ANA SƏHİFƏ / YAZARLAR

YANAR ÜRƏK...

20247    |   2010-02-13 01:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hər şey ürəkdən gələndə gözəl olur. İnsan güləndə də, ağlayanda da deyirlər ki, o ürəkdən gələn səsdir. Hətta belə bir deyim var: "Gözdən yaş çıxarmı ürək yanmasa". Deməli, insan hara gedirsə getsin, hansı səmtə üz tutursa tutsun, mütləq ürəyinin səsini, çırpıntısını eşitməlidir.
   
   Bu gün millətimizdə kitaba, oxumağa maraq o qədər də çox deyil. Bəlkə də bu insanların bir tikə çörək dalınca qaçması və yaşayış uğrunda mübarizə aparması ilə bağlıdır. Amma buna baxmayraq, yenə elə kitablar var ki, onları axtarırlar və oxuyurlar. Mənim dostum şair Xaqani Ayxan balalarını dolandırmaq üçün kitab satır. Deyir ki, ən çox da alınan kitab Ramiz Rövşənin "Nəfəs kitablar kitabı"dır. Düzdür, tez-tez ondan Aqil Abbasın "Dolu" romanını da soruşurlar. Belə olanda Xaqani Ayxan deyir ki, o kitabdan özüm də axtarıram, tapa bilmirəm. Amma oxumağa məndə başqa kitablar var. Mən də marağımı gizlədə bilməyib onun satdığı kitabların arasında bir kitaba baxdım və sonra da pul verib aldım. Bu tanınmış şair və tərcüməçi Əli Vəkilin "Narahat ürək" kitabıdır. Öncə onu qeyd edək ki, Əli Vəkilin ona yaxın kitabı müxtəlif vaxtlarda işıq üzü görüb. Amma "Narahat ürək" dastan-poemada tamamilə başqa bir ağrı, başqa bir kədər təsvir edilib. Belə ki, bu kitabda Azərbaycanın son 20 ildə rastlaşdığı müsibətlər, faciələr poetik dillə, obrazlı şəkildə təsvir edilib. Çox maraqlıdır ki, kitaba ön sözü filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov ön söz yazıb. Bu da səbəbsiz deyil. Çünki Nizami Cəfərov çox yaxşı bilir ki, Qərbi Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı, "20 Yanvar", Xocalı faciəsi və Qarabağ torpaqlarının zəbti, işğalı millətimizin ürəyinə hansı yaraları vurub. Bu haqsızlığa və işğala dözməyən neçə-neçə oğullar əlinə silah alaraq düşmənlə mübarizəyə qalxıb. Bəziləri isə bu xalqa, bu millətə maddi və mənəvi dayaq durub. Yəni ağzındakı son tikəni də didərgin düşmüş, ev-eşiyi dağılmış, yurdu işğal olunmuş insanlardan əsirgəməyib. Dastan-poemanın qəhrəmanı Kamil Rəcəb (Babayev) əslən Göyçə mahalının Qaraqoyunlu kəndindəndir. Şair Əli Vəkillə Kamil Rəcəbin atası dostluq ediblər və hər iki ağsaqqal Böyük Vətən müharibəsinə gedir. Əli Vəkilin atası müharibədən qayıtmır. Elə bu kədər və bu nisgil üzərində qurulan dastan-poema insanları mübarizəyə və son ana qədər döyüşə səsləyir. Poemanın qəhrəmanı Kamil Rəcəb Goranboyun Qızıl Hacılı kəndində dünyaya gəlib. Sonradan o yenidən dədə-baba yurdu Göyçə mahalının Qaraqoyunlu kəndinə qayıdır. Bir müddət Özbəkistanda daxili işlər orqanlarında milis zabiti işəlyib. Sonra Almalı şəhər prokurorluğunda müavin vəzifəsində çalışıb. Amma orda erməni Robert Çobanyan ona göz verib işıq vermir. Ona görə də Kamil Rəcəb məhkəmə sisteminə keçib. Vətənin ən ağır günündə yenidən Azərbaycana qayıdıb və burda "Ağrıdağı" Xeyriyyə Cəmiyyətinin yaradıcılarından və təsisçilərindən biri olub. Onun narahat ürəyi həmişə itirilmiş torpaqların yanında, didərgin düşmüş insanların yanında olub. Poemanın bu misralarını oxuyanda bir daha inanırsan ki, insanın heç vaxt yadından doğulduğu torpaq, işğal olunan yurd çıxmır:
   
   
   
   Dünən itirəndə ulu Göyçəni,
   
   Narahat ürəyə tablaş, döz, deyib.
   
   Görüb Qarabağda dümanı, çəni,
   
   Yada qaldı yaylaq, dərə, düz, deyib.
   
   
   
   Çox maraqlıdır ki, bu misralar hər bir insanın ürəyində əbədi bir iz qoyub. Başqa bir bənddə isə oxuyuruq:
   
   
   
   Ha yalan de, ha haqqı dan,
   
   Yerdə qalmaz bu nahaq qan.
   
   Belə getməz axı dövran,
   
   Ağlama elim, ağlama!
   
   
   
   Əlbəttə, heç vaxt dövran belə getməyəcək. Nə vaxtsa ağlayan gözlər güləcək, itirilən torpaqlar geri qaytaracağıq. Sadəcə olaraq möhkəm ürək lazımdır ki, bu dərdlərə dözsün və həmin günə gedib çata bilsin. O da Allahdan asılıdır.
   
   
   
   ***
   
   Bir dəfə İbrahim peyğəmbərin qapısını yoldan keçən bir adam döyür. Deyir ki, acmışam, mənə bir tikə çörək ver. İbrahim peyğəmbər də qonağı içəri dəvət eləyir və ona süfrə açır. Qonaq çörək yeyəndə İbrahim peyğəmbər ondan soruşur ki, sən Allahı tanıyırsan, yoxsa yox?! Qonaq da deyir ki, Allahı tanımıram. Bu söz İbrahim peyğəmbəri bərk tutur və o qəzəblənir. Qonağa deyir ki, Allahı tanımayan adam heç vaxt mənim çörəyimi yeyə bilməz, dur çıx mənim evimdən. Qonaq da bir şey demədən durub çıxır. Qonaq qapıdan çıxanda Allah-Təaladan İbrahim peyğəmbərə vəh gəlir ki, niyə o insanın qəlbini qırdım və bir tikə çörək verib yeməyi zəhər elədin? İbrahim peyğəmbər də deyir ki, Allahı tanımayan adam mənim çörəyimi yeyə bilməz. Yenidən Allahdan ona vəh gəlir. Bildirilir ki, təcili o qonağı geri çağırsın və onu axıra qədər çörək yeməyə şərait yaratsın. Əgər İbrahim peyğəmbər bunu eləməsə, peyğəmbərlik ondan alınacaq. İbrahim peyğəmbər tez çölə çıxıb görür ki, qonaq dəvənin belindədir. Nə qədər yalvarır bu adam dəvənin belindən düşmək istəmir. Deyilənlərə görə də İbrahim peyğəmbər çox cüssəli və güclü adam olub. O güc sayəsində dəvənin qarşısını kəsir və qonağı onun belindən düşürüb evə aparır. Qonaq yenidən süfrə arxasında əyləşir və doyunca çörək yeyib ondan razı halda evdən çıxır. Sonra İbrahim peyğəmbər də rahatlaşır və Allah-Təaladan yenidən ona vəh gəlir ki, heç vaxt insana çörək verəndə onun başına nəyisə qaxmaq lazım deyil. Sənin qonağın olan o bəndənə məni tanımadığı halda 60 ildir çörək verirəm və bir kəlmə də bir şey demirəm. Bəs sən peyğəmbər niyə kiməsə çörək verəndə başına qaxırsan? O da deyir ki, Allahım o bəndə səni tanımadığına görə elə elədim. Mən heç vaxt kiməsə verdiyim çörəyi qaxınc eləmərəm.
   
   Amma bu gün yenə bəzi insanlar, hətta imkanı çox-çöx böyük olan adamlar başqalarına bir tikə çörək verəndə yüz dəfə həmin adamın boynuna minnət qoyur. Çörəyi də verən Allahdı, onu yetirən də. Əgər bir imkanlı adam hansısa kasıba əl tutursa, onun müqabilində həmin insan Allah-Təala tərəfindən öz ərmağanını alır. Ona görə də imkanlı adamlar kiməsə çörək verəndə və onlara əl tutanda qətiyyən qaralmasınlar. Çünki Allah-Təala onların əl tutmağı müqabilində yenidən ruzisini həmin insana göndərəcək.
   
   
   
   ***
   
   Təxminən iki həftə bundan qabaq belə bir yazı qələmə almışdım: "Qan pulu". Həmin yazıda müxtəlif tikinti təşkilatlarında işləyən fəhlələrə qarşı olan hüquq pozuntularından, qanunsuzluqlardan və özbaşınalıqlardan söhbət açmışdıq. Söhbət açmışdıq ki, əksər tikinti şirkətləri işə götürdükləri fəhlələrlə müqavilələr bağlamır, onları sığorta elətdirmir və təhlükəsizlik texnikasını lazımi səviyyədə həyata keçirmirlər. Bu da ayrı-ayrı fəhlələrin tikinti zamanı yüksək mərtəbəli binalardan yıxılaraq xəsarət almasına və ölməsinə gətirib çıxarır. Bu yazımızdan bir neçə gün sonra Bakıda "göydələnləri" inşa edən tikinti şirkətlərinin birində inşaat işləri görən fəhlə ayağının altındakı dayağın sürüşməsi nəticəsində yeddinci mərtəbədən yıxılıb və həmin inşaat materialları onun üstünə aşıb. İkinci mərtəbədəki fəhlələr yüngül xəsarət alsa da, yeddinci mərtəbədən yıxılan və tikinti materiallarının altında qalan fəhlələrdən biri dünyasını dəyişib. Dünyasını dəyişən fəhlənin qardaşı (o da həmin tikintidə işləyirmiş) ağlaya-ağlaya deyirdi ki, yuxarıdan yerə düşən taxta parçaları mənim və iş yoldaşlarımın da üstünə düşmüşdü. Ancaq biz birtəhər üstümüzə düşən həmin tikinti materiallarının arasından çıxa bildik. Yük ağır olduğuna görə, qardaşım ordan çıxa bilmədi və dünyasını dəyişdi.
   
   Hər həftə olmasa da, ayda iki-üç dəfə Bakıdakı və eləcə də digər yerlərdəki tikinti şirkətlərində inşaat işləri görən fəhlələr ya yıxılmalı, ya xəsarət almalı, ya da ölməlidirlər. Bəs buna kim cavabdeh olmalıdır? Bir həftə bundan qabaq Xırdalandakı "Viləş" MKT-də də faciəli hadisə baş verib. Belə ki, tikintidəki oksigen balonunun partlaması nəticəsində bir neçə nəfər ağır xəsarət alıb. Onlardan üçünün vəziyyəti daha ağır olub. Vəziyyəti daha ağır olanlardan birinin iki ayağını kəssələr də, onun həyatını xilas etmək müşkül işə çevrilib. Həmin fəhlə dünyasını dəyişib və doğulduğu rayona aparılıb. Tikintinin iş icraçısı isə çox soyuqqanlılıqla bildirib ki, bizim heç bir günahımız yoxdur. Görünür, oksigen balonu köhnə imiş, ona görə partlayıb. Çox qəribə məntiqdir, bəs iş icraçısının vəzifəsi nədən ibarətdir? Məgər o bilmirdi ki, tikintiyə gətirdikləri həmin balonlar təhlükəlidir, ya yox?! Hansı ki, mövcud qanunla tikintiyə gətirilən bu cür balonlar mütəxəssislər tərəfindən yoxlanılmalı və ondan sonra həmin balonlar tikinti təşkilatlarına aparılmalıdır. Görünür, bu dəfə də iş icraçısı və tikinti şirkətinin rəhbərliyi özlərini sığortalamaq istəyirlər. Hansı ki, həmin şirkət fəhlələri heç sığorta da etdirməyib. Belə olanda onlar zərərçəkmişin adamlarına qəpik-quruş ödəyirlər.
   
   Başqa bir bədbəxt hadisə isə bu günlər Nərimanov rayonunun ərazisində tikinti işləri görən Türkiyənin "DİA Holdinq" şirkətlər qrupunda baş verib. Burda da qaldırıcı kranın aşması nəticəsində əslən Şəkidən olan bir fəhlə onun altında qalaraq dünyasını dəyişib. Təəssüf ki, bu cür ağır faciələr və qanlı hadisələr tikinti şirkətlərinin rəhbərlərinin heç tüklərini belə tərpətmir. Onlar bir çox halda bildirirlər ki, tikinti prosesləri zamanı bu cür halların baş verməsi gözləniləndir. Bəs görəsən, tikinti təşkilatlarının vəzifəli şəxsləri bu cür gözlənilən məsələləri niyə vaxtında yoluna qoya bilmirlər? Hətta istehsalat zamanı xəsarət alan və dünyasını dəyişən bədbəxt insanların əməlinə bir hüquqi don da geyindirilir. Guya tikintidə nə desən baş verə bilər. Təki onların işləri yaxşı getsin. Amma heç də adamın belə qanunsuz və məsuliyyətsiz işlərə görə vəziyyəti həmişə normal olmur. Ən azından ona görə ki, günlərin birində insanların taleyi ilə oynayan, onların həyatına laqeyd yanaşan belə tikinti şirkətlərinin rəhbərlərini çək-çevirə salan tapılacaq. Düzdür, onlar bir çox halda sudan quru çıxmağa öyrəşiblər, amma sel gələndə onun qabağından qaçmaq və xilas olmaq heç də asan deyil. Görünür, yolunu azmış bəzi tikinti şirkətlərinin vəzifəli şəxsləri elə bu seli gözləyir.


YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-01-18
2018-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir gün üç tənbəl istidə yol gedirlər. Görürlər ki, armud ağacı var. Armud ağacının kölgəsinə uzanırlar.
Tənbəlin biri deyir ki, nə bu armud qırıla düşə ağzıma yeyəm. O biri deyir nə məni aparıb o göldə çimizdirib gətirələr bura. O biri tənbəl:
- Ərinmirsiniz danışırsınız.



digər lətifələr
ARXİV
FACEBOOK