hacklink Adalet.az | ƏRƏB DÜNYASI NİYƏ BELƏDİ? - 6 Adalet.az | ƏRƏB DÜNYASI NİYƏ BELƏDİ? - 6 Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ƏRƏB DÜNYASI NİYƏ BELƏDİ? - 6

(İraq II)

23437    |   2011-07-30 11:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ötən həftəki yazımda İraq mövzusuna toxunmuş; ancaq həm məqalənin həcminin daha artığına icazə verməməsi həm də mövzunun önəmi səbəbiylə onu bölmüşdüm.
   
   Tarix, hisslərin əsiri olmadan və çoxcəhətli araşdırıldığı vaxt dünyanın nə qədər kiçik olduğu və bu balaca məkanda hansı millətlərin digərlərindən öz maraqları istiqamətində sui-istifadə etdiyini, onları adi bir vasitə kimi işlətdiyini, nə kimi şeytanlıqlar həyata keçirdiyini, zəifləri nə cür əzdiyini, hansı millətin tanrının istədiyi xətt üzrə yeridiyini və ədalətlə hökm etdiyini, zalım, qəddar və adil olmayan millətlərin qarşısında aşılmaz dağlar kimi dayandığını, bu uğurda nə kimi bəlalara düçar olduğunu, zalımlar tərəfindən eynilə Həzrət Yusif kimi nə cür böhtanlarla üzləşdiyini; ancaq bunları heç vecinə də almayıb yoluna davam etdiyinin şahidi olarsınız.
   
   İngilislər, tarixin qeyd etdiyi böyük millətlərdən biridir. İşgüzardır, soyuqqanlıdır, özünə məxsus olan şeyləri nə bahasına olarsa olsun qoruyacaq, öz mənafei üçün lazim gəlsə dünyanı belə odlayacaq xarakterdə bir millətdir. Eyni zamanda şeytana şeytanlığını unutdura biləcək qədər də bic bir xalqdır. Karına gəlirsə bugün ağ dediyinə sabah qara deyəcək qədər siyasi mənada dönəkdir, manevr eləməsini çox yaxşı bacaran bir millətdir. İnsan hüquqlarını dilinə dolayacaq qədər demokrat və insansevər görünəcək qədər sənətkar, eyni zamanda insana heyvanların belə eləməyə ürəyi gəlmiyəcək qəddarlığı həyata keçirəcək qədər də vampir ruhlu, zalım və mərhəmətsiz bir millətdir.
   
   Bir ada ölkəsi olan İngiltərə, sahib olduğu kömür mədənlərindən savayı deyilə bilər ki, hər şey üçün xaricdən asılı olduğundan tarix boyu dənizçiliyə, ticarətə önəm vermiş, donanmasını daimi olaraq inkişaf etdirərək Hindistan, Honq-Konq, Avstraliya və s. ölkələri müstəmləkəsinə çevirərək şərq-qərb ticarətini əlinə keçirmiş və bu yolun təhlükə ilə üzləşməməsi üçün də xüsusilə 18 və 19-cu yüzilliklərdə təhlükə kimi hiss etdiyi hər şeyi aradan götürmək üçün nə lazımdırsa həyata keçirmişdir. Təbii ki, sadəcə olaraq Hindistan və digərləri ilə kifayətlənməmiş, Afrika qitəsini hardasa bir başdan bir başa müstəmləkələşdirmiş və bugün İngilis Millətlər Topluluğu deyilən birliyi imperialist duyğu və fikirlərlə yaratmış, müstəmləkələşdirdiyi yerlərdə öz dilini, dinini və mədəniyətini cəbrlə qəbul etdirmiş, 15-ci əsrin axırlarında tapılan Amerika qitəsinə belə ən qabaqlarda üz tutaraq bura da öz mədəni və siyasi kimliyini silinməz şəkildə həkk etmişdir.
   
   İngilislər kimi imperialist duyğu və düşüncələrə malik olan fransızlar da məsum bir xalq deyildir. Onların xüsusilə Şimali Afrikada həyata keçirdikləri soyqırımlar bəşəriyyət dramıdır. O soyqırımlar və işgəncələr, Fransız adlanan millətin alnına yaxılan və əbədiyətə kimi də çıxmayacaq qara bir ləkədir. Əl Cəzayirdə, azadlıq tərəfdarı milli partizanların tutulub çölün düzündə yerdən bir metr yüksəyə bağlanıb gecələri qurdların, çaqqalların, kaftarların gəlib onların ayaqlarından başlayaraq diri-diri yemələrini, onların ərşə çatan hayqırışlarını və izdirablarını indiyə kimi hansı millət düşünüb və həyata keçiribə
   
   İngilislər, fransızların 1798-ci ildə Misiri işğal etməsiylə birlikdə Hindistan ticarət yolunun təhlükə ilə üzləşəcəyindən qorxuya düşüb və bu təhlükənin təkrar yaranmaması üçün də Orta Şərqi öz caynağına keçirməyin vacib olduğuna inanmış, bunun üçün də əlindən gələni etmişdir. Fransızları, Afrika və ərəbistanda bir neçə yerin xaricində addım atmağa da qoymamışdır. İngilislərin izlədiyi mərhəmətsiz imperialist siyasət səbəbiylə Birinci Dünya Hərbi əsnasında Orta Şərq bölgəsində qarşılarında sadəcə olaraq Osmanlı Dövləti qalmışdı və bu dövləti məhv edərək torpaqlarını bölüşmək ən böyük xəyallarıydı. ərəb yarımadası isə Osmanlı torpaqlarıydı və Fələstin başda olmaq şərtilə bir neçə bölgə padşahın sənədli-sübutlu torpağıydı. Üstəlik buralardakı insanlar da dini yöndən qardaşdı. İngiltərə başnaziri Lord Gladiston hələ 1876-cı ildə parlamentdə etdiyi çıxışında bunları deyirdi:
   
   "Türklər, insanlığın insan olmayan nümunələridir. Mədəniyyətimizin gələcəği üçün onları Asiya çöllərinə kürüyüb tökməli vəya Anadoluda məhv etməliyik. Gördüyünüz bu Qurani Kərim, yerüzündə qaldıqca qətliam və vəhşətlər dünyadan əskik ola bilməz".
   
   Əsilli-soylu İngilis milləti(!) öz maraqları uğruna bir milləti belə yer üzündən silməyi ağlına gətiəcək qədər soyqırımçı fikirlər daşıya bilir və tanrının nazil etdiyi son səmavi dinin müqəddəs kitabını belə məhv etməkdən imtina etməyəcəyini başnazir səviyəsində dilə gətirir. Belə də böyük millət olar? Ancaq onların tapındığı dinin peyğəmbəri həzrət İsanın adını hər bir Türk öz övladına istəyərək qoyur, o ulu peyğəmbərə öz peyğəmbəri səviyəsində hörmət edir, onu sevir. əsilli-soylu(!) İngilis milləti ilə Türkü bir-birindən ayıran önəmli fərqlərdən biri budur.
   
   İngilislərlə fransızlar arasında 1916-cı ilin yanvar ayının 3-ündə imzalanan Sykes-Picot sazişi ilə ərəbistan yarımadasını bölüşdüklərində Fransanın payına Lübnan və bugünkü Suriyanın böyük hissəsi düşmüşdü. İngiltərə bu saziş ilə Fransanı Hindistan ticarət yolundan, Kəngər (Bəsrə) körfəzinə açılan Şətt-ül ərəb su yolundan uzaqlaşdırmağı məqsəd götürmüş və arzusuna nail olmuşdu. Rusiya isə bu sazişin varlığından ancaq həmin ilin mart ayında xəbər tutmuş və özlərinin də Osmanlı Dövlətinin bölüşülməsindən pay almalarının gərəyini irəli sürmüş, İngiltərə-Fransa-Rusiya arasında bu barədə görüşlər keçirilmiş, Trabzon, Van, ərzurum, Bitlis bölgələri, İstanbul və İstanbul boğazının bir neçə millik hissəsi Rusiyaya buraxılması əvəzində Rusiya bu sazişi tanımış, təsdiqləmişdi. Rusiyada 1917-ci ildə kommunist inqilab baş verdikdən və Çarlığın sənədləri ortaya töküldükdən sonra Osmanlı dövlətinə İngilislərdən pul alıp üsyan edən və böyük ərəb dövləti xülyasını görən Şərif Hüseyn, ingilislər tərəfindən nə cür aldadıldığını başa düşüb məyus olmuşdu; ancaq gün günortadan çoxdan əyilmişdi. ərəbləri Osmanlı əleyhində qışqırdan İngiltərənin məşhur casusu Lawrəns, "Alimliyin Yeddi Sütunu" adlı üç cildlik xatirələrinin bir yerində bunları yazıb:
   
   "Biz onları ölümlərin ən dəhşətlisinə, atəşin içinə, hərbdə uğur qazanmaq üçün yox; ancaq Mesopotamiyanın taxılı, düyüsü və nefti bizim olsun deyə tullayırdıq. Yeganə ehtiyac duyduğumuz şey düşmənlərimizi (Türklər) məğlubiyyətə uğratmaqdı".
   
   İkinci Dünya Müharibəsi sonrasında isə bölgədəki güc tarazlığı birdən əvəz olmuş və Fransa ilə İngiltərənin yerini ABŞ ilə Sovetlər Birliyi tutmuşdu.
   
   Əvvəllər krallıqla idarə edilən iraqda 1958-ci ildə Sovetlər Birliyinin dəstəklədiyi qanlı bir çevriliş reallaşdı genral Əbdülkərim Qasım İraqın dövlət rəhbərliyi postuna oturdu. İraq, bu çevrilişdən sonra Bağdad Pakdı adlanan sazişdən imtina etdiyini bildirdi və kommunizm ölkədə sürətlə yayılmağa başladı. Ardınca Suriyada çevriliş oldu və Sovet təsiri Orta Şərqdə sürətlə özünü göstərməyə başlayınca ABŞ ilə İngiltərə hərəkətə keçdi. ABŞ, Türkiyənin buraları işğal etməsi üçün bir plan hazırladı; ancaq Türkiyə buna yanaşmadı və bir başlarına daxildən işləməyə başladılar. 1963-cü ilin noyabr ayının 8-ində Bəəs Partiyası mənsublarıyla millətçilər əlbir olub çevriliş həyata keçirmək istədi, genral əbdülsəlim Arif hakimiyyət cilovunu əlinə keçirdi və ölkədə kommunist ovu başladı. Bu isə, İraqda ABŞ-Sovet toqquşmasının nə cür bir xətt izlədiyini göstərən tarixi və ibrətamiz hadisədir.
   
   İraq tarixində Səddam Hüseyn özəl bir yerə malikdir və onun dövrünə kimi ölkədəki güc tarazlığı o qədər də sabit olmayıb. Kasıb bir ailənin övladı kimi Tikrit qəsəbəsində dünyaya gələn Səddam kiçik yaşlarında yetim qaldı və anası ilə qohumları onu böyütdü. Atasızlıq və həyatın qəddarlığı xarakterində öz əksini tapdı və onu dözümlü, polad qatılığında bir insana çevirdi. Gənc yaşlarında Bəəs Partiyasına daxil oldu. 1956-cı ildə çevrilişə təşəbbüs etsə də uğurlu ola bilmədi və ölkədə monarxiyanın axıra çatmasından sonra başnazir əbdülkərim Hassamı öldürmək qəsdi ilə yaradılan sui-qəsd dəstəsində önəmli bir vəzifəni öhdəsinə götürsə də hadisənin üstü açıldı və təqib olundu, o da ölkəni tərkə məcbur qaldı. 1963-cü ildə Bəəs Partiyasının hakimiyyətə gəlməsiylə birgə ölkəyə qayıtdı, evləndi və partiyada işləməyə başladı. Tünd xarakterə malik olan Səddam partiya idarəsi ilə ziddiyyətə düşüncə həbsə salındı; ancaq 17 iyul 1968-ci il tarixində yaranan qansız çevrilişlə həbsdən azad oldu. Həbsdən azad olmazdan bir il qabaq ərəblərlə İsrail arasında yaranan altı gün müharibəsində ərəblərin ağır məğlubiyyətə uğraması, ərəb millətçiliyini ön plana çıxaran siyasətiylə kütlələri öz səflərində cəmləşdirən Bəəs Partiyası ölkədə böyük bir qüvvəyə çevrilmişdi. Həbsdən azad olar olmaz özünün rəhbərliyindəki Bəəs Partiyası tərəfdarı bir dəstə zabit ilə hakimiyyəti öz nəzarəti altına alan Səddamın qrupu, dövlət rəhbərliyi və başnazirin salahiyətlərini birlikdə yeritmək şərtilə əl Bəkiri hakimiyyətə gətirdi. əl Bəkir, dövlət rəhbərliyi və başnazirliklə birlikdə İnqilabçı İdarə Şurası ilə Bəəs Partiyasının Regional Komandirliyini də öhdəsinə götürərək hər şəyə hakim oldu. Bəəs partiyası bütün dövlət qurumlarına adamlarını doldurub bürokratiyanı özününküləşdirdi. 1970-ci ildə Sovetlər Birliyinin işə daxil olmasıyla birlikdə kürdlərlə toqquşmadan əl çəkib Kürdüstan Demokratik Partiyası və digər milli yönümlü sol təmayüllü təşkilatlarla əməkdaşlığa başlandı; ancaq dörd il sonra həm kürdlərlə həm də kommunistlərlə əlaqələr adi axarından çıxdı və ölkədə tək partiyalı diktatura rejimi yarandı. Kürdlərlə aralarının pozulmasında qərbin hakim qüvvələri önəmli rol oynadı; çünkü Molla Mustafa Bərzani Sovetlər Birliyində illərlə saxlanmış və tamamilə Sovet Rusiyasının adamı kimi yetişdirilmişdi. Bərzaninin İraq idarəsinə daxil olmaq arzusu qərbliləri, xüsusilə də ABŞ ilə İngiltərəni nigaran edirdi. Bölgədəki kürdçülük hərəkəti indilik bu iki qüvvənin karına gəlmirdi, gün gələcək Bərzanilər Yəhudi dinini mənimsəyəcək və Amerikanın barmağına görə istiqamət götürəcək, İraqın işğalında önəmli rol oynayacaqdılar. Səddam 1976-cı ildə Həsən əl Bəkirdən başnazirliklə birlikdə bəzi salahiyyətləri də təhvil aldı, üç il ərzində həddən artıq fəal və əl altından işləyib hakimiyyəti ələ keçirdi.
   
   Səddam, milli xarakterli sol fikri mənimsəyən Bəəs Partiyası daxilində illər ərzində yüksələrkən həm Sovetlər Birliyindən həm də ABŞ-dan dəstək aldı, yəni iki tərəfi də idarə elədi; ancaq hakimiyyəti qəti olaraq əlinə alandan sonra istiqamətini müəyyənləşdirdi və Sovetlərlə hərbi sahədə al-veri etsə və Rus tərəfdarı görünsə də Amerikanın təsir dairəsində yeriməyə başladı. Səddam, ABŞ-ın gözünün giləsi idi, eynilə bir vaxtların İran Şahı Rza Pəhləvi kimi; çünkü onların hər tələbini hərfi hərfinə yerinə yetirən bir müti idi. Mütilik də görəcəyi iş axıra çatana kimi onu ön planda tuta bilərdi və elə də oldu. İmperialistlər, Səddama ehtiyacları olduğu müddətcə onun kürəyinə əl çəkdilər, o da özünü tapılmaz hind parçası zənn etdi, əvvəlcə İrana, sonra da Küveytə hücum çəkdi. Bu hücumlar ilə öz axırına çıxdı. Vampirlərin daha ona ehtiyacı qalmamışdı və əllərini göyə qaldırıb qulağının dibinə bir şillə çəkdilər, izi-tozu yer üzündən kəsildi, eynilə Osmanlı dövlətinə xəyanət eliyən Məkkə Şərifi Hüseyn kimi.
   
   
   
   "Eşşəyin qəribə bir şakəri var
   
   Canavar bir azca yaxınlaşdımı
   
   Qalxar, ona doğru özü addımlar
   
   Xəlil Rza Ulutürk


YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK