hacklink Adalet.az | ATAMI XATIRLAYARKƏN Adalet.az | ATAMI XATIRLAYARKƏN Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ATAMI XATIRLAYARKƏN

18287    |   2010-11-27 06:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


   
   Atamın savadı yoxdu, oxu-yazı bilmirdi, ancaq kasıb bir kəndçi olsa da həyat universitetini bitirmişdi, çünkü fələyin zərbəsini artıqlamasıyla yemiş və həyatın hər cürə doğanağından sınmadan keçmişdi.
   
   Uşaqkən həddən artıq dəcəldim və ələ-ovuca əsla yovuşmazdım, qorxu-hürkü də bilməzdim. Bunda ata-ananın bir övladı olmağımın və ərköyün böyüməyimin də diyəsən öz təsiri vardı. Beynimə nə düşsə hökmən onu edirdim və axırının hara aparıb çıxaracağı isə məni qəti maraqlandırmırdı, "təki dediyimi edim" düşüncəsi həmişə çəkidə ağır gəlirdi. Beynimə düşəni həyata keçirirdim, ancaq nəticəsini də görürdüm, atamdan yaxşıca kötək yeyirdim. Yeddi-səkkiz yaşlarında olardım. Qonşularımızın məndən səkkiz-on yaş böyük olan oğulları ilə Araz qırağına getmişdik ki, qatarın gəlib getməyinə tamaşa edək. Anama hara getdiyimi də deməmişdim. Araz qırağında daşqını önləməsi üçün çəkilmiş səddin üstünə çıxmış və o tayda qatarın gəlib-getməsini yarım gündən artıq gözləmişdik. Böyüklərimizin dediyinə görə o qatar düz Azərbaycana gedirdi, ona görə də bizim üçün maraqlı idi. Kənddən çıxmadığımıza görə qatarın nə mənəm şey olduğunu bilmirdik, çünki görməmişdik və ona "dalbadal qoşulmuş fit çalan dəmirdən arabalar" deyirdik. Qatar fit çala-çala gəlib düz günbatana yaxın keçdiyinə görə də yubanmışdıq. Azan çağını bir az ötmüş kəndə daxil olduq, gördüm atam və anam yolda durub məni gözləyir. Onların məni gözləməyinin məqsədi mənə o andaca aydın oldu. Anam atamdan arxada idi və mənə əliylə qayıt harasa qaçıb-get mənasında işarə eləsə də mən qaçmağı özümə sığışdıra bilmədim. Qatarı gözləyərkən bir neçə dənə də yovşandan süpürgə bağlamışdım ki, guya mən evə süpürgə bağlamaq məqsədiylə Araz qırağına getmişəm. Dinməz söyləməz gəlib atamın qarşısında dayandım.
   
   -Əəə harda idin indiyə kimi?!
   
   -.......
   
   -Sənnənəm!..
   
   -.......
   
   -Sən adam olmayacaqsan və sağ baş gora aparmayacaqsan, nadincin biri nadinc, çünkü adam deyilsən..!
   
   Kişiyə söz deyə bilərdim?! O ki var kötəyi yedim, ancaq of da demədim. Evə gəldik, yazıq anam ağlaya-ağlaya süfrəni saldı çörək gətirdi. Heç nə olmamış kimi, oturdum çörəyimi yedim və durub yatdım. Kötəyi yemişdim, ancaq eləmək istədiyimi həyata keçirmişdim, arzumu həyata keçirməyimin əvəzində yediyim şillələr mənim üçün heç nə idi. Düzdü üzüm-gözüm alışıb yanırdı və anamın əvvəllər bir neçə dəfə "ata ananın vurduğu yerdən o dünyada gül bitəcəkdi" şəklində dediyi sözləri xatırlamış, o da mənə ağrı-acılarımı unutdurmuşdu.
   
   Dava-dalaşa öyrənişikli idim. Tək olduğuma görə kənar məhəllənin uşaqları haçan bir iş üçün onların tərəfinə keçsəm məni təkləyib üstümə cumurdular. Aramızda ayrı məhəllədən və tayfadan olmağın yaratdığı dava-dalaş dolu bir rəqabət vardı. "Hansı tayfanın oğlu qorxmazdır, döyüşkəndir, güclüdür" iddiası hamımızın başında idi. Bu səbəblə məni görcək uşaqların beş-altısı birdən üstümə hücum çəkirdi, onlar mənə vururdu mən də onlara. Mən onlardan birinə vuranda onların heç olmasa üçünün, dördünün çubuğu ya təpəmə, ya kürəyimə, ya da qıçlarıma yapışırdı. Yediyim çubuqlardan qəzəbə gəlib onların hansına bütün gücümlə ilişdirirdimsə o, "vay ana" deyib zırıl-zırıl ağlayıb qaçırdı, bu dəfə digərlərinə yönəlirdim. Dalaşdığımızı görən böyüklər o saat gəlib bizi aralayır bir onlara baxır, sonra dönüb qəribə nəzərlərlə məni süzürdülər.
   
   Bəli, atamdan kötək yemişdim. O atam idi və mənə hər cürə cəzanı verə bilərdi, buna hüququ çatırdı, çünkü ata kimi haqqı vardı. Onun məni tərbiyə metodunun başında da kötək dayanırdı, deməli ən yaxşı bildiyi metod bu imiş. Kənd yerində dəcəl uşağın tərbiyə metodu kötəkdən savayı nə ola bilərdi ki?! Cəmisi dörd dəfə atamın sillələrini yemişdim, onların üçü Araza görə idi. Birində Rus əsgərlərinin balıq tutmaq üçün düz qüllənin altında Araza saldıqları toru balıqlı malıqlı oğurlamış və əsgərlərin gəlib toru çəkmək istədiklərində və necə deyəllər əlləri quru yerə dəydikdə nə cür əsəbləşdiklərini görmüş və balıqları onlara göstərib yandı-qındı vermişdik. İki dəfə də Arazda çimərkən keçib Ermənistan tərəfdəki qumluqda oynamış bizi qorxudub öz tərəfimizə keçməyimizi istəyən Rus əsgərlərinə barmaq silkələmiş və gəlib dalımıza düşənə kimi onların qumunu var gücümüzlə təpikləmişdik. Guya bununla rusları təhqir etmiş, onların torpağını çığnamışdıq. Hə, iki hadisəni də atama xəbər vermişdilər. O da mənə turşulu aşı o ki var yedizdirmişdi. İki oğlunu yeniyetməlikdə, iki qızını cavan gəlin ikən uşaq üstə itirən atanın əlində qalmış bir oğul üstündə yarpaq kimi əsməyindən daha təbii nə ola bilərdi! Mən isə uşaq ağlımla məsuliyyətsizlik edir, atamı da anamı da onları başa düşmədən incidirdim.
   
   Yazıq kişi öz-özünə deyinirdi:
   
   -İtoğlunun diyəsən canı it canıdır, o qədər kötəyi vecinə də almadı, oturub çörəyini arxayıncasına yedi və ayağa durdu.
   
   Anam isə içini çəkə-çəkə ağlayırdı.
   
   Aradan bir müddət ötmüşdü. Atamın əhval-ruhiyyəsinin yaxşı olduğunu görüb yanına getdim və bir az söhbət edəndən sonra səsimə də maraq doğuran bir ton verərək soruşdum:
   
   -Dadaş (atama dadaş deyirdim), sən o günü dedin ki, "sən adam olmayacaqsan", bəs mən adama oxşamıram, o sözü mənə dedin? İnsan nə cür adam olur?! Mən neynəməliyəm ki, sənə görə adam olum?!
   
   - Bala, adam olmağın birinci şərti məsuliyyət daşımaqdır, Allah insana məsuliyyət duyğusunu artıqlamasıyla verdiyinə görə ondan müəyyən işləri görməyi gözləyir. Birincisi, ocağımızın yeganə çıraq yandıranısan və təksən, ona görə də hara getməlisən, getdiyin yerdə nə qədər qalmalısan, kimlərlə dolanmalısan bunları hesaba almalısan. Sonra yaxşı oxumalısan, oxuyub irəlidə böyük adam olmalısan, anan da, mən də səndən bunları gözləyirik.
   
   - Dadaş, adam nə cür böyük adam olur?!
   
   -Yaxşı oxuyub böyük məktəbləri bitirməlisən, əvvəla ata-anana, qohum əqrəbalarına, kəndimizə, dövlətimizə, xalqımıza, soy-kökümüzə layiqli oğul olmalısan, bunları bacarsan adam olarsan, bacarmasan sadəcə olaraq insana oxşayan bir məxluq olarsan, özgə heç ... da ola bilməzsən...
   
   Atamın dediyi bu sözlər artıq o gündən mənim üçün mayaka çevrildi və o xətt üzrə yeridim. Haçan atam yadıma düşsə yediyim kötəkdən sonra aramızdakı o dialoq qulaqlarımda cingildəyir.
   
   Aradan illər ötdü, orta məktəbi bitirdim və liseydə oxuyarkən başladım həm bizim gözəl yazıçılarımızı, həm də qərbli klassiklərin əsərlərini oxumağa. Heç yadımdan çıxmır, Tolstoyun "Hərb və Sülh" adlı əsərini almaq üçün bir aylıq xərcliyimi vermişdim və o ayı pulsuz-parasız yola salmışdım. Kitabı isə bir gün yarım ərzində oxuyub bitirmişdim. Çöldəki insanın suya duyduğu ehtiyac kimi kitablara təşnə idim. Deyə bilərəm ki, indiyə kimi qazancımın böyük hissəsini kitablara xərcləmişəm. Onlar mənə çox şeyi öyrətdilər, ən başda isə millətçiliyi, kimliyimi, kim olduğumu, soy-kökümü, məsuliyyətimin böyüklüyünü.
   
   Bəziləri millətçilik duyğusu ilə ideolojini bir-birinə qarışdırır. İdeolojinin özülü də, axırıncı mənzili də siyasətlə bağlıdır, millətçilik isə qan yaddaşı ilə. Millətçilik bizə qan yaddaşımızla, irsiyyət yolu ilə gəlib çıxır, ideolojini isə siyasi və əxlaqi xarakterimizə görə seçirik. Hərhansı bir partiyanı və ya bir fikri, məsələn kommunizmi, sosializmi, kapitalizmi nə bilim hansı zibil ..izmi mənimsəmək ideoloji seçimdir. Çinin zülmü altında nalə çəkən Uyğurları, Rus zülmü altındakı türkləri fikirləşmək, Fars şovinizminin ayaqları altında çığnanan Güney Azərbaycanı fikirləşmək millətçilikdir.
   
   Əlimizdən min bir oyunla çıxarılmış Qərbi Azərbaycan torpaqlarının taleyini fikirləşmək vətənpərvərlikdir, vətən anlayışını ürəyinin ən ucqar nöqtəsində duymaqdır. Qarabağ dərdinə yanmaq, Xocalı vəhşətinin bütün əsrləri odlayan naləsinin yanğısını ürəyində duymaq, onun oduyla qovrulmaq millətçilikdir, vətənpərvərliyin ən yüksək zirvəsidir. əgər bir insan, daha düzü bir Türk, Qarabağın dərdini ürəyinə yük eləmirsə, itirilmiş o müqəddəs torpaqlarımızın ən tez vaxtda geri qaytarılmasını fikirləşmirsə, o yolda bütün gücüylə işləmirsə, mən ona insan belə demərəm, nəinki Türk. Türk olmağın birinci şərti isə insan olmaqdır.
   
   Eheyyy Qarabağım!.. Kimlər qarğıdı ki, sənin kimi müqəddəs bir rəmzə murdar yad çəkmələri dəydi?! Biz kimə zülm etmişdik ki, bu boyda bir kədər tonqalını ürəyimizin başında qaladılar və bizi göynəyə-göynəyə qoydular?! Axı biz tarix boyu hər bir xalqa Allahın müqəddəs bir amanatı kimi yaxınlaşmış o cür rəftar etmişdik!.. Hamıya hörmətlə yaxınlaşmışdıq!..
   
   Ey ulu babalarımızın ruhunun cövlan etdiyi diyar, diyəsən günah özümüzdədi!.. Özümüzün günahı olmasaydı, dəvə quşu siyasəti güdməsəydik, öz-özümüzə qənim kəsilməsəydik, yadlar sənə nəinki hücum çəkmək, gözlərinin ucuyla da baxa bilməzdilər.
   
   
   
   Səpələndim bəxt əlindən
   
   Büdrədim bədbəxt əlindən
   
   Lənət gəlmiş taxt əlindən
   
   Qəddim qırılmış sütündu!..


YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-15
2019-11-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK