bahis siteleri deneme bonusu canlı bahis bahis siteleri bahis siteleri canlı bahis kacak bahis https://www.warezm.com kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal Adalet.az | "QARA QUTU" Adalet.az | "QARA QUTU" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"QARA QUTU"

29498    |   2011-05-14 07:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qapıdan girən kimi diqqətimi ilk çəkən əlindəki sarı dənəli uzun təsbehi oldu. Salam verib göstərdiyim yerdə oturmağıynan sözə başlamağı bir oldu. Boğazını arıtlamağından hiss elədim ki, ağsaqqalın idarəmizə işi düşüb, amma onu ürəyi istəyən kimi qarşılamayıblar. Bizdə adətdi axı, başına buxara papaq qoyub, əlinə təsbeh götürdün, üstəlik, bığına-saqqalına bir balaca qırov düşdü, hamı "ağsaqqal" deyib səni girləməyə başlayacaq. "Burda oturma, orda otur", "sən gəlmə, özüm gəlləm", "böyüyümüzsən" və s. və i.a. İlk baxışda bu münasibətdə pis bir şey yoxdu. Bəlkə də xoşagələndi, adamın izzət-nəfsini oxşayandı. Axı, biz bununla öyünür, yeri gəldi-gəlmədi, mentalitetimizin bu "şedevr"ini "böyük-kiçik saymayan" əcnəbilərin gözünə soxuruq. Elə hamımız bundan qürur duyardıq, bir şərtlə ki...gO şərtlə ki, bayaqdan bəri dil tökdüyümüz ağsaqqalın dalınca qapı örtülən kimi, " əşşi, qoy getsin işinin-gücünün dalıycan, səhərdən bəri baş-beynimizi aparıb..." deməyək...
   
   Mənə qalsa, bu münasibət səmimi də olsa, ürəkaçan deyil. Ömür boyu ağsaqqala-ağbirçəyə ehtiyacımız olsa da, çoxlarımız hörmətini baş üstündə saxlasa da, özünü bu mərtəbədə görmək heç ürəkaçan deyil. Qocalıq kimsəylə hesablaşmadan gəlir. Ancaq ona ürəklə qapı açdığını heç kəs deyə bilməz. Desə də, səmimi, inandırıcı səslənməz. Çünki qocalıq... gözəl və sağlam olan hər şeyin qürubudu. Bilə-bilə ki, bax, o batdıqca saralan, ardınca təkrarsız mənzərə buraxıb gedən günəş sabah yenə də üfüqdən narıncı çöhrəsini göstərəcək, dünya işığa, əlvanlığa bələnəcək, yenə də qüssələnirsən. Yəqin ona görə ki, bu günün yaşantıları sabah təkrarlanmayacaq. Nə oldusa, bu gündə qaldı. Daha səninki deyil. Sənə qalan ancaq gözünə, könlünə yığa bildiklərindi. Onlar da zaman-zaman solub gedəcək, dadını, anlamını itirəcək. Bir də ona görə ki, ömür günəşi kainatı işıqlandıran günəş kimi deyil, qüruba endimi, bir də üfüqdən boylanmayacaq...
   
   
   
   ***
   
   Kifayət qədər qıvraq görünür. Amma təsbehi... ənənəvi deyil. Həm uzundu, həm də dənələri sapsarıdı. Təsbeh həmişə darıxdırır məni. Dənələri artıb-əskilmədiyinə görə, eyni sapda fırlandığına görə. Onda bekarlıq, yeknəsəqlik var. Nə əvvəli bilinir, nə də axırı. Deyilənlərə görə, çox hikmətlər var bu şirmayı muncuqlarda. Dilini bilənlərin əlində ayrı aləmdi təsbeh. Niyə insan başını belə şeylərlə qatmağı sevir?! Öz ruhunu buxovlamaqdan ötrü nəyə desən əl atır?! Uğurlarını, qazanıb-itirəcəklərini qabaqcadan bilməkdən ötrü sapdan, muncuqdan, ağacdan, kəndirdən, kağızdan "durbin"lər düzəldib irəlicədən hər şeyi görmək istəyir?! Bunun əvəzinə daha gərəkli işlərlə məşğul ola bilməzmi?!...
   
   Hər halda torpaq belləyən, taxta yonan, daş hörən, bir də... sahib olduqlarını qorumaqdan ötrü silah tutan kişi əlləri daha sevimli, daha hörmətli deyilmi?!
   
   "Bilirsən, nə var, qızım?"... Sözünü belə başlasa da, onun qızı yerində deyiləm, təbii ki... Amma ən azından o, məni belə görürsə, deməli, ağbirçək olmağa hələ çox var. (Bəzən insan elə qəribə şeylərlə təskinlik tapır ki... Yəqin, bu da ömrümüzdə gözəl və maraqlı olan şeylərin getdikcə azalmasındandı). Ruhən cavanlaşıb daha diqqətlə qulaq asmağa başlayıram...
   
   Deyir ki, bizi aldadan bu adamlar var ha, çox səhv edirlər. Çünki özlərini aldadırlar. Bizə heç nə olmayacaq. Mən də az yaşamamışam. (Niyə adamların özlərini dünyagörmüş kimi göstərməkdən xoşları gəlir?! Bəlkə bu qarşısındakına təsir eləmək, sözünün çəkisini, qiymətini artırmaq vasitəsidi?!) Sözünü kəsməyə məcburam: "Bu aldanışdan bizə də pay düşür, axı..." Etirazla başını bulayır. Təsbehi doladığı barmaqlarını havada oynadır. "Yox, canımçın, bizə heç nə olmayacaq. Ona görə ki, həm özünü, həm də başqalarını aldadanın cəzası daha ağır olacaq. Tanrı dərgahında (şəhadət barmağını tavana tuşlayır) yalan ən böyük günah sayılır. Təyyarədə "qara qutu" olur ey. Bax, bizim içimizdə də o qara qutudan var. Orada sirlərimiz, günahlarımız, savablarımız yığılıb. Bu dünyada heç kəs o qutuları aça bilməz. Onun içindəkilər təkcə Yaradana bəllidi... "O da heç vaxt sirrini açmır..." İstər-istəməz sözə qatılıram. Fürsət düşmüşkən özümün də bu fani dünyada bəzi şeylər qandığımı ilk dəfə gördüyüm müsahibimə göstərməliyəm, ya yox?! Bir az da həvəslənir: "Atan oldu rəhmətlik. Bəs, mənim demək istədiyim nədi?! Ən cəfakeş insanın da bu dünyada çəkdikləri o dünyadakı əzabların yanında heç nədi. O şair niyə deyirdi? Nəydi onun adı?...
   
   
   
   Toy-bayramdı bu dünyanın əzabı
   
   Əqli olan ona gətirər tabı...
   
   
   
   Sifətinə bir az da ciddi ifadə verir:
   
   "Bunu elə belə demirdi o kişi..."
   
   
   
   ***
   
   Nə yaxşı mövzuya toxundu bu kişi...Vidadinin tərki-dünyalığı qarşılığında Vaqifin həyatsevər, gözəlpərəst incə ruhunu yada saldı. Bir zamanlar deməkdən, dinləməkdən doymurduq. Hələ Vidadinin namaz üstə Tanrıya müraciəti, yalvarışları, qoca şairin nurani obrazı. Ancaq onun duaları bizə-xoşbəxt sovet uşaqlarına qəribə görünmüşdü. Biz belə şeyləri qəbul eləmirdik. Gücümüzdən, iradəmizdən kənarda, yüksəkdə nə vardı ki, ona da yalvaraydıq?! Hər şey öz əlimizdəydi. Sabahımızı özümüz quracaqdıq. Dünyanı ancaq bizim ağlımız, biliyimiz idarə edirdi. İlahi gücün, bizi idarə edən qüvvənin olmasına inanmırdıq. Tale, qismət deyilən şey gülünc, cəfəng şeylərdi bizdən ötrü...
   
   Haralara getdim?! Qonağımın yanına qayıtmalıyam. Darıxar, həm də məndən inciyə bilər...
   
    -İşimiz var ki,... Bu dünyada çəkdiklərimiz yetməzmiş kimi, hələ qabaqda görəcəkli günlərimiz də var?! Bəs, deyirdilər, kim bu dünyada çox əzab çəksə, o dünyada yeri behiştlik olacaq?! Yəqin, başımızı aldadırlar ki, ölüm dəhşətlərindən ürəyimiz partlamasın...
   
    -Yox, qızım, yox. Səhv eləmə. Günah qazanarsan. Bu dünyada əzab deyilən şey yoxdu. Sınaq yeridi bu dünya...
   
    -Vallah, day yoruldum, bezdim. Adam nə qədər sınanar, nə qədər dözər?! Axı, kimə lazımdı bizi sınamaq? Tanrıyamı? Yaratdıqlarını sınamaq onun nəyinə gərəkdi?! Bir halda ki, biz onun oyuncaqlarıyıq. Kukla teatrında kürəyinə saplar bağlanmış kuklalar var ey, bax, onlar kimi... Bəs, biz nə vaxt insan kimi yaşayacağıq?! Sərbəst, hər addımını ölçüb-biçmədən. Hesabatsız...Bir öncəgörən qadın var idi ey. Vanqa qarı. Onun gözləri görmürdü. Deyirdi ki, göydən nəhəng bir göz dünyanı seyr eləyir. Onsuz da, həssas insan bunu Vanqasız da hiss edir. Deməli, çəkdiyimiz nəfəs də hesabladı. Belədisə, daha sınağa nə ehtiyac?!...
   
   -Elə demə, elə demə. Günah qazanarsan, - sifəti mülayimləşir, səsinin ahəngini dəyişib sanki pıçıldayır,- mən istəmirəm, axı, sən günah qazanasan.Bizim bu dünyada yaşamağımız ömür deyil. Əsl ömür bu dünyadan köçəndən sonra başlanacaq. Amma Tanrının lütfü böyükdü. İnanıram ki, bu dediklərini günah kimi sənin adına yazsın...
   
   Mənim adıma, yəni mənim "qara qutu"ma...Onun içində nələrin olduğu, təbii ki, özümə bəllidi. Nəyin günah, nəyin savab olduğunu isə təkcə Tanrı bilir...
   
   
   
   ***
   
   Hər halda maraqlı həmsöhbət idin, sarı təsbehli kişi. İçimizdəki "qara qutu", Vaqiflə Vidadinin deyişməsi... Ruhumuzu tərpətdin. Nə olsun! Yarım saat keçməmiş sən də, mən də hər şeyi unudub öz bildiyimiz kimi yaşayacağıq. Öz bildiyimiz kimi.
   
   Başqa cür, sadəcə olaraq, mümkün deyil!...
   
   Çünki Yaradan özü belə xəlq edib bizi...
   
   
   
   


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-06-26
2019-06-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (37.5%)
İşdə (62.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK