Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | QIRMIZI DON KİMİNDİ?! Adalet.az | QIRMIZI DON KİMİNDİ?! Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

QIRMIZI DON KİMİNDİ?!

21922    |   2010-09-18 01:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bütün mövzuları həvəslə işləmək olmur. "Görəsən, kimsə oxuyacaqmı? Bu barədə nə qədər yazılıb, mənim fikirlərim də maraqlı ola bilərmi?!" Və s. suallar dolaşır beynində. Yazmasan da başqa bir hiss narahat edir səni, sözlər də qəlbinə ağırlıq edir. Belə tərəddüdlərimdən birinə Ayselin "525-ci qəzet"in ötən şənbədəki "Yay" adlı yazısı son verdi. Bu gözəl yazı mənim iki qərarımı qətiləşdirdi. Birincisi, bilmirəm, nədənsə, bir-iki ay bundan qabaq ağlıma bir fikir gəlmişdi; bəlkə gələn yayda məzuniyyətimi Yessentukidə keçirim?! Bilirdim ki, məlum səbəbdən bu il mümkün olmayacaq. İkincisi də bu idi ki, ANS kanalında "Elgizin cümə axşamları"nda doğma qızı və kürəkəni tərəfindən incidilən bir dəstə qadının ağrı-acılarına qoşulmaq, fikir bildirmək istəyirdim. Amma nədənsə, bu yazıda da tərəddüd edirdim. Həmin verilişə dəvət olunan ziyalılar məsələyə artıq çox işlənmiş, adət etdiyimiz yöndən yanaşırdılar. Ananın müqəddəsliyindən, övlad nankorluğunun səbəblərindən, insani dəyərlərin xeyli ucuzlaşdığından bəhs edir, axırda da bu qənaətə gəlirdilər ki, bu cavanların öz valideynlərinə elədikləri bir gün qarşılarına çıxacaq. Ancaq bu məsələnin çözümü deyil, sadəcə bir təsəllidi... Mənsə başqa cür yanaşmaq istəyirəm. Necə?!
   
   Aysel yazısında çox mətləblərə toxunub. Rus qadınlarından vurğunluqla söhbət açır. Oralarda aldığı zövqü bizə də yaşada bilir. Elə bizim qadınlara oxşadıqlarını qeyd edir. Ancaq yazmaq qərarımı qətiləşdirən bir cümlə oldu; "Onlar ailə qurandan sonra da qadındırlar"...Kənddə bir qadın tanıyırdım. Mən balaca uşaq olanda o, cavan bir gəlin idi. Bəlkə də günlərlə əl-üzünə su vurmurdu. İrad tutanlara da cavabı bu olurdu: "Rəhmətliyin nəvəsi, bundan sonra nəyimə gərəkdi?! Alan aldı aldandı, satan satdı, pullandı..." Satanın pullanmasına şübhəm yoxdu. O zamanlar oğlan evindən başlıq almaq dəbdə idi. Bəs, bu alan zalım balası nəynən aldandı, bunun cavabını hələ də tapa bilmirəm. Bəlkə də çoxları oxuyub düşünəcək: kənd qadını da, başqa cür necə ola bilərdi ki?... Razılaşmıram. Özünə baxmaq saatlarla gözəllik salonlarında oturmaq deyil. Ta qədim zamanlardan öz gözəlliyinə, təmizliyinə fikir verən qadınlarımız çox olub. Bahalı nədir, heç ucuz ətirləri belə tapmasalar da, gül-çiçəkləri, xoş qoxulu otları paltarlarının arasına yığıb, boxçada, sandıqda saxlayıblar. Ömrünün son günlərinəcən birçəyi, əli-ayağı xınalı qarılarımızı çox görmüşük...
   
   Müəllif düz deyir ki, qədim türk qadınını xatırladırlar. "...O zamanlar ki, slavyanlarla türklər dağlarda, yamaclarda, çöllükdə bir arada yaşayırdılar, onların ortaq çox şeyləri yarandı. Dildə eyni köklü sözlər, qadınlarda cəsarət, kişilərin erkək şirliyi. Şir ailəsində dişi cocuqlara baxır, erkəksə ailənin sərhədini qoruyur..." O qadınların bir bəxtəvərliyi var ki, əzizim Aysel, onlar şəriət boyunduruğu görməyiblər. Müsəlman cəmiyyətində baxımlı qadınlara münasibət birmənalı deyil. Bir adamın başının üstündə nə qədər qadağalar, neçə nəfər nəzarətçi olar?! Ata, qardaş, ər, oğul... Hələ əmiləri, dayıları, qayınatanı, qayınları da bu siyahıya əlavə eləsək, biçarə qadının hansı əhatədə olduğu bəlli olur... Heç kəs deməsin ki, bütün bunlar artıq arxada qalıb. Əksinə, o yolları təzədən keçməyə başlayırıq... "Bu nədi, artıq uşaqların böyüyüb, bu nə bəzək-düzəkdi özünə vurmusan? Fikrin nədi?". Bir söz də deyirlər: "Qızın oldu, qırmızı donunu çıxart!" Ananın da razı olmaqdan başqa çarəsi qalmır... Bu qədər təzyiq və iradların əhatəsində qadın necə cəsarətli və azad olsun, aciz, xırdaçı, yalançı və saxtakar olmasın?! Hər addımı böyüdücü şüşə altında olan qız özünə necə güvənsin? Necə sevsin, ayrılıqdan necə qorxmasın?! Nişanını qaytardınmı, artıq xeyli qiymətdən düşmüş sayılırsan. Boşandınsa, bundan da beşbetər. Dörd bir yanındakılar hər addımını ölçüb-biçirlər...
   
   Amma yenə də demək istədiklərim bunlar deyildi. Demək istəyirəm ki, bax, məhz o dediyin keyfiyyətlər həmin studiyaya yığılmış qadınlarda olmayıb. Övlad sevgisi heç nəynən müqayisə olunan deyil. Ancaq bütün sevgilərdən də yüksəkdə duran bir hiss var. O da insanın qüruru və mənliyidi. Niyə ana qızı doğulandan sonra "qırmızı donunu çıxar"malı, yəni daha özünə baxmamalıdı?! Niyə yeganə qızını ərə verən dul qadın kürəkənini yuxarı başa çıxarıb, özü öz evində ikinci dərəcəli adama, kirayənişinə, hələ bəlkə qul-qaravaşa çevrilməlidi?! Bax, neçə il bundan qabaq elə bu mövzuda bir rus filminə baxmışam. (Ruslar ailə-məişət mövzusunda çox təbii və həyati filmlər çəkməyin ustasıdırlar). Sevgilisi tərəfindən atılan qız uşağını saxlamağı qərara alır. Bu işdə çalışdığı fabrikin kollektivi də ona dayaq olur. Uşaq dünyaya gəlir. Qıza yataqxanada ev verirlər, körpəni böyütməkdə yaxından kömək edirlər. Bir nəfər isə ana ilə balaya daha çox can yandırır, evin bütün kişi işlərini həll edir. Qızcığaz 4-5 yaşına çatanda bir gün anasına nə desə yaxşıdı? "Ana, mən istəmirəm ki, filankəs dayı bizə gəlib-getsin". Ana da qızının arzusuna əməl edir. Əməl edir və... ömürlük tənhalığına imza atmış olur. Qız böyüyüb ərə gedir, oğlanı evə gətirir. Bir gün də anasına deyir ki, sən bizə mane olursan, yaxşısı budu,özünə yer tap. Qadın da öz evindən çıxıb gedir. (Özünü qurban verənlər bütün millətlərdə var). Bu filmə baxanda mənimlə yaşayan bacım demişdi: "Bax, özünçün nəticə çıxart!"
   
   Həyatda hər şey özümüzdənmi asılıdı?! Yox! Amma özümüzdən asılı olanı da var: özünü sevmək, özünə baxmaq, daxili azadlığını qorumaq, kiminsə sənə ağalıq, malına-mülkünə sahiblik etməsinə imkan verməmək! Geyim insan şəxsiyyətini formalaşdıran çox mühüm amildi. Övladını nə qədər sevirsən sev, nə qədər əzizləyirsən əzizlə, bununla yanaşı zəhmət-zillətlə qazandığından özünə də pay ayır. Əyin-başına, bəzək-düzəyinə, gəzinti və istirahətinə vaxt sərf elə. Ana öz uşaqlarını böyüdür, boya-başa çatdırır, oxudur, evləndirir, bu bəs eləmirmiş kimi, canının ağrısı çıxmamış tələb edirlər ki, nəvələri də sən saxla. Baxımlılıq təkcə ənlik-kirşan, uzadılmış dırnaqlar, qatlanmış kirpiklər deyil. Qadının vaxtlı-vaxtında normal yuxu yatması da onun gözəlliyini, təravətini təmin edən şərtlərdəndi.
   
   Elə ki, qadına şəxsi kədər üz verir, onu ovundurmaq, yaralarını sağaltmaq, həyata qaytarmaq əvəzinə qınaqlar başlanır: "Gördünüz, əri ölən heç bir il deyil, saçlarını rəngləyib". Ya da " cavan oğlu, qardaşı ölüb, sən bir bunun pomadasına, dırnağının lakına bax". Qəribə məntiqdi. Belə çıxır ki, əgər mən əzizimi itirmişəmsə, nə dişlərimi fırçalamalıyam, nə də saçlarımı yumalıyam.Yanımdan ötən də baxımsız surətimdən iyrənməli, pis qoxudan burnunu tutmalıdı.
   
   Yenə o ağbirçək qadınların yanına qayıdıram. Vaxtında öz talelərinə sahib çıxmağı bacarmadılar. Elə bilirdilər ki, hər şeylərini övladlarına verməklə, ömürlərinin sonunda hüzur qazanacaqlar. Bəlkə də heç belə düşünmürdülər. Bütün elədikləri instiktiv duyğuların təhrikiynəndi. Ağıllarına da gəlməzdi ki, gün gələcək, bu rəngsiz pırpız saçlarla, cır-cındır geyimlə doğma balaları da onları bəyənməyəcək, özlərinə yaraşdırmayacaqlar. Bir zamanlar sevməkdən, ərə getməkdən qorxdular (Bəlkə də əsl kişiyə rast gəlmədilər). Bilmədilər ki, ərsiz qadının urvatı olmur. Əksinə etsəydilər də, qınaq yiyəsi olacaqdılar. İndi də ümid edirlər ki, nəvələri onların qisasını alacaq. Əbəsdi. Özüyçün yaşayanlar həmişə udublar...
   
   Bu dünya elə əzəldən belə qurulub. Yeyin gedirsən dəli deyirlər, asta gedirsən səmə. Bir də deyirlər ki, zülmətdə bir daş var: götürən də peşimandı, götürməyən də. Heç kəs bilmir ki, başına nə gələcək. Bəlkə də hamı bilir, amma ürəklə oyun oynamaq olmur. Bilə-bilə faciənin üstünə gedirsən...Sən hamıya gərək olursan, amma zamanında, ehtiyacın olanda kimsəni yanında görmürsən. Bax, insan ömrünün bütün ağrı-acıları bunun üstündə köklənib. Amma ömrünü, gününü fəda etdiklərin gərək sənin haqqında bunu etməyələr...
   
   İşlədiyim idarəyə bu giley-güzarnan onlarla ahıl qadın üz tutur. Çoxuynan söhbətləşirəm. Mənə ürək qızdırır, sirlərini etibar edirlər. Çoxundan soruşuram: nə edim ki, mən də sizin gününüzə düşməyim? Hamısı eyni cavabı verir: özünə yaxşı bax. Özünə yaxşı bax, yəni, qırmızı donunu çıxartma. Deyirəm, axı, nə qədər baxsam da, bir gün əldən-ayaqdan düşəcəyəm, kiminsə köməyinə, qayğısına möhtac olacağam. O qırmızı paltarı geyindirən dünya özü də soyunduracaq, bəs buna nə deyirsiz... Dayanıb üzümə baxırlar. İlahi, o gözlərdə nələr yoxdu?! Ürək lazımdı bu baxışlara tab gətirə...
   
   Ömrü təzədən yaşamaq mümkün olsaydı...


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK