ANA SƏHİFƏ / YAZARLAR

QISA ÖMRÜN ZİRVƏSİ

Onu hər yerdən görmək mümkündü

114490    |   2015-05-15 09:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Gəlin razılaşaq ki, ömrün, yəni həyatın neçə ildən ibarət olması o qədər də önəmli deyil. Belə ki, insan yüz il də yaşaya bilər, əlli il də, iyirmi il də, hətta on il də. Amma bu yaşanan illərin tək bircə anı, tək bircə günü, bircə həftəsi, lap elə bir ayı bütün hamısından, yəni yaşanan illərin cəmindən dəyərli, qiymətli, şərəfli ola bilər ki, bunu da öncədən heç kim müəyyənləşdirmir. Toplum halında Allahın verdiyi ömür məhz həmin o məqamla, o anla tarixləşir, şərəflənir, yaddaşlara köçür. Xüsusilə qeyri-adi istedad sahibləri, tarixi şəxsiyyətlər, müdriklər və bir də şəhidlər o haqqı qazanırlar. Həmin haqqın adı Tanrıdan verilir və Tanrı da bunu insanlığın şərəf kitabına yazır. O kitabda qanla yazılan bu ad ŞƏHİDlik adlanır.
Bəli, mən müharibənin nə olduğunu, barıt qoxusunu, səngəri yaxşı tanıyıram. Gözümün önündə özünü güllələrə ipər edən neçə-neçə oğulun xan çinar kimi torpağa sərildiyini də görmüşəm. Və onlar indi də həmin o əzəmətdə qalırlar. Çünki bu oğullar doğrudan-doğruya çinar kimi yıxılırdılar, qol-budaq olub tökülmürdülər, əyilmirdilərg Bu oğullar döyüş başlayanda tamam dəyişirdilər. Həlimlikləri, gözlərindəki qayğı, sevgi, bir sözlə görünən, hiss olunan bütün duyğuları şir duyğularına, şir qəzəbinə çevrilirdi. Onlara baxanda adam özündən asılı olmadan vahimələnirdi. Hiss edirdin ki, bu oğullar bir anın içərisində dünyanı alt-üst etməyə, düşməni parçalamağa qadirdilərg Və doğurdan da bu oğullar bunu edirdilər, özü də yalın əllə. Bir-iki atəşdən sonra döyüş qabiliyyətini itirən silahla və yaxud da şəhid olan dostunun silahını götürməklə. Çünki onlar səngərə ürəkləri ilə getmişdilər, ürəkləri ilə də döyüşürdülər. Ürək onlarda bütöv idi, yumruq kimi sıxılmışdı ona görə də o ürəklilər səngərdən çıxmırdılar, sonuna qədər səngərlə, torpaqla baş-başa qalırdılar və güllə də yalnız o ürəklərə dəyəndə onlar susur. Amma həmişəlik yox, ruhlarıyla döyüşmək üçün yenidən doğulurdular onların davamçıları olan oğulların timsalındag
Belə oğullardan biri Füzuli rayonunun sakini idi. O, 1957-ci ilin Novruz bayramına bir neçə gün qalmış dünyaya gəlmişdi. Yazın ilk çağında doğulan bu oğlana doğmaları İlyas adı vermişdilər. Bilmirəm, bu adı verənlər onun nə vaxtsa adına layiq qəhrəman olacağına inanmışdılar, yoxsa bunu elə sevgi ilə, fəhmlə seçmişdilər. Amma hər halda bu ad öz təsdiqini zamanında tapdı, doğrultdu. Çünki orta məktəbi Füzuli şəhərindəki Natəvan adına məktəbdə uğurla başa vuran İlyas həm də mehriban, səmimi, yaşıdlarınını qayğısına qalan bir gənc kimi də böyüyürdü. Onu tanıyanların, onun tay-tuşlarının heç biri bir dəfə də olsun İlyasdan köntöylük, sayğısızlıq, dəcəllik, ən vacibi isə etibarsızlıq görməmişdilər. Elə bil bu oğul hər gün böyüməklə, hər gün də göstərəcəyi qəhrəmanlığa doğru yaxınlaşırdı. Təbii ki, kişi xarakteri ilə... kişi oturuşu-duruşu ilə... kişi sözu ilə...g
Hələ orta məktəbdən idmana böyük maraq göstərən İlyas Mehralı oğlu artıq 1973-cü ildə respublikada yeniyetmələr arasında çempion oldu. O, güləş üzrə qarşısına çıxan, onunla üz-üzə gələn hər kəsin kürəyini rahatca yerə vururdu. Ona görə də qısa bir vaxtda SSRİ idman ustalığına namizəd ballarını toplayaraq bu fəxri ada layiq görüldü.
Həyatda ən böyük arzusu ali təhsil alıb elinə, obasına, Azərbaycana layiqli bir vətəndaş kimi xidmət etmək idi. Arzunu gerçəkləşdirən böyük qüvvə sahibi İlyas Mehralı oğlunun istəklərini çin etdi və o, o vaxtkı Xalq Təsərrüfatı, indiki İqtisad Universiteti adlanan ali məktəbin tələbəsi oldu. 1981-ci ildə təhsilini başa vurub doğma rayonuna təyinat aldı. Ancaq İlyas təkcə seçdiyi ixtisas üzrə işləmək yox, həm də qurub-yaratmaq, səliqə-səhman həvəskarı idi. Ona görə də onun ətrafında həmişə ziyalılar, sayılıb-seçilən adamlar olurdu. Üstəlik, hələ sovet ordusunda xidmət edərkən qazandığı təcrübə onu ictimaiyyətçi etmişdi. Ona görə də qısa müddətdə İlyas Mehralı oğlu Sultanov Füzuli rayonu üzrə ticarət sisteminin həmkarlar ittifaqının sədri seçildi. Bu ictimai vəzifə onu adamlarla bir az da yaxınlaşdırdı və hər kəs onun necə səmimi və zarafatcıl olduğunu artıq əyani şəkildə görüb hiss edirdi.
İllər bir-birini əvəz etdikcə təbii ki, İlyas da yaşının üstünə əlavə olunan yaşın diqtəsinə qulaq asır, üstəlik də evdə nəvə arzusunda olan valideynlərin sözündən çıxa bilmirdi. Və günlərin birində, yəni 1980-ci ildə o da subaylığın daşını atdı, ailə-uşaq sahibi oldu. Tanrı ona Gülşən və İlhamə adlı qız, həmçinin atasının adını yaşadan Mehralı adlı oğul bəxş etdi. Həyat onun üzünə bütünlüklə açılmış, sevinci, uğurları bir-biriyülə qol-boyun olmuşdu. Bir gənc kadrın, bir gənc oğlanın böyük istəklərinin belə rahatlıqla gerçəkləşməsi təbii ki, onunla qürur duyanları da sevindirirdi. Lakin görünür bütün bu uğurlar, bu sevinclər onun göstərəcəyi qəhrəmanlığın alt qatı imiş. Qarşıdag
Bəli, bu 1988-ci il. Daha doğrusu, həmin ilin fevral ayı. Ermənilər Azərbaycan torpaqlarına qarşı iddia ilə ayağa qalxırlar. Qarabağın əsas parçalarından biri olan Füzuli şəhəri, bütövlükdə Füzuli rayonu Dağlıq Qarabağla həmsərhəddi. Sərhəd kəndlərində yaşayan soydaşlarımız qarşı tərəfdən edilən basqınlara, törədilən cinayətlərə qarşı dayanmaq zorundadı. Bax belə bir vaxtda silaha sarılanlardan biri də İlyah Mehrəli oğlu Sultanov oldu. O, Füzulidə yaradılmış könüllü özünümüdafiə batalyonuna adını yazdırdı. Ehtiyatda olan zabit olduğu üçün onu tağım komandiri təyin etdilər. Bu artıq ikiqat məsuliyyət idi. İndi İlyas təkcə özünə, öz hərəkətlərinə, öz döyüş bacarığına görə yox, həm də ona tabe olan könüllü əsgərlərə görə məsuliyyət daşıyırdı. Məhz bu səbəbdən də o əsgərlərindən öndə gedir, düşmənin atdığı hər bir addımın qarşısını almaq üçün irəliyə atılırdı. Dəfələrlə Qacar, Cəmilli, Hoğa, Govşadlı, Yuxarı Veysəlli kəndəlri uğrunda gedən döyuşlərdə İlyasın və onun döyüş dostlarının göstərdiyi qəhrəmanlıqlar sübut edirdi ki, bu oğullar geri çəkilən deyil, bu oğullar torpağı qorumağa hazırdılar və həm də buna qadirdilər. Amma neyləmək olar ki, düşmən arxalı köpək, yenicə yaradılan Azərbaycan ordusu, xüsusilə könüllülər isə hakimiyyət uğrunda vuruşanların unutduğu igidlər idi. Məhz ölkədəki başıpozuqluq, ordunun bir mərkəzdən idarə olunmaması, əlaqələrin zəifliyi hər bir könüllü dəstənin ayrı-ayrı maraqlara xidmət etməsi və nəhayət, həqiqi döyüşçülərin meydanda tək qalması uğursuzluqlara yol açırdı. Təbii ki, bu uğursuzluqların qarşısı igidlərin qanı bahasına ödənilirdi.
1992-ci ilin avqust ayının 14-də İlyas son döyüşə qatıldı. Həmin gün anası Teybə xanım, qızları İlhamə və Gülşən, eləcə də ömür-gün yoldaşı çox narahat idilər. Sanki nə isə olacağı onların ürəyinə danmışdı. Ona görə də bir yerdə qərar tuta bilmirdilər. Çünki döyüşə gedən İlyas onlarla son döyüşə gedən əsgər kimi vidalaşırdı. Bu da ana ürəyinə öz təsirini göstərimşdi. Hətta ana onun qarşısını kəsib "bəlkə bu döyüşə getməyəsən?" demişdi. İlyas isə "qorxma ana, hər şey yaxşı olacaq, sən nəvələrindən muğayat ol" - demişdi. Əslində bu, İlyasın anasına həm son sözü idi, həm də vəsiyyəti. O, uşaqlarını anasına tapşırırdı.
Bəli, cəmi bir gün sonra İlyasın şəhid olması xəbəri ailəyə çatdı. Bu ağır xəbər özü ilə birlikdə bir şəhidlik şərəfini də gətirdi. Hər kəs bildi ki, rayonun Yuxarı Veysəlli kəndi uğrunda gedən döyuşdə qəhrəmanlıq göstərən könüllülər düşmənin xeyli sayda canlı qüvvəsni məhv etsə də, sonda minalanmış zonada ağır itkilər verməli oldular. Yəni öncədən düşmənin hazırladığı bu məkr öz kulminasiya nöqtəsinə çatmışdı. İlyas Sultanov və onun döyüş dostu Ernest Hüseynov bu döyüşdə qəhərman kimi şəhid olmuşdular, partlayan minaların səsi və dalğası ətrafı bir anda ağır sükuta qərq etsə də, o sükutun zirvəsində qəhrəman oğullarımızın şəhid adı yazılmışdı.
Bəli, bu gün İlyas Mehralı oğlu Sultanov şəhidliyin zirvəsində dayanıb üzü Füzuliyə tərəf baxır. Biz isə onun qarşısında başımızı aşağı salıb sükut edirik. Çünki biz onun istəyini hələ çin edə bilməmişik. Onun ruhunun dolaşdığı Füzuliyə hələ ki, qayıda bilməmişik. Amma biz mütləq o sükutu pozacağıq və mütləq İlyasın və İlyasla bir zirvədə dayanan oğulların qarşısına üzüağ çıxacağıq. Bu, bizim namus borcumuzdu. Onu unuda bilmərik!



YAZARIN ARXİVİ

2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-09-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK