ANA SƏHİFƏ / YAZARLAR

«TÜRKİYƏ YOXDU, MƏN BURDAYAM!»

Aqil ABBAS

51445    |   2015-01-26 15:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Möhtərəm Prezidentimizin ötən ilin aprelin 24-də Praqada məlum sammitdə Ermənistan prezidenti Serj Sərkisyana dediyi bu sözlər, türklər demiş, bir «Osmanlı tokatıydı». Möhtərəm Prezidentimizin bu sözləri artıq Türkiyədə və Azərbaycanda deyil, Türk dövlətlərində də, Avropada da bir atalar sözünə, zərb-məsələyə çevrilib: «Türkiyə yoxdu, mən burdayam!»

Atatürkün məşhur kəlamını xatırlamaq yerinə düşər: «Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir». Türkiyənin də sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdi. Türkiyəyə atılan hər hansı güllə bizə atılmış sayılır, bizə atılmış güllə də Türkiyəyə. İki qardaş kürək-kürəyə vermişik və az qala böyük bir türk düşmənlərinə qarşı mübarizə aparırıq. Və bu mübarizədə də qələbə bizimdi.

Bu ayın ortalarında möhtərəm Prezidentimizin Türkiyəyə rəsmi səfəri zamanı düşmən bağrı partladan o möhtəşəm qarşılanma törəni də adi protokoldan qarşılanma törəni deyildi. Türkiyənin Azərbaycana və onun möhtərəm Prezidentinə fərqli və xüsusi sevgisinin nümayişi idi.

İnşallah, daha bir düşmən bağrı partladan törəni də aprelin 24-də Çanaqqala zəfərinin 100-cü ildönümündə Çanaqqalada görəcəyik. Sayın Ərdoğanla möhtərəm Prezidentimizin həmin o möhtəşəm törəndə qol-qola ön sırada getdiyini görəndə.

Və həmin gün dünya dövlətlərinin kimin haqqın-ədalətin – bizim, kimin Ermənistanın yanında olduğunu da görəcəyik.

Gələk mətləbə. Bu yazını qələmə almaqda məqsədim çox incə bir mətləbə toxunmaqdır. «Türkiyə yoxdur, mən burdayam!» Biz bunun möhtərəm Prezidentimizin Almaniya səfərində də bir daha şahidi olduq. Möhtərəm Prezidentimizin Almaniya səfərində xanım Merkellə görüşündən iki-üç gün sonra almanlar erməniləri şoka saldılar. Almaniya Bundestaqı ermənilərin «uydurma soyqırım» iddiasını elə «Osmanlı tokatı» kimi qaytarıb çırpdılar ermənilərin sifətinə. Dedilər ki, əvvəla, BMT-nin «soyqırımla» bağlı qəbul etdiyi qərar geriyə şamil olunmur, bu bir. İkincisi də ki, bu tarixçilərin işidi, bu da iki. Üçüncüsü də gediniz…

Bu təkcə Türkiyənin deyil, həmişə Türkiyənin yanında olan Azərbaycanın və onun möhtərəm Prezidenti İlham Əliyevin apardığı müdrik siyasətin bir nəticəsidir. Bəli, yanvarın 21-də həmin görüşdə, daha doğrusu, pərdəarxası görüşdə yenə Türkiyə yox idi, amma İlham Əliyev ordaydı.

«Türkiyə yoxdu, mən burdayam!»




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-07-21
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir, xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK