.

- Baxma, o qatarın dalınca, baxma!

Hə, nə qədər özümüz-özümüzü baxmamağa məcbur etsək də, baxırıq. Çünki biz hisslərin, duyğuların əlindən qurtulanda artıq mövcudluğumuz da başa çatır. Deməli, nəfəsimiz, hənirimiz varsa, ürəyimiz döyünürsə, bütün qadağalara rəğmən baxacağam. Özü də «baxma!» deyə-deyə…

Mən hərdən özüm özümü divara dirəyib ən sərt şəkildə haqq-hesab çəkirəm. Bilirsiniz nəyə görə? Ona görə ki, dünəndən qopub ayrıla bilmirəm. Nostalji hisslər istər ən sevincli, istər ən kədərli anlarımda belə məni tərk etmir. Hətta barəmdə fikir söyləyən, yazı yazan qələm dostlarım, könül sirdaşlarım mənə bir yarlıq da tapıblar. Deyirlər ki, mən «köhnə dövrün adamıyam». Mən bu fikrə etiraz etmirəm və tam səmimiyyətimlə deyim ki, burda qəbahət də görmürəm. Hər halda köhnə dövr nə qədər xatirələr dövrü olsa da, o xatirələrin o dövrün özünün aurası, yaratdığı əks-səda mənim üçün bulaq suyu qədər şəffaf, şəlalə qədər də canlı idi. Amma bu gün hər şey süni bir şəkildə ortaya dinamika qoyur və yenə tam səmimiyətimlə deyim ki, mən bu günü fonoqramma bənzədirəm. İçi özüm qarışıq hamı arxa plandadı. Ortada isə fonoqramma səslənir. Təsəvvür edirsiniz, mən, sən, biz, hamımız bir yerdə, pərdənin arxasında dayanmışıq, səhnədə isə bizim cisimlərimiz, çox sevdiyim filmlərimizdən biri olan «Bəyin oğurlanması»nda rəhmətlik Səməndər Rzayev, yəni sovxoz direktoru demişkən, səs bu yandan gəlir, oynamaq da o biri tərəfdən…

Hə, deyəsən bir az sizi çəkib aparıb dünənin qapısının kandarında əyləşdirdim və siz də dünəninizi xatırlamağa və dünən adlı kitabınızı vərəqləməyə başladınız. Oxuyun. Məncə ziyanı olmayacaq. Faydası olmasa da, ziyanı da olmayacaq. Buna əmin ola bilərsiniz. Çünki siz orda özünüz olacaqsınız, fonoqramanız yox. Mən isə bu gündən danışmaq istəyirəm. Elə içimdə olduğum və sizin də cismininiz yanımda dayandığı bu gündən…

Səhərin gözü açılandan bütün zənglər ancaq bir məqsədə xidmət edir. O məqsəd də mənim tanıdığım, onların axtardığı həmin adamın şəhərdə olub olmaması idi. Təbii ki, mən də artıq adət etdiyim qaydada, dişimlə əsəblərimi elə sıxıb saxlaya-saxlaya onların bütün suallarını dinləyib sonda bircə kəlmə ilə sağollaşırdım. Yəni sadəcə deyirdim ki, «xəbərim yoxdu» bu üsul mənə həm uşaqlıqdan aşılanmışdı, həm də həyat məktəbimdən öyrənmişdim. Böyüklər, dünyagörmüşlər birmənalı şəkildə mənə öyrətmişdilər ki, görmədiyin, bilmədiyin heç nə barəsində heç nə danışma. Onda başın salamat olar.

Təbii ki, işləyən baş ağrımalıdı. Əgər ağrımırsa, deməli işləmir də. Bunu əl boyda uşaq da bilir. Amma ağrı da var, ağrı da. Biri var təbii ağrı – yəni soyuqdəymədən, aclıqdan, susuzluqdan ağrıyan baş... İkincisi əsəbdən, stressdən... Üçüncüsü haqsızlıqdan, dəliqanlılıqdan... Dördüncüsü zəmanədən və bu zəmanəyə olan etirazdan... Beşincisi sözün bütün mənalarında insan olmağından... Altıncısı…. Yeddincisi və s. və ilaxırə. Yəni hər baş özünün çəkdiklərindən ağrıyır, ya da çəkdirdiklərindən. Bax, bütün bunlar da həmin o mənə uşaqlıqdan hopan və həyat məktəbindən öyrəndiklərimin ümumi fonunda bəzən misralara da çevrilib – uğurlu və yaxud da uğursuz.

Daha bitdi nağıllar

Alma da düşməyəcək!..

Bir ürək ortalıqda -

Donacaq, üşüyəcək…


Çiliklənmiş o şüşə

Ətrafa dağılacaq….

Üzdə ölən gülüşə –

Təəssüflə baxılacaq…


Xatirələr qopacaq

Saralmış yarpaqlar tək…

Sənsə bacarsan ancaq –

Əlini üzünə çək!..

***

Çox da uzaq olmayan bir tarix var yadımda. O tarixi bəzən ovcumun içi qədər yaxında hiss edirəm, bəzən bir neçə saatlıq məsafədə. Amma hər ikisində də o, öz təsir dairəsindən məni çıxmağa qoymur, tutub saxlayır məni orda (yəqin ki, yenə nostalji hisslərə kökləndiyimi üzümə çəkməyəcəksiniz – Ə.M.). Ora elə bir yerdi ki, az-çox duyğusallıq qabiliyyəti olan, duyğusallığa meyillilik göstərən istənilən Allah bəndəsi mütləq o səmtə tərəf boylanacaq. Elə ki, boylandı, bir də görəcək artıq ordadı. Bu da o deməkdi ki, həmin o yer, həmin o tarix müxtəlif formada, müxtəlif ovqatda duyğusalların hər biri üçün yaşanıbdı, mövcud olubdu…

Bu, nisbətən qəliz və dolaşıq fikirlərin axarını sadəliyə tərəf dəyişirəm. İstəyirəm ki, suyun bərəsini dəyişdiyimiz kimi, bu fikirlərin də istiqamətini dəyişim. Və imkan verim ki, özünüz həmin o, əvvəldə dediyim və sizin də artıq baxdığınız səmti, yeri yenidən o illərdə olduğu kimi görüb yaşayasınız. Və biləsiniz ki, söhbət ürəyinizə ən yaxın, ruhunuza ən doğma bir kəslə ilk dəfə görüşdüyünüz, ilk dəfə qarşılaşdığınız yerdən, gündən zamandan gedir. Bax, bu cümləni yazanda artıq oxuyanların yenidən həmin səmtə boylandığına heç bir şübhəm qalmır. Çünki onlar da bildilər ki, ilk görüş nə deməkdi. Gəlin əlimizi ürəyimizin üstünə qoyub təəssüf hissi keçirməyək, köks ötürməyək. Çünki o ilk görüş yerinin sonu hər kəs üçün fərqli olur. Mən anlayıram, qovuşanlar yenidən o günlərə qayıtmağın şirinlikləri üçün köks ötürürlər, təəssüflənirlər. Qovuşmayanlar həsrətə, ayrılığa səbəbkar olanlara və bir də özlərinə verdikləri dözümə acıyaraq həmin «ah»ı çəkirlər. Hər iki halda ünvan bir olur. O da boylandığımız həmin görüş yeridi…

İndi internet səhifələrinə, xüsusilə hər kəsin müxtəlif pozalarda şəkillər yayımlayıb statuslar yazdığı səhifələrə baxıram və məni bir gic gülmək tutur. Burda ilk dəfə qarşılaşanlar, ilk dəfə görüşənlər görəsən sabah, on gün sonra hansı hisslərdən danışacaqlar, nələri xatırlayacaqlar? Və yaşadıqlarını necə ifadə edəcəklər ki, onları dinləyənlərin də duyğularında bir oyanış hiss olunsun. Bu sual bəlkə də nə zamanına, nə də yerinə görə doğru deyil. Amma mən bütün hallarda öz içimi yazdığımdan yəqin ki, məni qınamazsınız. Əks halda, mən də elə internet səhifəsində ilişib qalardım…

Bəli, günümüzün bir gerçək üzü də var. O da mənə görə duyğusal adamların təkcə çiyinlərində yox, həm də ürəklərində daşıdıqları yükdü. Bununla bağlı mənimlə mübahisə edənlər də olub. Çünki mən hələ 90-cı illərdəki şeirlərimdən birində yazmışdım ki:

Dərdin böyüyü, kiçiyi olmur

Dərdin ölçü vahidi

Ürəyin tutumudu!..

Bəli, yəqin ki, bir vaxtlar yazdığım həmin şeirin bu üç misrası nə demək istədiyimi sizə az-çox çatdırdı və elə həmin o istəyin tam ifadəsi olan bir fikri də indi şərh etmək istəyirəm. O da əvvəldə dediyim həmin o yerlə, ünvanla bağlıdı. O yer ki, həyatımın istənilən anında, istənilən durumunda mənim üçün unudulmaz və hətta birmənalı desəm, varlığımın ifadəsidi. Təbii ki, duyğusal varlığımın!!!

Dərdim beş cüt qu yükü

Zordu çəkmək bu yükü!

Həsrətimin su yükü –

Kirpiyimi nəmlədib…


Göyün balağı duman

Yerin çalağı duman…

Uçuş zolağı, duman -

Kirpiyimi nəmlədib…


Diş ağardan şaxtadı

Əlim donub, taxtadı…

Demə, sevgin saxtadı -

Kirpiyimi nəmlədib!

***

Bütün yazı boyu içimdə olanların hamısını ələkdən keçirmək, xəlbirləmək istəyirəm, amma bacarmıram. Çünki nəyi necə yazmağımın sahibi özüm olsam da, nəyin necə qarşılanacağının sahibi özüm deyiləm. Ona görə də istər açıq-saçıq, lap elə lüt-üryan, istər bürüncəkli, sətiraltı yazsam belə, marağı olanlar, ya su bulandıranlar mütləq hansısa vergüldən yapışıb bir ağrıya ipucu verirlər. Onda yazdığına da, düşündüyünə də olan bu münasibət bir söz sahibi kimi məni əməlli-başlı sarsıdır. Hətta olur ki, əlimin altındakı vərəqləri cırıb, yumurulayıb zibil səbətinə də atıram. Düşünürəm ki, bununla hər şey bitdi. Daha heç kimlə səmimi olmayacam. Amma neyləyim ki, «qozbeli qəbir düzəldər» deyiblər. Mən də indiki məqamda qəbirə tələsmirəm, hələ görüləsi işlərim var. O işlərin xatirinə və təbii ki, bir də boylanıb baxdığım o yerin işığına söykənib yenidən öz adətimə, öz düşüncələrimə qulluq edirəm. Yəni dünən yazdığım kimi yazmağa çalışıram… Alınanı da olur, alınmayanı da… Oxunanı da olur, oxunmayanı da. Əsas odur ki, mən özümə, öz qələmimə sadiqliyimdən uzaq düşmürəm….

Hə, çoxlu sayda oxucu mesajları döyür qapımı. Hər bir yazımdan sonra kimsə təşəkkür edib bildirir ki, onu da xatirələr dünyasına apardım… Kimsə köhnə yaraların qabığını qoparma deyir… Başqa birisi «xatirələrlə özümüzü aldada-aldada bu günə qaldıq» söyləyir. Hətta eləsi olur ki, «yığışdır bu nostaljini, bu ağlaşmanı» deyə üzünü bozardır da… Olsun. Mən bütün bunların hamısını normal sayıram. Ona görə ki, onlar həm istəklə, həm hörmətlə, həm də lap elə nifrətlə də olsa, deməli oxuyurlar yazdıqlarımı. Bax, bunun ümumi nəticəsi də odur ki, demək, hələ yazmaq lazımdır ömrün sonuna qədər, nəfəs çatana qədər. Mən də bu fikirdəyəm, bu qərardayam. Çünki ən azından mənim bir oxucum var – o da SƏNsən. Doğrudur, bilgisayardakı xanım etiraz edir. Bildirir ki, ondan öncə mən yazdım, mən oxudum. Bu haqsızlığımı yəqin ki, o da üzrlü sayar. Axı, o da bilir ki, mən hər şeyi sənin üçün yazıram, elə bu şeiri də:

Yüklənmişəm, yüküm sözdü

Bir üzü daş, biri közdü…

Heç bilmirəm necə dözdü -

Ürəyim sözün altında?!


Daşınası şələ qalır

Çözüləsi cələ qalır…

Vallah, nəsə hələ qalır -

Qaralan közün altında!


Bu yurd yeri, bu arxacdı

Sel gəldi burdan, arx aşdı…

Əkdiyin çubuq ağacdı -

Dur, dincəl özün altında!


Baxma ki, yolum qumluqdu

Ruhum gələcək – simurqdu!

Dərdin vurduğu yumruqdu -

Qaralıb gözün altında…


Hə, bütün yazı boyu demək istədiklərim deyəsən elə bu idi…


Əbülfət MƏDƏTOĞLU




İmza:

YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-06-22
17:29 ÜMİD
15:24 İNSAN


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (22.23%)
Argentina (11.11%)
İspaniya (22.22%)
Almanıya (44.44%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ermənilərlə bacı-qardaş olduğumuz vaxtlardı. Moskvada Yazıçılar Evinin restoranında Zakir Fəxri yeyib-içir. Bu vaxt bir erməni yazıçı da gəlib onunla bir stolda oturur. Hesab vaxtı gələndə erməninin 20 qəpiyi düşür stolun altına. Erməni əyilib pulu axtarır. Zakir Fəxri dərhal bir iyirmi beşliyi yandırıb tutur stolun altına, erməniyə deyir:

- Kirvə, axtar.

Erməni pərt olur. Restorandan çıxırlar, asılqandan paltolarını götürəndə erməni Zakirin acığına asılqanda işləyən kişiyə bir əllilik verir.

Zakir əlini atır cibinə, görür ki, o qədər pulu yoxdu, əlini yelləyib deyir:

- Brat, paltonu bağışladım sənə, geyinərsən. Mən dünən QUM-dan fransuzski əla bir palto almışam.





digər lətifələr
ARXİV
FACEBOOK