ANA SƏHİFƏ / YAZARLAR

KİTABLARDAN GÜC ALAN XANIM YAZAR

Vəsilə Usubova: "Mən kişi olsaydım, çətin ki, kitab oxumayan qadını sevərdim"

25511    |   2010-07-17 05:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Biz hələ o xoşbəxt günə gəlib çatmamışıq ki, yuxarıda oturanları savad, istedad maraqlandırsın..." "Telekanallarda işləsəydim də jurnalist təş

Sabirabaddan Bakıya sel gəlir, yazı seli. Bu yazıları "Ədalət" qəzetinə Vəsilə Usubova göndərir. Peşə bayramımız - Milli Mətbuat Günü ərəfəsində daimi müəlliflərdən birini qəzetimizin daimi oxucularına geniş təqdim etmək istədik. Cəfakeş yazarlarımızı daha yaxından tanımağa dəyər.
   
   Vəsilə Usubova Sabirabadın Kolanı kəndində anadan olub. Bu kənd indi Hacıqabul rayonu ərazisindədi. Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Bir müddət Sabirabadda nəşr olunan "Muğan" qəzetində çalışıb. Ədəbi işçi də olub, kənd təsərrüfatı şöbəsinin müdiri də, məsul katib də.
   
   Sonra tale elə gətirib ki, heç vaxt arzulamadığı bir işlə məşğul olmağa başlayıb- rayon icra hakimiyyəti aparatına işə təyin olunub. Buna baxmayaraq qələmi də yerə qoymayıb. Rayondan "Ədalət"ə yazılar göndərir. Uzaq yol gələn bu yazılar nəfəsin dərmədən səhifədə yerini tutur. Maraqlı, oxunaqlı olduğuna görə Vəsilə xanımın yazıları heç vaxt kənarda qalmır.
   
   Vəsilə Usubova: "Mən kişi olsaydım, çətin ki,
   
   kitab oxumayan qadını sevərdim"
   
   - Sellər aparan Aranın konkret hansı tərəfindəsiz?
   
   - İş elə gətirib ki, indi Sabirabad Rayon İcra Hakimiyyəti aparatında çalışıram. Belə idarələrdə işləməyi heç vaxt arzulamamışam. Amma reallıq budur ki, mən işləyib balalarıma çörək qazanmalıyam. Burda çox tənhayam. Daş öz yerində ağır olar deyirlər. Redaksiyada mən özüm idim, burda isə...
   
   - Kürlə barışmısız?
   
   - Kürdən heç inciməmişəm də. Bir çayın ki, adı Dəli Kür ola. Ondan inciməyin mənası varmı? Dəliyə baş qoşanın özünə "dəli" deyərlər.
   
   - Yazılarınızdan belə məlum olur ki, indiki bu çətin məqamda da bədii kitablar oxumağa vaxt tapırsız. Oxuduqlarınız sizi ovuda bilir?
   
   - Səməd Vurğunun bir şeiri var - "Xəyal şirin nemətidir bu acı kainatın..." Mənim də acılarla dolu həyatımda ən şirin təsəllim kitablardı. Ən gərgin vaxtlarımda belə əlimə kitab götürəndə ruhi müvazinətim düzəlir. Mütaliyəsi olmayanlarla ünsiyyət qura bilmirəm. Mənə elə gəlir ki, qadınlar, qızlar daha çox kitab oxumalıdılar. Bəsit görünməmək üçün, yanındakını darıxdırmamaq üçün. Mən kişi olsaydım, çətin ki, kitab oxumayan qadını sevərdim. Kitablardan aldığım gücü heç nədən ala bilmirəm. Kitab oxumayanda öz-özümə o qədər boş, səviyyəsiz görünürəm ki... Bəli, kitablar məni ovuda bilir, özü də əməlli-başlı. Heyif ki, rayonda yaşadığımdan yeni çapdan çıxan əsərləri, tərcümələri normal izləyə bilmirəm. Deyirəm, heç olmasa müəlliflər özləri rayon kitabxanalarına on-on beş kitab göndərələr...
   
   - Bəs yazdıqlarınız necə, ovutmaq gücünə malikdi?
   
   - Məndən ötrü yazmaq ürəyimi boşaltmaqdı. Həm də özüm kimi düşünənlərlə görüşmək, qovuşmaq, dərdləşmək vasitəsidir. Bir də ki, yazmaq bizlik deyil, axı... Biz sadəcə olaraq, diqtə olunanları qələmə alırıq. Yazılarımın məni tam ovundurduğunu deyə bilmərəm. Çünki istədiyim qədər və istədiyim səviyyədə yaza bilmirəm. Hansı yazıçınınsa bir gözəl sözü var - "Hər bir əsərim mənim növbəti məğlubiyyətimdir". Bu gözəl məğlubiyyətdi, arxasında böyük bir gücün dayandığı məğlubiyyətdi. Bir şey də var ki, nə qədər yazmırsan, öz-özünə daha güclü, daha dolu görünürsən. Nə isə. Yazmağın o qədər dolanbac yolları var ki, bəzən özün də baş açmırsan.
   
   - İndi elə zamandı ki, jurnalist qurumlarının rəhbərləri telekanallardan düşməyən jurnalistləri daha çox tanıyırlar. Paytaxtdan uzaqda, diqqətdən kənarda qalmağınız sizi narahat etmir?
   
   - Telekanallarda işləsəydim də jurnalist qurumlarının rəhbərləri məni görməyəcəkdilər. Biz hələ o xoşbəxt dönəmə çatmamışıq ki, başda oturanları savad, istedad maraqlandırsın. Vaxtı ilə işlədiyim qəzetin redaktoru bir dəfə düz üzümə dedi: "Kimə lazımdı sənin biliyin, bacarığın?" Paytaxtdan uzaqda olmağım məni narahat edir, ancaq məşhurlaşmaq istəyinə görə yox. Mən görünməyi xoşlamıram. İstəyirəm yazım, göndərim, çap eləsinlər, vəssalam. Üstəlik də kənddə yaşamağı xoşlayıram. Təbiətə yaxın olmaq məndən ötrü hər şeydən üstündür. Amma sənət, intellekt baxımından əlbəttə ki, paytaxtda yaşamağın üstünlükləri çoxdu.
   
   - "Ədalət"in redaksiyasında olmusuz? Olmamısınızsa redaksiyanı necə təsəvvür edirsiz?
   
   -7-8 il bundan qabaq Bakıda işləmək istəyirdim. Onda bir neçə redaksiyaya baş çəkdim, o cümlədən "Ədalət"in redaksiyasına da. Səhv eləmirəmsə "Azərbaycan" nəşriyyatının 2-ci mərtəbəsində yerləşirdi. Köhnə, yöndəmsiz otağı vardı. Təkcə Aqil Abbas işdə idi, nəsə oxuyurdu. Vəziyyətə baxıb iş axtardığımı demək istəmədim, sonra fikirləşdim ki, gəlməyinə gəlmişəm, qoy deyim. Aqil də əli ilə otağı göstərib, "vəziyyətimizi görürsüz də" dedi. Eşitdiyimə görə indi vəziyyət yaxşılığa doğru xeyli dəyişib... Təbii ki, bir xoş gündə sizləri ziyarət etmək istərdim. Sağlıq olsun.
   
   - Milli Mətbuat Günü ərəfəsində çətin ki, sizi kimlərsə təbrik etsin. Bəs siz kimləri təbrik edərdiz?
   
   - Hər il Milli Mətbuat Günündə beş-üç nəfərlə ya zəngləşir, ya da bir-birimizə mesaj göndəririk. İndi mətbuat sahəsində işləmədiyimə görə, bayram günündə daha çox qüssələnirəm. Özümü tənha, unudulmuş hesab edirəm. Yubiley münasibəti ilə bütün qələm dostlarımı, xüsusi ilə də "Ədalət"in və "525-ci qəzet"in bütün yazarlarını təbrik edirəm.
   
   


YAZARIN ARXİVİ

2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (25%)
İşdə (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK