adalet.az header logo
  • Bakı -°C
21 Sentyabr 2026 08:49
45
HADİSƏ
A- A+

Bilgəhdə batanlar tələbə imiş - VİDEO

Sentyabrın 19-u Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 2 nəfər dənizdə nəzarətsiz ərazidə batıb.

Adalet.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, həmin gün 3 qrup yoldaşı çimərliyə gedib.

Onlardan ikisi - Elmin Əmrəliyev və Əlipaşa Əlizadə dənizə daxil olduqdan sonra gözdən itib. Onların batdığını görən dostu isə aidiyyəti üzrə məlumat verib.

Batan şəxslərdən birinin Bərdədən olduğu bilidirilir. 

Yaxınlarının sözlərinə görə onlar bir həftə olar ki, yataqxanada birlikdə qalırmışlar: “Digər uşaq üzə bilmədiyi üçün kənarda qalıb”.

Daha ətraflı videomaterialda: