ANA SƏHİFƏ / YAZARLAR

Qəbələdən keçən "Karvan"

Ənənəvi beynəlxalq musiqi bayramına söz ardı

17047    |   2011-08-13 01:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ötən həftə Qəbələ III Beynəlxalq Musiqi Festivalı öz işini yekunlaşdırdı. Adından söz etdirən və ölkənin mədəni həyatına xüsusi çalar qatan bu musiqi bayramı maraqlı cəhətləri ilə yadda qaldı. Heydər Əliyev Fondunun yüksək səviyyədə təşkil etdiyi tədbir həm də Azərbaycanın təbliği yönündə növbəti mühüm addım oldu.
   
   
   
   Yeni ənənəyə
   
   ənənəvi yanaşma...
   
   
   
   Adından bəlli olduğu kimi Qəbələdə təşkil olunan musiqi festivalı beynəlxalq status daşıyır. Təbiəti ilə hamını heyran qoyan bu rayona dünyanın müxtəlif ölkələrindən tanınmış musiqiçilər, böyük səhnələri fəth edən ifaçılar toplaşır.
   
   Təbii ki, Qəbələ Beynəlxalq Musiqi Festivalı ilk dəfə keçirilməyə başlayanda tədbirə münasibət heç də birmənalı deyildi. Bəziləri paytaxtdan kənarda təşkil olunmağa başlayan klassik musiqi festivalının uğuruna və perspektivinə inanmırdılar. Lakin zaman təşkilatçıların haqlı olduğunu bir daha sübut etdi.
   
   Beynəlxalq Musiqi Festivalında iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən Qəbələyə gələn tanınmış musiqiçilər, nüfuzlu ifaçılar xalqımızın sənətə necə böyük dəyər verdiyinin şahidi oldular. Qonaqlar gördü ki, dünya mədəniyyətinə istedadlı bəstəkarlar və musiqiçilər bəxş edən Azərbaycan bu gün də geniş potensiala malikdir. Odlar yurdu gələcəkdə də klassik musiqi sahəsində yeni parlaq imzalar yetirmək gücündədir. Bu işdə artıq ənənəvi keçirilməyə başlayan Qəbələ Beynəlxalq Musiqi Festivalının da özünəməxsus əməyi olacaq. Deməli, Qəbələ Beynəlxalq Musiqi Festivalının davamlı keçirilməsinə böyük ehtiyac var.
   
   Qəbələdə qələbə qazananlar və ifası eşidilənlər
   
   
   
   Festival çərçivəsində əvvəlcə pianoçuların növbəti beynəlxalq müsabiqəsi keçirildi. 9 ölkədən 15 musiqiçinin qatıldığı sənət yarışmasında Rusiya təmsilçisi Andrey Yaroşinski birinci oldu. Nüfuzlu sənətkarlardan ibarət münsiflər heyəti Nərgiz Kəngərlinin də çıxışını müsbət qiymətləndirdi. Azərbaycanlı pianoçu müsabiqənin həvəsləndirici mükafatına layiq görüldü.
   
   Sonrakı günlər ərzində bu böyük musiqi bayramında müxtəlif konsertlər oldu. ABŞ-dan, Böyük Britaniyadan, İtaliyadan, Fransadan, Almaniyadan, Norveçdən, Rusiyadan dəvət olunan nüfuzlu orkestrlər və tanınmış musiqiçilər çıxış etdilər. Dünya səhnələrini fəth edən dirijor Yuri Başmet, Dmitri Yablonski (violonçel), bariton Sergey Leyferkus və başqaları bu dəfə Qəbələdə tamaşaçılar qarşısında məharətlərini göstərdilər. "Qafqaz Resort" otelinin səhnəsində, eləcə də açıq havada təşkil olunan konsertlər böyük uğurla və tamaşaçıların alqışı altında keçirildi.
   
   Tamaşaçılar dünya şöhrətli rus bəstəkarı Sergey Raxmaninovun "Yalvarıram getmə", "Tale", "Qəm etmə", "Gecə qəmlidir", "Vaxtdır", "Məsihin zühuru", "Mən Peyğəmbər deyiləm" və s. əsərlərini dinləmək imkanı qazandılar. Əsrlər boyu dünyanı heyran edən Şopenin, Motsartın, Çaykovskinin həmişəyaşar musiqisi bir neçə gün ərzində dəfələrlə Qəbələdə səsləndi.
   
   Azərbaycanlı musiqiçilərin çıxışları Qəbələ festivalına xüsusi rəng qatdı. Festivalın bədii rəhbəri professor Fərhad Bədəlbəyli, pianoçular Yeganə Axundova, Ülviyyə Hacıbəyova, Səidə Tağızadə, ABŞ-da yaşayan soydaşımız Validə Rəsulova, vokalçılar Azər Rzazadə, Səbinə Əsədova, Cavid Səmədov, dirijorlar Rauf Abdullayev, Yalçın Adıgözəlov, Əyyub Quliyev və başqaları alqışlarla qarşılandılar. Musiqiçilərimiz Üzeyir Hacıbəylinin, Qara Qarayevin dünya musiqi xəzinəsinə daxil olan əsərlərini səsləndirdilər. Hər çıxışdan sonra Qəbələni alqış sədaları bürüdü. Bir daha sübut olundu ki, sənətçilərimiz dünyanın ən böyük salonlarında, nüfuzlu festivallarında çıxış etməyə layiqdirlər.
   
   
   
   Qəbələdə bişər, Ağdaşa da düşər
   
   
   
   Ətraf rayonlarda yaşayan musiqisevərlərə də bu möhtəşəm sənət bayramından pay düşdü. III beynəlxalq musiqi festivalının iştirakçıları Ağdaşda və Şəkidə səyyar konsertlər verdilər.
   
   Ağdaşdakı tədbir Habil Əliyev adına Musiqi Məktəbində keçirildi. Klassik musiqinin ardından muğamlarımız, xalq mahnıları tamaşaçılara təqdim edildi.
   
   Şəki camaatı isə festival iştirakçılarını qədim Xan Sarayının həyətində qarşıladı. Bu tarixi məkanda da həm milli, həm də Qərb musiqisinin incilərindən nümunələr ifa olundu.
   
   Tamaşaçılar Heydər Əliyev Fondunun festivalın təşkili ilə bağlı təşəbbüslərini dəstəklədiklərini bildirdilər.
   
   
   
   
   
   Beynəlxalq "Karvan"
   
   
   
   III Beynəlxalq Musiqi Festivalında iştirak edənlər arasında "Yeni Rusiya" Dövlət Simfonik Orkestri də var idi. Nüfuzlu musiqi kollektivinin bədii rəhbəri və baş dirijoru Yuru Başmetdi. Yuru Başmetin rəhbərliyi altında dünyanın ən böyük konsert salonlarında böyük uğurlara imza atan "Yeni Rusiya"nın Qəbələ festivalına qatılması sırada bir hadisə deyil.
   
   III Qəbələ Beynəlxalq Musiqi Festivalını televiziyadan və mətbuatdan izləyərkən bir hadisə diqqətimi çəkdi. Dünya şöhrətli "Yeni Rusiya" Dövlət Simfonik Orkestri Qəbələdəki repertuarına Azərbaycan bəstəkarlarının da əsərlərini daxil etmişdi. Yuri Başmetin musiqiçilərinin ifasında Soltan Hacıbəyovun ölməz "Karvan" simfonik əsərini dinləmək məncə hər bir tamaşaçıda xoş duyğular oyatdı.
   
   "Karvan" təkcə müəllifinin deyil, Azərbaycan musiqisinin həmişəyaşar əsərlərindən sayılır. Dövlət mükafatları laureatı professor Soltan Hacıbəyov bu simfonik əsəri 1945-ci ildə bəstələyib. Həmin ərəfədə "Kəminə və Qazı" operasını yazmaq üçün Türkmənistana dəvət alan istedadlı bəstəkar bu ölkənin ucsuz-bucaqsız səhralarını gəzərkən keçirdiyi duyğuları nota köçürüb. Musiqi xəzinəmizin qiymətli incilərindən sayılan "Karvan" ilk dəfə 1948-ci ildə səsləndirilib və elə ilk gündən müəllifi Soltan Hacıbəyova böyük şöhrət gətirib.
   
   Daha bir maraqlı cəhət o oldu ki, "Yeni Rusiya" Dövlət Simfonik Orkestri "Karvan"ı ifa edərkən dirijor pultu arxasında azərbaycanlı Rauf Abdullayev dayanmışdı. İstedadlı dirijor tanınmış Azərbaycan bəstəkarı Azər Rzayevin orkestr üçün konserti ifa olunanda da "Yeni Rusiya"ya rəhbərlik etdi. Xalq artistinin dünya şöhrətli orkestrlə birgə işi uğurlu alındı. Bunu tamaşaçıların alqışından da başa düşmək olurdu.
   
   
   
   Bitməyən
   
   akkordlar
   
   
   
   III Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatsa da sənət bayramının əks-sədası hələ də eşidilməkdədir. Festivalda iştirak edən görkəmli musiqiçilər ölkə və xarici mətbuat səhifələrində Qəbələ festivalının uğurundan danışır, təəssüratlarını bölüşürlər.
   
   Bu bir daha sübut edir ki, dünya musiqisində öz imzası olan Azərbaycanda belə tədbirlərin keçirilməsi lazımlı addımdı.
   
   Qoy Qəbələdə növbəti dəfə klassik musiqinin sədaları eşidilsin!


YAZARIN ARXİVİ

2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-01-16
2018-01-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Maarif Soltanın İsmayıllıdakı kənddəki evinə bir sarsaq pişik dadanıbmış, şairi yığıbmış boğaza. Aparıb pişiyi meşədə azdırır, gəlir görür ki, pişik evdədi. Aparıb bir az uzaqda azdırır, gəlir görür ki, yenə ondan qabaq gəlib, evdədi. Aparıb "Qız qalası" tərəfdə meşədə azdırır, yenə qayıdıb görür ki, ondan qabaq gəlib.
Axırda hirslənib aparır Babadağının ən ucqar bir yerində azdırır. Bir neçə saatdan sonra xanımına zəng edir:
- Pişik gəlib çıxıb?
- Hə.
- Ver telefonu pişik oğlu pişiyə.
- Neynirsən?
- Neçə saatdı azmışam, qoy yolu soruşum.




digər lətifələr
ARXİV
FACEBOOK