Adalet.az | HƏYATIMDAKI ÖZƏL ŞƏXS Adalet.az | HƏYATIMDAKI ÖZƏL ŞƏXS Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

HƏYATIMDAKI ÖZƏL ŞƏXS

Əbülfət MƏDƏTOĞLU

46628    |   2015-01-28 18:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

«İçimdəki adamlar silsiləsindən»


O, bunu kimsəyə hiss etdirmir

Bugünkü kimi yadımdadı. Dekabrın 25-i idi. Telefonla əlaqə saxladım, hal-əhval tutdum. Sağollaşanda mənə dedi ki, axşam çağı səni «Gənclik»də gözləyəcəm, təqribən saat 6-7 arası. Maraqla soruşdum:

- Xeyirdimi? Nəsə bir problem var?

Özünəməxsus təmkinli səsiylə və bu dəfə bir az da ciddi:

- Telefon söhbəti deyil, gələrsən danışarıq.

Açığını etiraf edim ki, axşama qədər ürəyimdən, ağlımdan min bir fikir gəlib keçdi. Öz-özümə düşündüm ki, görəsən nə məsələdi? Niyə telefonda demədi? Və tez-tez də saata baxırdım. Həmin günü bir təhər yola verib deyilən vaxtda «Gənclik»də oldum. Metronun üstündə var-gəl edirdim. Telefonuma zəng gəldi. O idi:

- Hardasan? Gəlmisən?

- Hə, gəlmişəm, metronun ətrafında gəzişirəm.

- Onda keç yolun sağ tərəfinə. O böyük telefon mağazası olan istiqamətə gəl.

Dediyi kimi də etdim.Mağazaya yaxınlaşanda gördüm ki, girişdə dayanıb. Öpüşüb görüşdük. Mən səbrlə heç nə soruşmadan onun nə deyəcəyini gözlədim. Qoluma girib piştaxtaya yaxınlaşdırdı:

- Özünə bir telefon seç – dedi.

Çevrilib üzünə baxdım. Gözlərimlə sanki soruşmaq istəyirdim:

- Çox da bahalı olmasa da istifadəyə yararlı telefonum var. İkincisini almağa elə bir lüzum yoxdu.

O, mənim baxışlarıma əhəmiyyət vermədən:

- Beş-altı gündən sonra yubileyindi. Sənə bir telefon hədiyyə etmək istəyirəm. O gün fikir verdim, gördüm telefonun lap əldən düşüb. Özün seç – dedi.

Dostuma təşəkkür etdim. Diqqəti məni xeyli duyğulandırmışdı. Elə kövrəlmiş bir halda da yarı zarafat, yarı ciddi söylədim:

- Telefon danışmaq üçündü, hələki də danışırıq. Bəlkə əlavə xərcə yol verməyək?

- Telefonu mən alıram, sən sadəcə seç – deyib sözünü təkrarladı.

Mən satıcıdan normal qiymətə olan «Nokia»nı göstərməsini xahiş etdim. Dostum bir mənə baxdı, bir telefona və:

- Yaxşı, sən istəyən olsun – dedi.

Hiss etdim ki, təqribən 90 manat civarında olan telefonu seçməyim onu razı salmamışdı. Ona görə də telefonla bərabər 40 manatlıq da kontur kartını hədiyyənin üstünə əlavə etdi:

- Yubileydə çox danışacaqsan, zənglərə cavab verəcəksən. Onsuz da çoxları ancaq «vızıv» edirlər… Və güldü

Mağazadan çıxdıq. Maşına yaxınlaşanda bir anlıq dayandıq. Sonra əlini qoltuq cibinə salıb bir bükülü  çıxardıb mənə uzatdı:

- Götür bunu da.

Yenə üzünə baxdım:

- Yubiley qonaqlığının xərcidi, istədiyin yerdə süfrəni aç. Yadındadı, demişdim ki, yubileyini mən keçirəcəm. İndi başım çox qarışıqdı. İndi tədbirə geçikərəm sıxılarsan, narahat olarsan. Götür bunu, sifarişini indidən ver…

Sonra sağollaşıb ayrıldıq. O, iş dalınca getdi. Mən dayandığım yerdə xeyli fikrə daldım. Təqribən may ayının sonlarında onunla ad günümlə bağlı söhbətimiz olmuşdu. Və o, sözarası bildirmişdi ki, sənin 50-60 nəfərlik yubiley tədbirinin ziyafəti mənim boynuma, özüm edəcəm.

Düzünü deyim ki, bu söhbəti unutmuşdum. Daha doğrusu, bu söhbətə qayıtmaq fikrində deyildim. Ona görə də dost-tanışa hardasa bir tədbir keçirəcəyimi öncədən söyləmirdim. Fikirləşirdim ki, qayğılar çox, problemlər saysız-hesabsız. Və belə bir vaxtda dostun yadına hansısa bir vədi salmaq doğru olmaz. Amma sən demə, əsl dostun, əsl kişinin dilində səslənən fikir aylar, illər ötsə də unudulmur, yaddan çıxmır. Görünür elə buna görə əsl dostun, əsl kişinin adı da, sözü də, yeri böyük olur. Mən bunu həmin dostumun mənə göstərdiyi maddi və mənəvi diqqətə görə demirəm. Bu gerçəkliyi yaşayanlar bilir ki, diqqət, qayğı nə deməkdi. Və bir də bilir ki, bugünkü zamanda, bugünkü hadisələrin fonunda sözübütöv, xarakteri bütöv, məntiqi kəsərli və nəhayət, dostluqda, yoldaşlıqda sədaqətli olan insanların sayı xeyli azalıb. Baxmayaraq ki, onların problemləri başlarından aşır, amma o sayca az qalanlar böyüklərini hər yerdə, hər məqamda qorumağı bacarırlar və qoruyurlar da. İndi isə…

Mən onunla Füzulidə, daha doğrusu, Horadiz qəsəbəsində, yəni bugünkü Horadiz şəhərində tanış olmuşdum. O, Horadizdəki bazaların birində işləyirdi. Mən də rayona ezamiyyətə getmişdim. Elə oldu ki, yazacağım mövzu ilə bağlı rayon partiya komitəsinin təlimatçısı ilə birlikdə Horadiz qəsəbəsindəki bazaya getdik. Müəyyən qeydləri götürüb ayrılmaq istəyəndə sarıyanız, hündürboylu, son dərəcə də cəld bir nəfər bizə yaxınlaşdı. Təbii ki, o məni tanımırdı, ona görə də təlimatçıya müraciət etdi:

- Nahar vaxtıdı, qonağımızı ac yola sala bilmərik, düz gəlməz. Gedək, bir tikə qismət kəsək. Sonra sizi yola salarıq – dedi.

Təbii ki, qonaq ev sahibinin sərəncamındadı. Və mən də həmin məşhur atalar sözünü dilimə gətirəndə təlimatçı da, bizi nahara dəvət edən də məmnun halda gülümsədilər. Və biz birlikdə Horadiz qəsəbəsinin girişindəki bağın içərisində olan yeməkxanaya gəldik. Tanış olduq, çörək kəsdik… Beləcə, başladı bizim münasibətlər… Ordan tanıdım Xaləddin Hüseynovu. Və həyat elə gətirdi ki, mən onunla demək olar ki, işğala qədər cəmi bir-iki dəfə görüşdüm. Ancaq qaçqınçılıq füzuliləri Füzulidən didərgin salandan sonra bizim münasitbətlər daha da sıxlaşdı, daha da möhkəmləndi. Biz artıq bir-birimizin ailə üzvlərini də, evini də tanıdıq. Dəfələrlə onun süfrəsinin ətrafında yığışan doğmaları arasında mənim də yerim oldu. Gördüm ki, bu yurdcanlı, bu zəhmətkeş insanın iç dünyasında Füzuli tamam fərqli bir ünvıandı. Təkcə doğulduğu bölgə kimi yox, təkcə işğal olunmaş Qarabağın bir parçası kimi yox, həm də bütöv Azərbaycanın fonunda Füzuli Xaləddin üçün bir növü qibləgahdı. Ona görə də bu adam el-obanın heç bir xeyir-şərindən qalmır. Çalışır ki, Füzuli ilə bağlı keçirilən tədbirlərdə, görülən işlərdə o da nəyinsə qulpundan tutsun, yanan ocağa bir kösövü də o atsın. Bu odun alovunu, istisini bir az da artırsın…

Mənim həyatımın qəribə məqamlarından biri də ailəmin Beyləqanda, uşaq bağçasında yaşadığı günlərə təsadüf edir. Həmin vaxtlarda yaşadığım və işlədiyim Bakının sıxıntılarını, problemlərini yaxşı bilən Xaləddin günlərin birində elə «Ədalət» qəzetinin redaksiyasında, yəni mənim iş otağımda bir qardaş ərkiylə, bir dost hökmüylə dedi:

- Bilirəm, ailə-uşağı hələlik şəhərə gətirə bilməmisən. Odur ki, bax, sənə deyirəm, bizim füzulilərin işlətdiyi yeməkxanaya tapşırmışam, naharını, axşam yeməyini, bir sözlə, başının qonaqlarını oraya apararsan. Elə bil ki, o yer sənin özünündü. Gecə də orda adamlar olur. Vaxtsız işdən çıxsan, yenə çəkinmə. Get qapını döy, çörəyini ye.

Bəli, mən həyatımda dosta bu qədər diqqət göstərən çox az-az insanlar görmüşəm. Məhz həmin insanlardan biri də ürəyimdə, ailəmin içərisində yeri olan Xaləddin Hüseynovdu.

Yazımın əvvəlində neçə il bundan öncənin dekabrını xatırlatdım. İndi həmin məqama qayıdıram. Mən Xaləddinin verdiyi həmin o bükülünü evə gətirdim. Açıb gördüm ki, bükülünün arasında iki min manat pul var. Ailə üzvlərim çox qəribə bir maraqla mənə baxırdılar. Bu qədər pulun hardan, niyə məndə olduğunu hamı soruşmaq istəyirdi. Amma tam səmimiyyətimlə deyim ki, heç kim cəsarət etmirdi. Hamı nə baş verdiyini düşünə-düşünə qalmışdı. Çünki bizim evdə, bizim ailədə bu cür böyük miqdarda pul bir sovet dönəmində, yəni çap olunmuş kitabımın qonorarları, bir də Müdafiə Nazirliyinin orqanı olan «Azərbaycan ordusu» qəzetinin bölgə müxbiri işləyəndə üçqat əmək haqqı alırdım, bax onda görünmüşdü. Həmin tarixlərdən sonra isə bir qəzetçinin, bir yazı-pozu adamının cibindən bu qədər pul çıxarması təbii ki, evdə hər kəsi şoka salmışdı.

Yenə etiraf edim ki, mən özüm də şokda idim. Amma buna baxmayaraq, təmkinlə, bir az da təmtəraqlı və pafoslu şəkildə pulun hardan, kimdən, nə üçün alınıb bu evə gəldiyini hər kəsə bildirdim. Ailə üzvlərim həm kövrəldilər, həm də onların az qala bir ağızdan etdikləri alqış bu gün də qulaqlarımda səslənir. Və mən inanıram ki, hətta bunun üçün and da içə bilərəm ki, orda söhbət puldan, onun miqdarından getmədi. Söhbət insanın böyük ürəyindən, diqqətindən, səxavətindən getdi həmin axşam bizim evdə. Və o evin həmin axşamki bütün söz-söhbətinin, bütün diləklərinin və dualarının qəhrəmanı Xaləddin oldu. Məhz onda evin xanımından tutmuş uşaqlarına qədər hər kəs yanvarın 1-ni, yəni doğum günümü qeyd etməyi israrla tələb etdilər və dedilər ki, indi dostun təşkil etdiyi o süfrəyə dəvət edəcəyin insanları özün müəyyənləşdir. Və hətta qızım tez dəftər-qələm də götürdü və özü öz yanından ziyafətin menyusunu qeyd etməyə başladı…

Yanvarın 1-də, daha doğrusu, dekabrın 31-də Bakıya güclü qar yağdı. Hər tərəf donmuşdu. Səhər bu mənzərəni görən ailə üzvləri bir az dilxor olmuşdular. Təbii ki, mən də hava durumundan narazı qalmışdım. Günortaya yaxın Xaləddin mənə zəng vurdu:

- İşlər necə gedir? Çatışmayan nə isə var?

Mən onun bu diqqətindən də kövrəldim. Çünki o, sözarası restoranla da maraqlandığını, hər şeyin qaydasında olduğunu bildirmişdi. Mən onda bir daha anladım ki, bu insan təkcə məsələnin maddi tərəfini ödəməklə, həll etməklə özünü kənara çəkməyib. Hətta restoranda stolların necə düzülməsindən tutumuş, süfrənin necə qurulmasına qədər hər şeylə maraqlanıb. Bunu isə yalnız adamın qanına, canına, ürəyinə yaxın olan dostlar, doğmalar edə bilərlər. Bax, Xaləddin də həmin o telefon zəngiylə, diqqətiylə məni də, ailəmi də təkrar narahatlığın içərisindən çəkib çıxardı. Və zarafatla dedi ki, yubileyində qar yağması heç də pis əlamət deyil, əksinə, ruzi-bərəkətdi, sağlamlıqdı. Buna dilxor olmaq yox, sevinmək lazımdı. Bir də qonaqlarından hansı biri səni doğrudan-doğruya çox istəyirsə, özünə əziyyət verib o məclisə gələcək, sən kefini pozma.

Bəli, həmin axşam Süleyman Abdullayevin gözəl avazı ilə Xaləddin mənə bir yubiley keçirdi. O məclisə Seyran Səxavət də gəlmişdi, Vaqif Bəhmənli də, Zakir Fəxri də, Musa Yaqub da, Umud Rəhimoğlu da… tələbə yoldaşlarım da, iş yoldaşlarım da, təbii ki, başda Aqil Abbas və İradə Tuncay olmaqla… Gözəl bir məclis keçdi. Məclisdə iştirak edən Rafiq həkim də, Babək həkim də, eləcə də Füzulidən olan digər ürək dostlarım bilmədilər ki, bu məclisi kim təşkil edib. Çünki Xaləddin onun adının səslənməsini istəmədi. Dedi ki, qardaş, dost bir-biri üçün göstərdiyi diqqəti, xidməti dilə gətirməməlidi. Amma mən sözarası da olsa Dədə Süleymanın yaratdığı şəraitdən istifadə edib gələn qonaqlara, dostlara, xüsusilə Xaləddinə təşəkkür etdim. Bilmirəm, o xüsusi təşəkkürün nəyə işarə olduğunu məclisdə fəhm edənlər, duyanlar var idi, yoxsa yox. Çünki məclisin ovqatı çox yüksək idi. Amma hər halda, mənim ailəm və mənim Allahım bu gecənin yükünü çəkən insanın kim olduğunu bilir və biləcəkdi də...

Bəli, biz Xaləddinlə həm sevincli, həm kədərli məqamlarda həmişə bir yerdə olmuşuq. Mən onun dəstəyini həmişə hiss etmişəm. Onun evinə ən yaxın adam, yəni ailənin üzvü kimi ərklə üz tutmuşam. Hər sözü, hər ismarıcı mənim tərəfimdən birmənalı qəbul olunub. O, ürək əməliyyatı keçirəndə də, həmçinin digər səhhətiylə, işiylə bağlı gərgin anlarında da onun yanına tələsən doğmalarına, dostlarına tamam fərqli yanaşıb. Mənə isə daha yaxın, daha simsar adam kimi ürəyini açıb, səmimiyyətini, diqqətini əsirgəməyib. İndi də mən bütün olanları, yəni 80-ci illərin ortalarından başlayıb bugünə qədər gələn dostluğumuzun hər gününü, hər ayını ömrümün böyük hərflərlə yazılan unudulmaz bir parçası sayıram. Elə bir parçası ki, mən onunla yalnız fəxr edə bilərəm. Çünki mənim həyatımda Xaləddin adlı bir dostun, bir kişinin özəl yeri var. Bu yeri o özü haqq edibdi. Düşünürəm ki, həmişə də belə olacaq.





İmza:

YAZARIN ARXİVİ

2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-08-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu, babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK