warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | BU, QÜRUR YERİ DEYİL... Adalet.az | BU, QÜRUR YERİ DEYİL... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

BU, QÜRUR YERİ DEYİL...

21277    |   2009-02-28 15:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Son günlər mətbuatda Türkiyə-Ermənistan münasibətlərinə dair həm rəsmi məlumatları, həm də müəllif yazılarını diqqətlə izləyirəm. Etiraf edim ki, keçirdiyim çeşidli duyğular arasında pərtlik, " güvəndiyi dağlara qar yağan" adamın ümidsizliyi ilk sırada durur. Mən "böyük qardaş" axtarışıynan yaşayanlardan deyiləm. Millətimin başının üstündə təkcə Uca Yaradanın mərhəmətinin olmasını arzulayıram. Bütün qardaş millətləri və bəşəri hisslə yaşayan hər kəsi millətimin yanında görmək istəyirəm. Oxuduğum müəllif yazıları arasında Şakir Qurbanovun " Ədalət" qəzetinin 19 fevral 2009-cu il tarixli nömrəsində dərc olunmuş "Sərhəd oyununda Ermənistanın ( Türkiyənin) gizli planı" adlı məqaləsi daha düşündürücü oldu.Müəllif emosionallığından da xali olmayan yazı həyati faktlara və real məntiqə əsaslansa da, məqsədim heç də onun məziyyətlərindən danışmaq deyil. Məsələ burasındadı ki, yazının sonunda bir cümlə nə vaxtdan bəri qələmə almaq istəydiyim bu mövzunu işləməyimə təkan verdi: " Sonda Türkiyə hökumətindən xahiş edirəm ki, Yerevana bir də futbola baxmağa getsələr, Sərkisyan cənablarına desinlər ki, nağılı getsin bizim babalarımızı yaxşı tanıyan nənələrinə danışsınlar". Qarabağ müharibəsi başlanandan bəri ara-sıra bəzi yazılarda yarı ciddi, yarı zarafat belə fikirlərə rast gəlinir. Üstəlik, bu fikirlərdən bir qürur qoxusu da duyulur. Dayanın! Dayanın... Burda fəxr eləməli nə var ki? Dünyanın heç bir yerində millətlər öz babalarının arvadbazlıyğıynan fəxr eləmirlər. Onda qalmış, torpağının 20 faizi işğal altında, qız-gəlinləri, uşaqları, qocaları əsirlikdə, girovluqda olan bir millətin nümayəndələri ola...
   
    Vaxt vardı babalarımızın igidliyiynən fəxr edərdik. Əli qələm, dili söz tutan onların şəninə məddahlar deyərdi. Nə bilim, Cavanşir elə gəldi, Babək belə getdi. Koroğlu Qarsdan vurdu, Bağdaddan çıxdı, bir ayağı Təbrizdə olanda, o biri ayağı Dərbənddə oldu... Atilladan, Çingizdən, Metedən, Əmir Teymurdan yana dilimiz yağır olmuşdu. Daha susmuşuq. İyirmi ilə yaxındı belə şeylərdən ehtiyatla danışırıq. Qorxuruq ki, birdən dili dinc durmayanın biri bəlli həqşiqətləri dik gözümüzün içinə sayar... Amma əvəzində təzə öygü yeri tapmışıq. Əli qələm tutanlarımız babalarımızın yaxın qonşularımızın qadınlarıynan dilxoşluq eləmələrindən elə iftixarla misallar çəkirlər ki, deyirsən, heç indiyəcən yer üzündə heç bir kişinin belə macəraları olmayıb... Sən demə, bizim igid babalarımızın qılınc vuran, ox atan qüvvətli qolları ara-sıra haxçilərin incə belinə dolanmağa da macal tapırmış.Düzdü, belə cümlələri oxuyanda istər-istəməz adamın dodağı qaçır, ancaq təbəssümün yarıda donur, ürəyindən qəzəb qarışıq qara qanlar axır. Fikirləşirsən ki, mən, bir öpüşə bir mahalı bağışlayan bu şorgöz gorbagorların nəyiynən öyünürəm?! Elə bu günümüzün təməlini onda qoymadılarmı?! Şakir müəllim düz yazır ki, onların nənələri bizim babalarımızı yaxşı tanıyırlar. Ancaq hansı tərəfdən? Bilirdilər ki, bu əqidəsi gözündə olanlar öz şəhvətləri ucbatından təkcə şəxsi varidatlarını, ailələrini deyil, milləti və torpağı da hərraca qoya bilərlər. Tanıyırdılar və istədiklərinə də nail olurdular. Biz babalarımızla deyil, onlar nənələriylə öyünməyə daha çox haqlıdırlar. Çünki onların nənələri bir qarış da torpaq satmayıb...
   
   Vəziyyət bu gün də davam eləyir. Hətta yaşlı kişilərimizin də ağzı sulana-sulana xatirə danışdıqlarının şahidiyəm. Xalqın arvadları " Böyük Ermənistan" ideyasının reallaşdırılmasında öz kişilərinə yardımçı olur, bizim kişilərsə öz "baz"lıqlarıynan fəxr edirlər...
   
   
   
   ***
   
   
   
   Bir yandan da, siyasi-iqtisadi münasibətlər qurmaqnan ürəyi soyumayan türk qardaşlarımız, özləri demişkən, gündən-günə lap bardağı daşırırlar. Qəzetlərin birində oxuyuram ki, TRT kanalı Əsli və Kərəm mövzusunda serial çəkmək istəyir. Görünür, aşıqlarımızın Ziyadxan oğlu Mahmudun veyilliyindən qırx dastan bağlaması bəs deyilmiş hələ. Yəni, bundan sonra yerdə qalan türk kişiləri də İrəvanda adaxlı axtarsınlar gərək...
   
    ...Arada uzaq Ərəbistan səhralarından Gürcüstana qədəm basan kimi gürcü gözəlinə uyub dinini-imanını bir donuza yük eləyən Şeyx Sənan haqqında düşünməyə də vaxt tapıram. Doğrudanmı, insan üçün eşqdən qiymətli heç nə yoxdur?! Ola bilməz! Mən sevginin dəyərini bilməmiş deyiləm. Elə sevgilərin qıtlığı üzündən də dünyamızın bu günə düşməsini anlayıram. Amma insanın içində elə bir hiss var ki, onu itirəndən sonra yaşamaq mümkün deyil. Qürurmu, mənlikmi, heysiyyatmı, izzəti-nəfsmi deyək- nə istəyirsiniz ondan olsun- bunlarsız yaşamaq müşkül məsələdi. İnsan məcbur olanda vətənsiz, torpaqsız da yaşaya bilir. Ən əziz adamını itirəndə də birtəhər dözüb ayaqda dayanır, ancaq o saydıqlarım olmadan yaşamağı təsəvvürə gətirə bilmirəm. Bizi qılınc gücünə ram edənlərə bizdən sayca az olan xristian qonşularımız sübut elədilər ki, sənin mənliyin nə qədərdisə, dindarlağın da elə o qədərdi. Qəlbən inanan, etiqad edən insan nəyə, kimə görəsə öz inancından üz çevirə bilərmi?! Bilərsə, necə yaşayar?! İnancı, güvənci, qibləsi nə olar?! Və başqaları onu necə qəbul edər? Mən beləsini heç zaman kişi kimi, ər kimi qəbul edə bilmərəm... Ərəb şeyxi bizim babamız deyil.Bəlkə də tarixdə heç belə adam olmayıb. Amma ədəbiyyatımızda var: şairlərimizin, qəzəlxanlarımızın qələmindən, xanəndələrimizin dilindən düşmür. Deməli, hardasa təbliğ olunur, rəğbət qazanır...
   
   
   
   ***
   
   
   
   Bizim kişilərsə, guya hayıf alırmışlar. Bu necə hayıf almaqdı ki, sən malını, pulunu, enerjini, ömrünün ən gözəl çağlarını onlara sərf edirsən, sonra da isti ocaq başında oturmaqçın əli-ayağı quru qayıdıb gəlirsən ailənin yanına. Bizim maymaqlar da qucaq açıb səni qəbul edirlər. Desinlər , filankəsin evində kişi var... Sonra da zarafata salıb deyirlər: " Neyniyək ey, onların özlərinin bizdən xoşu gəlir". Özünüzü gülünc vəziyyətə salmayın. Axı, çox yaxşı bilirsiniz ki, sizi nəyə görə xoşlayırlar. .. İnanmıram ki, sizə səmimi olub qəlbən bağlansınlar. Ürəklərinin dərinliyində həmişə sizə gülürlər..."
   
   
   
   
   
   ***
   
   
   
   Amma qızlarımız başqa millətlərin nümayəndələrinə ərə gedəndə hərə bir söz deyir, millətini, dinini dəyişməkdə suçlayırlar. Halbuki bizim belə qadınlarımızı barmaqla saymaq olar. Əslində, qadınlarımız da başqa millətlə ailə quranda elə kişilərimiz kimi hərəkət edirlər. Dönüb olurlar həmin millətin fikir daşıyanı. Üç-dörd il bundan qabaq " 525-ci qəzet"də İran şahı Rza Pəhləvinin xanımı Fərəh Pəhləvinin xatirələrini oxuyurdum. Eşitmişdim ki, o, əslən azərbaycanlıdır. Nömrədən-nömrəyə səbirsizliklə gözləyirdim ki, görəsən, bunu bir dəfə də olsun yada salacaqmı?! Təəssüf ki, İran tarixində ilk dəfə tac qoyub kraliça titulu alan bu xanım şöhrətpərəstliyindən sərməst olub bir dəfə də olsun, əslini-nəslini xatırlamadı. Düşünürdüm ki, bunun yerinə rus, erməni, gürcü qızı olsaydı, bütün İran səltənətini barmağına dolayardı...
   
   Kraliçadan başlayıb sıravi qonşularımızla misalımı yekunlaşdırmaq istəyirəm. Bir rus qonşumuz vardı, balaca qızları tezliklə azərbayücanca danışmağı öyrənmişdi. Ana qətiyyətlə buna mane olmağa çalışırdı. Qonşular " gör, sənin qızın azərbaycanca necə gözəl danışır" deyəndə həqarətlə gözlərini süzdüdürdü. Azərbaycanlı qonşum isə sürücü əriynən pul qazanmaqdan ötrü Rusiyaya köçmüşdülər. Arada anasıgilə gəzməyə gələndə öz uşaqlarıynan rus dilində danışırdı. Belə-belə işlər, əzizlərim...
   
   
   
   ***
   
   
   
   Heç bir millət öz ata-babasının arvadbazlığıynan fəxr eləmir. Görünür, babalarımız bizə öyünməli miras qoya bilməyiblər.Yoxsa, baş bilənlərimiz Çaldırandan tərbiyə aldıqlarını dilə gətirməzdilər...
   
   Bu yazı işıq üzü görəndə Xocalı qətliamının 17-ci ildönümündən iki gün keçəcək. Sonra 20 il, daha sonra 200 il... Bəs, onda necə? Qürur yerimiz olacaqmı?!..
   
   


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-05-22
2019-05-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK