Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | MƏNƏ SÖZ VERİN... Adalet.az | MƏNƏ SÖZ VERİN... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

MƏNƏ SÖZ VERİN...

20765    |   2011-07-30 11:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yaxşı ki, qəzet səhifələrində mikrofon yoxdu. Yazarlar da söz istəyib öz növbələrini gözləmirlər. Bir də görərdin ki, fikirlərinin ən gərəkli məqamında mikrofonu söndürüb kəlməni ağzında yarımçıq qoydular...
   
   Bu yazını söz bayramına fikirləşmişdim. Amma qəsdən sonraya saxladım. Çünki sözün bir günlük bayramı ola bilməz. Söz hər günlükdü, ömürlükdü, dünyalıqdı, kainatlıqdı. İnsan övladı ağzını açıb ilk Sözü dediyi və qarşısındakının da o ilk Sözü anladığı gündən üzübəri hər gün, hər saat, hər dəqiqə sözün bayramıdı. Söz yaranandan sonra kainatda nə vardısa, öz adını tanıdı. Sözdən söz yarandı, artdı, çoxaldı. Baldan şirini də oldu, zəhərdən acısı da. Üz qızardanını da düşünüb tapdılar, üz qaraldanını da. Haqqında deyilənlər insan övladını dağa da qaldırdı, dağdan da endirdi. Qulaqlarımız bişmiş söz də eşitdi, çiy söz də. Sözə ayaq verib yeridənlər də oldu, qanad taxıb quş kimi uçuranlar da. Söz uçub sözü tapdı. Təzə sözlərlə, təzə fikirlərlə qaynayıb-qarışıb yiyəsinin üstünə qayıtdı. Söz musiqiynən birləşdi, rəssamın əlindəki fırçanı, qarşısındakı kətanı, rəngləri danışdırdı. Söz oldu yerindəcə boğdular, qoymadılar qulaqlara çatsın, beyinlərə işləsin, ürəkləri tərpətsin. Söz də oldu kimsənin gücü çatmadı saxlamağa, boğmağa. Yiyəsinin ağzından çıxan kimi, qələmindən düşən andan qanadlanıb uçdu, sərhəd tanımadı, ölkələr gəzdi. Harda, kimə gərək oldusa, onu göydəcə tutdular. Əhliləşdirib özlərininki elədilər...
   
   Sözün də qürurlusu, ötkəmi, ürəyiyumşağı, sözəbaxanı, tez əyiləni, tez sınanı var. Elə şeydi ki, yerə atsan, kimin əyilib götürdüyünü heç kəs görməz. Amma ünvanını, yiyəsini, hədəfini tez tapar. Sözdən qaçanlar da var, sözə uçanlar da. Söz sözü gətirir. Sözdən söz yaranır. Əgər söz deyib ürək boşaltmaq olmasaydı, görəsən, biçarə insan neyləyərdi?!...
   
   Söz üstə boynu vurulanlar, dilindən dara çəkilənlər görüb millətlərin, xalqların tarixi. Nədən həqiqisi belə acı, yalanı baldan şirin olur bu Sözün?! Kim qoyub, kimlər qoyub bu qaydanı?! Bəlkə elə ilk insan da ağzını açanda yalan deyib?! İlk söz olduğuna görə sevincdən havalananlar bunu dərk etməyiblər. Həqiqət bilib toy-bayram ediblər...
   
   Söz gözəl qadın kimidi. Nazənin, işvəkar, canalan...Könül verdin daha ömrün-günün sənin deyil. Minib oturacaq boynunda. İstəsən də düşürə bilməyəcəksən. Düşmək istəyəndə də, sən qoymayacaqsan. Beləcə küsə-barışa yaşayacaqsan nə qədər ki, ömrün var, nə qədər ki, kağız-qələm var...
   
   Müharibələrə də səbəb olub, barışlara da. Elə söz sahibləri olub ki, bir kəlməsiynən ellər, uluslar ayağa qalxıb, silaha sarılıb. Ya da qılıncı qınına qoyublar. Konfutsi deyirdi ki, müdrik insan sözü ilə bütün kosmosu hərəkətə gətirə bilər. Artıq sirr deyil sözü, fikirləri ilə Kainata təsir edən, dünya düzənini dəyişən ağıl sahiblərinin olduğu. (Yəqin, Uca Yaradan da bəzən yorulur, usanır. Öz yaratdıqlarından da kimisə eşitmək, kiminləsə hesablaşmaq istəyir).
   
   Hələ mən bir ağıllı fikir də oxumuşam: "Dediyimiz sözlərin qanadları var, lakin onlar çox zaman bizim istədiyimiz yerlərə uçmurlar". Bax, burda qələmi yerə qoy, başını əllərinlə sıxıb nə qədər istəyirsən düşün. Nə qədər düşünsən də bundan dərinini, düz hədəfə vuranını tapa bilməyəcəksən.
   
   Biz həmişə sözümüzün ağası deyilik. Görünür, ya dəqiq danışmırıq, ya da danışanda zamanı, məkanı, şəraiti nəzərə almırıq. Üçüncü halda da müsahibimiz bizi başa düşmür, düşmək istəmir, fikirlərimizi özünün istədiyi səmtə yönləndirir.
   
   Amma nə olur-olsun, Sözün yaxasından əl çəkən deyilik. Dəb ustalarının bir sevimli cümlələri var. Deyirlər ki, paltarlarımız özümüzü ifadə etməkçin bir vasitədir. Bu, yüzdə yüz, bəlkə bir az da artıq sözə də aiddir. Ömrünü-gününü sözə verənlər bilər bunun nə demək olduğunu. Şair və yazıçılara söz adamı, filosoflara fikir adamı nahaq demirlər. Həm də söz dalınca qoşmaq həvəsi heç bir ovçunun hərisliyi, ehtirası ilə ölçülən deyil. Kütləni maraqlandıran, ardıycan aparan bütün xırda məişət istəkləri arxa plana keçir, onları başından eləyib fikrindəki sözlərə həyat vermək eşqi ilə yaşayırsan...
   
   Hötedən də misal gətirmək istəyirəm: "Fikir görünməyən təbiətdir. Təbiət isə görünən fikirdir". Biz fikrimizi-görünməyən təbiəti ancaq sözlər vasitəsilə görünən edirik. Deməli, nəyi görürüksə, onun sözə ehtiyacı yoxdu. Gözlə görünənin (xüsusən də gözəlliyin) qarşısında susmaq özü bir ibadətdir!
   
   
   
   ***
   
   Sözün arxasınca
   
   hiss edilmədən
   
   Ömür ötüb keçdi,
   
   bütöv bir ömür...
   
   
   
   Bu da Yuri Kuznetsovun şeirindəndir. Elə dəqiq, sərrast deyilib ki, ağzını açmağa, dil tərpətməyə yer qalmayıb.
   
   Hələ bizim dilsiz saydığımız ağacın, gülün, yarpağın, buludun, yağışın da bir-birinə sözləri var. Onlar da öz aralarında danışırlar. Bizim bilmədiyimiz, anlamadığımız sözlərlə. Bu sözləri hamıdan yaxşı Məmməd İsmayıl eşidir:
   
   
   
   Yağış buludları
   
   tərcümə edər,
   
   İlahi dilindən
   
   torpaq dilinə.
   
   Yarpaqlar tökülüb
   
   ölməyə gedər
   
   Qoşulub zamanın
   
   əcəl yelinə...
   
   
   
   Bütün sözlərinsə bir məqsədi var. Mağaradakı insanın ilk dəfə dil açanda nə dediyini heç vaxt heç birimiz bilməyəcəyik. Bəlkə də o ilk söz həm də Son Söz imiş. Bəşər övladının min illərdən bəri deməyə can atdığı söz. Bütün sözlərin qoşun kimi birləşib üstünə yeridiyi Söz...
   
   
   
   Bir söz deyəsiydi
   
   Həvvaya Adəm
   
   Hələ ki, bir ucdan
   
   üyüdüb tökür...
   
   
   
   Bunu da Barat Vüsal deyib...
   
   ***
   
    Yazının başlığında söz istəsəm də, özüm heç nə deyə bilmədim...


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-10-19
2019-10-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (85.71%)
Pullsuz (14.29%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK