hacklink Adalet.az | VAQİFİMİZİN ARDINDAN Adalet.az | VAQİFİMİZİN ARDINDAN Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

VAQİFİMİZİN ARDINDAN

23046    |   2015-02-07 01:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır



Vaqif Səmədoğlunun rəhmətə getdiyini eşitdiyimdə sözün həqiqi mənasında pis oldum və ürəyimdə özünə məxsus bir saray tikən dostumun fiziki varlığını artıq bir daha görə bilmiyəcəyim və səsini duya bilmiyəcəyim gerçəkliyi ilə üzləşdim.
Nəcip Fazil Qısakürək ölümlə bağlı olaraq "Gitti ölümlü yalan, gəldi ölümsüz gerçək" deyib. Nə gözəl sözdü. Bu dünyaya bəşər ayağı dəyəndən bəri hamı dünyaya, "yalan, fani, sonsuz, oğulsuz, xeyirsiz..." deyib. Üstəlik bu sözləri Jens Jensenin, "ağaclar da insan kimidi və bir-birləriylə dost olmalarından ləzzət duyurlar, ancaq bir necəsi tənhalığı sevir" ifadəsiylə desək insanlar deyib, üstəlik bu düşüncəni heç kəs təkzib edə bilməyib.
Vaqif Səmədoğlu ilə 1990-cı illərdə tanışıb dostlaşdım. O vaxt Azərbaycana neçə dəfə getmişdim. Gedib günlərlə qaldığım o zamanlarda hər gün Oğuz Eli qəzetinin redaksiyasına, dostlarım Mövlud Süleymanlı, Əhməd Oğuz və Azər Abdullanın yanına gedirdim. Vaqif Bəyi ilk dəfə orda görmüşdüm Mövlud Bəy bizi tanışdırmışdı. Bəzi günlərdə oturub söhbət etdiyimiz vaxtlar hər bir hadisəni özünə məxsus sakitliyi ilə qarşılayır, yozumlayır və insanı həmişə fikirləşməyə vadar edən bir anlayışla tərəf-müqabilinə xitab edirdi. O vaxtdan başlayan dostluğumuz Xalq Cəbhəsi səflərində daha da möhkəmləşdi. Dostluğu ilə fəxr etdiyim şəxsiyyətlərimizdən biri idi. Mərhum atası Səməd Vurğundan aldığı sənətçi genləri ilə o da şairlik yolunda uğurla addımlamış və şeirlərində çağdaş bir anlayışı sərgiləmişdi. Gözəl bir şairdi, şeirə də layıq olduğu qiyməti verirdi. Aristotelin dediyi kimi, şeiri daha fəlsəfi qəbul edir və tarixdən daha artıq qiymət verilməsini istəyirdi.
Bir xalq ifadəsində "bu dünya bir pəncərədi, hər gələn gədər əylənməz" deyilib. Bu bircə cümləlik sözdə dünya deyilən bu yalançı, aldadıcı, fani və sınaqlar meydançası nə gözəl təsvir edilib. Hər bir insanın, gəlib baxdığı və əylənmədiyi bu pəncərədə müəyyən izi qalırsa, deməli, o şəxs insan olmağın məsuliyyətini dərk edib və öz tanqahı boyda əsər qoyubdu. Vaqif Səmədoğlu, insan olmağın məsuliyyətini hər bir zərrəsinə qədər duyan xarakterə malikdi. Onun bir əqidəsi vardı; insan olmaq və mənsubu olduğu xalqa, vətənə və dövlətə layiqincə xidmət etmək. Qara Yanvar soyqırımından sonrakı görüşümüzdə onun o məşum hadisədən duyduğu narahatçılığın sıklətinin öz daxilində yaratdığı narahatçılığın şahidi olmuşdum. Əlbəttə hər bir Azərbaycanlı demirəm, Türk olduğunu dərk edən hər bir şəxs Qara Yanvar hadisəsindən hədsiz narahat olmuşdu, ancaq istəkli qardaşım Vaqif Səmədoğlu şairdi və onun şair yaradılışı hadisədən daha dəhşətli qəzəblə silahlanmışdı. Onun qəzəbi də ziyalı insanlara məxsus çəkidəydi. Sadi Şirazi demişkən "Günəşdən narahat olub, qaranlıqdan özgə heç nə tanımayan" insanlardan deyildi, aydın fikirli bir dəyərimizdi.
Mənə görə şairlər toplumların müəllimləridir və hakimiyyəti əlində tutanların səhvlərini qorxusuz, ürküsüz dilə gətirən, zalım hökmdarların qarşısında qranitdən qalalar kimi dayanan Tanrının yer üzündəki kölgələrdi. Məmməd Əmin Yurdakul adlı şairimiz, "şairləri haykırmayan bir millət, sevənləri toprak olmuş öksüz çocuk gibidir" deyərkən yerdən göyə kimi haqlı deyilə İnsan Vaqif Səmədoğlunun şeirlərini oxuduqda onun, əsrin gedişatından duyduğu narahatçılığı bütün mənliyində hiss etdiyini başa düşür. Pula, mala-mülkə, titula qiymət vərməyən bir yaradılışa malikdi. Başmaqlarının öldükdən sonra qəbrinin üstündə cütlənməsini istəməsi, irəli sürdüyüm düşüncənin biraz fəlsəfi, bir az da yumor qarışmış ifadəsindən özgə heç nə deyil. Vaqif Bəy, bəzən etdiyi zarafatları bir yana qoysaq, Tanrıya bütün varlığı ilə inanan, İslamiyyəti də ülvi bir din kimi qəbul edən anlayışdaydı. Əlbəttə hər birimiz kimi onun da müəyyən səhvləri olmuşdu, "bəşər, çaşar" ifadəsi hədər yerə söylənməyib. Mən onu gözəl bir insan kimi tanımışdım və axıra kimi də bu fikrimdə yanılmadım, daha düzü Vaqif Bəy yanıltmadı. Ulu Peyğəmbərimiz, "ümmətim pulu və maddi varlığı ülviləşdirdiyi vaxt İslamın heybətini aradan götürür" deyib. Vaqif bəy nə pula, nə də maddi olan şəylərə dəyər verirdi. O, insanların heç kəsə möhtac olmadan insan kimi yaşamasının ən ülvi dəyər olduğuna inanırdı, bu barədə neçə dəfə söhbətlərimiz olmuşdu. Dostlarıyla süfrə başında əyləşib söhbət etmək, şeirdən, ədəbiyyatdan, bəşəriyyətdən, insanın ən dəyərli bir varlıq, vətənin isə ən bizlərə Ulu Tanrıdan müqəddəs bir əmanət olduğundan söhbət açmaqdan, bunları müzakirə etməkdən zövq alan bir insan kimi tanıdım Vaqif Bəyi.
Hörmətli həyat yoldaşı Nüşabə Xanımla 1988-ci ildə tanış olmuşduq. Həyat yoldaşımla Azərbaycana səfər etdiyimiz vaxt o gözəl ailənin də qonağı olmuş, atası, anası və əziz qardaşı Mobil bəylə tanış olmuşduq. Daha sonra da neçə dəfə evlərini ziyarət etmişdim, hörmətli anası ilə üz-üzə oturub söhbətlər etmişdim. Təəssüf ki, atasını cəmisi ikicə dəfə görə bilmişdim. Nüşabə xanım da neçə dəfə ocağımızın əziz qonağı olmuşdu. Onun Vaqif bəylə ailə həyatı qurması həm Vaqif bəyin, həm də Nüşabə xanımın talelərinin gözəlliyi idi, çünki bu iki gözəl insanın bir araya gəlməsi Tanrının hökmüydü. Vaqif bəyin fiziki varlığını itirdik və buna görə bizlər nə qədər iztirab duysaq da hörmətli Nüşabə Xanımın duyduqlarının yanından yel də olub keçə bilmərik, bunu fərqindəyəm.
Vaqif bəyi ən son Yazıçılar Birliyinin qurultayında görmüşdüm. O xəstə halıyla belə gəlib orda çıxış etdi və öz ürək sözlərini dedi. Xəstəlikdən də, hamının başına gələcək ilahi "son"dan da zərrə qədər qorxu bir tərəfə, nigarançılıq da duymurdu, duymamışdı. Yahya Kamal Bəyatlı dəmişkən, "Ölmək kadərdə var" anlayışını ürəkdən dərk etmiş bir insanın təmkininə sahibdi. Həddən artıq vəfalı bir insandı. Ziya Paşanın ifadəsiylə desək,
"İnsana sadakat yaraşır görsə də ikrah
Yardımcısıdır doğruların Hazrəti Allah" prinsipini ürəkdən duyurdu. Dəfələrlə onun "vəfa" ilə bağlı düşüncələrini dinləmişdim. Vəfasız insanlara nifrətlə yanaşırdı, xüsusilə də vətənə və xalqa vəfasızlıq edənlərə.
Cahit Sıtkı Tarancı ölümdən sonra ilə bağlı duyğularını bu cür tərənnüm edib.

"Öldük, ölümdən bir şeylər umarak.
Bir büyük boşlukta bozuldu büyü.
Nasıl hatırlamazsın o türküyü,
Gök parçası, dal dəməti, kuş tüyü,
Alıştığımız bir şeydi yaşamak..

Şimdi o dünyadan hiçbir habər yok;
Yok bizi arayan, soran kimsəmiz.
Öyləsinə karanlık ki gecəmiz,
Ha olmuş ha olmamış pəncərəmiz;
Akarsuda aksimizdən əsər yok."

Ulu Tanrı, Vaqif qardaşımın məkanını cənnət eləsin. Başda hörmətli həyat yoldaşı Nüşabə xanım olmaqla yaxınlarına, onu səvənlərə və millətimizə dərin hüznlə təziyələrimi çatdırıram. Hamımızın başı sağ olsun.



YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-19
2019-11-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK