hacklink Adalet.az | BİR KONFRANSIN DÜŞÜNDÜRDÜKLƏRİ Adalet.az | BİR KONFRANSIN DÜŞÜNDÜRDÜKLƏRİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

BİR KONFRANSIN DÜŞÜNDÜRDÜKLƏRİ

24828    |   2011-02-12 05:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

ABŞ-ın Louisvillə Universitetinin müəllimi Justin Mc Carthy ötən cümə ertəsi günü London School of economics Universitetində bir konfrans vermişdi və konfransla bağlı məlumatlar Türkiyə mediasında və agentliklərin xəbərlərində ətraflı şəkildə yazılıb-cızıldı. Ötən həftələrdəki yazılarımdan birində Mc Carthydan və axırıncı araşdırmalarından söhbət açmışdım.
   
   Bəli, ABŞ, bərk-bərk yapışdığı əldəqayırma qozlarla istədiyi dövlətləri şantaj edir və təəssüflər olsun ki, istədiyini də qopardır. Demokratiyanı və kütləvi qırğın silahlarını bəhanə edərək illər əvvəl həlikopterlə gətirib göydən İraqın taxdında əyləşdirdiyi adamı Səddamdan maşa kimi istifadə edərək həm onun axırına çıxdı həm də İraqı işğal edərək strateji enerji xətlərinə daha yaxından nəzarət eləmək fürsətini əlinə keçirtdi. Belə bir super sümürücü dövlətin içində yaxşı ki, Mc Carthy kimi vicdanlı və cəsur alimlər də yaşayır. Buna bir ibrət vəsiqəsi deyə bilərikmi, onu da hər şeyin güzgüsü olan zaman göstərəcəkdi. Çünkü zamandan daha güclü şey yoxdu, hər şey ona dəyir və vaxt ötdükcə dağılıb gedir.
   
   Mətbuatın verdiyi məlumata görə Mc Carthy, İngilis tarixçi Andrəw Mango kimi alimlərin də iştirak etdiyi və təqribən üç yüz əlli seçilmiş şəxsə "Türk-Erməni əlaqələri: İlkinfikirlər, Aldatma və Erməni Problemi" adlı bir konfrans verib.
   
   Cənab Carthy, verdiyi konfransda bu gün "Erməni Problemi" deyə dünya ictimaiyyətinə sırınan və daimi olaraq onun gündəminə qızdırıla-qızdırıla gətirilən hadisənin əslində yalnızca Ermənilərin quramasından ibarət olduğunu dəlilləriylə sübut edib. Carthy, bu faktlara işarə edib:
   
   Birinci Dünya Hərbinin getdiyi vaxtlarda Amerikan və İngilis mətbuatının bölgədə hər hansı bir müxbiri yoxdu və buradan yollanan məlumatlar tamamilə Osmanlı Dövlətinin vətəndaşı olan və ayrılıqçı fikirləri mənimsəmiş, öz dövlətinə üsyan edənlərin və onların yançılarının quraması idi. O vaxtlar Osmanlı Dövlətindən hər hansı rəsmi məlumat alınmadığından, münasibətiylə də rəsmi məlumatlarla dəstəklənməyən bu cür məlumatlar tamamilə uydurmadır və həddən artıq şişirdilmişdir. Qərb dünyasında onsuz da, Türklərə qarşı ürəklərdə yüzillər boyu ancaq nifrət kimi qələmə verəcəyim fikirlər bəslənib-yaradılmışdı. Münasibətilə nifrət hissiylə çulğanmış qərb dünyası, təktərəfli olaraq düzüb-qoşulan bu cür yalan-palanların dalına, qabağına baxmadan götürür və onları düz kimi qəbul edirdi, çünkü vicdanları korşalmışdı və türkə duyulan nifrət onları bu yola vadar etmişdi. Bir başqa həqiqət də hələ köçürülmə hadisəsi yaranmamış qərb mətbuatında təhcir (köçürülmə) ilə bağlı nağılların və xəbərlərin yayılmasıdır. Ara yerdə olmayan uşağa paltar biçilmiş və doğulmamış uşağın göbəyi kəsilmişdi, yəni qısaca desək bu məlumatlar həqiqəti qəti olaraq əks etdirmir. Amerikaya İngiltərə üstündən məlumat yollayan şəxslər hadisələri yerindəcə görməmişdir və tamamilə ağızdan-ağıza yayılan, uydurulan məlumatları yollamışdır. Yollanan məlumatlarda Türklərin barbarlıqları, vəhşilikləri və soyqırım törətdikləri barədəki yozumlar da yer tutub, ancaq bu barbarlıqların nə cür və harada həyata keçirildiyi, bu soyqırımların haçan yarandığı, onları kimlərin törətdiyi, şəxslərin və coğrafi məkanların adı çəkilmədən yazılıb yollanıbdır. Əgər bir soyqırım yaradılıbsa onu ancaq dövlətin hərbi hissələri həyata keçirə bilərdi. Madəm ara yerdə bir soyqırım faktı var, bəs onu Osmanlı ordusunun hansı hərbi hissəsi, hansı komandirin əmrindəki hərbçilər həyata keçirib?! Bu məsələ həmin məlumatlarda yer tutmayıb. Sonra bu xəbərləri yollayan şəxslər həmin məlumatları yazarkən lazımi informasiyanı ermənilərdən alıblar və onların xəyallarında yaratdıqları düzüb-qoşmaları həqiqətmiş kimi nəql edərək uydurma (asparaqas) jurnalistlik həyata keçiriblər. Hal belə olduqda işin iç üzü bütün çılpaqlığı ilə özünü büruzə verir. O vaxt qərb mediasında yazılıb-cızılanların tamamının yalan və quramadan ibarət olduğu öz-özünü təsdiqləyir.
   
   Bəli, tarixşünas alim Prof. Dr. Mc Carthy, verdiyi konfransda bunları dilə gətirib. Konfransda iştirak edən bir neçə Erməni də tarixçi alimin ortaya çıxardığı həqiqətləri təkzib edə bilmədiklərinə və vird elədikləri dırnaqarası soyqırımın tamamilə yalandan və quramadan ibarət olduğunun sübut edilməsindən bərk narahat olduqlarına görə, Mc Carthyni təhqir edərək ona, "sən şeytanın düz özüsən" şəklində xitab ediblər. Atalar yalan yerə deməyib, yalançının şamı yatana kimi yanar.
   
   Daha sonra bir jurnalistin suallarını cavablandıran Mc Carthy deyib ki; "Ermənilər, özləriylə eyni fikirdə olmayan və özlərini dəstəkləməyən hər bir şəxsin şeytan olduğuna inanır, münasibətiylə də onlara görə şeytana hər cürə pis söz demək olar. Bu konfransda nə cür gülünc vəziyyətə düşdüklərini özləri yaxşıca gördülər".
   
   Amerikalı insaf yiyəsi bir alim, tarixi həqiqətləri dilə gətirərkən Amerikadakı Erməni diasporu da Türk düşmənçiliyini müxtəlif sahələrə genişləndirmək üçün dəridən-qabıqdan çıxır. Yenə qəzetlərin məlumatına görə, Amerikan vətəndaşı olan Aləx Nişanyan adlı erməni IPhonə adlı cib telefonları üçün dırnaqarası erməni soyqırımı proqramı hazırlayırmış və o bu proqramı 24 Nisan gününə kimi çatdırmaq istəyirmiş. Nişanyan, dırnaqarası soyqırımın, həmin telefonun istifadəçiləri tərəfindən tanınması məqsədiylə uzun müddət üstündə iş apardığı bu proqramı pulsuz-pənəsiz o telefonlara yükləyəcəkmiş. Bu proqramda, dırnaqarası soyqırımı tanıyan ölkələrin siyahısı və yenə uydurduqları soyqırım nağılı ilə bağlı bir yığın məlumat da yer tutacaqmış.
   
   Bəli, 30 yaşlı Aləx Nişanyan dünyanın heç bir yerində və ötən zamanların heç bir anında vaqe olmamış, tamamilə quramadan ibarət olan və hər iki xalqın da böyük iztirab çəkdiyi 1915-ci il hadisələri üçün görün nələri fikirləşir və həyata keçirir, biz də bunun şahidi oluruq. Ancaq hələ qanı qurumamış Xocalı Soyqırımı kimi bir insanlıq tragediyası üçün bizlər nə edirik bəs?! İndiyə kimi Azərbaycanda Xocalı Soyqırımı ilə bağlı niyə ki, onlarla bədii film çəkilmədi, niyə dünya miqyasında səs salacaq tədbirlər görülmədi?! 30 yaşlı Aləx Nişanyan adlı erməninin fikirləşdikləri və gördüyü işlər hər bir Türk üçün həddən artıq maraqlıdır, düşündürücüdür. Həəə, bax gərək hamının haqqını özünə təhvil verək, insafla deməliyəm, bir neçə il əvvəl bizim də bir adamımız yüz min dollar verib ad gününə Amerikalı müğənni və aktrisa Jənnifər Lopəzi gətirdib dostlarının qarşısında mahnı oxutmuş, özü də döşünü qabağa verə-verə keflənmişdi, qürrələnmişdi.
   
   Nə deyim, onlar ermənidir və əsla yaranmamış bir hadisəni olmuş kimi düzüb-qoşur və bizi dünya miqyasında məhkum etməyə çalışır, biz isə hələ dünən yaranmış Xocalı Soyqırımını əməlli-başlı yaya bilməmişik.
   
   Ay qardaşım, ay gözüm, biz də iş görürük, vallah-billah görürük, səhərdan-axşamacan bir-birimizi didirik, azdı bəyəm?!


YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK