hacklink Adalet.az | DÖVLƏTÇİLİYİMİZ DÜNƏN-2 Adalet.az | DÖVLƏTÇİLİYİMİZ DÜNƏN-2 Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

DÖVLƏTÇİLİYİMİZ DÜNƏN-2

20770    |   2015-01-24 08:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bugünkü yazımda qədim Türklərdə, yəni ulu babalarımızda dövlətçilik anlayışında "din"in yeri harada idi, ona hansı səviyyədə dəyər verirdilər bu məsələ üstündə dayanmaq və indiki anlayışımızla bir növ o vaxtki anlayışımızı müqayisə etmək istəyirəm.
Adəmoğlu, yer üzünə enəli bəri hər bir şəxsin mənəvi dünyasında inandığı, tapındığı bir mənbə olub. İnsanlar xalqları, xalqlar da dövlətləri yaradıb, təbii olaraq da hər bir xalqın və hər bir dövlətin özünə məxsus dini anlayışı, tapındığı mənəvi qüvvə olub.
Bəzi araşdırmaçılar təkidlə iddia edirlər ki, əsl adı Sipitama olan Zərdüşt də, Oğuz Xaqan da Türk peyğəmbərləridi. Şəxsən mən bu fikri qəti şəkildə qəbul etmirəm. Zərdüşt, etnik yöndən Farsdı, bizimlə hər hansı yaxınlığı yoxdu. Zərdüştün irəli sürdüyü fikirlərdə ulu babalarımızın səmavi inam anlayışı ilə düz gəlməyən bir yığın ziddiyyətlər var. Bizdə tarix boyu düalizm anlayışı olmayıb. Oğuz Xaqana gəldikdə isə o bizim əfsanəvi hökmdarımız, ordu komandirimiz, siyasət xadimimizdi. Çağdaş mənada dövlətçiliyimizin özülünü qoyan, imperiya fikrini və cahana hökm etmə inamını bizlərə aşılayıb miras buraxan ulu bir dövlət adamımızdı, peyğəmbər deyil.
Ulu babalarımız mifoloji çağlardan tutmuş daimi olaraq səmavi dinə inanıb, bütə isə əsla tapınmayıb, yalnızca gözəgörünməz Ulu Tanrıya pərəstiş edib. əlbəttə xalqımızın içindən müəyyən vaxtlarda bəlkə də bütə tapınan biri çıxıbdı, ancaq onlar istisnadı və ola bilsin ki, nəyəsə görədi. İndiyə kimi tarix belə bir faktı qeyd etməyib, bir sözlə biz bütə pərəstiş etməmişik. Özgə xalqların qədim vaxtlarda nəyə tapındığı hamının məlumudu.
Tanrıçılıq anlayışımızın özülü səmavi xarakterlidi. Mənə görə bizim səmavi inam anlayışımızın ilkin mənbəyi Nuh peyğəmbərə gedib çıxır. Nuh Peyğəmbər vasitəsilə bu inam oğlu Yafəsə, ondan da bizim ulu babamız olan Türkə keçib və bizim dini anlayışımızın ulu babası bu səbəblə Nuh peyğəmbərdi. Tanrıçılıq deyə qələmə verdiyimiz anlayışımızı hərtərəfli araşdırsaq İslam dini ilə arasında o qədər də fərqin olmadığını görərik. Tanrıçılıq anlayışını da ən gözəl şəkildə əks etdirən Orxun-Yenisey abidələridi. Orda Bilgə xaqan;
"Yuxarıda Türkün Tanrısı, Türkün müqəddəs yer və suları belə deyib: Türk Milləti yox olmasın deyə, o yenidən millət olsun deyə atam Eltəriş xaqanı və adam Elbilgə Xatını göyün təpəsindən tutub yuxarı aparıb, yəni xaqan kimi Türk millətinin üstündə əyləşdirib", - deyir.
Orxun-Yenisey abidələrini qoyan Göytürklərdi və onlar müsəlman deyildi. İslam dini o vaxtlar sürətlə yayılsa da hələlik Türküstanda (Orta Asiya termini rusların yaradıb sırıdığı bir termindi) kütləvi şəkildə qəbul olunmamışdı. Aradan iki əsr keçdikdən sonra Türk xalqlarının arasında oba-oba dolanan Kaşqarlı Mahmud Divanı Lüğətit Türk adlı əsərini yazmışdı ki, onun vaxtında Oğuzlar Tanrıçılıq inamını davam etdirirdi. Kaşqarlı, Oğuzların inamı barədə yazır ki, "Yerə batasıca kafirlər göyə Tanrı deyir" (Üzə Türk Tengrisi, Türk ıduk yeri subı, anca timiş erinç: Türk budun yok bolmazın tiyin, budun bolcun tiying"Yuxarıdakı mətnin orijinalı"). Kaşqarlı müsəlman idi, ancaq oğuzlar yox. Qədim Türklərin dini anlayışında göy, Tanrını təmsil etsə də Tanrının özü deyildi. Ulu babalarımızın dini anlayışında hər bir ulu şeyin hami ruhu vardı və Tanrı adına onu qoruyurdu. Dağın, suyun, ağcaqayının, ulu və tək ağacların (tənha dəmir ağac kimi), günəşin, ayın, torpağın, gecənin, gündüzün və s. qoruyucu ruhu vardı. Azərbaycan mədəniyyət dairəsində ona görə heç kəs gecələri üzünü aya, gündüz günə dönüb siymir, axar suyu, yolu murdarlamır, odu su ilə söndürmür, gecələri yerə qaynar su tökmür və s.
Azərbaycanda buna görə göyə, onun və dağın ucalığına, suyun axarına, gecənin, yolun yiyəsinə, gündüzün sahibinə, işığa, odun ruhuna və s. bu gün də and içilir. Bu da göstərir ki, İslam dinini qəbul etmiş olsaq da ulu babalarımızın səmavi dini anlayışını bu gün də davam etdiririk. əlbəttə bunda bir günah da qazanmırıq, çünki ulu babalarımızın Tanrıçılıq anlayışı ilə bizim Müsəlmançılıq anlayışımız arasında ziddiyyət yoxdur.
Qədim vaxtlarda dövlətlərimizin hər birinin əlbəttə dini anlayışı vardı, ancaq dövlət din üçün yaşamırdı. O, xalqını yaşadır və xalqın dini inamının yaşadılması üçün də onlara geniş meydan buraxır, heç kəsin mənəviyyatına sərhəd, məhdudiyyət qoymurdu. Xalqının dini anlayışına sataşanlar olarsa da onlara layiq olduqları cavabı verirdi.
Tanrıçılıq inamı ilə İslam dini arasında zıddiyyət olmadığına görə ulu babalarımız İslamı kütləvi şəkildə qəbul edib. Ondan sonra da probləmlər yavaş-yavaş dövlətlərimizə soxulmağa başlayıb. İslam dinini qəbul etdikdən sonra təbii olaraq müsəlman dövlətləri və xalqları, yəni xüsusilə ərəbləri və Farsları özümüzə daha yaxın hiss edib, onlarla daimi və sıx əlaqələr yaratmışıq. Bu əlaqələr inkişaf etdikcə ərəblərin və farsların xurafatı, dini savadı iptidai səviyyədə olan mollalar vasitəsilə xalqlarımızın arasında yayılmağa başlayıb. Mərhum şairimiz Mirzə Ələkbər Sabirin fəryadları bu problemin səviyyəsini ən gözəl şəkildə büruzə vərir.
Həmin savadsız mollaların davamçıları indi də ölməyib və onlara bəzi dövlət adamlarımız da qoşulub. Onlar Allah-Peyğəmbər-Quran deyə-deyə bir ayağı üstündə min yalan danışırlar. Dövləti idarə edənlər isə dövlət malına əl uzadır, oğurluq edir, oğurluq edənləri tutan dövlət işçilərini də cəzalandırırlar. Ulu Peyğəmbərimiz, Heybər döyüşündə şəhid olan sahabəsinin cənazə namazını qılmamışdı, çünki o əshabı dövlət malından bir libaslıq parça oğurlamışdı.
Ey Ulu Göy Tanrı, xalqlarımızı və dövlətlərimizi səni, sənin müqəddəslərini, sənin və onların adlarını dilinə dolaya-dolaya pula və ünvana satanlardan, avam xalqımızı aldadanlardan qoru... Amin...


YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-16
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK