hacklink Adalet.az | TÜRK ORDUSUNUN MİSSİYASI Adalet.az | TÜRK ORDUSUNUN MİSSİYASI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

TÜRK ORDUSUNUN MİSSİYASI

25765    |   2011-01-15 08:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Şu gələn Türk ordusudur ya Rabbi!
   
   Sənin uğrunda ölən ordu budur ya Rabbi!
   
   Ta yüksəlsin əzanlarla müəyyəd namın
   
   Qalib et, çünki bu son ordusudur İslamın"
   
   
   
   Yahya Kamal Bayatlı (Birinci Dünya Müharibəsi vaxtı yazılıb)
   
   
   
   Bu həftəki yazımda Ziya Göyalpdan söhbət açmaq, onun qısa tərcümeyi-halını təqdim etdikdən sonra fikir dünyasına yelkən açmaq niyyətində idim, ancaq çərşənbə axşamı günü süqut edən hərbi helikopterdə beş üstəymənimizin (ştabs kapitan) şəhid düşməsi xəbərini eşidən kimi Türk Silahlı Qüvvələrinin missiyası barədəki fikirlərimi şərh etmək qərarına gəldim.
   
   Tarixçilərimiz də, sosioloqlarımız da bizim ordu-millət olduğumuzu sübut edibdir. Əslində bu faktı sübut edən tarix boyu etdiklərimizdir, alimlərimiz də mövcud həqiqəti sətirlərə töküblər. Türkün ordu-millət olduğunu sübut edən ən böyük xüsusiyyət, dəniz kimi dalğalanan düşmən ordularını say etibarilə onlardan dörd-beş qat daha az olan igidlərlə "Turan Taktikası" adı qoyulan taktikanı işə salıb çil cücəsi kimi darmadağın etməsidir.
   
   Tarixin bilinən çağlarından bəri yaratdığımız ordular daim dostların ümid yeri, düşmənlərin, daha düzü, zalımların tük saldığı qorxu mənbəinə çevrilib. Oğuz Xaqanın eradan qabaq 200 illərində Pətəng Qalası döyüşündə Çin İmperatorluq ordusunu çox az bir qüvvə ilə mühasirəyə salması və onları çaş-baş salaraq böyük bir taktika dərsi keçməsi, tarixin qeyd etdiyi ən önəmli hadisələrdən biridir. 1071-ci ildə yaranan Çaldıran döyüşündə, Alparslanın otuz min nəfərlik ordusuyla hərbçi sayı yüz mini ötən Bizans ordusunu darmadağın etməsi, Anadolu Səlcuqlu hökmdarı ikinci Qılıncarslanın on beş-iyirmi min nəfərlik partizan qüvvəsiylə, Avropada yığışıb Qüdsə getmək və Anadolunu yandırıb yerlə-yeksan etmək niyyətilə torpaqlarımıza hücum çəkən altı yüz onbeş min nəfərlik Səlib ordusunun cəmdəyini Anadolu torpaqlarına sərməsi və ancaq beş min nəfərin Qüdsə özünü atması, Çanaqqala döyüşlərində yazılan dastan, Türk millətinin özünə bəxş etdiyi ilahi bir gücün və qüdrətin varlığını sübut edir. Bəli, Türk, Allahın ordusudur və onu heç kəs məğlub edə bilməz.
   
   Türk ordusu dedikdə heç kəs sadəcə olaraq Türkiyə Cümhuriyyətinin ordusuna işarə etdiyimi başa düşməsin. Təbii ki, Türkiyənin ordusu azı on min illik Türk dövlət gələnəyinin tarixi mirasını özündə hifz etmiş bir qüvvədir. Türkün, Allahın özünə bəxş etdiyi ilahi gücün fərqinə varanlar, on illərlə Asiya türklüyünü əsgərlik məsləyindən uzaqda tutdular, ancaq şükürlər olsun ki, bugün vəziyyət tərsinə dönüb və qardaş Türk cümhuriyyətlərinin öz orduları yaranıbdır və günü-gündən də güclənir. əslində bu əhvalat, yəni təzə yaranan cümhuriyyətlərimizin öz milli ordularının yaranması, bəzi imperialist qüvvələrin kürkünə birə daraşdırıbdır. Bu üzdəniraq güclər Türk ordusunun öz təcrübələrini qardaş Türk cümhuriyyətlərinin ordularına ötürməsindən bərk narahat olurlar, qarınlarına girgi girir.
   
   Türkiyənin əldə etdiyi təcrübələr əslində Türk cümhuriyyətləri üçün həddən artıq önəmlidir və onlar bu təcrübəni yaxşı qiymətləndirməlidilər. Atatürk, yandırılmış, dağıdılmış bir ölkə, ziyalılarını müharibələrdə qurban vermiş, əhalisinin səksən faizi qocalar, qadınlar, uşaqlar və əlillərdən ibarət olan on üç milyonluq bir xalq, səngərlərdə yeyinti, ərzaq tapa bilmədiyindən ayağındakı çarığını bişirib yeyən, qaşlarında bitlərin sırsıra bağladığı ancaq hər cürə yoxluğa və çətinliyə baxmayaraq vətənini yeddi düvəlin işğalından xilas edəcək şüurda olan bir milis qüvvəsi, təhvil aldı. Bu boyda yoxsullaşmış, qolu-qanadı budanmış bir xalqa sahib olmasına baxmayaraq çox qısa bir zamanda ölkəni dəmiryolu toruyla hördü, uçaq (təyyarə) fabriki də daxil olmaqla bir çox zavodlar tikdirdi və strateji sahələrə maya qoydurdu. Ancaq burnunun ucundan irəlini görə bilməyən siyasətçilər onun yeridiyi yolu izləmədi və qərblilərin "siz təyyarələri bahaya başa gətirirsiniz, sizə özünüzünkülərin yarı qiymətinə uçaq sataq" dedikdə təyyarə zavodumuzun qapısına qıfıl vurdular. "Siz öz silahlarınızı həddən artıq bahalıya buraxırsınız gəlin sizə həm daha ucuz, həm də daha müasir silahlar sataq" dedilər, siyasətçilərimiz də onların sözünə aldandı və silahlarımızı dünənə kimi torpaqlarımızı işğal etmək üçün yanıb-qovrulan imperialistlərdən silah almağa başladıq, ancaq bu ölkələr Qıbrıs Sülh Hərəkatını həyata keçirdiyimiz anda gəlib əllərini bellərinə qoyub qarşımızda dayandılar və bizə barmaq silkələdilər; "Bizim silahlarımızı din qardaşlarımıza tuşlaya bilməzsiniz!" dedilər. Onda da xoruzun quyruğu meydana çıxdı. İyirmi il qabağı görə bilməyən idarəçilərimizin bəsirətsizliyi bizi, bir vaxtlar ölkəmizi işğal etmək üçün yürüş edən və bunu bacara bilməyən müstəmləkəçilərin texnologiyasına möhtac etdi. Çox şükür ki bugün təkər tərsinə fırlanmağa başlayıb və bunda ən böyük rolu Türk Silahlı Qüvvələri ilə dəqiq elmlərdə yetirdiyimiz alimlər oynayıb. Bir həqiqət daha var, Türkiyənin hər yöndə inkişaf etməsi bəzi yerlərin qarnına sancı doldurub. Türk cümhuriyyətləri, Türkiyənin bu təcrübəsinin üstündən laqeydcəsinə keçməməlidir və bu təcrübədən var gücləri ilə istifadə etməlidilər.
   
   Türkiyənin malik olduğu silahlı qüvvələr bu gün dostların qürur mənbəyi, düşmənlərin isə gözdağıdır. Türk Silahlı Qüvvələrinin boynunda ilahi bir missiya vardır və onlar da bunun şüurundadılar. Ona görə şəhid düşən hər bir Məmmətçik hamılıqca ürəyimizi dağlayır. Bu torpaqları vətən eləyənlər, Midhat Camal Kuntayın diliylə desək "onun uğrunda ölənlərdir". Şəhid olan hər bir Məmmətçik sadəcə olaraq Türkiyənin və ya Anadolunun yox, eyni zamanda Türk dünyasının da itiyidir. əgər ordumuz güclü olmasa, imperialistlər bizi bir qaşıq suda boğar. ABŞ-ın otuz ikinci sədri Franklin Dəlano Roosəvəlt; "Birinci Dünya Müharibəsini türkləri Avropadan qovmaq üçün çıxartdıq" demişdi. Səlib yürüşlərini həyata keçirdiklərində də, Osmanlı Dövlətini yıxarkən də bizi Anadoludan çıxarıb atmağa niyyətlənmişdilər, ancaq gücləri çata bilmədi. O vaxtlar əldə edə bilmədiklərini indi həyata keçirməyə çalışırlar. Birinci Dünya Müharibəsi vaxtı ermənilərdən maşa kimi istifadə etdilər, indi də cahil Kürdləri, Kürdçülük ideolojisi ilə aldadıb dağlara çıxarıblar. Yenə də əlləri quru yerə dəyəcəkdi, həm də daha dəhşətli..! Türkiyəni hər vasitə ilə gücdən salmağa və özlərinə məhkum etməyə, dolayısı ilə də Türk dünyasını öz təsirləri altına alaraq bu dünyanın yeraltı və yerüstü sərvətlərini sümürmək istəyirlər. Onların xəyallarını darmadiyar edən yeganə qüvvə Türk Silahlı Qüvvələridir. Helikopterdə şəhid düşən üstəymənlərimiz gecə vaxtı çəndə-dumanda düşmən nə cür məhv edilə bilər, onun manevrini keçirərkən, helikopterin süqut etməsiylə müqəddəs canlarını tanrılarına təhvil verdilər.
   
   Türkə və Türk dünyasına diş qıcayanlar bunu beyinlərinə yaxşıca soxsunlar, Türk Silahlı Qüvvələri tanrının şiləsidir, onu heç bir qüvvə büdrədə bilməz, sındıra bilməz. Bu milləti ancaq tanrı aradan götürə bilər, onun xaricindəki bütün qüvvələr ditdili vızıltısından savayı heç nə deyildir.
   
   Bu gün Türk Silahlı Qüvvələri dünyanın ən böyük hərbi güclərindən biridir və bu qüdrətini də günü-gündən inkişaf etdirir, etdirəcək və daim zirvədə dayanacaqdır. Onun səflərində yetişənlər öhdələrinə götürdükləri missiyanın və məsuliylətin fərqindədilər. Anadolunun hər bir küncündəki Türk ailəsi əsgərə yolladığı oğlunu toyla-zurnayla, oynaya-gülə və qürur hissiylə Peyğəmbər Ocağı adlanan Türk Silahlı Qüvvələrinin səflərinə yollayır və zabitlərimizin əlinə təhvil verir. Zabitlərimiz də onlara öz övladları kimi rəftar edir. Onlar bizim fəxarətimizdir, güvənc yerimizdir.
   
   Süqut edən helikopterdəki şəhidlərimiz, vətənimizin, millətimizin və dövlətimizin həm kədər həm də qürur mənbəyidir. Bu duyğunu da ancaq Türk olanlar başa düşə bilər.
   
   Ulu tanrıdan şəhidlərimizə rəhmət diləyirəm, millətimizin başı sağ olsun.


YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-16
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK