hacklink Adalet.az | ELƏ GÜVƏNMƏK Adalet.az | ELƏ GÜVƏNMƏK Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ELƏ GÜVƏNMƏK

26772    |   2011-09-17 10:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"El atına minən tez düşər".
   
   Atalar sözü
   
   
   
   Ata sözlərimiz...
   
   Ata sözlərimiz, babalarımızdan bizə miras qalmış dilimizin ən nadidə dəyərləridir... Onlar, minlərlə il sınana-sınana sonuncu şəklini alan və əsla dəyişdirilə bilməyən, insanlara öyüd-nəsihət verməyi məqsəd götürən şah əsər incilərimizdir.
   
   Anadolunun ta o biri ucunda, Araz çayının sahilində, rus ordusunun dayağı ilə ermənilərin törətdiyi vəhşiyanə qətliamla yerlə-yeksan edilən, əli yalın camaatı basa-basa məscidə doldurularaq qapısı, pəncərəsi bağlandıqdan sonra neft tökülüb od vurulan, on iki yaşından kiçik uşaqlarının başı ata-analarının gözünün qabağında qoyun başı kimi kəsilərək məscidin həyətindəki bir metr yarım dərinliyində və 3x3 kvadrat böyüklüyündəki hovuza doldurulan, minanərin başında başı kəsilib yerə tullanan meyidlərin partlayışını görüb vəhşiyanə nərələr atan, çörəyini yediyi türkə rusdan, ingilisdən arxa gördükdə qənim kəsilən ermənilərin törətdiyi o qanlı hadisələri hər yadına saldıqda iki gözü iki çeşmə ağlayan ağbirçək qadınların, ağsaqqal böyüklərimizin ömrünü başa vurduğu bir kənddə böyüdüm.
   
   Ata-anam oxu-yazı bilməzdi. Universiteti bitirdim, magistratura, doktorantura təhsili, mübarizələr, kitablar və ömrümün mənasını dərk etməyimə kömək olan, milli şüurumun boynuma yüklədiyi vətən və millət dərdini özümə dərd eləməyin müqəddəs məsuliyyətinin tələb etdiyi cəhdlərimdən nə bezdim, nə də usandım; ancaq əldə etdiyim bu məlumatımla belə savadsız atamın və anamın hər hadisə, hər hərəkət və hər davranış üçün yeri gələr-gəlməz işlətdikləri ata sözləri və deyimləri yadıma saldığımda nə qədər kiçik məlumat dağarcığına malik olduğumu indi də ürpəşərək başa düşürəm. Bəli... Savadsız olan və ucqar kəndlərdə yaşayan elə insanlarımız vardır ki, dilimizlə bağlı, adının qabağında bir yığın titri olan alimləri belə qısqandıracaq məlumata sahibdirlər. İlahi... Nə böyük şifahi xalq ədəbiyyatımız, onu yaradan nə böyük dilimiz varmış...!
   
   Məqalənin başlanğıcına o ata sözümüzü yazmağımın səbəbi, dünyanın gündəmini işğal edən və ərəb dünyasında yaranan hadisələri özümə görə ayrı bir yöndən yozumlamaqdı. İslam aləmi, "Allahın adıyla oxu" əmriylə nazil olmağa başlayan müqəddəs kitabımız "Qurani-Kərim"in elm öyrənmək, ona yiyələnmək barədə hər müsəlman evladına göstərdiyi yolu ötürüb, yüz illərdir teokratiyanın əzbərçi bataqlığına sonqulub gedəcəyi yolu azmağın, elmdən kənarlaşdığı üçün də texnoloji yarada bilməməyin, strateji hədəflər götürə bilməməyin iztirabıyla qovrulur. İslam dünyası, Ulu Peyğəmbərimiz Hz. Məhəmmədin "elm Çində də, Hindistanda da olsa axtarıb tapın" buyruğunu qulaqardına saldığından bəri cəhalətin bataqlığında dəbbələnməkdə və gavur dediyimiz bəzi imperialist xalqların müstəmləkəçiliyindən xilas ola bilməməkdədir.
   
   İraqda Amerikan işğalı başlayandan sonra öz dövlətlərinin lideri Səddamın heykəlinin boynuna ipi dolayıb üzüqoylu salan və üstünə çıxıb təpikləyən iraqlılar, imperializmin nökərliyini elədiklərinin, çağdaş quldarlığın ipini Səddamın heykəlinin boynuna yox öz boyunlarına saldıqlarının fərqinə varmırdılar. Misirdə Hüsnü Mübarəki devirmək üçün hər gün doğmasıyla birlikdə meydanlara axışan, Allahın özlərinə əmanət kimi tapşırdığı canlarını belə veclərinə almadan irəli cumaraq "Mübarək rədd ol..!" nidalarıyla Misir göylərini cıranlar, o gedəndən sonra rifaha qovuşacaqlarını, sözün həqiqi mənasında azad olacaqlarını, ölkələrinin varlanacağını və o vardan özlərinə də pay düşəcəyini, xoşbəxt bir güzərana qovuşacaqlarını zənn etdilər. Yazıq cahillər...! Onlar qərb imperializminə köləlik etdiklərini başa düşmədilər.
   
   Gustave Le Bon, "əsrimiz, insanların fikrinin daimi dəyişdiyi həssas və böhranlı bir prosesin içindədir" deyir. Ancaq indiki vaxtda bu prosesi idarə edən hakim qüvvələr vardır, düzünü desək qərbin imperialist qüvvələri bu barədə çox təcrübəlidilər. "Ərəb Baharı" deyə bəzəyib-düzədikləri hadisələr zənciri, qərbli bandit qüvvələrin sadəcə olaraq ərəb dünyasının günəşdən qarsalanmış üzünə bir girvənkə boyaq sürtüb onun rəngini istədikləri şəklə salmaq prosesidir, xülasə olaraq məxməri inqilab adı qoyulan şeyin də düz özüdür. Səddam, Mübarək, ardınca da Qəddafi getdi. Daha doğrusu hər üçü də, qərbli qüvvələrin qızışdırdığı kütlə psixologiyasının ləpə vuran azğın selinin burulğanında, ağlını bu psixologiyanın yaratdığı kor qaranlıqda itirən öz xalqları tərəfindən aşağı salındılar. Növbəyə Bəşşar Əsədi salıblar, ona da divan tutmağa imkan tapacaqlarmı, onu qoruyanlar buna imkan verəcəklərmi, ayrı bir yol izləyəcəklərmi, hələlik aydın deyil; ancaq 18-ci əsrdən bəri xüsusilə üzüqara neft səbəbilə atmosferi heç vaxt durulmayan Orta Şərqdə yeni dəhşətli oyunlar tamaşaya qoyulur. Əslində qərbin düşünülmüş şəklidə səhnəyə qoyduğu bu oyunların kökü on səkkizinci əsrdən başlayıb.
   
   Şah Rza Pəhləvinin qovulmasından və Xomeyninin təntənə ilə gətizdirilib taxta çıxardılmasından sonra İranda, Ənvər Sədatın qətlə yetirilməsindən sonra Mübarəkli, indi də Mübarəksiz Misirdə, türkmənlərin qatili Səddamın boynuna yağlı ip keçiriləndən sonrakı İraqda hansı dəyişiklik olubdursa, Qəddafidən sonrakı Liviyada da o dəyişiklik olacaqdı. Orta Şərq və Yaxın Şərqdə yaşayan xalqlar, ucu eşikdən idarə edilən təbliğatlara aldanıb ölkələrində sözün həqiqi mənasında dəyişiklik olacağını, doğrudan da azad və müstəqil olacaqlarını, demokratiyaya qovuşacaqlarını zənn edirlər. Onlar bilmirmi ki, müstəqillik qızıl məcməyidə təqdim olunmur! Əgər o özgələri tərəfindən təqdim olunursa, o müstəmləkəçilik qandalının xüsusi diqqətlə bəzədilmiş açarıdır. Şərif Hüseyn və oğulları ingilis qızıllarını ciblərinə doldurub, Britaniya silahlarını çiyinlərinə salıb Osmanlı dövlətinə üsyan etdiklərində böyük bir ərəb imperiyası yaradacaqlarını zənn edirdilər; ancaq Osmanlı dövləti səhnədən kənarlaşdırılandan və ingilislər öz arzularına çatandan sonra ayılıb başa düşdülər ki, öz-özlərini Britaniyaya müstəmləkə ediblər. Kral Abdullah, "Biz Osmanlıya Niyə Üsyan Etdik" adlı xatirələrində göynəyə-göynəyə bu səhvlərini dilə gətirir.
   
   Müstəqillik... Kökü, övladlarının müqəddəs qanıyla suvarılan azadlıq çinarının yarpaqlarından ilham alaraq əsən küləklərlə yaranan və dadı heç nəyə oxşamayan əzizdən də əziz ilahi bir atmosferdir.
   
   Anadoluda azadlıq müharibəsi aparılır və xalq Atatürklə silahdaşlarının təşkilatçılığında ölkənin dörd bir yanında ayağa durub vətəni işğaldan xilas etmək üçün varını-yoxunu fəda edir. "Ya istiqlal, ya ölüm" parolu ilə səngərlərindən qopan məmmədçiklər "Allah, Allah...!" nidaları ilə vətəni qarış-qarış murdar çəkmələrdən təmizləyirlər. Təmizləyərkən də vədəsi yetənlər gül bağçasına girən kimi ölümü qucaqlayırlar.
   
   Osmanlı dövlətinin yarandığı Söyüd qəsəbəsinin Ağgünlü kəndindən Məmməd oğlu Hüseyn, ailənin döyüşlərdə qırıla-qırıla sağ qalmış yeganə mirasıdır. Anası onu yanına salır və Məmmədini aparıb Azadlıq Hərbini yeridən ordunun, kəndlərinin yaxınlığındakı qərargahına təhvil verərkən, "Bizim kəndin qəbiristanlığında düz əlli ildir yeniyetmə dəfn olunmadı oğul..! Təki vətən sağ olsun, hamımız ölək, ölməyimiz o qədər də önəmli deyildir..!" -deyir. Sonra da yeganə ümidgahının üzündən-gözündən öpüb kəndə qayıdır.
   
   Anadoluda yeridilən azadlıq hərbini, ərini, oğullarını, doğmalarını döyüşlərdə itirən Məmməd oğlu Hüseynin anasının milli şüuru, vətəninə, millətinə, liderinə olan sədaqətin nə mənaya gəldiyini bütün dünyaya göstərdi və Anadolunu müstəqil elədi. Bizə müstəqilliyi nə ingilis, nə fransız, nə rus, nə də ABŞ və ya özgəsi qızıl məcməidə təqdim etdi.
   
   Fransızlar Antəpdə, Maraşda və digər yerlərdə xalqdan yedikləri kötəklə birdən diskinib oyanır və işlərinin o qədər də asan olmadığını, olmayacağını başa düşürlər və Atatürklə görüş üçün Franklin Boullion adında bir diplomatlarını ona yollayırlar. Boullion, Ankaraya sarı yola düşür. İşğal altındakı İstanbuldakı ambarlardan, təzə yaranan xüsusi xidmət orqanları tərəfindən müxtəlif yollarla oğurlanıb gətirilən və Anadoluya ötürülən silah və sursatın, İnəbolu deyilən yerdən qadınların sürdüyü qağnı adlanan ikitəkər arabalarla cəbhələrə daşındığının şahidi olur. Gördüyü qafilədə, yükün ağırlığıyla ingildəyərək dönən təkərləri ilə irəliləyən arabalara qoşulmuş öküzləri yanlarına düşüb sürənlər qadınlardır. Qafilədəki arabalardan sadəcə olaraq birini on iki yaşlı oğlan uşağı sürür. Bu vəfalı və cəfakeş qadınların kimisi ağbirçəkdir, kimisi hamilədir, kimisi çağasını dalına büküb, kimisi ayaqyalındır.
   
   Boullion Ankaraya çatır və onun üçün təşkil olunan axşam yeməyində Atatürkün qonağıdır. Boullion, gördüyü o qafilədəki qadınların fədakarlığını, cəsarətini, mətanətini öyə-öyə bitirə bilmir. Atatürk, Anadoluda yeridilən bu olum-ölüm mübarizəsini bir neçə cümlə ilə xülasə edir;
   
   "Mösyö Boullion, içdiyimiz milli andın əsası tam mənasıyla müstəqillikdir. Yəni siyasi, hərbi, milli, ədli, qısaca hər sahədə müstəqillikdir. Türk milləti qanını milli müstəqilliyi əldə etmək üçün tökür".
   
   Atatürk biraz sonra ayağa durub onunla və ordakılarla sağollaşıb gedir. O getdikdən sonra Boullion yanında əyləşən xarici işlər naziri Yusif Kamal Təngirşəkə dönüb deyir;
   
   -Yoxsa siz kapitulyasiyaları ləğv etməyi fikirləşirsiniz?
   
   -Bəli müsyö, biz istiqlalımızı əldə etmək üçün mübarizə yeridirik. Böyük millət məclisi kapitulyasiyaları ləğv etmədən qılıncını qınına soxmaz...
   
   -Ax əziz dostum! əzminizi və səbrinizi sübut edən ikitəkər arabalarınızdan ibarət qafilələri gördüm; lakin reallıqdan kənarlaşmayın və bizimlə uzlaşmağın çarələrini axtarın; çünkü ikitəkər mal arabası yük maşınını məğlub edə bilməz.."
   
   Anadolu Türklüyü başındakı liderə bel bağladı, özünə güvəndi və tanrısına sığındı. Ayağındakı çarığı, üstündəki paltarı limə-limə olan əsgərlərinin, körpəsinə bükdüyü adyalı yağan qarın top güllələrini islatmaması üçün onun üstünə sərən və balasının soyuqdan həlak olmasını vecinə də almayaraq böyük vətənpərvərlik abidəsinə çevrilən analarımızın, bacılarımızın qeyrətiylə öz müstəqilliyini qazandı. İkitəkər öküz arabaları, imperialistlərin maşınını məğlub etdi.
   
   Liviyada küçələrə, meydanlara axışaraq Qəddafini aşağı salanlar dünən onun üçün özünü qurban edəcəyini deyib döşünə döyənlərdi (Görəsən ayrı xalqlardan da bu cür hərəkət edənlər vardır?!). Bugün isə Qəddafini aşağı endirdikləri üçün özlərini sözün həqiqi mənasında azad və müstəqil sayırlar, daha düzü elə zənn edirlər. Ehey yazıqlar, yazıqlar...!
   
   Halva-halva deməklə ağız şirin olmur...


YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK