ANA SƏHİFƏ / YAZARLAR

DAĞLAR AĞLATDI MƏNİ

Cənnəti görmək istəsən...

50235    |   2015-03-14 01:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır






Bu tarix çox da uzaq deyil. Barmaq hesabı saysan, o günlə mənim aramda təqribən iki aya yaxın bir müddət boy göstərəcək və bu vaxtın boyu özü-özlüyündə kimlərdəsə təbəssüm yaradacaq. Çünki mən həmin o zaman kəsiyinə az qala uzaq bir tarix kimi baxıram və onu səhifələyirəm. Özü də günbəgün, anbaan bu da təsadüf deyil. Bunun da kökündə bir ürək çırpıntısı dayanır. Və mən...
Bəli, qarlı bir gün idi. Hər tərəf ağ örpəyə bürünmüşdü. İnanın ki, hər tərəfin ağappaq olduğu cənnət məkanda bir qapqara xətt uzanıb gedirdi. Həmin xətt isə magistral yol idi. İnana bilmirdim ki, dörd tərəfdən dizə çıxan qar bu yoldan necə təmizlənib... insanlar öz işini necə məsuliyyətlə görüblər... sürücülər də necə rahatlıqla bu yolda avtomobillərini idarə edirlər... yolun kənarları qarla yüklənib, yol özü isə rahat şütüyən avtomobillərlə. Həmin avtomobillərin birinin sərnişini də mənəm. Türkiyənin bir şəhərindən, daha dəqiq ifadə etsəm, Trabzondan üzü dağlara tərəf gedirik. Dostum məni arzuladığım ünvana, Yaşıl Vadiyə aparır. Və mən həm həyəcanla, həm də maraqla adının hər şeyi ifadə etdiyi bu yeri görməyə tələsirəm. Bir qəribə deyim var. Bəlkə də min il bundan öncə deyilib, amma indiki məqama uyğun gəlir. Atalar deyir ki, "xəstə nə qədər tələssə də, armud vaxtında yetişir". Bax, bu mənada mən nə qədər tələssəm də, bu yerləri nə qədər tez görmək istəsəm də, amma yol öz işindədi, uzandıqca uzanır. Burda onu da etiraf edim ki, uzanan bu yol məni yormur, əksinə məni alıb özü ilə aparır. Özü də lap uzaqlara...
O uzaqlar mənə burda bir az da yaxın görünür. Ona görə ki, o uzaqların əkiz tayını mən burda görürəm, oxşarı ilə burda qarşılaşıram. Sadəcə, mən bir məqamı, bir xüsusi işarəni burda qabartmalıyam. O da yolun rahatlığı və genişliyidi. Yəni bu yol Kəlbəcərin, Şuşanın, Laçının yollarından rahatlığı ilə seçilir. Qalan hər şey olduğu kimidi - dərələr də, təpələr də, meşələr də, hətta az qala uçub üstümüzə töküləcək kimi görünən qayalar da. Mən inanın ki, havalanmış adam kimi baxıram bu mənzərəyə. Yol dolamaları Şuşanı xatırladır... Ağsudan Şamaxıya qalxan yolu xatırladır... təbiətin iki qardaşa eyni cür gözəllik bəxş etməsi, eyni havanı, suyu, otu, daşı, çiçəyi, ağacı, bir sözlə, bütün özəllikləri bəxş etməsi sözlə ifadə ediləcəkdən çətin bir əzəməti adamın bütün varlığına, qanına, ruhuna hopdurur. Burda çaşmamaq, burda susub lal olmamaq mümkün deyil. Özü də bu lallıq dilin, dodağın tərpənməsi yox, bütün varlığın heyrət lallığına əsir düşməsindən qidalanır. Ona görə də ən yaxşı halda yalnız dəlicəsinə "Nə gözəldi!!!" demək mümkündü. Bax, mən də həmin o dəliliyin, o vurğunluğun, o heyranlığın içərisində idim. Amma bir əlimdə gözlərimin içinə yüklədiyi ürəyin üstündə idi, ürək partalmaq halına gəlmişdi. Çünki Şuşanı görürdüm, Laçını görürdüm, Kəlbəcəri görürdüm. Ürək o gördüklərinin möcüzəsinə inanmaq zorunda qalmışdı. Amma...
Bəli, burda hər şey doğma idi. Amma bu, qardaşın eviydi, qardaşın dağıydı, qardaşın çayıydı, qardaşın çeşməsi, şəlaləsi, qardaşın Yaşıl Vadisiydi. Mən də qardaş adına sevinirdim və sevinə-sevinə də kipriklərimin ucunda düymələnən nəmi gizlətməyə çalışırdım. Amma bacarmırdım. Çünki misralar imkan vermirdi.

Baxdım, fikrim dolaşdı
Yoldan saxlatdı məni...
Gözümə şeh bulaşdı -
Dağlar ağlatdı məni!..

Qayalar göy üzündə
Şəlalələr dizində...
Dərəsində, düzündə -
Dağlar ağlatdı məni!..

Bulud ilmə, naxışlı
Günəşli, həm yağışlı...
Bir gözəl qız baxışlı -
Dağlar ağlatdı məni!..

Çeşmələr min biçimdə
Öpə-öpə içdim də!
Ürəyimin içində -
Dağlar ağlatdı məni!..

Ayayğına sərildim
Vallah, öldüm, dirildim...
Ümid verdi - kiridim -
Dağlar ağlatdı məni!..

***
Yol uzanır... Biz aradabir maşını yolun kənarına çəkib dayanırıq. Düşüb gözlərimizə çəkdiyimiz mənzərənin fotosunu da mobil telefonun yaddaşına köçürürük. Dostum fürsət tapdıqca mənə bilgilər verirdi. Əhməd bəy az qala burdakı hər daşın, hər ağacın tarixini bilir, yaşından xəbərdardı. Bu da məni bir az da həm onun özünə, həm də bu torpağa yaxınlaşdırır. Yəni doğluduğu yer haqqında hər şeyi bilən bir Allah bəndəsi bunu bilmək istəyənlərə təkcə bir məlumat kimi yox, həm də bir öyrədici kimi xırdalayır. Çalışır ki, heç nə gözdən yayınmasın, çalışır ki, hər şey onun müsafiri özününküləşdirə bilsin, özü ilə apara bilsin. Ən maraqlısı budur ki, o, söylədiyi hər bir bilgini mütəxəssis kimi yox, sadə bir insan, bir vətəndaş kimi çatdırır. Bunun özü də həmin təbii qaynaq təsiri bağışlayır adama. Elə bilirsən ki, sən artıq bu bilgilərin içərisindəsən. Necə deyərlər, Əhməd bəy bütün imkanlarını, bacarığını, müsafirini bu torpağa yad kimi yox, doğma adam kimi, buranın övladı kimi bağlamaq istəyi ilə söyləyir. Bu da şəxsən mənə daxili rahatlıq gətirir, özümü burda qərib hiss etmirəm. Elə bilirəm ki, Şuşadayam, Laçındayam, Kəlbəcərdəyəm. Sadəcə, yanımdakı şuşalı, laçınlı, kəlbəcərli dostum, qardaşım yox, Əhməd abidi. Sanki o da mənim ürəyimi oxuyur, düşündüklərmii, hansı hisslər keçirdiyimi anlayıb üzümə təsəlliverici bir təbbəssümlə baxıb deyir:
- Abi, narahat olma, səninlə birlikdə oralarda da gəzəcəyik. Orda da sən mənə söyləyəcəksən hər şeyi - bulaqları, meşələri, çayları tanıdacaqsan... Orda da mən şəkillər çəkəcəm...
Bəli, bu, onun ürəyinin böyüklüyünün göstəricisidi, bu onun ürək oxumaq, fikirləri duymaq istedadının təzahürüdü. Və mən də bütün bunları həm anlayıram, həm də bütün bunların mütləq gerçəkləşəcəyinə inanmağa çalışıram. Səmimi deyim ki, biz Yaşıl Vadidə bir çayın kənarında əyləşib mənzərəni seyr edənə qədər mən daxilimdə bir ikiləşmənin əsirinə çevrilmişdim. Ürəyimin yarı hissəsinin həsrətini çəkdiyim yerlər, yarı hissəsinin indi üzərində gəzdiyim bu torpaqların gözəlliyi zəbt etmişdi. O gözəlliklə o həsrət üz-üzə dayanmışdı. Ona görə də inanmağa çalışırdım. Nəhayət, digər abim İbrahim hoca çox təmkinli bir şəkildə dedi ki:
- Abi, sən ikinci vətənindəsən. Çox da üzülmə. Bizim bütün dualarımız mütləq öz yerini alacaq. Allahın köməyi ilə biz də sənin müsafirin olacağıq.
Bəli, həm Allahın köməkliyi ilə, həm də bizim iradəmizlə o həsrətə son qoyulacaq. Buna mən seyr etdiyim, havasını, suyunu daddığım Yaşıl Vadidə əmin oldum və elə ordaca onu da anladım ki, bu gözəlliyi onun sakinləri təkcə sevmirlər, həm də onu qoruyurlar, onu daha da gözəlləşdirməyə, daha da cilalamağa çalışırlar. Ona görə də onların sevgisi tükənmir, onların bu gözəlliyə bağlılığı, vurğunluğu şaxələnir. Yaxşı ki, onlar elə bu yolu seçdilər. Yəni təkcə sevmək yox, həm də o sevgini qoruyub artırmaq...
Görünür, bizim ən böyük günahlarımızdan biri də o oldu ki, biz Şuşanı sevdik...Laçını sevdik... Kəlbəcəri sevdik... Ağdamı sevdik... Füzulini sevdik... Xocavəndi sevdik... Bir sözlə, itirdiyimiz hər yeri sevdik. Amma o sevdiyimizi, o sevgimizi qorumadıq, cilalamadıq, şaxələndirmədik. Ona görə də uğrunda şəhid olmağı bütünlüklə bacarmadıq... Nə isə....
Mən həmin o Yaşıl Vadini seyr edə-edə özümdən asılı olmadan pıçıldadığım misraları Əhməd bəy elə bil yaddaşına yazırdı. Çünki o, maşında yolumuzu davam etdirəndə həmin misraların bir-ikisini mənim özümə söylədi.

Baxdım,
baxdım
gözlərim
axıb getdi -
Uzungöldə...
Axan gözlərimə,
durulan hislərimə
ləpələr pıçıldadı:
- seyr etdiyin
bu gözəlliyin
içində
hər gün
doğul da, öl də!
Bil ki,
Cənnətdə olacaqsan!

***
İnsan yaddaşına nəyisə köçürəndə yəqin ki, ilk anda onun fərqinə varmır. Çünki yaddaşa köçən özü də ilk anda nə üçün, hansı məqsəd, yaddaşa yazıldığını pıçıldamır, büruzə vermir. Bu, az qala mexaniki bir proses olur. Müəyyən zaman keçəndən sonra, necə deyərlər, söz-sözü çəkəndə, hansısa oxşar hadisə baş verəndə... Bax, onda yaddaşa yazılan səsini çıxarır, özünü göstərir. Onda başlayırsan yaddaşındakını gözünün önünə gətirməyə, vərəqləməyə... Onda başlayırsan həmin o yaddaşın kitabındakının mahiyyətinə varmağa. Məhz bundan sonra sənin üçün həm xoş, həm də nostlaji bir hissin heç kəsin eşidə bilməyəcəyi musiqisi səslənir. Sən o musqini ürəyinlə dinləyirsən, ürəyinlə eşidirsən. Təbii ki, ürəyin o qabiliyyətdədirsə. Təbii ki, mən böyük hərflərlə yazılan insanı düşünüb gözümün önünə gətirib bu incə mətləbi vurğulayıram, o həssas nöqtəyə toxunuram. Əks halda, top səsiylə tar səsini fərqləndirməyən üçün bunun heç bir önəmi yoxdu...
Bəli, indi üstündən iki aya yaxın bir vaxt keçən həmin tarixi mən təsadüfdən xatırlamadım. Arxada qalan çərşənbə axşamı tələbə dostlarımla yığışmışdıq. Oturub ötən günlərdən, illərdən danışırdıq. Söz sözü çəkdi və dostlarımdan biri olan Mehmanın söylədiyi bir xatirə məni məhz bu mövzuya köklədi. Əslində Mehmanın söylədiyi xatirənin içərisində mən də var idim, mən də məhz onun diqqəti və qayğısıyla həmin o yerdə, həmin o məclisdə, həmin o gəzintidə iştirak etmişdim. Ona görə də Mehmanın söylədikləri məni təzədən Yaşıl Vadiyə, Uzungölə, Məryəm ana monastrına, Ziğana dağına və bütövlükdə Trabzona aparıb çıxardı. Mən də həmin məclisdən sonra bütün gecəni həmin o təəssüratın, xatirənin içərisində ilişib qaldım. Tam səmimiyətlə etiraf edim ki, həm Mehmana minnətdar oldum, həm də o yerləri gedib görməyimə təşəbbüsçü, səbəbkar olan Əhməd bəyə! Axı mən həmin səfərimdə həm də Şuşanı, Laçını, Kəlbəcəri "gəzib" gəlmişdim. Deməli, mənim həsrətini çəkdiyim yerlərlə bağlı xatirələrim də təzələnmişdi. Ona görə də məhz Trabzonda yazdığım bir şeiri yadıma saldım.

Asta-asta
tələsmədən
gəzib dolaşıram
heç nə
və heç kimi
axtarmıram -
tanımadığım küçələri...
Sadəcə
maraqla baxıram
hər şeyə
və hər kəsə -
yaddaşıma
köçürə-köçürə
gördüklərimi
həm də yanımdan
ötüb keçənləri...
Bütün bunlar
həyatımın
bəlli
bir Trabzon xatirələri...

Hə, bilmirəm, bu xatirələrim sizlər üçün nə qədər maraqlı oldu. Amma tam səmimiyyətlə etiraf edirəm ki, bu dünyada Allah hər şey cüt yaradıb, hər şeyin əkiz tayı, hər şeyin tam yarı hissəsi var. Ona görə də məni düzgün anlayın. Mən gördüklərimi indinin özündə də düşünürəm ki, o məmləkətə getməmişdən öncə də görmüşdüm. Sadəcə, orda gördüklərim burda gördüklərimin əkiz tayı olmaqla yanaşı daha böyük, daha əzəmətli və daha coşqulu parçası idi. Tanrı o yerlərə qıymasın! Tanrı o yerlərin əkiz tayını, oxşarını qaytarmaqda bizə yardımçı olsun! Mənim istəyim, mənim diləyim ancaq budur.




YAZARIN ARXİVİ

2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-09-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK