ANA SƏHİFƏ / YAZARLAR

Al bıçağı...

22604    |   2010-10-02 04:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Deyəsən vəziyyət yaxşı deyil. Qəzetlərdə bıçaqla kəndirin adı Vətən, Ölkə, Millət adından çox çəkilir. Hələ mən telekanalları demirəm. Ekrandan da hər gün bıçaq, kəndir göstərirlər. Düzdü, aradabir top-tüfəng də olur. Deməli vəziyyəti ya bıçaqlayıblar, ya kəndirlə boğublar, ya da tüfənglə vurub yaralayıblar...
   
   Tərslikdən ox kimi iti bıçaq musiqili verlişlərimizdə, şou-proqramlarda da xatırlanır. Özü də lap tez-tez. Bu məmləkətdə yaşadığınızı, bizim çal-çağırlı telekanallarımızı izlədiyinizi nəzərə alsaq, yəqin elə siz də eşidirsiz.
   
    Al bıçağı,
   
    kəs almanı.
   
    Ver yara
   
    dilim-dilim
   
   Bu mahnı hər dəfə səslənəndə narahatlıq keçiridim. Bilirdim ki, bu bıçaq məsələsi bir oyun çıxaracaq. Konstantin Sergeyeviç Stanislavskinin teatr sistemindən azacıq məlumatlıyam. Rəhmətlik deyirdi ki, əgər tamaşanın birinci pərdəsində divardan tüfəng asılıbsa, dördüncü pərdədə həmin tüfəng hökmən açılacaq. Kişi bilirdi də...
   
   Narahatçılığım əbəs deyildi. Bıçaq da elə tüfəng kimi bir silahdı. Sadəcə soyuq silah kimi xarakterizə olunur. Ona görə də müğənnilərimiz hər dəfə
   
    Al bıçağı,
   
    kəs almanı.
   
    Ver yara
   
    Dilim-dilim
   
   oxuyanda təlaşlanırdım. Bilirdim ki, çətini bıçağı ələ götürənə kimidi. Kimdi ilin-günün bu vədəsində, parlament seçkiləri ərəfəsində yar üçün alma doğramaq barədə düşünən...
   
   Qorxduğum başıma gəldi. Xalq artisti Faiq Ağayev də bıçaqdan yan keçmədi. Qarşıdakı avtomobili ötüb keçmək istəyəndə 6 bıçaq zərbəsinə tuş gəldi. Yaxşı ki, arada ölüm-itim olmadı. Sənətçinin başına gələn faciəli olay nikbin sonluqla bitmək üzrədi. 100 faiz F.A-nın sağlıq durumu 100 faiz olmasa da, hər halda düzəlməyə doğru gedir.
   
   Dünən Rusiya telekanallarındakı reklam fasiləsindən istifadə edib televizorun pultunu milli efirimizə tərəf tuşladım. Hər yerdə bıçaq parıldayırdı. İnanmırsız? Niyə, bizim məmləkətdə yaşamırsız, doğma telekanallarımıza baxmırsız?
   
   Kanalların birində Nadir Qafarzadəni əli bıçaqlı görən kimi əvvəl elə bildim ki, Əli Mirəliyevi vurmağa hazırlaşır. Sonra gördüm yox, nəsə başqa məsələdən danışır, kanalı çevirdim. Nə olsun,onsuz da yenə bıçaqdan danışırdılar. Aparıcı deyirdi ki, növbəti dəfə plastik əməliyyat olunan Rəqsanə yenicə bıçaq altından durub bıçağın üstünə yıxılacaqmış. Lənkəranda toy sahibi müğənninin ifasından narazı qaldığından deyəsən onu vurmaq istəyib. Tez kanalı dəyişdim. Bilmədim toy sahibi Azərbaycan ifaçılıq sənətinə xidmət edib, yoxsa, yox...
   
   Başqa kanalda Aygün Kazımova ilə Namiq Qaraçuxurlunu göstərirdilər. Aygün əlində bıçaq Namiqə yaxınlaşdı. Əyilib qarşıdakı tortu kəsdi, yekə bir parçanı Namiqin ağzına tıxadı. Yəqin bu kadr çoxdan çəkilib. Eşitdiyimə görə onları birləşdirən bağlar artıq kəsilib, özü də iti bıçaqla.
   
   Başqa telekanalda rəqqasə Fatimə əlindəki yağ bıçağını şit aparıcı Zaurun boğazına dirəmişdi. Deyirdi ki, mən kimi dadlı nahar yeməyi hazırlayan olsa əllərimi kəsərəm. Aparıcı da hırıldayırdı. Mən kanalı tez çevirdim, yəqin aparıcı hələ də hırıldayır...
   
   Dedim bəlkə digər kanalda maraqlı nəsə olar. Pultu çevirməyimə peşman olmaqçün bir neçə saniyə yetdi. Aşıq Telli Borçalı bütün əndamıyla ekranı tutmuşdu. Bir əlində saz idi, bir əlində bıçaq. Xəmir kəsir, arada əlindəki bıçaqla kimisə hədələyirdi. Deyirdi ki, bu sənətdə ya o qalacaq, ya mən. Yəqin onlardan biri, yəni Telli Borçalı qalacaq. Çünki yer darısqaldı, Telli qalan yerdə o biri sığmayacaq.
   
   Efirdə o qədər bıçaq gördüm ki, narahatlığım lap artdı. Televizoru söndürüb radionun düyməsini basdım. Yüz neçənci FM-də səslənən mahnıdan başa düşdüm ki, müğənni dostuna bıçaq götürməyi məsləhət ğörür:
   
    Al bıçağı,
   
    kəs almanı.
   
    Ver yara
   
    dilim-dilim.
   
   Amma bir şeyi dəqiq bilmədim, dostu bıçağı əlinə götürəndən sonra yara alma doğrayacaq, yoxsa...


YAZARIN ARXİVİ

2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK