Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | DÜNYA BOYDA ÜRƏK Adalet.az | DÜNYA BOYDA ÜRƏK Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

DÜNYA BOYDA ÜRƏK

47681    |   2015-04-28 01:11
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır




Deyirlər ki, filankəsin çox böyük ürəyi var. Ona görə ki, onun ürəyi dəniz qədər tükənməzdir. O ürəkdə heç vaxt paxıllıq, xəbislik, kin-küdurət olmur. Çünki kin-küdurət olsa ürək dünya boyda olmaz. Belə insanlar həmişə başqalarından fərqlənir və seçilirlər. Ən azından ona görə ki, istənilən adamın sevincinə fərəhlənir, istənilən insanın da dərdinə kədərlənir. Başqa sözlə demiş olsaq, onun sevincini, kədərini özününkü bilir...
Elə adam haqqında söhbət açmaq istəyirəm ki, onu Azərbaycan xalqı çox yaxşı tanıyır. Yaxşı tanıyır ki, bu insan sadə və səmimi bir insandır. Cəlaləddin Ruminin belə bir kəlamı var: "Ya göründüyün kimi ol, ya da olduğun kimi görün". O, həmişə olduğu kimi görünüb. Belə ki harda görünübsə, kiminlə ünsiyyətdə olubsa və kiminlə bir stəkan çay içibsə axıra qədər ona sədaqətli olub. Başqaları kimi şöhrətin zirvəsinə çatanda özünü çəkməyib və köhnə dostlarına, tanışlarına yuxarıdan-aşağı baxmayıb. Əksinə, bir qədər də sadə və səmimi olub.
Mən onun sənəti haqqında, böyük aktyorluq məharəti barəsində söhbət açmaq istəmirəm. Ən azından ona görə ki, xalq artisti Arif Quliyevi çoxları yaxşı tanıyır. Öz istedadı, zəhmətkeşliyi ilə o gəlib bu sənətin zirvəsinə çıxıb. Və həmişə də özündən əvvəlki ustad sənətkarlara böyük hörmətlə yanaşıb. Söz düşəndə deyib ki, mən aktyorluq sənətində nə qazanmışamsa, ustad sənətkarlara və o cümlədən xalq artisti Nəsibə Zeynalovaya minnətdaram. Sirr deyil ki, Arif Quliyev uzun müddət Musiqili Komediya Teatrında çalışıb və orda Nəsibə xanımın məktəbindən bəhrələnib.
Bu yazımda heç də Arif Quliyevin aktyorluq sənətindən danışmaq istəmirəm. Çünki bu barədə çox danışılıb, çox deyilib. Hər halda reallıq ondan ibarətdir ki, Arif Quliyev bir aktyor kimi özünü təsdiq edib və teatr sənətində əbədi bir iz qoyub. Bunlar hamısı çox gözəl. Mən Arif Quliyevin bir insan, bir azərbaycanlı, bir ziyalı kimi gördüyüm cizgilərini, xarakterini bu yazımda qələmə almaq istəyirəm.
Ötən əsrin 70-ci illərinin axırlarında Arif Quliyevlə indiki "Tarqovı" küçəsində rastlaşdıq. Gördüm ki, çox narahatdı, bir-bir apteklərə baxır, nəsə axtarır. Soruşdum ki, qardaş, bu təlaş içində nə axtarırsan? O mənə bir söz demədən növbəti apteklərə baş çəkirdi. Düşündüm ki, yəqin ya özü, ya da ailəsi üçün hansısa dərmanı axtarır. Nə az, nə çox, küçələri ələk-vələk elədikdən sonra ondan çox aptekə baş çəkdik, on birinci aptekdə axtardığını tapdı. Sən demə, "Gənclər" qəzetində bir oxucu kömək istəyirmiş. O da o məktubu oxuyub ona əl tutmağa çalışıb. Bu adam ayaqları xəstə olduğundan qoltuq ağacı üçün bir cüt rezin istəyirmiş. Onu da Arif Quliyev tapdı, poçta aparıb səliqə ilə bükdürdü və Zaqatala rayonuna göndərdi. Bundan sonra o, rahat nəfəs aldı.
Bir dəfə də yenə ikimiz bir yerdə harasa tələsirdik. Çox güman ki, Musiqili Komediya Teatrında Arif növbəti tamaşada oynamağa gedirdi. Elə bu vaxt iki qadın ona yaxınlaşdı. Yalan-gerçək dedilər ki, oğlumu urologiyaya xəstəxanasında əməliyyat etdirmişəm, dərman pulum yoxdur. Elə bil Allah-Təala səni bizim qabağımıza çıxardı. Arif day onlardan soruşmadı ki, sizə nə qədər kömək lazımdır. Əlini cibinə salıb 200 manatı çıxarıb onlara verdi. Bəlkə də elə onun cibində bu qədər pul vardı. Ancaq heç bir şey demədən böyük həvəslə onlardan ayrıldı. Sonra da dilləndi:
- Elə bil çiynimdən ağır yük götürüldü. O qədər belə adamlar yanıma gəlir. Şükür Allaha, Allah da mənim ruzumu yetirir. Əgər Allah mənim ruzumu yetirirsə, deməli, mən də kiməsə kömək etməliyəm.
Arif Quliyev yetimliyin, ata-anasızlığın və aclığın nə olduğunu yaxşı bilir. Çünki o, ən çətin anlarında, imkansız məqamlarda belə ümidsizliyə qapılmayıb. Arxası olmaya-olmaya, əmisi, dayısı və imkanlı qohumu olmadığı halda öz gücüylə və alın təriylə bu zirvəyə gəlib çatıb. Kimlərsə fikirləşə bilər ki, yəqin o, imic qazanmaq, kimlərinsə yanında xətir-hörmətə yiyələnmək üçün bu addımları atıb. Tam səmimiyyəti ilə deyə bilərəm ki, onun heç vaxt reklama, ucuz şan-şöhrətə ehtiyacı olmayıb.
Sovet dönəmində rayonlara gedib qayıdanda maşının yük yerində ailəyə pay-pürüş, alma-armud, qoz-fındıq gətirərdi. Onun ən azından yarısını kasıb-kusublara, qonum-qonşulara paylayardı və bir az da özünə saxlayardı. Allah onu gör nə qədər çox istəyibsə, özü qəlbdə və özü ürəkdə bir xanım da qismət eləyib. O xanım heç vaxt Arifin qonum-qonşulara payladığı pay-pürüşə görə qaş-qabağını yığmaz və əksinə, deyərdi ki, çox yaxşı eləyib insanlara əl tutursan.
Bir dəfə də indi tanınan və çox məşhur olan şairin toyu idi. O da atadan yetim qalmışdı. Toydan bir gün əvvəl Arif onu tapdı, ona bəy kostyumu aldı, ayaqqabı aldı və başdan-ayağa bəy kimi geyindirdi. Həmin şair də indi ötən günləri yaddan çıxarmır. Deyir ki, Arif Quliyev ağır günün dostudur. Çörək kəsdiyi, dostluq elədiyi və get-gəli olduğu bir adamın belə xeyir-şərindən qalmaz. Bir də görərsən ki, Arif Quliyev heç kimin xəbəri olmadan o toya gəldi, o toya çıxıb ürək sözlərini dedi və gözəl bir tamaşa göstərdi.
Düzdür, indi sənət adamlarına bir o qədər də cəmiyyət tərəfindən diqqət yetirilmir. Amma Arif Quliyev yeganə aktyorlardandır ki, onu həmişə həm tamaşaçılar, həm də müəyyən təbəqənin adamları böyük hörmət göstərib. Çünki Arif Quliyev təpədən-dırnağa bulaq suyu kimi təmiz, göy üzü qədər aydın və səmimi bir ziyalıdır. Ziyalı sözünü ona görə deyirəm ki, o, həmişə ətrafındakılara nur və işıq paylayıb.
Məni bu yazını qələmə almağa bir neçə gün bundan əvvəl "Azərbaycan" nəşriyyatının qarşısında baş vermiş bir hadisə oldu. Arif Quliyevlə nəşriyyatın qarşısındakı dayanacaqda görüşdük. Əvvəlki səmimiyyətlə bir-birimizi bağrımıza basdıq. Sonra necə oldusa ətrafına boylandı. Gördü ki, geyim-geçimi bərbad vəziyyətdə olan yaşlı bir qadın nəzərlərini ona zilləyib və məsum baxışla ona baxır. Yəni bu baxışdan ehtiyac və kömək göstərmək hiss olunurdu. Arif bir anlıq ona yaxınlaşdı və cibindən çıxardığı pulu onun ovcuna basdı. Qadın isə iki əlini göyə qaldırıb dua elədi:
- Allah, bu günə min şükür, yeməyə çörəyim yox idi. Nə yaxşı Arifi yetirdin. O harda məni görür, cibimə pul basır. Belə insanları Allah qorusun!
Arif Quliyev isə yenidən mənimlə xudahafizləşib öpüşüb-görüşdü. Dedi ki, hara istəyirsən əyləş, maşınımız aparsın. Mən isə heç nəyə ehtiyacım olmadığını dedim. O, maşının arxa salonuna əyləşdi və maşın gözdən itdi.
Ötən əsrin 70-ci illərində Arif Quliyevi necə tanımışdımsa, bu gün də elə tanıdım: təmiz, saf və bulaq suyu kimi duru. Allah səni qorusun, Arif qardaşım! Dünya boyda ürəyin sahibi də elə belə olmalıdır...




YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı
SON XƏBƏRLƏR
2018-12-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (64.29%)
Qaynana (35.71%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Tibb bacısı əlində iynə palataya daxil olur:
- Əliş dayı, oyan... xahiş edirəm oyan...
Xəstə güclə şirin yuxudan ayılıb gözünü ovxalayır:
- Nolub a bala, nə deyirdin?!
- Heç, yuxu iynəsi gətirmişəm, onu vurum, gedirəm.




digər lətifələr
ARXİV
FACEBOOK