hacklink Adalet.az | QARABAĞ 1988-2010 Adalet.az | QARABAĞ 1988-2010 Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

QARABAĞ 1988-2010

(Yeddinci yazı)

24385    |   2010-09-04 06:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Köhnə pambıq bez olmaz
   
   Qarı düşmən dost olmaz
   
   Qaracığa qıymayınca yol alınmaz.
   
   Böyük, iti, polad qılıncı çalmayınca döyüş bitməz"
   
   
   
    Dədə Qorqud
   
   
   
   ...Azərbaycan, həddən artıq strateji bir coğrafiyada yerləşdiyindən asılı tarix boyu başına gəlməyən bəla qalmayıb. Azərbaycan və Anadolu coğrafiyasında yaşayan türklər ən başdan bəri daimi olaraq işğalçı-imperialist qüvvələrə qarşı vuruşmaq məcburiyyətində qalıblar, indən belə də qalacaqlar. Tarixi hadisələr aydın-aşkar sübut etmişdir ki:Bu coğrafiyada yaşayan Türk xalqlarının əl-ələ verməkdən, əməkdaşlıq etməkdən və dostluqlarını, qardaşlıqlarını əbədi olaraq davam etdirməkdən, əsrin elminə və texnologiyasına yiyələnməkdən, düşmənə gözdağı, dosta qürur bəxş edən ordular saxlamaqdan özgə çarələri yoxdur. Bu əsaslar hər iki xalqın boynuna qoyulmuş tarixi və strateji öhdəlikdir, məcburiyyətdir, məhkumiyyətdir. əgər buna uymazlarsa daimi olaraq işğallara məruz qalacaqlar, ayaqlar altında əzilib çığnanacaqlar, təhqir olunacaqlar, böyük güclərin oyuncağı olacaqlar. Xülasə olaraq, biz güclü olmağa məcburuq və məhkumuq, özgələrini əzmək üçün yox, əzilməmək üçün...
   
   Xocalı Soyqırımının üstündən üç il ötmüşdü. TRT-də işləyən rejissor dostum Hüseyn Kanyılmaz ilə görüşüb "Xocalı Soyqırımı" ilə əlaqəli bir sənədli filmi çəkməmizi təklif etdim. Mən radioda işlədiyimə və televiziyada rejissor olmadığıma görə bu təklifi öz adımdan verə bilməzdim. Hüseyn Bəy üstündə razılaşdığımız layihəni idarəyə öz adından təqdim etdi, layihə qəbul olundu. Azərbaycan o vaxt başındakı min bir bəla ilə məşğuldu və belə bir sənədli filmi çəkməyi fikirləşəcək halda deyildi. Bunu, bir qardaş kimi biz etməliydik. Ekibin rəhbərliği və filmin mütəxəssisliyi vəzifəsini mən boynuma götürdüm. Qrupu götürüb Azərbaycana gəldim.
   
   1988-ci ildə sevincdən ürəyim uçuna-uçuna, böyük qürur hissi keçirərək getdiyim qədim Türk oylağı Qarabağa 1992-ci ildə Xocalı Soyqırımı münasibətiylə ürəyim min parçaya bölünmüş halda getmiş, dava-dərman və tibbi ləvazimat aparmışdım. İndi isə bu Soyqırımı sənədləşdirmək, Qərbin və rusların dəstəyi ilə həyata keçirilən bu insanlıq vəhşətini dünya ictimaiyyətinə göstərib, imperializmin üfunətli və bəşəriyətə düşmən olan vəhşi, vəhşi olduğu qədər də ifritə surətini onların gözünə soxmaq və bu sənədli filmi gələcək nəsillərə ibrət alıb dərs götürmələri məqsədiylə təhvil vermək üçün gedirdim.
   
   Çox sonraları Xıristiyanlığın Qriqoriyan məzhəbini qəbul edən Alban türklərinin paytaxtı, Qarabağın gözəl guşəsi Bərdə şəhərindəyik. Şəhərdə yüz min qaçqın məskunlaşdırılıb. Qərbi Azərbaycanın və Dağlıq Qarabağın sərin nəfəsli yaylaqlarında ömür sürmüş bacı qardaşlarımız Bərdənin ilan mələyən düzlüyündə və qırx dərəcəni ötən istilikdə çadırlarda yaşamağa məhkum olmuşdu. Daha düzü ruslar və qərblilərin əliylə buna məhkum edilmişdilər. Tarixin ən başından bəri yaşadıqları Qərbi Azərbaycandan etnik təmizliklə çıxarılan köçkün Azərbaycan türklərinin bir hissəsi bu bölgədədir. Çadır şəhərciyinə baxanda insanın cızdağı çıxır.
   
   Bura Azərbaycanın pambıq ambarıdır və bölgədə ildə 45 min ton pambıq istesal edilir. Buradan istehsal edilən pambıq yetmiş il Moskvaya aparıldı.
   
   İkinci Dünya Müharibəsində Bolşevik rusların Faşist Almaniyaya qarşı qələbə çalmasının ən böyük səbəbkarı Azərbaycandan istehsal olunan neft idi. Bu həqiqəti birçox Rus lideri də dəfələrlə dilə gətirmişdi. Azərbaycan, 470 mindən artıq dağa bərabər igid oğullarını Rusun vətəninə hücum çəkən Alman faşistlərini qovmaq uğrunda qurban vermişdi. Neçə ata-ana oğulsuz, gəlinlər cavan yaşta dul, nişanlı qızlar nakam, körpə qızlar və oğlanlar yetim qalmışdı. İkinci Dünya Müharibəsi imperialist qüvvələrin maraqlarının toqquşmasından yaranmışdı və Azərbaycana da qəti şəkildə dəxli yoxdu. Azərbaycan, yetmiş il istehsal etdiyi pambığı, nefti, meyvəni, tərəvəzi, taxılı, şərabı Bolşevik ruslara yollamışdı, ancaq Hüseyn Cavidlərini, Mikail Müşfiqlərini, Abdulla Surlarını, Bəkir Çobanzadələrini, Ruhulla Axundovlarını, sadəcə olaraq öz xalqını və vətənini sevdiyinə görə Rusun gülləsindən xilas eliyə bilməmişdi. Yüz minlərlə evladını Rusun vətəni uğrunda qurban versə də ona yarına bilməmişdi. Yarına bilməzdi də, çünkü o sadəcə olaraq Azərbaycandan sümürüb aparacağı şeyləri fikirləşirdi. Azərbaycandan Moskvaya daşınan mallar ruslar üçün Azərbaycanlılardan daha dəyərliydi. O digər imperialistlər kimi sadəcə olaraq öz cibini-cibişdanını fikirləşirdi. Hər bir Azərbaycan Türkü bu həqiqəti əsla və əsla unutmamalıdır: Beş barmağının beşini də şam eləyib rusun qabağında yandırsa belə yenə də ona yarına bilməyəcəkdi. Təkcə Rusa, Fransıza da, İngilisə də, Farsa da, Almana da, Amerikalıya da... Həmin faktlar Anadolu Türklüyü üçün də qüvvədədir. Bizi ancaq biz fikirləşərik. Biz ancaq bir-birimizi sevə bilərik. Özgələri bizi, bizim biri-birimizi fikirləşdiyimiz kimi fikirləşə bilməz və sevə bilməz. Sadəcə olaraq 20-ci əsrdə yaranan hadisələr bunu kifayət qədər sübuta yetiribdir. Atatürk, "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir", Heydər əliyev, "Bir millət iki dövlət" sözünü demiş olmaq üçün deməmişdi.
   
   ...Qarabağ döyüşlərində elə yerlər vardı ki dəfələrlə əldən ələ keçirdi. Şəhriyar kəndində, Azərbaycanlı döyüşçülərlə söhbət edirik. Bu kəndə getmək və kəndi çəkmək üçün də xüsusi icazə almışdıq. Kənddə bir ev belə salamat buraxılmayıb, hamısı yandırılıb, dağıdılıb, yerlə yeksan edilib. Hay vandalizmi...!
   
   Qarabağın bəzi yerləri və Araz boyu uzanan Muğan düzlüyü başdan-başa çadır şəhərcikləridir. Türkiyənin Qırmızı Aypara Cəmiyyəti Azərbaycanlı qardaşlarının yarasına məlhəm qoyub onun ağrı-acısını biraz olsun sakitləşdirmək üçün bütün imkanlarını səfərbər edib. Qurduğu çadır şəhərciyində digər yardımlarla yanaşı Azərbaycanlı balaların təlim-təhsilinin yarımçıq qalmaması üçün də bütün gücünü işə salıb.
   
   
   
   əziziyəm qardaşı
   
   Qarlı dağdan qar daşı
   
   Elin könlü yar istər
   
   Mənim könlüm qardaşı...
   
   
   
   Çadır şəhərciklərini birbə bir dolanıb filmə çəkirik. Buralar, məhv olmuş ümidlərin sığınılacaq axırıncı qalalardır. Buralar, insanlıq dramının hər cürəsinin gözlər qabağına sərildiyi, sevinclərin, xoşbəxtliklərin yerinə səksəkələrin, qəm-kədərin hakim olduğu məkanlardır. İnsanın, insana etdiklərindən ötrü insan olmaqdan utandığı yerlərdir bu məkanlar. Bu məkanlar insanda nifrət, kin-küdurət və düşmənçilik hisslərini oyatmaqdan savayı heç nə yaratmır. Dostum Aqil Abbas, "Üzəyir Hacıbəylilər çadırda doğula bilməz" deməklə böyük bir sosioloji və psixoloji yaraya da işarət edirdi. Sənədli filmə çəkdiyimiz bu yerlər, özünə "insan hüquqlarının müdafiəçisi" olduğunu söyləyənlərin, "demokratiyaya hörmətkarıq" deyənlərin alnına yaxılmış əbədi bir qara ləkədir.
   
   İngiltərədə bir qadın, tullantı qutusuna əlindəkini atarkən qutunun üstünə çıxan pişiyi qutuya atıb ağzını bağlamışdı. Bu hadisə televiziyada göstərildikdə İngiltərə ayağa durdu. Həmin İngiltərə Xocalıda minlərlə Azərbaycan Türkü vəhşicəsinə qətlə yetirilərkən lala və kara döndü, tükünü belə tərpətmədi. İngilis xalqı bir pişiyə göstərdiyi həssasiyyətin mində birini Azərbaycan Türklüyünə göstərmədi. Həmin İngiltərə, 1918-ci illərdə Azərbaycanı işğala gələn ordularından məhv olan əsgərləri üçün Bakıda, Şəhidlər Xiyabanının aşağı hissəsində bir abidə qoydurmağı yadından çıxartmadı. İmperialist ingilis..!
   
   Amerika, özünün yarattığı əl Qaidə təşkilatına özlərinin ekiz qüllələrinə bir təyyarəni şığıdıb yerlə yeksan etdirdi və bunu, "terror dünyanı ağzına alıb" deyə bəhanə edərək İraqı və sonra da Əfqanıstanı işğal etmədi? Həmin Amerika Xocalı Soyqırımında bir kəlmə olsun hayların əleyhində söz dedi?! Bir addım atdı?! Bu Amerika Minsk Qrupunun əsas üzvü deyil?
   
   Həmin Amerikada 1915-ci il hadisələri üçün hayların iddia etdikləri dırnaqarası soyqırım, məktəblərdə dərsliklərə düşüb. Amerikada yaşayan türklər, bu dırnaqarası böhtanın doğrudan da yaranıb yaranmadığını sorğulayan bəzi tələblər irəli sürdü. Bu iddianın yanında türklərin müəyyən suallarının da çap olunmasını istədi. Türklərin bu tələbini Amerikan məhkəməsi qəbul etmədi, Amerikan dövləti qəbul etmədi. Niyəsi də budur: əgər bu suallar erməni iddialarının yanında çap olunarsa onların iddialarının puç olduğu sübut olunar və məktəblilər hayların böhtanına inanmazlar. Türkiyənin müttəfiqi və dostu, Azərbaycanın dostu olan Amerika türklərin bu tələbini qəbul etmir, çünkü bundan da öz maraqları üçün istifadə edir.
   
   Rusiyanın başnaziri Putin nəsli kəsilməyə başlayan boz balinaların xilas edilməsi üçün Moskvadan durub düz Kamçatkaya getdi və boz balinalar üçün nə qədər həssas olduğunu göstərdi. Rusiya ictimaiyyəti də onun bu hərəkətini alqışladı. Gəlin biz də Allahın yaratdığı bu heyvanın nəslinin kəsilməməsi üçün Putinin bu hərəkətini alqışlayaq. Bəs həmin ruslar 19-cu əsrdən başlayaraq Osmanlı torpaqlarından və digər yerlərdən yığdıqları hayları gətirib Qərbi Azərbaycanda məskunlaşdırmadılarə 1921-ci ildən başlayaraq Qərbi Azərbaycanın əzəli və bədi sahibləri olan Azərbaycan türklərini kütlələr halında sürüb çıxardıb hayların buralarda kökləşməsini təmin etmədilərə Təbii ki, onların bu addımı səbəbsiz deyildi, çünkü haylardan daimi olaraq maşa kimi istifadə edəcəkdilər, edillər də. Azərbaycan öz müstəqilliyini bərpa ettikdə Bakı nefti, Azərbaycanın pambığı, meyvəsi, tərəvəzi, qısaca sümürdüyü hər şeyi əlindən çıxdı deyə 1992-ci ildə Xocalı şəhərində "soyqırım" törədilməsinə öncüllük eləmədilər və bir insanlıq vəhşətinin yaranmasına səbəb olmadılar, dayaq olmadılarə! Yüz minlərlə insanın qaçqın və köçkün vəziyyəttə yaşamasının günahkarı olmadılarə! Yəni ruslar, boz balinalara göstərdikləri həssasiyyətin mində birini yüz minlərlə Azərbaycan türkünə göstərə bilmədilər, göstərmədilər.
   
   Azərbaycan və Anadolu coğrafiyasında yaşayan Türklər, yaranmış tarixi hadisələri və bu hadisələrin səbəblərini, nəticələrini bilməyə, həm də yaxşı bilməyə məhkumdur. Tariximizi çox yaxşı bilməsək, dostumuzu düşmənimizi yaxşı tanımasaq, lazımi tədbirləri vaxtı vaxtında görməsək, gənc nəsillərimizi milli şüurla yetişdirməsək, onları əsrin elmi ilə silahlandırmasaq nə tarix bizi bağışlayar, nə keçmişimiz, nə də gələcəyimiz.
   
   (Davam edəcək)


YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK