viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri hacklink Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | PEYĞƏMBƏRLƏR QƏRİB OLUR?!... Adalet.az | PEYĞƏMBƏRLƏR QƏRİB OLUR?!... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

PEYĞƏMBƏRLƏR QƏRİB OLUR?!...

21640    |   2009-11-21 02:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sakit sular qorxuludu. Dibində hər bir canlını öz cənginə çəkib uda biləcək bataqlığı, əl-ayağa dolaşan lili ola bilir. Belə suların zahiri sakitliyi, duruluğu, güzgü kimi saflığı aldadıcıdı, qoynunda isə həyat yoxdu. Aşıb-daşan, çağlayıb-coşan, qabağına gələni vurub-yıxıb, dağıdıb məhv edən sellər, sular bulanıq, hay-küylü olsa da, xisləti bəllidi, aldadıcı deyil. Bilirsən nədi, bacarırsan özünü qoru... Gözünlə görə bildiyin təhlükəli deyil...
   
    Cəmiyyət həyatı da belədi. Durğunluq təhlükəlidi; altında müdhiş şeylər gizlənə bilir. İnsanın içində yatıb qalanlar da həmçinin. Bildiklərini sənin beyninə, ruhuna doqma kimi yeridiblərsə, dəyişdirici, yaradıcı qabiliyyətini ya şikəst ediblər, ya da birdəfəlik öldürüblər demək. Sən də susub oturmusan. Nəyi dəyişəcəksən? Sənə qədər hər şeyi öz yerinə qoyublar sanki. Öz yerinə qoymasalar da, səni buna inandırıblar. Amma bir tərpəniş, bir işartı kifayətdir ki, yatmış, öləzimiş duyğular oyansın, mürgüləyən hisslər qaynayıb-coşsun...
   
    Hər gün qəzetlər çıxır, çeşidli yazılar az və ya çox dərəcədə diqqət çəkir, maraq doğurur. Bəzən bir yazıda toxunulan, bəlkə də ilk baxışdan sadə görünən fikir geniş rezonans doğura bilir. Dəxli yoxdu; istər bütöv cəmiyyət olsun, istərsə də bir nəfərin düşüncələri. Çox olub ki, oxuduğum iri-iri yazılar, cild-cild kitablar mənə heç nə verməyib. Bəlkə də nə verdiyini dərk edə bilməmişəm. Amma arada bir yazının bir cümləsi belə düşüncələrimi tamam zəbt edə, duyğularımı silkələyə bilib. "525-ci qəzet"in 31 oktyabr 2009-cu il tarixli şənbə nömrəsində professor Zemfira Səfərovanın " Şərqlə Qərbin möhtəşəm vəhdəti" adlı yazısında belə bir deyim işlənib: " Öz məmləkətində peyğəmbər yoxdur..." Cümlə sanki şimşək kimi beynimdə çaxıb məni indiyəcən narahat edən çox mətləblərə işıq tutdu. Yazı dünya şöhrətli bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə haqqındadı. Məqalədən aldığım təəssüratlar barədə bir qədər sonra. İstəyirəm mövzuya bir qədər uzaqdan gəlib çıxam...
   
   
   
   ***
   
   
   
   - Sən professor Rafiq Əliyevi tanıyrsan?
   
   - Tanıyıram...
   
   - Onun haqqında nə bilirsən?
   
   Bildiklərimi danışıram. O da öz yaddaşında olanları mənim bildiklərimə əlavə eləyir. Məlum olur ki, heç birimiz bu istedadlı insan haqqında geniş bilgiyə malik deyilik. Yenə də bildiklərimizi müzakirə edir, Lütfi Zadəyə qədər gedib çıxırıq. Ən nəhayət ikimiz də eyni fikrə gəlirik ki, əgər Rafiq Əliyev xaricdə yaşasaydı... Bax, bütün ağrı-acılar da elə bu üç nöqtədə gizlənən mətləblərdədi... Adam elə buradaca bütün sakit suları bulandırıb aləmi bir-birinə qatmaq istəyir. Bəs, bu aləm dediyimizin içində nələr baş verir?!
   
   Hamıya bəlli olan şeylərdən uzun-uzadı danışmağa gərək yoxdu. " Lider" TV-də " Zəif bənd" adlı bir intellektual oyun gedir. Bu oyun yaşadığımız cəmiyyətin kiçik modelidi. Çox dəqiqliklə əks etdirir o "aləm" dediyimizin içindəkiləri. Baxanda əsəbiləşirsən, sonra sakitləşib oturursan." Niyə təəccüblənirəm ki? Burda qeyri-adi nə var?" Kim düşünübsə, çox ağıllı variant tapıb. Bilikli, istedadlı olana aman vermə. İstər təkbaşına, istərsə də özün kimilərlə birləşib axırına çıx. Qorxduğunu aradan çıxart, özün kimisiynən, özündən də zəifnən üz-üzə qal. Həyəcanlanma, zehnini çox da gücə salmayacaqsan. Qarşındakı dünəndən məğlubdu. Bundan sonra da biliyini artırmağa, təzə şeylər öyrənməyə ehtiyac qalmayacaq. Çünki ətrafda hamı sənin tayındı. Ayağından çəkib yıxdığınız da daha bundan sonra elm, savad dalıycan getməyəcək. Ona elə dərs vermədiniz ki,.. Haqq-ədalət naminə nə var, tüpür getsin. Çünki bunun heç kəs haqq-hesabını sormayacaq. Bu dünyada sormadılarsa, o dünyadan da arxayın ol, adını da tutmayacaqlar...
   
   Ağlım kəsəndən "güclü bənd"lərin vurğunu olmuşam. Belə bəndlər qadındısa, tanımaq, öyrənmək, yaxşı nələri varsa, özümdə tərbiyə etmək istəmişəm. Tarixdə qalanlardan danışmayacağam. Məktəb illərində akademiklər Validə Tutayuq, Ümnisə Musabəyova, İzzət Orucova, tarixçilər Məşədxanım Nemətova, Sara Aşurbəyli, rəssam və heykəltəraşlardan Maral Rəhmanzadə, Münəvvər Rzayeva, Elmira Şahtaxtinskaya, sənətinə vurulduğum neçə-neçə müğənni və aktrisaların həyatı , yaradıcılığı haqqında oxumaqdan doymazdım. Son illərdə tarixçi alim Fəridə Məmmədova haqqında baxdığım verilişi hələ də həyəcanla xatırlayıram. Elm və sənət sahibləri arasında bir nəfərə xüsusən çox incə və zərif duyğular bəsləyirəm. Professor Gülrux Əlibəyovaya. Məktəb illərində " Ulduz" jurnalının ilk nömrəsində görüb tanımışdım bu xanımı. Beş-altı yaradıcı şəxslə ( onlardan yalnız Anarla Araz Dadaşzadə yadımda qalıb) birlikdə " Ulduz"un suallarını cavablandırmışdılar. Elə şəkildən necə gözəl və incə zövqlü bir xanım olduğu bəlliydi. Bir cümləsi də hələ yadımdadı: " Çox oxuyuram, çox əzab çəkirəm"... Gülrux xanımı həyatda görməsəm də, onunla bağlı bir xatirəm var. Redaksiyamızın əməkdaşlarından biri sonralar Sabirabadın tarix-diyarşünaslıq muzeyində işə düzəlmişdi. O zaman muzey təzə tikilmiş mədəniyyət sarayında yerləşirdi. Təzə bina yaxşı qızdırılmır, qışda çox soyuq olurdu. Keçmiş iş yoldaşım deyir ki, bir qış gününd bərk-bərk bürünüb oturmuşdum. Muzeyə bir qadın gəldi. Məni görən kimi " cavan gəlinsən, niyə belə büzüşüb oturmusan?" deyə soruşdu. Cavab verdim ki, soyuğa dözümüm yoxdu, tez-tez qrip oluram. " Mən də sənin kimiydim. Az qala hər ay qrip olurdum, heç bir dava-dərman da kömək eləmirdi. Axır ki, çarəsini tapdım. Başladım idman eləməyə. İndi on ildi ki, xəstələndiyim yadıma düşmür". İş yoldaşım Gülrüx xanımın dediklərini bəlkə də çoxdan unudub, amma mən həmin gündən ona bir də vuruldum. Və onun dediklərinə əməl eləməyə çalışdım. Həm savadlı, həm xeyirxah, həm də gözəl və baxımlı xanımlar həyat idealımdı. Öz gücünə, çalışqanlığına güvənərək heç kəsə boyun əyməyən, Tanrının ona bəxş elədiyi gözəllik və incəliyi heç nəynən dəyişməyən, qəlbini və sevgisini hər şeydən uca tutan, gözəlliyi və duyğularıynan alver etməyən hər qadın göylərin nemətidi. Təəssüf ki, cəmiyyətimizdə belələrini çox amansızcasına " zəif bənd"ə salmağa çalışır, bütün özəlliklərinə göz yumurlar. Bununla millət nələr itirdiyini bir dərk etsə...
   
   
   
   ***
   
   
   
   İndi də gəlirəm Zemfira xanımın yazısına. Öz məmləkətində peyğəmbər olmayan daha bir istedadlı, incə və cazibədar bir xanım. Bəstəkar Firəngiz Əlizadə. Cümlədən cümləyə həyəcanım, heyranlığım artır. Bunlar artdıqca içimdə saysız-hesabsız suallar baş qaldırır. Bu zərif məxluqun qazandığı dünyaca şöhrəti ancaq kiçik-kiçik xəbərlərlə qeyd eləmişik bu uzun illərdə. Doğrudanmı, o özünü bizə tanıtmaqçın dünyanı dolaşmalıydı? Dolaşmalıydı ki, öz doğma məmləkətində də istedadını təsdiqləyə bilsin?! Görəsən, biz nə vaxt gözümüzün qabağında olana qiymət verməyi öyrənəcəyik?! Görəsən, bu günümüzdə də özünü vətənində təsdiqləməkçin neçə rafiq əliyev, firəngiz əlizadə dünyanı dolaşır?!


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-07-20
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK