warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | GƏLƏCƏYƏ MƏKTUB Adalet.az | GƏLƏCƏYƏ MƏKTUB Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

GƏLƏCƏYƏ MƏKTUB

23248    |   2009-05-30 01:03
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Xanımlar, bəylər!
   "Azərbaycan mədəniyyəti birliyi"nin inzibati şurası "Azərbaycan tarixi Birinci Dünya müharibəsindən zamanımıza qədər" mövzusunda bizdən bir məruzə istəmişdi. Qısaca, çağdaş Azərbaycan tarixi deyə biləcəyimiz bu mövzuda bir söhbət etmək üçün 28 May gününü seçdim.
   Milli Azərbaycan Respublikasının qurulduğu 1918-ci ilin 28 Mayı qədər çağdaş Azərbaycan tarixinin ünlü bir günü yoxdur..."
   Bizim nəslə Onu tanıtmamışlar. Mənsə jurnalist nəslimizin dəyərli və əvəzsiz müəllimi, professor Şirməmməd Hüseynovun hər biri dərin və sanballı tədqiqat əsəri olan məqalələrindən tanımışam. Tanımışam və sevmişəm. Sevə-sevə Ondan milləti və Vətəni sevməyi öyrənmişəm. Elə belə sevməyi yox, ürəkdən, candan sevməyi, uğrunda hər şeydən keçə bilməyi, heç nəyi gözə almamağı öyrənə-öyrənə sevmişəm. Orta məktəb illərindən üzü bəri bizə öyrədilməyən, ancaq ağızdan-ağıza, ara-sıra dərc olunan məqalə və oçerklərdən, bədii əsərlərdən qətrə-qətrə təsəvvürümüzdə bütövləşən qədimdən də qədim tariximizi yaradan şəxsiyyətlərin millət, torpaq sevgisi haqqında bildiklərimizi saf-çürük edirəm...
   Onu heç kəslə müqayisə eləmək olmur...
   Azərbaycan sevgisində, Azərbaycan istiqlalı uğrunda savaşda O birinci və müqayisəolunmazdı!
   
   ***
   
   Təxminən 17 il bundan qabaq idarəmizin qarşısında Onun büstü qoyuldu. O zaman iş yoldaşlarım xahiş elədilər ki, abidənin özülünə qoymaqçın bir məktub hazırlayım. Məktub yüz ildən sonra açılıb oxunmaqçın nəzərdə tutulurdu. O məktubu necə həyəcanla, əlləri titrəyə-titrəyə, gözləri dola-dola yazdığım dəqiqələr ömrümün heç vaxt unudulmayacaq anlarındandı... Tarix təkrarlanırdı- torpaqlarımız işğal olunur, soydaşlarımız ata-baba yurdlarından didərgin salınır, hər gün icra hakimiyyətinin binası qarşısına qaçqın karvanları gəlir, hərbi komissarlıqdan şəhidlər barədə məlumatlar daxil olurdu. Bu gün yaşadıqlarımızı, başımıza gətirilənləri yüz ildən sonra bu məktubu oxuyacaq ömür davamçılarımıza çatdırmaq istəyirdik. İstəyirdik ki, yüz ildən sonra tarix öyrənənlərimiz diqqətli və gözüaçıq olsunlar, bu Vətənin başına gətirilənlərin bir də üçüncü və neçənci dəfə təkrar olunmasına yol verməsinlər. Ürəyimiz doluydu - çox şey yazmaq, çox şey anlatmaq istəyirdik. Ancaq qısa eləməliydik... Sonda hamımız barmağımızı mürəkkəbə batırıb məktubu imzaladıq...
   Onda hələ "Əsrimizin Səyavuşu"nu oxumamışdım. Doxsan birinci ildə nəşr olunmuş kitab nədənsə əlimə gec gəlib çatdı. İlk dəfə kitabı oxuyanda mənə elə gəldi ki, Azərbaycanı təzədən tanımağa başlayıram. Bu boyda məmləkət bir çağa kimi gözlərimin qabağında böyüyürdü. Bu mənim tanıdığım Azərbaycan deyildi. Məndən gizlədilən, məndən oğurlanan, özgə yöndən göstərilib tanıdılan Azərbaycandı... Xüsusən kitabın üçüncü - "Çağdaş Azərbaycan tarixi" bölməsi indiyədək öyrəndiklərimizin necə məqsədli şəkildə bizlərə çatdırıldığını çox aydın şəkildə anladırdı... İzahatda göstərilir ki, müəllif bunu Azərbaycan mədəniyyəti birliyininin təşəbbüsü ilə 1950-ci ilin 28 mayında Ankara Xalq evində məruzə kimi oxumuşdur...Yazının əvvəlində sitat gətirdiyim parça da həmin məruzənin əvvəlindəndir...
   "Çağdaş Azərbaycan tarixinin ibtidasını on doqquzuncu əsrin başlanğıcından saya bilərik. Bu tarixdən bəri Azərbaycan cəmiyyəti düşdüyü çətin şəraitə baxmayaraq orta çağların əsaslarını zehniyyətlərdən sıyıraraq çağdaş mədəniyyətə doğru getmişdir. Həmin tarixdə, bir neçə feodal xanlıqlar halında istilaya uğrayan Azərbaycan 1918-ci ilin 28 mayında beynəlxalq həyat səhnəsinə tək bir millət olaraq çıxdı və respublika şəklində qurduğu dövlətin istiqlalını bütün cahana elan etdi. Çağdaş Azərbaycan tarixi ancaq bu böyük hadisənin işığı altında həqiqətən tədqiq edilə bilər. Çünki bu tarix çağdaş tariximizin keçmişini və gələcəyini müşahidəyə yarayan yüksək bir baxım nöqtəsidir..."
   Cümlələri oxuduqca, elə bil sözlərin düzləndiyi vərəqlər kino lentinə dönür, Azərbaycanımızın keşməkeşli tarixi, azadlıq, istiqlal uğrunda mücadilələri, başına gətirilən bəlalara sinə gərməsi, ən dəyərli övladlarını qurban vermiş ana kimi köksünə çəkilən yaralar göz önündə canlanır.
   Qurbansız heç nə olmur. Bütün millətlərin tarixi mücadilə və savaşlardan, məkrli siyasət oyunlarından keçə-keçə, uduzub uda-uda, yıxılıb dura-dura son məqsədə irəliləmələrdən ibarətdi. Bu mənada Azərbaycan ən zəngin tarix yaşayan məmləkətlərdəndi... "Azərbaycan respublikası çox ağır şərait və məhrumiyyətlər içində qısa bir zamanda hüquqi, idari, siyasi, iqtisadi, hərbi və milli maarif sahələrini tənzim etdi, məmləkətdə asayiş və intizamı yoluna qoydu və nəticədə 1920-ci ilin 12 yanvarında böyük dövlətlər tərəfindən istiqlalı tanındı. Qonşu türk və İran dövlətləri də daxil olmaqla, başda Amerika Birləşmiş Ştatları böyük-kiçik bir çox dövlətlərlə münasibətlər yaradıldı.
   Lakin Yaxın Şərqdəki hadisələrdən istifadə edən bolşeviklər Rusiyadakı daxili müharibədə müvəffəqiyyət qazanaraq Qafqazyanı əraziləri yenidən fəth etməyə qalxdılar və 1920-ci ilin 27 aprelində üstün qüvvələrlə hücuma keçərək Azərbaycan Respublikasını istila etdilər və nəticədə sovetləşdirdilər..."
   
   ***
   Bilmirəm, hansı əvvəl yaranıb: əfsanəvi qəhrəmanlar, yoxsa, qəhrəmanlar haqqında əfsanələr?! Əslində, fərqi yoxdu- biri yaranmışdısa, o birini də mütləq yaradacaqdılar. Bunlar bir-birindən ayrılmazdı. Əfsanəvi qəhrəmanlar haqqında dinlədiklərini, öyrəndiklərini canına, ruhuna hopduranlar bir gün mütləq qəhrəmanlıq göstərməyə qadirdirlər. İllər, əsrlər keçdikcə minnətdər xalqın yaddaşı mütləq öz övladları haqqında nağıllar, dastanlar, əfsanələr düzüb qoşur. Beləcə, bir-birini əvəzləyə-əvəzləyə xalqın milli qəhrəmanlıq tarixi yaranır. Bəlkə də yer üzünü dolaşan ruhların ən qədimi və həmişəyaşarı Qəhrəmanlıq ruhudu ki, bunsuz nəinki ayrı-ayrı millətlər və xalqlar, heç büsbütün dünya tarixi də yaşamazdı...
   İnsan son nəfəsdə nə düşünür? Kimləri və nələri xatırlayır? Ağlından nələr keçir? Peşmançılıqmı, təəssüfmü, xəcalətmi, qürurmu, həsrətmi? Bu barədə nə qədər yazılsa da, deyilsə də, əsl həqiqəti heç kim bilmir. Amma son nəfəsdə deyilən, pıçıldanan sözlər, cümlələr yaxınların, doğmaların və nəhayət, tarixin yaddaşında qalır... Həmin kitabdan bir ağrılı cümləni də bu yazıma daxil eləmişəm: "Ankara universitetinin tibb fakültəsinin klinikasında şəkər xəstəliyindən yatan Məmməd Əmin 1955-ci ilin martın 6-da gecə saat on birə on dəqiqə qalmış üç dəfə "Azərbaycan... Azərbaycan... Azərbaycan..." deyərək əbədiyyətə qovuşdu."
   Mən inanmıram ki, bu sətirləri oxuyan hər bir azərbaycanlının gözləri yaşarmasın. Əgər yaşarırsa, onda bizə zaval yoxdu. Əgər yaşarmırsa... Vay bizim halımıza... Milləti və Vətəni Onun kimi sevməkçin, heç olmasa, gündə bir dəfə bu dahi azərbaycanlını və Onun yurd həsrətiynən can verməsini xatırlamaq lazımdı. Onda Vətən, yurd sevgilərimiz heç zaman səngiməz...
   Neçə il bundan qabaq Onun haqqında bir mistik əhvalat eşitmişdim. Əvvəlcə inanmamışdım. Sonra qəzet əlimə keçdi, özüm də oxudum. Türkiyədə təhsild alan bir neçə tələbə Məmməd Əmin Rəsulzadənin qəbrini ziyarətə gedibmiş. Bu zaman qəbristanlığın gözətçisi onlara yaxınlaşıb bu məzarda yatanın kim olduğunu soruşur. Tələbəlr ona danışırlar. Sonra gözətçi doxsanıncı ilin yanvarın 19-da gecə nə baş verdiyini soruşur. Tələbələr bunu da izah edirlər. Gözətçi onlara tükürpərdici bir əhvalat danışır. Deyir ki, həmin axşam mən burada gəzişirdim. Birdən qəbirlərin birindən ağlamaq səsi eşitdim. Səs bu qəbirdən gəlirdi. Qəbrin içində bir kişi hönkürtüynən ağlayırdı...
   Bilmirəm, bu əhvalat nə dərəcədə doğrudu. Amma onu xatırlayıb bu yazıya salmaqda bir məqsədim var. Böyüklərdən bu ifadəni çox eşitmişəm. "Filankəs qəbrində qan ağlayır". Əgər uzun illər bundan əvvəl vəfat eləmiş bir insan qəbrində ağlaya bilərsə, bunu da ancaq O- cismi Vətəndən uzaq olsa da ruhu daima Vətən səmalarında dolaşan, onun ağrı-acılarını ruhuynan yaşayan birisi edə bilər. Mən buna inanıram. Elə o tunc bədənin içərisində də dipdiri, isti bir ürəyin döyündüyünə, hər döyüntüsündə də "Azərbaycan... Azərbaycan..." dediyinə inandığım kimi...
   
   ***
   
   28 May 1918-ci il və 28 aprel 1920-ci il arasına sıxılmış qürurverici bir tarix..." Biz xalqa azadlıq verə bilməsək də, onun nə demək olduğunu başa saldıq". Əsas budu! Fikrən, ruhən alışmadığın işi başa çatdırmaq qəliz və mümkünsüzdü. Bundan sonrakı yetmiş il bu anlatmanı unutdurmağa xidmət edib. "Bütün türklər öz aralarında böyük dünya federasıyonuna qədəm olmaq üzrə bir federasyon yapmalıdır. Yeni Türan, mədəni birlik üzərində təsis edilib ancaq gələcək birər Türk hökumətlərinin federasyonu şəklində təsəvvür oluna bilər.
   Azərbaycan da bu gələcək Turan silsiləsinin mühüm bir halqasıdır.
   Rus istilası, Turan üçün həqiqi bir "Ergenekon" olmuşdu. Türklər özlərini qurtaracaq "Börteçine"ni gözləyirdilər. Dünya müharibəsi nəticəsində Rusiyada zühur edən inqilab turanlıların "Börteçine"si olacaqdı...
   Gözləmə sanki doğru çıxdı. "Ergenekon" divarı yarıldı. Rusiya imperatorluğu parçalandı. Türk hökumətlərinin, eləcə də Azərbaycanın mövcud siyasətinin düşüncədən feliyyətə varmaq sırası gəldi."
   "Ergenekon"... Börteçine"... Kitabda bu sözlərin izahıynan bağlı əski Türk yazısında məşhur olan "Qurtuluş" əfsanəsindən də danışılır. Çinlə savaşda düşmən təqibindən qaçan türklər bir ala ceyranın iziynən gedib dağlarla əhatələnmiş ovalığa çıxırlar. Burada iki yüz il qalır, doğub-törəyib artırlar. Getdikcə onlara dar gələn bu yerdən çıxmaq istəsələr də, yol tapmırlar. Nəhayət, bir çoban qurdu təqib edərək onun bir dəlikdən çıxdığını görüb adamlara xəbər verir. Dəmirçi də dağda filiz olduğunu bilib, tonqal qalatdırır, dağı əridərək yol açırlar. Mühasirədə olan türklər bu yolla çıxaraq dünyaya yayılmışlar... Ziya Göyalp "Ergenekon" yurdun adı, "Börteçine" qurdun adı yazaraq əfsanəni nəzmə çəkmişdir...
   Bu gün " Ergenekon" olaylarında çırpınan Türkiyənin yeni bir Börteçineyə ehtiyacı var...
   
   ***
   
   Bizim də gələcəyə ünvanladığımız məktubun açılacağına hələ 83 il qalıb. O günü nəinki mən və övladım, heç nəvələrim də görməyəcək. Ancaq o gün gələcək! O zaman bu abidənin üstünə indi olduğu kimi, təkcə qar, yağış deyil, sevgilər və çiçəklər yağacağına inanıram.
   
   


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-05-20
2019-05-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

- Xanım, sizin sumkanızın ağzı açıqdır!

- Oy, sağ olun! Yaxşı ki, sizin kimi adamlar hələ ki, vardır. Başqası olsaydı indi pulu götürüb qaçmışdı.

- Yaxşı görək sən də, 2 manat 50 qəpik nə puldu ki?





digər lətifələr
ARXİV
FACEBOOK