Ərdoğan ABŞ-yə getdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin Nyu-Yorkda keçiriləcək 81-ci Baş Assambleyasının iclaslarında iştirak etmək üçün ABŞ-yə səfər edib.
Adalet.az xəbər verir ki, Ərdoğan sentyabrın 22-də "Etimadın yenidən qurulması, transformasiyanın idarə edilməsi: Hamı üçün nəticə verən Birləşmiş Millətlər Təşkilatı" mövzusunda keçiriləcək Baş Assambleyanın ümumi müzakirələrində çıxış edəcək.
Türkiyə Prezidenti BMT Baş Assambleyasının ilk günündə liderlərin çıxışları proqramında dördüncü çıxış edən olacaq. Bu, Ərdoğanın BMT Baş Assambleyasındakı 16-cı çıxışı olacaq.
Səfər çərçivəsində Ərdoğanın dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlər keçirməsi də planlaşdırılır.
Türkiyə Prezidenti sentyabrın 23-də BMT Baş katibinin İqlim Fəaliyyəti Sammitində də çıxış edəcək.
Digər Xəbərlər
21 Sentyabr 2026 07:20
“İran Prezidenti ilə görüşməyə hazıram” - Donald Tramp
21 Sentyabr 2026 07:16
İtaliyada niqab qadağan edilir
21 Sentyabr 2026 07:15
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələr kəsildi
20 Sentyabr 2026 18:46


Bakı -°C

