ANA SƏHİFƏ / YAZARLAR

İKİNCİ OLMAQ

20316    |   2011-02-24 06:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Məni həmişə bir şey düşündürür. Bu birinci olmaq məsələsi deyil. Bu ikinci olmaq məsələsidir.
   
   ***
   
   Xalq arasında belə bir deyim də var - ikinci əl. Yəni bir şeyi birinci əldən almırsan, kiminsə vasitəsi ilə alırsan. İkinci əl əsasən alış-veriş zamanı olur. Birinci əldən ala bilmədiyin malı ikinci əldən bir az baha qiymətə alırsan.
   
   Birinci ələ əliuzunlar da deyirlər, filankəsin əli uzundur, onun əli hər yerə çatır. Yəni iş düzüb-qoşan adamdır. Əliuzunların bir çox adları var - makler, aradüzəldən, aradagəzən və s.
   
   ***
   
   Amma mənim bu dəfəki mövzum ikinci əl məsələsi deyil. Məni ağrıdan, düşündürən, təəccübləndirən ikinci olmaq məsələsidir.
   
   ***
   
   İnsan var ki, o hər zaman hər şeyin təzəsini, yenisini istəyir. Məsələn, o heç vaxt sürülmüş maşın almır, həmişə təzə, yeni maşın alır. Xoşladığı, sevdiyi bahalı maşına pulu çatmayanda həmin maşının işlənmişini, minilmişini almır. Xoşuna gəlməyən maşının yenisini, təzəsini alır, ya da heç almır.
   
   ***
   
   Bu ikinci olmaq məsələsi var ee... Bu, bu gün çox çətin məsələdir. Bu məsələ ürək məsələsidir.
   
   Hər kəsin uşaqlıq və yaxud ilk məhəbbəti olur. Kimisində baş tutur, kimisində baş tutmur. BAŞ TUTMAYANLARIN BAŞ TALEYİ ...
   
   ***
   
   Bir nazir qızı ilə bir çoban oğlu bir qrupda oxuyurlar, bir-birlərini sevirlər. Hamı bu sevgidən danışır. Oğlanla qız universitetin dəhlizində tənəffüs zamanı əl-ələ tutub hər kəsə sevgilərin nümayiş etdirirlər.
   
   - Səni onsuz da mənə verməyəcəklər.
   
   - Verməslər qaçacam səninlə. Onsuz da mənə evdə deyiblər ki, biz kiminlə desək, sən onunla ailə quracaqsan. Amma mən səni sevirəm, məni kimsə yolumdan döndərə bilməz.
   
    ***
   
    Nazir ata bu məsələni eşidəndə düşür şoka. Əlində çomaq babasının divardan asılmış rəsminin qabağında durub öz-özünə deyinməyə başlayır:
   
   - Gör bir mən nə günə qalmışam ki, mənim qızım çoban oğluna vurulub, çoban oğlunu sevir. Onlar hələ alaçıqda qalırlar, yerdə otururlar, əlləri ilə yemək yeyirlər. O, mənim sarayımı yuxusunda görüb, o heç mənim sarayımdakı əşyaların adını bilmir. Onlarla mənimki necə tuta bilər?
   
   ***
   
   Oğlanın atası çoban oğluna ağıl qoyur:
   
   - A bala, sənə nazir qızını verməz. Mənim, ananın üstündən peyin iyi gəlir. Bizim ağzımızın dadı ilə onların ağzının dadı eyni deyil. Tutaq ki, qızı sənə verdilər, bə bu qoyunları neyləyəcəyik? Yox, oğlum, bu sevdadan əl çək.
   
   - Ata, sən qızın adın bilirsən?
   
   - Oğlum, qızın adı mənim nəyimə lazım?
   
   - Bə onda niyə deyirsən Sevdadan əl çək.
   
   - Ə, bə çoban oğlu çoban, sevdadan deyirəm, yəni sevgidən.
   
   - Ə, bə dədə, başa düşdüm ee, amma qızın da adı Sevdadır axı.
   
   - De da bə, mənim də nənəmin adı Sevda olub. O, bir çoban oğlu ilə bir-birini sevirmiş. Babamın babası bəy olub da, bilirsən?
   
   - Hə, dədə.
   
   - Babamın babası deyib mən qızımı çoban oğluna vermərəm. Çobanı çobanlıqdan çıxarıb. Çoban da oğlunu çomağının altına sala-sala külfətini yığıb gedib bizim kənddən. Sonra deyirdilər ki, çobanın oğlu böyük adam olub.
   
   ***
   
   Rasim tətildən qayıdır dərsə, görür Sevda dərsə gəlməyib. Üstündən bir neçə gün keçir, Rasim dərsə gələndə dəhlizdə bir neçə tapançalı mühafizəçi görür. Dərs otağına keçir, Sevda oturan tərəfə baxır. Sevdanın yanında da bir oğlan əyləşib, amma oğlan tələbə yoldaşlarından deyil. Rasim keçib boş yerlərdən birində əyləşir. Xəyala dalır, keçmiş günləri xatırlayır.
   
   - Sənin adını kim qoyub?
   
   - Babam. Babamın ilk sevdiyi qızın adı Sevda olub.
   
   Sevdanı hər gün mühafizəçilər nişanlısı ilə birlikdə dərsə gətirib-aparırlar. Fəsillər dəyişir, qış gəlir. Şəhərə xəstəlik yayılıb. Deyirlər bu xəstəliyin adı quş qripidir. Bütün dünya televiziyası, mətbuatı quş qripindən danışır, yazır.
   
   ***
   
   Şəhərdə gecə gəzmək olmur quşların əlindən. Bütün quşlar kəndlərdən, meşələrdən uçub gəliblər şəhərə. Gecə şəhərə çıxırsan yolun kənarları quşlarla doludur. İmkan vermirlər maşınlar hərəkət edə. Keçən maşınını saxlayır. Fəslin də elə dövrüdü ki, quşlar tüklərini töküblər. Hamısı lüm-lütdür. Elə bil, bu günə qədər heç tük çıxarmayıblar.
   
   ***
   
   Biri ailəsi ilə maşınla gedir. Əsas yola çıxanda yolun kənarındakı quşları görür. Ağzı əyilir, arvad yaddan çıxır. Birdən arvadı arxadan dümsükləyir. Adam diksinən kimi olur.
   
   - Ə, bə görürsən, sənə deyirəm inanmırsan. Ə bə, bunların yiyəsi var? Bax da... Hələ bunaların geyiminə bax.
   
   - Sən nəyə baxırsan?
   
   - Ə, bə, baxmasam, görməsəm sənə necə göstərə bilərəm. Özüm səni bu yolla aparıram ki, görəsən dünyada nə var, nə yox. Elə bilirsən kefimdən evə gec gəlirəm? Səhərə kimi bunları yollardan təmizləyirəm. Bu yoldan səhər-axşam bilirsən kim keçir?
   
   - ......?!
   
   ***
   
   Sevdanın yoldaşı tutulub "quş" qripinə. Sevda da bir aydır dərsə gəlmir. Anası papasını başa salır ki, bu "quş" qripi sağalmaz xəstəlikdi. Bilmək olmaz, qoy, qız getsin dərsə. Bu məsələyə bir "quş".
   
   Sevda yenə mühafizəçilər ilə dərsə getməyə başlayır. Mühazirə otağında Sevdanın yanı boş qalır. Sevda hərdən arxaya dönüb keçən günləri xatırlayır. Rasim də heç Sevda tərəfə baxmır. Sevda bir gün dözməyib Rasimə yaxınlaşır.
   
   - Məndə günah yoxdu, mən yenə səni sevirəm.
   
   - Nişanlın haradadı?
   
   - Yolda.
   
   - Yolda neyləyir?
   
   - "Quş" qripi tutub.
   
   - Sizinkilər istəsə bizə gələ bilərlər.
   
   - Niyə?
   
   - Sən ta məni sevmirsən?
   
   - ......?!
   
   ***
   
   Sevdanın atasının vəzifəsini biraz da böyüdüblər. Sevdanı almaq istəyən oğlanların sayı çoxalıb. Elçilər növbəyə dayanıblar. Geri qayıdan elçiyə o biri elçi zəng vurub deyir:
   
   - Sizə vermədilərsə axşam biz gedək, biz də yoxlayaq, bəlkə bizə verdilər. Nə olar iki uşağı olanda?!
   
   - Heç nə.
   
   Sevda sonralar başqa birisi ilə yenidən ailə qurdu, iki uşaqları da oldu. Sonra oğlanın papasını işdən çıxartdılar. Deyilənlərə görə, dövlət çevrilişində iştirak etmişdi. Papası tez Sevdanı boşatdırdı. Sevda da bir söz demədi. Onsuz da Sevdanı bu evdə saxlayacaq bir şey yox idi. Sevda uşaqlarını da götürüb qayıtdı atasının sarayına.
   
   ***
   
   Bir müddət keçdi, yenə Sevdanın elçiləri çoxalmağa başladı. Elçilər uşaqlarına öz balalarımız kimi baxacağıq deyirdilər - nə olar dörd uşağı olanda lap altısı olsun. Sevdaya yenidən ən məşhur şadlıq evlərindən birində toy etdilər. Sevdanın uşaqları gəlin paltarını arxadan tutub qaldırırdılar ki, paltar Sevdanın ayağına ilişməsin. Toyda ən tanınmış insanlar iştirak edirdi. Hər kəs yeni qurulan ailəyə xoşbəxtlik arzulayırdı.
   
   Toyda hər cürə içki var idi. Sevdanın atasına day-daylıq eləyən adam söz demək istədi. Mikrofonu tez o, oturduğu stola gətirdilər. Hamı ayağa qalxdı. Gör kim söz deyir, kim qalxmaya bilərdi.
   
   - Gəlinimiz köhnədi, bəyimiz təzə. Gəlinimiz mən dediklərimi bir neçə dəfə eşidib, sözüm bəyimizədi. Sevdaya görə bir neçəsi maşın yiyəsi, ev yiyəsi, vəzifə yiyəsi oldu. Sən də maşın, ev, vəzifə yiyəsi olacaqsan, amma heç vaxt kişi olmayacaqsan.
   
   Hamı əl çalmağa başladı. Bəy də əl çalırdı. Sevdanın uşaqları da, ura, ura deyə qışqırırdılar.
   
   ***
   
   Həyatda hər şey birincidən başlayır. Hər hansı hərəkəti bir dəfə etdinsə, hər hansı sözü bir dəfə işlətdinsə ardı gələcək. Çətini birincidir, bir şeyi bir dəfə etdin, vəssalam, hər dəfə etdiklərin birincinin təkrarıdır. Təkrar da heç zaman utanç, ağrı, qorxu, peşimançılıq doğurmur.
   
   ***
   
   İndi oğlanlarımız qızların ilk sevgisi olmaq istəmirlər. İndi oğlanların çoxu qızların ikinci sevgiləridir. Qızların çoxusa heç zaman ilk sevgilərini unutmurlar. Həmişə bir evdə ikincisi ilə yaşayırlar. Həmişə xəyalları birincinin yanında qalır. Onunla yaşadığı, keçirtdiyi günləri xatırlayırlar. Həmişə müqayisə aparırlar, evdəkini çöldəki ilə müqayisə edirlər. Çox zaman evdəkini kişi saymırlar. Sən ki, mənim kimi sevdiyimi ən azı bilirdin, deyə düşünürlər.
   
   Qadınlar heç zaman ikinciləri kişi saymırlar. Həmişə içlərində bu kişilərə üstdən aşağı baxırlar. Qadın içi qəbul etmir bu kişiləri... İkincinin səsinə tez-tez diksinirlər.
   
   ***
   
   İndi bu məmləkətdə əlini Qurana qoyub sənə qədər kimisə sevməmişəm, kimləsə danışmamışam, kimləsə görüşməmişəm deyəcək qızlar tapmaq çox çətindir. İndi "bakirə ürək" tapmaq çox çətindir.
   
   ***
   
   İndi bu məmləkətdə birinci olmaq istəyən oğlanlar çox azdır. Çoxları ikinci olmaq istəyirlər - təki maşın, ev, vəzifə olsun. Çoxları qız evinə köçmək istəyirlər.
   
   ***
   
   Rasim gec ailə həyatı qurdu. O, həmişə ikinci olmaqdan qorxdu, ikinci olmağı qəbul eləmədi. Rasim ailə qurduğu qızın ilk sevdası oldu. Amma ailə qurduğu qız Rasimin ilk sevdası olmadı. Rasim ikinci olmasa da, həyat yoldaşı ikinci oldu. Bax, Rasim bunu qəbul edə bilmir, bunu istəmir. Axı o, ikinciləri sevmir.
   
   ***
   
   Bir qadın altı uşaqla uşaq evinə gəlmişdi. Bu qadının atası yüksək vəzifə tutmuş, sonra vəzifəsindən azad edilmiş, dövranları dönmüşdü. Qəbul şöbəsində qadına qəribə baxırdılar. Uşaqların kimliklərində analarının adı eyni, atalarının adı isə fərqli idi.
   
   ***
   
   İndi kimsəsiz uşaqlar evində uşaqlar dalaşanda ana söyüşü söymürlər. Bir-birlərinin papalarını söyürlər. Bir-birlərinə deyirlər - sənin papan kişi olmayıb.
   
   ***
   
   İndi bir qadın kimsəsizlər evində yaşayır. Kimsəsi qalmayıb. Kimsəsizlər evində bu qadına elçi düşənlər çoxdur. Çoxları onun qapısını döyür. Çoxları ölüm ayağında keçmiş nazir qızı ilə ailə qurmaq istəyirlər.
   
   ***
   
   İndi bütün ədalətçilərə bir sualım var - günahkar Sevdadır ya Rasim? Bilirəm, yenə hamı günahı Sevdada görəcək - qadında görəcək. Onda sizə yenə bir sualım var - Sevdanın atası kim idi - qadın yoxsa kişi?
   
   ***
   
   Bir qadının bir neçəsi ilə üzürlü səbəblərdən rəsmi nigahda olması günah deyil. Buna pis baxmaq olmaz. Günah - bir qızın ailə qurana qədər bir neçəsi ilə söhbət etməsi, görüşməsi, bir neçəsini "sevməsi" və sonra tam bir başqasına ərə getməsidir.
   
   GÜNAHKAR İKİNCİ OLMAQ İSTƏYƏNLƏRDİR!
   
   ***
   
   Köynəyi geyinirsən çirklənir, yuyursan təmiz olur, amma təzə olmur.
   
   TƏMİZ KÖYNƏK TƏZƏ KÖYNƏK DEYİL!


YAZARIN ARXİVİ

2018-05-16 : BAŞQA SƏS
2013-11-02 : ÜRƏK AĞRISI
2013-02-19 : Eşşək Həsən
2012-11-09 : İRADƏ
2011-11-12 : MAZQİ
2011-02-24 : İKİNCİ OLMAQ
2011-02-03 : Dəli
2011-01-20 : "Qızışma"
2010-10-29 : MƏN BİR YOLAM
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK