ANA SƏHİFƏ / YAZARLAR

ÇANAQ KİMLƏRİN BAŞINDA ÇATLAYACAQ?

20792    |   2010-10-23 05:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Elə adamlar var ki, insanların etibarından sui istifadə edərək onu aldadır, pulunu əlindən alır, sonra da aldadılan insan aylarla və illərlə müxtəlif ünvanlara ayaq döyərək öz haqqını tələb eləyir. Aldadılan haqqını tələb eləyir, aldadansa aradan elə çıxır ki, onu nəinki aldadılan adam, hətta hüquq-mühafizə orqanlarının əməkdaşları belə axtarsa da tapa bilmir. Çünki bu cür adamlar dələduzluq eləməklə, ona-buna "atmaqla" əməlli-başlı varlanır və ev-eşik sahibi olur. Ev dedik yadımıza bu yaxınlarda "MUR AY" MMC-nin rəhbəri Elxan Hüseynov tərəfindən aldadılan Emin Qurbanov yadımıza düşdü. Emin Qurbanov müxtəlif mətbuat orqanlarına və eləcə də ayrı-ayrı instansiyalara şikayət edərək bildirir ki, yuxarıda adını çəkdiyimiz şirkətin rəhbəri Elxan Hüseynov onun başına olmazın oynunu açır. Yəni Emin Qurbanovla şirkət arasında müqavilə imzalanıb ki, yeni tikilən binada ona mənzil verəcəklər. Yeni Yasamalda inşa edilən binanın üçüncü blokunun 10-cu mərtəbəsindəki 67-ci mənzili şirkət ona satıb. 65 kvadrat olan bu mənzilə E.Qurbanov nə az, nə çox ilk ödəniş üçün 12 min manat pul verib. Amma mənzilə gələndə görüb ki, sən demə, şirkət ondan əvvəl bu evi başqa şəxsə satıbmış. Sonradan məlum olur ki, şirkət rəhbəri E.Hüseynov həmin mənzili müxtəlif vaxtlarda üç nəfər şəxsə satıb. Məşədi İbadın sözü olmasın, sən demə, qızın üç adaxlısı varmış. Yəni satılan evin üç yiyəsi var. Aldadıldığını hiss edən Emin Qurbanov başlayır Elxan Hüseynovu axtarmağa. İndi Elxan Hüseynov da yağlı əppək olub göyə çəkilib. Aldadılan adam nə şirkət rəhbərini tapa, nə də pulunu geri qaytarır bilir. İndi həmin adam qalıb odla su arasında və bilmir ki, dərdini kimə desin, başına haranın əlacını qılsın. Canıyla əlləşən və pulunu geri almaq istəyən bu adamın ümidi yenə hüquq-mühafizə orqanlarına qalıb. Ona görə ki, özü nə qədər axtarsa da şirkətin rəhbərini tapa bilmir.
   
   Bir faktı da qeyd edək ki, şirkət rəhbəri E.Hüseynov tək Emin Qurbanovu deyil, digər mənzil alıcılarını da aldadaraq aradan çıxıb. Hətta elə mənzil var ki, onu beş nəfərə satıblar. Görünür, "MUR AY" şirkətinin rəhbəri birdən-birə varlanaraq qaz vurub qazan doldurmaq istəyib. Bu fırıldaq işin də axırda bütün eybəcərlikləri üzə çıxıb. İndi həmin binada mənzil alan adamların gözləri yola dikilib ki, Elxan Hüseynov nə vaxt gəlib çıxacaq və onların pulunu geri qaytaracaqmı?
   
   
   
   ***
   
   Məmləkətimizdə müxtəlif ərzaq və qida məhsullarının istehsalı sahəsində bir çox qanunsuzluqlar və özbaşınalıqlar var. Təəssüf ki, ayrı-ayrı istehsalçılar bu günün özündə də keyfiyyətsiz və mənşəyi bilinməyən məhsullardan məhsulu istehsal edib əhaliyə sırımaq istəyir. Bu isə birmənalı şəkildə istehlakçıların hüquqlarının pozulmasına gətirib çıxarır. Yəni hər hansı mağazadan və eləcə də supermarketdən keyfiyyətsiz ərzaq məhsulu alan adam ilk növbədə ya satıcını, ya da istehlakçını qınayır. Amma dərinliyə gedəndə məlum olur ki, keyfiyyətsiz məhsul üçün günahkar heç də satıcı deyil. Bunun üçün əsas məsuliyyəti satışa göndərən məhsulu istehsal edən müəssisələr daşıyır. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehsalçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Abşeron rayonunun Sumqayıt şossesi 14-cü kilometr ünvanında fəaliyyət göstərən "AY MİN" MMC-də aparılan yoxlama zamanı müəssisədə istehsal edilən kolbasa məmulatlarının üzərində yararlılıq müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq olduğu aşkarlanıb. Eyni zamanda o da məlum olub ki, kolbasa məmulatlarının uyğunluq və gigiyenik sertifikatları olmayıb. Eləcə də məhsulun istehsalı və qablaşdırılmasında mənşəyi bəlli olmayan rəngləyici maddələr və qablaşdırma materiallarından istifadə edilib.
   
   Müəssisənin anbarında satışı dayandırılmış 1,3 ton kolbasa məmulatı, həmçinin 20 kiloqram rəngləyici maddələr, 20500 m qablaşdırma materialları və 49,1 kq etiket Dövlət xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericilikdə müəyyən olunmuş qaydada məhv edilib. Belə çıxır ki, əgər həmin MMC-də adiyyatı təşkilatlar tərəfindən yoxlama aparılmasaydı, həmin keyfiyyətsiz məhsullar əhaliyə satılacaqdı. Artıq bir də insanların kolbasa və sosiska istehsalı ilə məşğul olan müəssisələrin rəhbərlərinə o qədər etibarı qalmayıb. Sirr deyil ki, bir çox xəstə və ölmüş iribuynuzlu və xırdabuynuzlu mal-qaranı dəyər-dəyməzinə həmin kolbasa sexlərinə satırlar. Təbii ki, belə bir şəraitdə və mənşəyi bilinməyən məhsuldan hazırlanan kolbasanın keyfiyyətindən danışmağa dəyməz.
   
   
   
   ***
   
   Əhalinin əksəriyyəti ictimai nəqliyatdan, xüsusən də avtobuslardan istifadə edir. Aydındır ki, avtobuslarda səhər və axşam saatlarında sərnişin sıxlığı yaranır. Buna elə "probka" da demək olar. Sərnişinlərin "probka"sı avtomobillərin tıxacından daha çətin olur. Bəzən vəziyyət elə yaranır ki, basabas zamanı ayağını qoymağa yer tapmırsan. Bir balaca da kiminsə ayağını tapdalayanda, ya da dirsəyin ona toxunanda o dəqiqə narazılıq başlanır. Bir sərnişin deyir ayağımı tapdaladın, başqa birisi deyir dirsəyin başıma dəydi, bir başqası da əsəbi halda dillənir ki, tutmağa bir yer tapmıram. Amma burda qətiyyən sərnişinlərin günahı yoxdur. Metronun "Neftçilər" stansiyasından Yeni Günəşli qəsəbəsinə işləyən 316 saylı marşrutda çalışan sürücülər əksər halda sərnişinləri mindirəndən sonra orta qapını bağlamırlar. Onlar 8-ci km bazarının yanına qədər avtobusu qapısı açıq idarə eləyirlər. Bu da sərnişinlərin həyatı üçün çox böyük təhlükə törədir. Hətta bir sərnişin bir dəfə az qalmışdı avtobus hərəkət edərəkən açıq qalan qapıdan yerə yıxılsın. Yaxınlıqdakı sərnişinlərdən biri onun qolundan yapışmasaydı, bəlkə də sərnişin yerə yıxılacaq, hansısa ağır xəsarət alacaqdı. Xoşbəxtlikdən bunların heç birisi baş vermədi. Sərnişinlərdən kimsə dillənəndən sonra sürücü orta qapını bağladı. Qarşıdakı dayanacaqda isə sərnişinlər minməmiş avtobusu sürücü yerindən tərpətdi. Əlində içi meyvə dolu səbətlə salona girən yaşlı qadın dedi ki, ay oğul, insafın olsun, qoy minək, sonra sürərsən. Az qala təkərlərin altına düşmüşdüm. Sürücü isə kefini pozmadan bildirdi ki, mən sizi çox gözləyə bilmərəm, vaxt gedir. Yarım dəqiqə ləngisəm, dispeçerlər məni danlayacaq.
   
   Başa düşmək olmur, bəzi sürücülər elə bilirlər ki, avtobusu necə gəldi idarə eləmək olar. Hətta iritutumlu avtobusları bir çox halda görürsən ki, sürücülər yüksək sürətlə idarə eləyirlər. Hətta onlar dayanacağa tez çatmaq üçün bir-biri ilə ötüşməkdən belə çəkinmirlər. Elə ən çox da qəzalar nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması və onların bir-biri ilə ötüşməsi zamanı baş verir. Bu qədər ağır faciələr, hadisələr olur və bu zaman nə qədər sərnişin ölür, xəsarət alır, təəssüf ki, bundan yenə bir çox sürücülər nəticə çıxarmırlar ki, çıxarmırlar. Son anda isə çanaq yenə avtobusun salonunda əyləşən sərnişinlərin başında çatlayır. Adam avtobusa minəndə əli ürəyinin üstündə olur. Qorxur ki, yenə sürücü nəsə bir hoqqa, qəza törədəcək. Bizim sərnişinləri sürücülər yox, Allah təhlükədən qoruyur. Sürücülərin insafına qalsa, beş-on qəpik pula görə, onlar nə desən eləyərlər. Amma buna da getmək olmaz. Hamı istəyir səhər evdən sağ-salamat çıxdığı kimi, axşam da ailəsinin və balalarının yanına sağ-salamat qayıtsın. Allah bizim sürücülərə bir az insaf, bir az da mədəniyyət versin. Bəlkə bundan sonra onlar sərnişinlərə yüksək xidmət göstərər və camaatı mənzilbaşına rahat çatdırarlar.


YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-09-26
2018-09-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu,babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK