Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | SATILIR Adalet.az | SATILIR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

SATILIR

40 qəpiyə vətən torpağı

26383    |   2011-04-30 08:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Çox qəribədir, adam yaşlaşdıqca ətrafında baş verən ən kiçik hadisəyə belə, özündən asılı olmadan reaksiya verir. Hətta bəzən adama elə gəlir ki, baş verənlər məhz onun əsəbləri ilə oynamaq üçün, onu özündən, hövsələdən çıxarmaq üçündür. Ona görə də səbrini cilovlaya bilməyib dərhal reaksiya verirsən. Təbii ki, bunun çoxlu sayda səbəbləri var. Ən böyük və ən birinci səbəbi isə insanın daxili sıxıntısıdı. Bu elə bir sıxıntıdır ki, onun kökündə maddiyyatla, mənəviyyat yanaşı dayanır.
   
   O da məlumdur ki, maddiyyat və mənəviyyat qoşa olanda bunlar bir-birini tamamlayır, bir-birinə həyan durur. Amma təəssüf doğuran məqamlar da bu yerdə qaçılmazdı. O da məhz həmin maddiyyat və yaxud mənəviyyatdan birinin kasadlığıdı. Belə olan halda özünü nə qədər istəsən də yığıb ovcunda saxlaya bilmirsən. Bax indiki insanların, xüsusi ilə Sovet dönəmini yaşamış insanların ən böyük sıxıntısı həmin o mənəviyyat və maddiyyatin arasındakı boşluqdu, uçurumdu. Bu fikirləri izah etmək üçün o qədər də böyük dərrakə sahibi olmağa ehtiyac yoxdur. Sadəcə onu xatırlamaq lazımdır ki, həmin cəmiyyətdə hər kəsin konkret işi, iş yeri, istirahət günləri, 13-cü əməkhaqqı, bayram günləri ilə bağlı hədiyyələr, mükafatlar, ezamiyyət xərcləri, bir sözlə madiyyatın təminatı dövlətin qanunları ilə nizamlanırdı və insanlar da boş vaxtlarını mənəviyyatlarına həsr edirdilər, kinoya, teatra gedirdilər, kitab mağazalarına baş çəkirdilər. İndi bunlar şirin olduğu qədər də acı bir xatirədi. Çünki biz bazar iqtisadiyyatı dövrü yaşayarıq. Bu bazarın da bircə qanunu var - alıb-satmaq və yaxud da alınıb, satılmaq. Biz nəsil buna öyrəşmədiyimizdən çox sıxılırıq. Hətta yarmarkalarda adlarını iş adamı, biznesmen qoyub, hər cür xırdavat, qadın pal-paltarı satanların sifətlərindəki donuqluğu, sönüklüyü, bir az da çılpaqlığı görəndə yadımıza Sovet dönəminin alverçiləri, zəhmətsiz gəlir qazananlara qarşı mübarizəsini xatırlayırıq. Yeri gəlmişkən bir haşiyə çıxım:
   
   - Mənim çox dəyərli, çox sevib, şəxsiyyətini və əməyini yüksək qiymətləndirdiyim bir müəllimim var idi. Uzun illər məktəb direktoru işləmişdi. Müstəqillik illərinin ilk onilliyində icra strukturlarında çalışdı. İndi dünyasını dəyişib. Bir dəfə onunla maraqlı bir söhbətin iştirakçısına çevrildim. Çox hörmətli Niyaz (Niyaz Cahangirov - Ə.M) müəllim təəssüflənə-təssüflənə dedi:
   
   - Məni bir yerə elçiliyə apardılar. Sözlərini yerə salmayıb getdim. Söhbət zamanı qız sahibi soruşdu ki, bəs oğlunuz nə işlə məşğuldur? Gələcək bəyin atası ağızdolusu dedi:
   
   - Biznesmendi!!!
   
   Doğrusu çaşıb qaldım. Mən bu oğlanı yaxşı tanıyırdım. Doqquzillik təhsili var idi. Özü də metroların birinin girişində qadın pal-paltarı satırdı. Bilmədim, nə deyim. Yavaşca başımı saldım aşağı və fikirləşdim ki, bir vaxtlar mən şagirdlərimi alverdən necə qoruyurdum. Onlarda alverçilərə qarşı hansı hissləri aşılayırdım. Gör indi alverçi gəlib necə biznesmen oldu!
   
   Bəli, maraqlı söhbətdi. Özü də həyatdan gələn, hamımızın bildiyi bir gerçəklikdi. Amma təəssüf doğuran odur ki, bəzən bütün gerçəkliklər adama o qədər yüklənir ki, hər şeydən usanırsan, yorulursan, özünə yer tapa bilmirsən, fikirlərini bölüşməyə, arzularını dilə gətirməyə, hətta bir küncə çəkilib ayaqüstü də olsa insani duyğuları kiminləsə saf-çürük etməyə nə gücün çatmır, nə vaxtın çatmır, nə də həvəsin. Çünki səni düşündürənlərin ən azı 90 faizi hamını düşündürür. Və bu düşüncələr də bir xəncərə çevrilir, bir baltaya, dəhrəyə bənzəyir. Başlayır ən qollu-budaqlı ağacları belə kəsib doğramağa. Xüsusilə də duyğu adamlarını, hiss adamlarını. Ona görə də hərdən adamlardan da qaçıram. Onlardan da əlimi üzürəm və:
   
   
   
   çağırdığım adamlar
   
   səsimə səs vermədi
   
   eh, bu qədər adam var -
   
   biri həvəs vermədi -
   
   yaşamağımag
   
   
   
   baxdığım gül ovuldu
   
   gəzdiyim bağ sovuldu
   
   ruhum qaçdı, qovuldu -
   
   amma nəfəs vermədi -
   
   yaşamağıma...
   
   
   
   təklik, tənhalıq aldı
   
   susdum, xəyala daldım.
   
   vədəsiz əldən saldım -
   
   qəlbi, əvəz qalmadı -
   
   yaşamağıma...
   
   
   
   Hə, indi hər şey satılır. Özü də açıq-aşkar. Bu alış-veriş barəsində hər gün kifayət qədər informasiyalar da verilir. Hətta xüsusi idarələr, təşkilatlar da yaranıbdı, bəzi alış-verişə qarşı. Məsələn, insan alverinə qarşı, qadın alverinə qarşı, narkotik alverinə qarşı və sairə və ilaxirə. Amma bütün bunlara baxmayaraq, bazar öz bildiyini edir. Necə deyərlər, "dəyirman öz işindədi, çax-çax baş ağrıdır". Söhbət hər şeyin satıldığından getdiyinə görə, mən uzun illərdi ki, yazılarımıza, leksikonumuza daxil olmuş, yerli-yersiz işlətdiyimiz bir məqama toxunmaq istəyirəm. Bu məqam daha çox qaçqınlıq və köçkünlüklə bağlıdır. Yəqin ki, xatırladınız. Hələ 1991-ci ilin sonlarından başalyaraq, Dağlıq Qarabağda, sonra isə ona bitişik ərazilərdən köçkün düşən soydaşlarımızla bağlı bəzi ağzıgöyçəklər belə bir fikir işlədirdilər:
   
   - Torpağı qoyub qaçdılar! Torpağı satıb gəldilər!
   
   Mənə ən çox təsir edən torpağın satılması ilə bağlı olan məqamdı. Mən heç cür inana bilmirəm ki, kimsə öz doğulduğu ocağı, kəndi, bölgəni öz doğmalarının uyduğu məzarlıqları hansı məbləğdəsə pula sata bilsin. Yəni torpaqla alver eləsin. Bu fikir mənim ağlıma yerləşmir. Hətta bəzi həmsöhbətlərim konkret adlar da çəkirlər ki, filan yeri filan komandir, filan icra başçısı, filan məmur satdı. Mən buna inanmıram.
   
   Doğrudur, indi daha çox Bakıda və onun ətrafında elanlara rast gəlmək mümkündür. Böyük hərflərlə yazılıb:
   
   - Torpaq satılır! Və yaxud torpaq sahəsi, ev alqı-satqısı, kirayəsi...
   
   Bunlar bu günün real bazarıdı. Dolanışığın, alış-verişin, biznesin, bir sözlə həyatın mənzərəsidi. Bəzi adamlar onlara camaat arasında "maklerlər" deyirlər. Bu yolla pul qazanırlar. Olsun. Yəni bazardısa, Allah bazarlarını versin, amma...
   
   Bu günlərdə yolun ağac tingləri, gül kolları satılan bazara düşdüm. Yaxınlaşıb qiymətləri ilə maraqlandım. Diqqətimi kisələrə yığılmış münbit qara torpaq çəkdi. O qədər münbit idi ki, torpaq adamın gözünü oxşayırdı. Özümdən asılı olmadan soruşdum:
   
   - Torpağı da satırsınız?
   
   - Hə, kiloqramı 40 qəpiyə. Münbit torpaqdı. Tərkibinə kübrələr də vurmuşuq...
   
   Daha deməyə heç bir sözüm qalmadı. Ağlımdan ilk gəlib keçən "40 qəpiyə vətən torpağı" fikri oldu. Təbii ki, hamı məni qınayacaq. Haqları da var qınamağa. Ancaq burda düşünməli, mübahisə və müzakirə edilməli məqamlar da yetərincədi. Çünki həmin tinglər, həmin kollar Bakı mühitində, qumsal torpaqda çox vaxt bitmir. Ona görə ki, şəraitə uyğunlaşmır. Bu məqsədlə də ağac kolları alverçiləri münbit torpaq da satırlar ki, müştəri onların satdığı tingləri həvəslə alsın. Xüsusi ilə subtropik zonadan gətirilmiş tinglər üçün. Bu cür torpaq vacib şərtlərdən sayılır. Alıcının məqsədi əkdiyi ağacın pöhrələnməsi, bar verməsidi. Ona görə də satılan torpağı da məmnuniyyətlə alır. Satıcının da məqsədi yetişdirdiyi tingləri satmaqdır. O da məmnuniyyətlə tinglərlə bərabər torpağı da satır. Bax beləcə, yarmarkalarda, bazarlarda, yol kənarlarında tinglər, kollar satanlar kiloqramı 40 qəpiyə vətən torpağı da satırlar.
   
   Bu məqamdan sonra ürəyimdən gəldi-keçdi ki, əgər Qarabağ, doğulduğum bölgə, kənd işğal altında olmasaydı, yəqin ki, ordan da kisələrlə bazarlara torpaq daşıyıb gətirərdilər. Axı, o torpağın qiyməti tamam fərqlidir. O torpağa əkilən hər tum dərhal pöhrə verir, bar verir. Bax buna görə də qiymətini müəyyənləşdirmək, razılığa gəlmək çox çətin bir iş olardı. Eh, nə isə... Axı dedim ki, indi hər şey satılır:
   
   
   
   dərdi də pullu edin
   
   bacaran alıb çəksin
   
   çəkdikləri dərdlərin
   
   dərdinə qalıb çəksin...
   
   
   
   təzələyib yaddaşı,
   
   tanısın dağı-daşı
   
   quyudakı qardaşı -
   
   kəndiri salıb çəksin...
   
   
   
   gözləmədən "sağ ol"un
   
   zirvə yolun, dağ yolun
   
   gələcəyin ağ yolun
   
   xəyala dalıb çəksin...
   
   
   
   İnsan digər canlılardan daha duyğulu, daha dözümlü olduğundan şəraitə də öyrəşməyi bacarır. Təkcə öz kəndimdən onların böyük əksəriyyətini gözümün önünə gətirəndə onların ilk qaçqınlıq, köçkünlük aylarında Bakıda dözüb, duruş gətirə bilməyəcəklərinə inanmışdım. Çünki bu adamlar həmişə dağda, daşda, meşədə, bulaq başında, çay qırağında, bir sözlə təbiətlə təmasda yaşayıb işləmişdilər. Hətta onlar Sovet dönəmində, yəni qaçqınçılıqdan öncə Bakıya hansısa bir tədbirə gələndə az qala gecə ilə qatara minib geri qayıtmağa çalışırdılar. Və hər dəfə də deyirdilər ki, "o boyda səs-küyün içərisində yaşamaq olar?. Hələ ağcaqanadı, konalizasiya üfunətləri, avtomobil tıxacları və sairə qalsın bir yana". Amma zaman mənim kəndçilərimi də Bakıya uyğunlaşdırdı. İndi onlar yaşadıqları yataqxanalarda az qala köklü bakılılar kimi, şəhər sakinləri kimi rahatca yaşayır, çətinliklərə dözür, qaz, su, işıq davası edir, şəhərin altından vurub, üstündən çıxırlar. Bax bu insan dözümünün bir nümunəsidir. Şəxsən mən bu cür dözümün tərəfdarı deyiləm. Mən insanı azad, sərbəst görmək və ürəyinin istəyi ilə yaşayıb, yaratmaq şansında olmasını arzulamışam həmişə. Görünür bunun başlıca səbəbi də dünyaya ilk baxışımda gördüklərim olubdu. Yəni, göz görüb və qan yaddaşına köçürübdü. İndi isə...
   
   Bu gün Bakıda, eləcə də digər şəhərlərdə doğulan və doğum kağızlarına kəndimin adı yazılan körpələrin heç biri nə Tuğu görüb, nə onun havasından, suyundan xəbərdardılar, nə də torpağının dadını bilirlər... Bu uşaqlar çapılan dizlərinin qanını torpaqla qurutmayıblar... Bu uşaqlar ağacdan dərdikləri meyvəni köynəklərinin ətəyinə silib dişlərinə çəkməyiblər... Bu uşaqlar ovuclarını qoşalayıb bulağın gözündən, çeşmədən su içməyiblər... Xəzəl suyunun dadını bilmirlər... Lilpardan xəbərsizdirlər... Onlar indi asfaltın isti və adamı qarsıyan qoxusu ilə yaşayır, böyüyürlər. Onlara elə gəlir ki, bütün dünya bu asfalt yollar kimi dümdüzdü və onlar da həmin dümdüz yollarla ömrün sonuna qədər məqsədlərinə doğru gedəcəklər. Amma bu mümkün olan iş deyil. Bütün yolların döngəsi, kəsişməsi var. Ona görə də diqqətli olmalısan.
   
   İndi torpaq barəsində danışanda torpağın dadını bilməyənlər onun satılmasına da biganə baxırlar, laqeydlik nümayiş etdirirlər. Və hətta onlara elə gəlir ki, bu mövzunu dilə gətirən hər kimdisə, onda nəsə çatmır. Bax, məni də üzən, məni də ağrıdan elə budur. Axı, kloqramı 40 qəpiyə satılan vətən torpağı insanda biganəlik hissi, laqeydlik əhval-ruhiyyəsi yaradır. Bunu unutmaq günahdı. Hər halda mənim düşüncəm, mənim məntiqim belədi və mən də həyatın bu günə qədər olan suallarının qarşısıda həmişə məntiqə söykənib cavab verməyə çalışmışam. Bəzən kölgə kimi dolanmışam, bəzən ruh kimi lap uzaqlara çəkilib getmişəm. Ona görə də görənlər görməyənlərə, görməyənlər də görənlərə həmişə barəmdə bir növü xatirə danışmağa üstünlük verir. Görünür bu elə, bir çimdik torpağın, yəni son məqamda gözlərimizə atılan torpağın dəyərini ucuz tutmağımızdan irəli gəlir. Ona görə də:
   
   
   
   sökülən ilmələrin
   
   naxışları ağlayır
   
   üzümə gülənlərin
   
   baxışları ağlayır
   
   
   
   qəm-kədərin içində
   
   bulud mənim üçün də -
   
   şimşək çaxır, - üçümdə
   
   yağışları ağlayır
   
   
   
   məni candan sevmişlər
   
   ürəkləri genişlər...
   
   yoxdu daha enişlər
   
   yoxuşları ağlayır.
   
   
   
   ... Hə, dəyərli oxucum, sən necə fikirləşirsən. Kiloqramı 40 qəpiyə olan vətən torpağını satışa çıxarmaq olar. Ümumiyyətlə, bu qiymət nəyin əsasında müəyyənləşir. Axı, torpaqdan pay olmaz deyib, babalar!..
   
   
   
   
   
   


YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
SON XƏBƏRLƏR
2019-09-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK