hacklink Adalet.az | APARDI SELLƏR ARANI Adalet.az | APARDI SELLƏR ARANI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

APARDI SELLƏR ARANI

Sabirabad boyda "Titanik"

21010    |   2010-07-10 00:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Axır ki, qoxduğumuz şey baş verdi. Kəndi yavaş-yavaş su basır. Həm də elə duru, yumşaq sudu ki,... hava da alatorandı. Su Talış tərəfdən üzübəri gəlir. Amma kimsənin vecinə deyil. Heç kəsdə təlaş, qorxu hiss olunmur. Tək başına vurnuxuram. Əvvəlcə anamı qınayıram: "Axı sən dönə-dönə görmüsən, bir məsləhət ver, yol göstər. Nəsə eləməliyik, axı... Anam yox olur. Sonra bacımın üstünə düşürəm. Ona da söz sərf eləmir. Evdən çıxanda ayaqqablarımı tapmıram. Əynimdə dar qalkotka var. Köhnə pasonoşkalarımı birtəhər geyinirəm, asılqandan güclə bir jaket götürüb qaçıram..."
   
   Ayılıram. Bədənim suyun içindədir. Ayaqqabı da, qalkotka və jaket də darlıq, ürək sıxıntısı deməkdi. Allaha şükür ki, bütün bunlar yuxu imiş...
   
   Bir də Tanrıya şükürlər olsun ki, bu sabahı da öz kəndimizdə, evimizdə açdıq. İnşallah bundan sonra da həmişə belə olar... Nə üçünsə, bu yuxudan sonra əmin oldum ki, daha kəndimizi su basmayacaq. Həm də elə ilk günlərdən deyirdilər ki, Talışdakı Kür-Abşeron su kəmərlərinə görə bu kəndləri nəyin bahasına olursa-olsun qoruyacaqlar. Yoxsa, paytaxt sussuz qala bilər.
   
   Bilmirəm, bundan sonra nələr olacaq, amma mən getməliyəm. Səhər naharından sonra yığışıb yola düşürəm...
   
   Sənsə, yerində qal, Kolanı... Bizlər-sənin qoynunda doğulub böyüyənlər çox-çox uzaqlara da gedə bilərik. Getdiyimiz yollarla qayıda da bilərik, qaytımaya da. Amma sənin yoxluğuna dözə bilmərik. Sən yerində olmasan, bütün yollar üzümüzə bağlana bilər...
   
   
   
   ***
   
   
   
   Yolun qırağında su altında qalmış kəndləri, divarı uçub, damı çökmüş evləri seyr eləmək üçün möhkəm əsəblərə sahib olmalısan...
   
   İnsansız gülşən də xarabazardır,
   
   Onun hər damında bir bayquş vardır...
   
   Qəbri nurla dolsun Səməd Vurğunun. Bütün dövrlərin faciələrini təsvir etməyə qələminin gücü çatırdı... bu kəndlərin çoxu 15-20 il bundan qabaq rus adları daşıyırdı. Elə indi də camaat həmin adları işlədir. Gərək SSRİ dağılanda rusları qoymayaydıq çıxıb getməyə. Üstəlik, Kür qırağındakı kəndlərimizin hərəsinə 5-6 erməni ailəsi də köçürərdik. Onda başımıza bu fəaləkətlər gəlməzdi. Ancaq erməni bu od tutub yanan torpaqlara gəlməzdi. Məmləkətimizin bütün dilbər guşələrində siyasətlə bu yerlərə köçürülənlər və azlıqda qalan millətlərin nümayəndələri yaşayırlar. Özümüzünkülərin payına isə kübrəli torpaqlarda sürünmək düşüb...
   
   Vaxt vardı bu yollardan keçəndə sağda-solda pambıq tarlaları, taxıl zəmiləri, bostanlar, qəddini saatlarla düzəltməyən kolxozçular görünərdi. O adamlar öz alın tərləri ilə respublikaya 14 keçici Qırmızı bayraq qazandırmışdılar, neçə-neçə sinədə "Qızıl ulduz" yandırmışdılar. Ən tanınmış müğənnilər, elm və mədəniyyət xadimləri Sabirabada gələr, elə iş başında taxılçıların, pambıqçıların qonağı olardılar. İndi Sabirabad bütün tədbirlərdən kənarda qalıb. Ancaq ciblərini doldurmaq istəyənlər buralara üz tuturlar...
   
   Kür-Araz çayları neçə rayonun ərazisindən keçir. Niyə ən çox Sabirabad daşqına məruz qaldı?! Bəlkə rayon daha çökəkdə yerləşir? Xeyir! Məsələ təkcə bunda deyil. Sabirabadın şöhrəti "Ağ qızıl"la çökdü. Daha bağda ərik yoxdu...
   
   
   
   ***
   
   
   
   Saat 2-də artıq evimdəyəm. Bəs, niyə sevinmirəm?! İçimdəki bu boşluq, biganəlik hardandır? Bəlkə sevinməyə bir əsas tapmıram?! Qaz yenə yoxdu. Su da az qalıb. Nasosu taxıram. İşləmir. Yəqin, oğurlayıblar. Düşüb baxıram. Yerindədi. Amma işləmir. Hər halda ona toxunan olub. Suyu gərək qonşudan gətirəm...
   
   İşdə də elə bir canlanma yoxdur. İşçilərin çoxu köçkünlərin məskunlaşdığı məktəblərə təhkim olunublar... otağımın havası da qəlbimdə kədər doğurur. Niyə belə olmuşam?!
   
   Ümumiyyətlə, bu olub keçənlər nə demək idi?! Təbiətin adi şıltaqlığımı, yoxsa?... Əməlli-başlı düşünməyə kifayət qədər vaxtım olacaq hələ.
   
   İndi başımı əllərimin arasına alıb doyunca düşünə bilərəm. Əgər fikirlərimi bir tərəfə çıxara bilsəm... Sabirabadı niyə "Titanik"lə müqayisə edirsən, ikinci çox sayda insan təlafatı ilə nəticələnən bir təbii fəlakət idi, deməyin mənə. Əvvəla, bir nəfərin ölümü də təkcə ailəsi üçün deyil, bütün ölkə üçün əvəssiz itkidi. İtkilərə alışmışıq, yoxsa? Həm də söhbət təkcə fiziki yoxluqdan getmir. Daşqına məruz qalan kəndlərin sakinləri ruzini öz həyət-bacasından qazanırdı. Gündə, günaşırı bazara toyuq-cücə, yağ, pendir, sud, qatıq, meyvə-tərəvəz çıxarıb satmasa dolana bilmirdi. Günlərin birində bütün bunlardan məhrum olmağın nə demək olduğunu başına gəlməyən anlamaz. Papiros pulu tapmayan kişinin fiziki varlığı ilə təsəlli tapması nə dərəcədə inandırıcıdı?!
   
   İkincisi, "Titanik"in batması da yüz faiz təbii fəaləkətdən deyil, məhsul şəxslərin səhlənkarlıq və diqqətsizliyindən olub. Bu qoca dünyada nə Kür çayı, nə də aysberqlər təzə şey deyil...
   
   Bu ilki qədər olmasa da, 2003-cü ildə də Kürdə suyun səviyyəsi böhran həddinə çatmışdı. O vaxtdan bəri nə işlər görülüb? 7 ildə Kür kimi 7 dəli çayın "başına ağıl qoymaq" olardı.
   
   Təxminən 20 il bundan qabaq Kür və Araz çaylarında bəndatma idarəsinin Zıqaryev familyalı bir müdiri vardı. O vəzifəsindən gedəndən sonra həmin idarədə olmuşam. Onun Azərbaycan dilində necə təmiz və səliqəli bir xətlə yazdığı sənədləri görüb heyran qalmışam. İdarədə mənə dedilər ki, sabiq müdir hazırda Azərbaycan dilində öz xatirələrini yazmaqla məşğuldur. Sonrası bilmədim necə oldu...
   
   Zıqaryevdən sonra bəndatma idarəsinin 3 müdiri olub. Üçü də azərbaycanlı, üstəlik, üçü də sabirabadlı. Görəsən, onlarda nə zamansa, xatirələrini yazacaqlarmı? Və ümumiyyətlə yaza biləcəklərmi? Xatirə - hər kəsin yaşadığı ömür, gördüyü işlər barədə gələcək nəsillərə hesabatdı... bu hesabatın mənzərəsi elə bu gündən göz qabağındadı...
   
   Son illər utancverici bir şey müşahidə edirəm. Televiziya ekranlarında hətta tanınmış şəxslər belə Sabirabad qarpızı haqqında rişxəndlə, atmacalarla danışırlar. Niyə Qubanın almasına, Göyçayın narına, Lənkəranın çayına, limonuna şeirlər, mahnılar qoşulur, amma ta qədimdən min bir dərdin dərmanı sayılan Sabirabad qarpızı gülüş hədəfinə çevrilib?! Bu hərəkət qarpıza deyil, bu neməti yetirən vətən torpağının bir parçsasına, becərənlərin alın tərinə hörmətsizlikdir. Rayonumuzda isə bu atmacaları sükutla qarşılayırlar.
   
   Daşqın dövründə ölkənin KİV-lərində analitik yazılar, şərhlər, mütəxəssis rəyləri gözümə dəymədi. Ancaq bir-biriynən uyuşmayan xəbərlər verildi. Televiziya kanallarımız özglərə "əriştə kəsmək"lə məşğul oldular. Xarici ölkələrdə təbii fəlakətlərin görüntülərinə daha çox vaxt ayırdılar. Bəlkə demək istəyirdilər ki, sizin vəziyyətiniz daha şükürlüdü. Tanrınıza təpik atmayın. Hə... bu dünyada hamı bir-birinə təsəllidi, axı...
   
   Fəlakət arxada qalsa da, bu gün də çox acılar yaşanır və bu yaşantılar hələ davam edəcək. Hər gün növbətçi otağında yurd-yuvasına dönmək arzusuynan ağlayıb-sıtqayan neçə-neçə qadın görürəm. Bir qadın üç-dörd sellafon torbanı stolun üstünə yığıb:
   
   - Mənə lazım deyil belə yardım, - deyir. Ondansa, gedib oturaram orda, - əliynən bazar yolunu göstərir, - dilənərəm. O bundan yaxşıdı...
   
   Binamızın qabağındakı məktəbdə də köçkünlər yerləşdirilib. Bütün günü qadınların giley-güzarı, şikayətləri eşidilir. Elə buradaca ev işləri görmələri, paltar-palaz yumaları adamın qəlbini qüssəynən doldurur. Gecələrə körpələrin ağlamasını eşidirəm. Körpələr yad yeri daha tez hiss edirlər...
   
   ... Sən bu imişsən, həyat!..
   
   Bu hadisələrdə bir millət kimi "mentalitet"imizin məxsusi çalarları da üzə çıxdı. Bir çox kəndələrdə adamlar təkcə suyun yıxmasını deyil, həm də o biri sahildəki kəndin adamlarını da güdməli oldular ki, xəlvətcə qayıqla keçib bəndi dağıtmasınlar. Bazarda mal-qaranın, toyuq-cücənin qiyməti xeyli düşdü. Danışdılar ki, qaça-qaçda dəllalar öz mal-qarasını çıxarmağa çalışanların dalınca düşüb dilə tuturmuşlar: İki daşın arasında bunları hara aparırsan? Aparıb harada saxlayacaqsan? Yaxşı budu, filan qədər verirəm, sat mənə... Və .. Və i.a.
   
   
   
   ***
   
   Sonda bir şeyi deməsəm, ürəyim sakit olmaz. Uzun illərdən bəri qoynunda yaşamağıma baxmayaraq, özümə qarşı haqsızlıq və ədalətsizlikdən, gözümçıxdı və basqınlardan başqa bir şey görmədiyim bu yerin ağrı-acılarını bacardığım qədər yox, imkan verildiyi qədər qələmə aldım. Namuslu adamların bilik və bacarığına qəsdən göz yumub, görməzlikdən gələrək haqq elədikləri işi və maaşı almalarını hər vasitə ilə əngəlləyən, bu torpağın sayəsində uşaqlarına, nəvə-nəticələrinə belə sərmayə yatıran pisliklərdən fərqli vətəndaş və yazar olaraq etirazımızı bildirirdim. Əgər tarixi ədalətə inansaydım, daha geniş mətləblərə üz tutardım...
   
   Əgər inansaydım...


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88%)
Pullsuz (12%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yayın cırhacırı Abdal Qasım oturubmuş, görür iki erməni bərkdən danışa-danışa gəlir.

Yanındakı dostuna deyir:

- Ə, bu köpəyuşağları bu istidə bu dildə nətəhər danışırlar ey?!




digər lətifələr
ARXİV
FACEBOOK