viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri hacklink Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | ...YALVARMA! Adalet.az | ...YALVARMA! Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

...YALVARMA!

18578    |   2009-09-26 01:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Gündə neçə dəfə o kadrlar göstəriləndə, heç bilmirəm, başımı götürüb bu dünyanın harasına qaçım. " Carçı" xəbərlər proqramının ( İTV) başlandığı görüntüləri nəzərdə tuturam. Doğrudanmı, bu bizik?! Cəmi 20 il əvvəl kosmosa ilk cığır açan ( bu yerdə pafossuz keçinə bilməyəcəyəm) Sovetlər Birliyinin ən nüfuzlu (!) vətəndaşları olan, "qara qızıl"ı, " ağ qızıl"ı ilə, elmi, təhsili, mədəniyyəti ilə fərqlənən, öyünən millətikmi?! Şişib göyərmiş sifətlər, donmuş, sarğılı ayaqlar, saç yolub sinə dağıdan qadınlar, ağlar gözlü qız-gəlinlər, çarəsiz, başıaşağı kişilər... Bizə nə oldu? Kim bizi bü günə saldı?! At belində dikəlib yayı tarım çəkən oğuz ərəni hara, bu görüntülər hara?! Xüsusən, sondakı o mələk üzlü uşaq... Onun sifətindən kədəri silib gülüşü qaytarmaqçın azı yüz dəfə ölüb-dirilməyə dəyər. İlahi, bizsə bu görüntüləri gündə neçə dəfə izləyib gecələr başımızı balışa atıb rahatca yatırıq...
   
   Məqsədimiz- dərdimizi, faciəmizi dünya birliklərinə çatdırmaqdı. Doğrudanmı, dünya birliyinin susması münaqişənin əsl səbəbini bilməməsindən qaynaqlanır?! Xeyr! Susqunluğun səbəbi bizə də, onların özünə də gün kimi aydındı...
   
   
   
   ***
   
   Bilmirəm, təsadüfdü, yoxsa zərurət, " ADA Məclis"in həmin sayına daha diqqətlə baxdım. Məclisin qonaqları arasında " Azərbaycan interneyşnil" jurnalının redaktoru xanım Betti Bleyer də vardı. Redaktor xanım deyirdi ki, Qərbdə meyidləri, aclığı, səfaləti əks etdirən şəkilləri xoşlamırlar. Biz də qaçqınların problemlərini əks etdirməkçin başqa yol tapdıq, şəkillər çəkməyi onların özlərinə həvalə etdik...
   
   Qaçqınların bu işin öhdəsindən necə gəldiklərini deyə bilmərəm, amma Qərbin belə incə mətləblərdə də riyakarlığı, açıq-aşkar tərəfkeşliyi balaca uşağa da bəllidi. " Əzabkeş", " yazıq", " hüquqları tapdanan" qonşularımızı bağrına basması özünü korluğa vuran dünyanın gözü önündədi...
   
   
   
   ***
   
   Adamın dostu da, düşməni də özünə layiq olmalıdı. Bu eyni dərəcədə bütöv xalqlara, millətlərə də aiddi. Mübarizə apardığın tərəfin keyfiyyətləri qazandığın qələbənin möhtəşəmliyini təmin edən ən yaxşı ölçüdü. Vay o gündən ki, düşmənçilik etdiyin tərəf alçaldıcı üsullara əl ata, sən də eyni yolla cavab verməyi özünə sığışdırmayasan, o zaman hansı mübarizədən, hansı qələbədən söz açmaq olar? Xüsusən də bu günkü- mərdliknən namərdliyin qarışdığı dünyamızda. Məclisdə Hafiz Paşayev Betti xanıma xatırlatdı ki, çadırda olarkən qaçqınlar onu ( Betti xanımı) bir stəkan çay içməmiş yola salmadılar. Redaktor xanım da təsdiqləyib əlavə elədi ki, bir qadın təndirdən təzəcə çıxartdığı çörəyi mənə uzatdı. Bu qadın düşünmürdü də ki, bu qonağı tanımıram, o bir tikə çörəyin əvəzinə bütün çörəyi götürə bilər...
   
   Bax, bu bizik! Bizim əsl simamızdı bu! Əli, süfrəsi açıq, gözü-könlü tox, kimsədən düşmənçilik gözləməyən. Bunu ancaq biz bacarırıq. Dostluğu-düşmənliyi bilinməyən, ancaq hər qəpiyinin, bir tikəsinin belə qədrini, hesabını bilən betti xanımlara olanını təklif etməyi... Beş-on ilin didərginliyi, səfaləti millətin zatından, kökündən gələnləri unutdura bilməz.... Su arxa bir də gələr...
   
   Əlində isti təndir çörəyi tutmuş həmin gəlinin şəklini çəkib bütün dünyaya yaymaq olmazdımı?! Olardı! Amma dünyaya bizim yaxşılıqlarımızı göstərmək belələrinə sərfəli deyil...
   
   
   
   ***
   
   Tarix müəllimimiz İran inqilabçısı Xosrov Ruzbehdən danışardı bizə. Deyirdi ki, Xosrov öz edamından bir gün əvvəl ən yaxşı kostyumunu, qalstukunu gətizdirir, sifətini tərtəmiz təraş edir- öz ölümünü beləcə toy-bayram kimi qarşılayır. Şəxsiyyətin ölməzliyi, ruhun cəsurluğu real ölümə belə qalib gəlir. Ruhun gücü taleyin dönüklüyünə boyun əymir, onu istehzaynan qarşılayıb qarşısında dimdik dayanır...
   
   İnsan övladı heç nədən sığortalanmayıb. Nə taleyin üzüdönüklüyündən, nə doğmaların itkisindən, nə amansız xəstəliklərdən, nə də vaxtsız ölümdən. Amma bu olacaqları hərə öz gücünə görə qarşılayıb ötürür. Dərdin özünü zərərsizləşdirməyi bacaranlar da var, ən adi problemdən ötrü dünyanı ah-naləynən dolduranlar da. Bir kitabda oxumuşam ki, dərd çəkmək avaralıqdı. Yəqin ki, diqqətli oxucu bunun əksinin arsızlıq olmadığını anlamamış deyil. Doğrudan da, əgər dərd üz veribsə, insan nə etməlidi? Bu dərdin ağırlığında əzilərək gününü ah-vayla keçirməli, bununla da həm özünün, həm də onu sevənlərin həyatını puç etməlidimi? Yoxsa, əksinə, gərəkli bir işin qulpundan yapışıb qəlbini ovundurmağa, əsəblərini qorumağa çalışmalı, el-obanın, cəmiyyətin qınağından qorunmağı bacarmalıdı? Yəqin ki, ikinci daha məqbul yol sayılır və ömrün hər anından yetərincə bəhrələnməyi aşılayır. Başqasına dərd verənləri, öz kədərini ətrafdakılara yükləyənləri əvvəldən xoşlamamışam. Əgər kimsə mənimlə görüşəndə qəlbində bir yüngüllük, nəfəsində genişlik duymursa, onda mən nəyə gərəyəm?
   
   Deyirlər, ruhun cəsurluğu taleyin səmtini dəyişə bilir. Bəlkə də bu deyim bir qədər mübahisəlidi. Ancaq ağıl və iradə taleyi kökündən dəyişə bilməsə də, sahibini məhv olmaqdan, bədbinliyə qapılıb səhv addım atmaqdan qorumağa qadirdi. Əlağa Vahidin " Yalvarma" rədifli qəzəlini uşaqlıqdan sevmişəm:
   
   
   
   Darıxma, yaxşı-yaman günlərimiz keçəcək,
   
   Həyat üçün fələyi-kəcmədara yalvarma...
   
   
   
   Bu sözlərdəki təskinliyin sanbalı ən uca kədərin üstündən belə adlamağıma yardımçı olub. Yaxşı ki, dünyada sözün ali məqamını bulanlar var...
   
   
   
   ***
   
   Mən, həm də millətin iradəsindən danışırdım, axı... Bütün dünya bədnam qonşularımızın saxta göz yaşlarını silməyə müntəzirdi. Bizimsə, bir millət olaraq çəkdiyimiz ağrılar dünyanın vecinə də deyil. Olsun! Elə bundan da ibrət alıb möhkəmlənməliyik. Göyərmiş sifətimizi, donmuş ayaqlarımızı arxivə verib öz yaddaşımızçın saxlamalıyıq. Qoy bundan belə dünya döyüşkən ruhumuzu görsün! Ekranlarımızda at kişnərtisi, " Cəngi" sədaları əskik olmasın. Dünyanı yazılmamış bir qanun idarə edir: güclü olan həm də haqlıdı. Bunu Volter də birincilərdən anlayaraq dilə gətirib. " Allah da güclü qoşunların tərəfindədi" deyib. Kim bərkdən qışqırırsa, onun səsi daha çox eşidilir. Həm də qəbul olunur. Humanizmin, haqq-ədalətin quruca adı qalıb bu dünyada. Bu adlar da unudulmamış nəsə eləməliyik...
   
   Bu quruca pafos deyil, ən adi həqiqətdi...


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-07-20
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK