Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | SÖZÜ RƏNGİNDƏN TANIYAN İNSAN Adalet.az | SÖZÜ RƏNGİNDƏN TANIYAN İNSAN Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

SÖZÜ RƏNGİNDƏN TANIYAN İNSAN

Onu hər yerdə bütöv görmüşəm

48446    |   2015-06-03 18:08
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Həyat çox qəribədir. Nəyin harda, nə vaxt başlayacağını bilmirsən. Sənə elə gəlir ki, bu dünya elə məhz sənin arzunla... istəyinlə... sənin təkanınla yaşayır, mövcuddur, hərəkətdədir... rənglər də sənin ürəyincədir... baş verən hadisələr də... hətta göy gurultusu da, yağış yağmağı da... Amma...

Amma bu dünya nə mənlə mövcuddur, nə mənlə nəfəs alır, nə də mənim çaldığım havaya oynayır. Mən daha çox ona uyğunlaşmağa, onun hansısa bir işinin qulpundan tutmağa, onun istəklərinə öz istəklərimi uyğunlaşdırmağa cəhd edirəm, maraq göstərirəm, hətta bəzən israr edirəm. Bütün inadkarlıqlar mübahisəlidi. Necə ki, bütün müqayisələr uğursuzdu. Bunu hamı bilir. Bax, bütün bunlardan çıxış edərək bir məqama yanaşmaq, bir məqama üz tutmaq niyyətim var. O da təbii ki, içimdəki adamların mənə bəxş etdikləri və bu dünyayla baş-başa gələndə tək qalmamağımçün yanımda olduqlarıdı. Lap çılpaq desəm, mən içimdəki adamlarla güclüyəm, dəyanətliyəm. Onların mənəvi dəstəkləri məni sınmağa, yıxılmağa qoymur. Deməli, bu dünyanın arxalı, güvəncli adamlarının sırasında mənim də yerim var. O yerimin mövcud olmasında məhz içimdəki adamlar, yəni dostlarım öz varlıqlarıyla mənə stimul veriblər. Və mən də ən ağrılı, ən narahat çağımda gözümü tavana zilləyib bu dünyayla haqq-hesab çəkmək istəyəndə onların nəfəsini duymuşam, onların səsini eşitmişəm. O nəfəs, o səs 40 arşınlıq quyuya atılan kəndir kimi mənim yenidən qayıdışıma, qaranlıqdan işığa dönməyimə bir yol olub, bir körpü olubdu...

Bəli, onunla tanış olduğum günü dəqiq xatırlamıram. Mənə elə gəlir ki, onu hardasa elə doğulduğu və Azərbaycan cəmiyyətində özünü təsdiq etdiyi gündən tanıyıram. Çünki o adamın işi, gücü fəaliyyəti kağızın, dəftərin, sözün içərisində olub həmişə. Bu gün də belədi. Həmsöhbət olanda, qarşılaşanda mütləq ilk eşitdiyim söz mənim və yaxud digər dostlarının yeni yazısı, yeni kitabı, yeni fikirləri barəsində olubdu. Fikirləşmişəm ki, bu qədər qayğıların, problemlərin içərisində mənim sözümü diqqətə almağa vaxt tapan, zaman ayıran hər kəs, o cümlədən də barəsində indi yazdığım bu dəyərli insan çox böyük adamdı. Mən bu ifadəni fiziki anlamda işlətmirəm. Çünki o, bir insan olaraq cismani cəhətdən çox normal, hətta bir az arıq bir Allah bəndəsidir. Sadəcə, səliqəli geyinməyi, səliqəli davranışı, sözünün vergülündən nöqtəsinə qədər hər bir ara məsafəsini kifayət qədər dəqiqliyi ilə gözləyən, bilən və mənə də məhz sözə verdiyi real qiymətə görə doğma olan bu Kişi heç vaxt düşündüyündən, əmin olduğundan artıq nəyisə büruzə verməyib. Mən heç vaxt onu ehtimalla, tərəddüdlə nəyisə dilinə gətirdiyini eşitməmişəm. Nə deyibsə, nəyə işarə edibsə, o həmişə bir kriteriya kimi, ölçü kimi özünü ortaya qoyub. Deməli, yüz ölçüb bir biçib münasibət bildirmək bu insanın mənə bəlli olan ən yüksək keyfiyyətlərindən biridir...

Uzun müddətdir ki, içimdə götür-qoy edirdim. Düşünürdüm ki, onun barəsində fikirlərimi mətbuat səhifəsinə çıxaranda necə yazım ki, onu tanıyanlar, xüsusilə onun özü mənim yazdıqlarıma hansı səmtdən baxır baxsın, bir uyğunsuzluq, bir boğazdan yuxarı deyilmiş və söz xatirinə yazılmış sözə rast gəlməsin. Çünki əvvəldə xatırlatdığım kimi, bu adam sözü rəngindən, yazılma yerindən və nəhayət deyilişindən tanıyır, oxuyur, duyur, qiymətləndirir. Deməli, sözü rəngindən tanıyan bir Kişi haqqında, yəni İçimdəki Adam haqqında yazdığım bu yazıda mən bir etirafı dilə gətirmək istəyirəm və tam səmimiyyətimlə deyirəm ki, mən bu yazını öncə və öncə Allahverdi müəllimin sözü rəngindən tanıdığına görə yazıram. Üstəlik, bir də ona görə yazıram ki, bu adam kağızın, sözün içində ola-ola ölçüsüz-biçisiz söz işlətmir. Elə bil sözə bir ehtiramla, bir sayqıyla, həm də bir az ehtiyatla yanaşır. Sözün ruhunun inciyəcəyinə, sözün qəlbinə toxunacağına ehtiyat edən adam kimi...

Allahverdi müəllimi "Azərbaycan" nəşriyyatında tanımayan yoxdu. Amma "Azərbaycan" nəşriyyatından kənarda da Allahverdi müəllimin sözə verdiyi qiyməti çox-çox adam bilir və onu bu cür də tanıyır. Həyatımda sözlə bağlı aldığım ən böyük dəstəklərdən birini mənə Allahverdi müəllim təqdim edib. Bir dəfə iş telefonuma zəng gəldi. Telefonu qaldırdım, danışan Allahverdi müəllim idi. "Ədalət" qəzetindəki bir yazımla bağlı fikirlərini söylədi. Düşündüm ola bilsin ki, bu keçəri bir münasibətdi. Amma sonralar bu zənglər, bu fikir bildirmələr artıb çoxaldı. O, mənim şeirlərimi misra-misra təhlil edib alt qatlarını da çox ustalıqla həm mənə yenidən göstərdi, həm də öz baxış bucağında onun nələri ifadə etdiyini dilə gətirdi. Bax ondan sonra demək olar ki, hər gün görüşdüyüm, hər gün qarşılaşdığım bu insan anladım ki, özü ilə birlikdə bir söz xəzinəsini də gəzdirir. O xəzinəyə də ürəyinə, ruhuna yaxın sözləri yığıb toplayır. Yatır kimi yox, sadəcə dəyər kimi, nəfəs alan canlı sözlər onun özünə də, onun münasibətdə olduğu adamlara da bir rənglər dünyası bağışlayır. Həmin rənglərin harmoniyasında Allahverdi müəllim həm dincəlir, istirahət edir, həm düşünüb münasibət bildirir, həm də özünün ikinci bir ünvanını qazanır. O ikinci ünvan da dost ürəyidi. Zənnimcə xoşbəxt adam həm də dost ürəyində yaşayan adamdı.

Biz onunla nəşriyyatın 5-ci mərtəbəsindəki iş otağında dəfələrlə müxtəlif mövzularda fikir mübadiləsi etmişik. Xüsusilə bədii sözə, poeziyaya onun baxışı mənim üçün həmişə maraqlı olub. Çünki peşəsilə poetik söz arasında yerlə göy qədər məsafə olan bir insanın şeiri hava kimi, su kimi qəbul etməsi çox maraqlıdı. Üstəlik, bu insan həmin o bədii sözlə yaşayan, ömrünü onun içərisində əridən dostlarına qarşı o qədər həssas və diqqətlidir ki, gözündən heç nə yayınmır. Sözün rəngindən onun hansı ovqatla yazıldığını və o yazılma anının yaşantılarını da görüb qiymətləndirən Allahverdi müəllim hərdən pessimist, ruh düşkünlüyü yaradan misralara görə iradını da bildirməkdən çəkinmir. O, fikirlərini, istəklərini o qədər səmimi ifadə edir ki, burda inciməyə, narazı olmağa iynə ucu boyda olsa da yer, imkan qalmır. Deməli, bunun özü də sözü rəngindən tanıyan bir insanın ziyalılıq göstəricisidir. Mənə görə fikrini olduğu kimi ifadə edən, dilinin altına çöp qoymadan danışan hər bir Allah bəndəsi həm göründüyü kimi var, həm də olduğu kimi. Böyük Mövlanənin söylədiyi olduğun kimi görünmək fikrinin bütün parametrləri sanki Allahverdi müəllim kimi insanlara istinadən deyilibdi.

Mən Allahverdi müəllimlə müxtəlif məclislərdə də qarşılaşmışam, bir yerdə həmin məclislərin iştirakçısı olmuşam. Bunu xüsusi vurğulayıram. Çünki iş yerindən kənarda da bu insanlara diqqət yetirmək mənim üçün maraqlı məqamlardan biridi. Həmin məqamlarda mən adamları öz oturduğu kürsüdən kənarda daha rahat görürəm. Onların standartlardan çıxmağı, obrazlı desək, öz əsl geyimlərində olmaları insan üçün sirr qapısı kimi açılır. Baxıb görürsən ki, məclisdə, yol yoldaşlığında bu insan daha hansı xüsusiyyətlərə malikdir, daha nələri özündə ifadə edir. Çox sevinirəm ki, ürəyimdə yeri olan, içimdəki adamlardan biri kimi mənim öz dünyamda hər gün həmsöhbət olduğum Allahverdi müəllim ikili həyat yaşamır. Onun rəngindən tanıdığı sözlər kimi həyatı da elə mənimçün tanıdığım kimidi. Mən ondakı hər şeyi geniş ürəklə, səxavətlə (və bəlkə də təkrar kimi səslənsə də - Ə.M.), amma həqiqətən olduğu kimi təqdim etmək qabiliyyətinin önündə ancaq susmuşam. Bu gün isə məhz ürəyimin istəyiylə o susqunluğun qapısını açıram. Dostlarımın sırasında içimdəki adamların yanında yeri olan Allahverdi müəllimi İçimin Adamı kimi oxucularıma da təqdim edirəm. Düşünürəm ki, bu mənim haqqımdı. Özü də birmənalı şəkildə haqqımdı! Çünki onun dəstəyi, ən vacibi isə onun sözü rəngindən tanıması mənə bu haqqı veribdi. Hər halda mən yazdıqlarımın, yəni ürəyimin söylədiklərinin arxasında elə ürək rahatlığı ilə dayanmağı bacarıram. Və deməli, Allahverdi Məmmədov mənim üçün haqqında yazdığım və artıq xeyli müddətdir ki, davam edən "İçimdəki adamlar” silsiləmin sırasında layiqli yeri olan bir Kişidi!

Heç kimə sirr deyil ki, bir insanın, bir Allah bəndəsinin baxışı, münasibəti hər şeyi həll etmir və hər şey də demək deyil. Amma içdən gələn, ürəyin səsiylə, duyğuların diliylə ifadə olunanlar zənnimcə çox şey deməkdi. Ona görə də mənim dostlarım barəsində yazdıqlarım məhz mənim ürəyimin dedikləri, duyğularımın pıçıltılarıdı. Mən də qələmimin, sözümün gücünə söykənib onları bir növü açıb hamıya göstərirəm, çatdırıram. Zənnimcə bunların necə alınmağı və bu təqdimatların necə qarşılanmağı həm zamanından, həm də ovqatdan asılıdı. Odur ki, siz təkcə mənim içimdəkilərə yox, həm də öz içinizdə olanlara zamanın və ovqatın gözündən baxın. Onda siz də ürəyin səsinə, duyğuların pıçıltılarına qulaq asarsınız. Əgər belə etsəniz, yanılmayacaqsınız... əgər belə yanaşsanız, onda İçinizdəki Adam da sizi yanıltmayacaq.

Əbülfət MƏDƏTOĞLU



İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı
SON XƏBƏRLƏR
2018-12-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (64.29%)
Qaynana (35.71%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Tibb bacısı əlində iynə palataya daxil olur:
- Əliş dayı, oyan... xahiş edirəm oyan...
Xəstə güclə şirin yuxudan ayılıb gözünü ovxalayır:
- Nolub a bala, nə deyirdin?!
- Heç, yuxu iynəsi gətirmişəm, onu vurum, gedirəm.




digər lətifələr
ARXİV
FACEBOOK