ANA SƏHİFƏ / YAZARLAR

BİR FUTBOLÇUNUN ANTALYA DÜŞÜNCƏLƏRİ

18098    |   2010-01-09 05:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


   
   Payız gələndə quşlar uçub gedir, qışda isə futbolçular. İndi Bakıda dərman üçün bir futbolçu tapa bilməzsən. Bütün klubların qapısı bağlanıb. Hamı Türkiyənin kurort şəhərlərindədi. Təkcə Zaqatalanın "Simurq" komandası Türkiyəyə getməyib. Amma "Simurq" da Bakıda deyil, Gürcüstana uçub. Klubun Ukraynadan olan baş məqçisi Roman Pokoranın Antalyaya getməklə heç arası yoxdu. Deyir mənə Gürcüstanda da pis deyil. Pokora belə hesab edir ki, Türkiyəyə tez-tez getməklə futbolçu yetişsəydi indi gərək bizimkilərin hamısı stadionda Arda Turan kimi top qovaydı.
   
   Nə isə, klublarımız Türkiyədə məşqdə və kefdədilər. Deyilənə görə, bu dəqiqə Antalyada hara boylansan bizim futbolçuları görə bilərsən. Antalyanın bəxti bütün fəsillərdə gətirir də. Yayda mahnı oxuyanlarımız ora gedir, qışda futbol oynayanlarımız. Hələ mən fit çalanlarımızı demirəm. Axı, hakimlərimiz də tez-tez özlərini Antalyaya tərəf verirlər. 10-15 gün hazırlıq keçib geri qayıdırlar.
   
   O gün elektron ünvanıma maraqlı bir yazı "qonub". Yazılanlardan belə başa düşülür ki, onu klublarımızın hansındasa top qovan futbolçu qələmə alıb. Qələmə alıb deyəndə bir az böyük səslənir. Futbolçu Tolstoy, Çexov və yaxud Markes deyil ki, nəsə qələmə ala bilsin.
   
   Elektron ünvanımdakı həmin yazını qışda yay düşüncələri də adlandırmaq olar. Müəllif-futbolçu Antalya planları barədə qeydlər aparıb. Necə aparıbsa yazı gəlib düşüb mənim elektron ünvanıma. Mən özüm də xeyli təəccübləndim. Təəccübləndim, təəccübləndim, bir də gördüm ki, futbolçunun qeydləri qəzetimizin səhifəsindədi...
   
   "Kef başlayır. Səhər tezdən yenə Türkiyəyə uçuruq. Antaliya, dəniz, istirahət, qızlar. Klub bosslarına eşq olsun, həmişə olduğu kimi yenə bizi Antalyaya aparırlar. Ciblərinin ağzını açıblar, ürəyin istədiyin qədər ye-iç, gəz. Bu dəfə də beşulduzlu oteldə yerimiz hazırdı. Düzdü, otelin adını dəqiq bilmirəm. Uşaqlardan soruşdum, nəsə qəliz bir ad dedilər, yadımda qalmadı. Yəqin həmişəki kimi "bomba" otel olacaq. Qoy Antalyaya çatım. Çətini ayağım yerə dəyənəcəndi. Antalyaya çatan kimi, ötən il tanış olduğum rus qızlarını tapmalıyam. Görən çalışdıqları oteli dəyişməyiblər? Çempionatın oyunları məni yaman yorub. Stress atmağa əməlli-başlı ehtiyac var...
   
   Bakıdakı tanış qızlardan canım yaman qurtardı. Səhər tezdən mobil telefonu açmağa peşman olurdum. İnsana nə qədər zəng edər, mesaj göndərərlər? Qayıdan kimi Antaliya şəkillərini onlara göndərəcəm. Qoy görsünlər ki, necə oğullar var. Amma qayıtmaq barədə fikirləşmək hələ tezdi. Dincəlmək, dincəlmək, yenə dincəlmək. Deyəsən Lenin bir zamanlar buna bənzər sözlər demişdi. Lenin yadıma düşmüşkən, rus qızları görən yenə həmin oteldədilər?
   
   Başım ayılan kimi alış-veriş üçün dükanları gəzmək lazım gələcək. Babat endirimlər olsa evdəkilərə pal-paltar almalıyam. Balaca qardaşım tapşırıb ki, dəbdə olan plaşı almasam geri qayıtmayım. Maşınımı təmir edən usta da bir yandan məni bezdirib. Rəcəb İvedikin filmləri olan diskləri istəyir. Elə yalvarır ki, adamın lap ürəyi ağrayır. Kino demişkən, Antaliyada Ceyms Kemeronun yeni çəkdiyi "Avatar"a hökmən baxmalıyam. "Titanik"i çəkəndən sonra bu rejissora heyran olmuşam. Görəsən, "Avatar"da nə qiyamət qoparıb...
   
   Gözəl Antalyanın özü elə bir kinodu. Hələ mən gecə restoranlarda, barlarda yaşananları demirəm. Elə ki, bara girirsən bir "KAMAZ" qız adamın gözünü qamaşdırır. Bu dəfə də onlardan beş-altısı ilə tanış olmaq lazımdı. Qoy görsünlər analar necə oğullar doğub. Dost-tanışa danışmaq üçün yeni sərgüzəştlər lazımdı, ya yox. Türklər demiş, sıkı dur Antalya, gəlirəm...".
   
   Futbolçunun qeydləri burda bitir. Yenə də bilmirəm ki, tanımadığım adamın yazdıqları mənim elektron ünvanıma necə gəlib düşüb, yazını kim göndərib. Sözün açığı, bir-iki futbolçudan şübhələnirəm. Amma bununla uğraşıb başımı ağrıtmaq istəmirəm. Yaxşısı budu hövsələmi basıb, futbol çempionatında fasilənin bitməsini gözləyim. Fasilədən sonra çox maraqlı oyunlar olacaq...


YAZARIN ARXİVİ

2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-01-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Maarif Soltanın İsmayıllıdakı kənddəki evinə bir sarsaq pişik dadanıbmış, şairi yığıbmış boğaza. Aparıb pişiyi meşədə azdırır, gəlir görür ki, pişik evdədi. Aparıb bir az uzaqda azdırır, gəlir görür ki, yenə ondan qabaq gəlib, evdədi. Aparıb "Qız qalası" tərəfdə meşədə azdırır, yenə qayıdıb görür ki, ondan qabaq gəlib.
Axırda hirslənib aparır Babadağının ən ucqar bir yerində azdırır. Bir neçə saatdan sonra xanımına zəng edir:
- Pişik gəlib çıxıb?
- Hə.
- Ver telefonu pişik oğlu pişiyə.
- Neynirsən?
- Neçə saatdı azmışam, qoy yolu soruşum.




digər lətifələr
ARXİV
FACEBOOK