ANA SƏHİFƏ / YAZARLAR

HƏYATIN SOYUQ ÜZÜ…

Dözümün simvolu ola bilən qadın

44397    |   2015-01-21 18:52
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Neçə gündü ki, tarixi vərəqləyirəm, çox-çox uzaq bir tarixi. Və mənə elə gəlir ki, vərəqlədiyim bu tarixin yaşı elə mənim yaşım qədərdi. İkimiz də eyni gündə doğulmuşuq, eyni gündə yazılmağa, yaşamağa başlamışıq. Yazıldıqca yaşam inamı, ümidi artıb, yaşadıqca yazılanlar daha maraqlı, daha dəqiq və daha ümidli olub.

Vərəqlənən tarix indi məni işğal altında olan Qubadlıya aparır. Bilmirəm, bu yazını oxuyanların neçəsi, neçə faizi Qubadlını görüb, Qubadlıdan xəbərdardı. Amma hamının xatırlaması və bilməsi üçün deyim ki, Qubadlı Həkəri çayının sahilində qərar tutmuşdu və o çay boyu təbii ki, Cəbrayıl yolu ilə üzü yuxarı gedəndə bir vadi açılırdı gözünün önündə... Dağların qəribə bir görkəmi var idi... Vadidə salınmış bağların, xüsusilə bir-birinə söykənən hündür çinarların əzəməti, görkəmi adamı dərhal özünə çəkirdi. Hər dəfə mən bu yolu keçib Qubadlıya gedəndə yolun haçalandığı, yəni Zəngilana və Qubadlıya ayrılan həmin o nöqtəsini bir az önə keçib maşından düşüb uzu Qubadlıya tamaşa edərdim. Elə bil hardansa ürəyimə dolmuşdu ki, bu yerlərə bir müddət gələ bilməyəcəm. O hansı hiss idi hələ adını da bilmirəm. Amma əlimi ürəyimin üstünə qoyub vicdan məsuliyyətimlə deyə bilərəm ki, Qubadlıda həm də məni qəribə bir dağ təmizliyi, dağ doğmalığı gözləyirdi. Burdakı dostlar, tanışlar o qədər canıyananlıq, o qədər doğmalıq, səmimiyyət nümayiş etdirirdilər ki, onun içərisindən çıxmaq mümkün olmurdu. Şəxsən mənə elə gəlirdi ki, meşə yolu ilə arası bir-iki saatlıq məsafə olan doğulduğum kəndlə Qubadlının bir-birinə milyon illik bağlılığı var. Çünki Qubadlıda yaşayan qohumlar, xüsusilə Başarat kəndində özlərinə gözəl ev-eşik qurmuş zəhmətkeş insanlar bu rayona hər səfərimdə az qala əldən-ayaqdan çıxırdılar. Bugünün özündə də evimdə, ailəmdə söhbət düşəndə dadı damaqlardan getməyən Başarat balından bir nisgil, bir təəssüflə danışır,o günlərin xatirəyə çevrilməsi ilə barışmaq istəmirik. Amma neyləyim ki, işğal baş verib və o işğal təkcə Qubadlını və digər ərazilərimizi deyil, bütövlükdə o yerlərlə bağlı olan neçə-neçə xatirəni, neçə-neçə izi, cığırı tarixin yaddaşına hopdurur, orda girov saxlayır...


Hə, Qubadlıya gəlmişdim. Onda sovet dönəmi idi və o vaxtdan bir hərəkti ilə, bir qərarı ilə ürəyimə yol tapan bacım təzəcə rayon icraiyyə komitəsindəki vəzifəsindən rayon məhkəməsinə dəyişmişdi. Yəni o, artıq doğulduğu rayonun o vaxtın termini ilə desək, xalq hakimi idi. Həmin hadisəni də mən Qubadlıda yaşayan, artıq bu gün respublikanın ən böyük rayonlarından birində məhkəmə sədri olan dostumdan eşitmişdim. O sözarası bildirmişdi ki, rayon məhkəməsinin sədri xanım olsa da, haqsızlığa, xüsusilə kimlərəsə söykənən, kimlərəsə güvənən özündənrazı adamları bağışlamır, qəbul etmir, göz yummur onlara. Elə bugünlərdə qonşu Ermənistanın Qubadlıya yaxın kəndlərindən birinin kolxoz sədrinin oğlu özündən razı bir erməni dığası bir azərbaycanlı qızına təcavüz etmişdi və bu cinayəti gizlətməyə çalışmışdı. Təbii ki, ona havadalıq edənlər də var idi. Ancaq bizim hakim onu bağışlamadı. Bakıdan, Moskvadan nə qədər telefon zəngləri olsa da, yumuşaldıcı heç bir addım atmadı. Əksinə, erməni dığası barəsində çox sərt bir hökm oxudu və dərhal da hökmü icraata yönəldib dustağı Bakıdakı həbsxanaların birinə göndərdi...


Bu fakt yaddaşıma elə ilişib qalmışdı ki, onu unuda bilmirdim. Evindən-eşiyindən uzaq, köməksiz bir şəraitdə təcavüzə məruz qalan qızın aqibətini düşünə-düşünə məhkəmənin sədri ilə görüşmək istədiyimi bildirdim və günlərin birində də onunla görüşdük. Arıtq o, Füzulidə işləyirdi, müharibə də başlamışdı. Təkcə Dağlıq Qarabağın yox, onun ətrafındakı rayonların da yuxusu ərşə çəkilmişdi. Mən onunla görüşəndə həmin hadisəni xatırlatdım. O, fikirli-fikirli bildirdi:


- Qardaş, mən öz vəzifəmi yerinə yetirmişəm. Amma neyləyim ki, bəzən bizlərə qanunun sərt üzünü bütünlüklə tətbiq etmək imkanı vermirlər. Bax elə o ermənini də üç-dörd ay sonra Moskvanın təzyiq ilə cəzasının ardını guya çəkmək üçün Ermənistana köçürdülər. İndi də eşidirəm ki, Qubadlıya basqın edən dığaların önündə gedənlərdən biri də həmin o ermənidi. Təəssüf edirəm ki, o cinayətkar azadlıqdadı. Amma bəndə tərəfindən də olmasa, Allah tərəfindən o mütləq cəzasını alacaq. Çünki böyük Yaradanın səbri böyük olduğu kimi, cəzası da sərt olur, ondan qaçmaq mümkün deyil...


Bax, beləcə başladı bizim bacı-qardaşlığımız. Əvvəl özünü, sonra ailə üzvlərini tanıdım. Birlikdə Füzulinin, Qarabağın toplu-tüfəngli, barıt qoxulu yuxusuz gecələrinin səhərə açılmasını gözlədik. Bəzən mən bir çox vəzifəli şəxslərin gecələr Füzulini tərk edib səngərdən xeyli aralıda olan kəndlərində gecələdiyinin şahidi olmuşdum. Amma Şəkər xanım Füzulidən çıxıb heç hara getmirdi. Səhər iş başlayanda hər kəs onu kabinetində görürdü. Özü də onun iş otağı birbaşa nişangah idi. Çünki həmin ərazidə yeni və bir-birindən yaraşıqlı binalar istifadəyə verilmişdi. Özü də Quruçayın sahilində olan bu meydan birbaşa erməni vandallarının atdığı mərmilərin daha çox düşdüyü yer idi. Onlar yüksəklikdə yer tutduqlarından ovuc içi kimi görünən bu ərazini demək olar ki, hər gün atəşə tuturdular. Amma Şəkər xanım iş otağını tərk etmirdi. Hətta o vaxtlar Füzulinin kəndlərinə basqın etmiş və o vaxtın milis əməkdaşları tərəfindən yaxalanmış ermənilərə də həmin o topun, tüfəngin səsi altında hökm oxumuşdu. Ən maraqlısı da bu idi ki, Hadrut və Martuni rayonlarından olan ermənilərin bir qismi vəzifə, səlahiyyət sahibləri idilər, onların da havadaları var idi, onlar üçün də nə isə təkliflər dilə gətirilirdi. Amma Şəkər xanım heç nəyə məhəl qoymadan bu ermənilərin də qanuni cəzasını üzlərinə oxudu. Neyləyək ki, hər yerdə olduğu kimi, bax, o məqamda da ermənilərin havadarları onların köməyinə çatdı, onların cəzasını Azərbaycandan kənarda çəkməsinə nail oldular. Təbii ki, nə Azərbaycan polisinin, nə məhkəməsinin həmin məqamlarda Moskvaya etiraz etmək gücü, səlahiyyəti yox idi. Moskva isə ermənilərin Moskvası olduğunu bütün zamanlarda sübut etmişdi, onda da sübut etdi.

Füzuli işğal olundu. Hamı kimi rayo

n məhkəməsinin işçiləri də, Şəkər xanım da, onun ailə üzvləri də rayonu tərk etmək məcburiyyətində qaldılar. Rayondan didərgin düşən insanlar respublikanın demək olar ki, əksər bölgələrinə səpələndilər. Kimin harda ümid yeri var idisə, o qapını döyüdü. Kiminin də ümidi Allaha və dövlətə qaldı. Axırıncılar inzibati binalarda, sosial obyektlərə sığınmalı oldular. Bəllidir ki, qaçqın həyatı yaşayan dövlət qurumları da özünə sığınacaq axtarırdı. Həmin günlərdə üz-gözündən ancaq ağrı-acı, əzab, yuxusuzluq tökülən Şəkər xanım elə bil ki, bu dünyanın adamı deyildi. Onunla söhbət edəndə mənə elə gəlirdi ki, bütün bu baş verənlərə o hələ də inanmır və bütün bunlar ona yuxu kimi gəlir. Çünki yenicə uyğunlaşdığı, yenicə həyət-bacasında müxtəlif ağaclar, gül-çiçəklər əkdirib göyərtməyə çalışdığı, daxilində müəyyən şəraitlər yaratdığı məhkəmə binası artıq yoxdur. Onun hansı hala düşdüyü, hansı durumda olduğu artıq təsəvvür olunmurdu. Doğrudu, rəhbəri olduğu kollektivə düşmən xətəri toxunmamışdı. Amma bu kollektiv evini-eşiyini, iş yerini düşmən girovluğunda qoyub gəlmişdi. Ona görə də mütləq Füzuliyə yaxın bir yerdə qərar tutmaq, orda hansısa bir binada fəaliyyətlərini bərpa etmək lazım idi. Bu fikir ona daxilən rahatlıq vermirdi. Düşünürdü ki, Füzuli rayon Məhkəməsi məhz Füzuli ərazisində olmalı, orda hökmünü çıxarmalıdı. Nəhayət ki, İmişlidə müvəqqəti yerləşdikləri binada Füzuli ilə Beyləqanın sərhəddindəki inzibati binaya köçə bildilər. Füzuliyə gedən yolun üstündə olan bu bina ona da, onunla birlikdə işləyənlərə də hər gün üzü Füzuliyə baxmaq, Füzulidən əsib gələn mehi salamlamaq, küləyi qarşılayıb havanı udmaq imkanı yaratdı. Üstəlik, o hər gün vaxt tapanda döyüşən insanları, yəni daxili qoşunun tərkibində olan Füzuli polisinin əməkdaşlarına, eləcə də milli ordunun əsgər və zabitlərinə baş çəkmək imkanı qazandı.

Mənim üçün son dərəcə maraqlı olan bu idi ki, bir çox kişi məmurların yorğunluqdan, şəraitsizlikdən giley-güzar etdikləri vaxtda Şəkər xanım bir dəfə də olsun dilinə özünün, ailəsinin problemini gətirmədi. O danışanda da, söhbət edəndə də ancaq Füzulidən, füzulilərdən, torpaqdan bəhs etdi. Onun hər sözündə, hər fikrində Füzuli var idi. Və mən də bu qədər torpaqcanlı olan bir xanımın dözümünə, dünyagörüşünə, xüsusilə adamlara olan münasibətinə qəlbən heyran olmuşdum. Hərdən öz-özümə düşünürdüm ki, bu boyda səmimiyyət, bu boyda sevgi, bu boyda torpağa vurğunluq görəsən bu xanımın ürəyində necə yerləşir, bu hardan qaynaqlanır? Sonralar öyrəndim ki, o, müəllim ailəsində, ədəbiyyatın, sözün içində böyüyüb. Ona görə də torpağa, insana, Vətən olan sevgi ona südlə, nəsihətlə, tərbiyəylə keçib. Qandan gələn bu istək onun gördükləriylə, eşitdikləriylə, oxuduqlarıyla qovuşaraq daha da şaxələnib. Necə deyərlər, qol-budaq atıb, bar-bəhrə veribdi. Və...

Həyat insanı bütün məqamlarda sınağa çəkir. Sınaq anlayışı mənim düşüncəmə görə, vəzifə, kürsü tanımır. Hansı mövqedə olursan ol, mütləq həyatın sınaqları ilə üz-üzə gəlməlisən. Bu, bir növü konkret bəlli yoldu, ondan sağa-sola çıxmaq mümkün deyil. Məhz bu mənada doğulub boyüdüyü Qubadlını, sonra Qubadlı qədər, bəlkə də ondan artıq sevgiyi Füzulini itirib. O ağır günləri yaşayan Şəkər xanım həyatda oğul itkisi də yaşadı. Amma gözünün dibində yaşayan, ürəyinin heç kimə bəlli olmayan qatlarında uyuyan o dərdini heç kimə hiss etdirmədi. Bir ana kimi, bir xanım kimi o dərdə, o itkiyə ürəyində layla çaldı, o faciəyə ürəyində ağı dedi. İstəmədi ki, nə ömür-gün yoldaşı, nə oğlu Rəşad onun sızıltısını, onun göynərtisini duyub qaşlarını çatmasınlar, üzlərinə-gözlərinə qara bulud çökməsin...

Mən ürəyimdə yer tutan, ailəmə son dərəcə doğma olan və övladlarımın bir qarabağlı olaraq "mama" deyib (bəzi bölgələrdə isə atanın bacısına bibi deyirlər) adıyla fəxr etdikləri Şəkər xanımın mənə bəlli olan bir çox xüsusiyyətlərini heç vaxt unuda bilmirəm. O, Füzulidən sonra işlədiyi rayonlarda da qapısını döyən, adına gələn hər bir Füzuli qaçqını öz doğması kimi qarşıladı. Və onların hər birindən ricası bu idi ki, rayonumuzun adını uca tutun, hər xırda söz-söhbət üçün, ehtyac üçün kimlərinsə qapısını döyməyin, sözünü mənə deyin, istəyinizi məndən diləyin...

Və yaxud da onun eşidib xəbər tutduğu bütün tədbirlərə xeyir-şər olmasından asılı olmayaraq, bir füzulili kimi qatıldığını, iştirak etdiyini dəfələrlə görmüşəm. Və bir də mən onun dili ilə ürəyinin bir-birinə necə bağlı olduğunu, bir-birini necə tamamladığını həyatımda da, elə həyatın özün də dəfələrlə izləmişəm və anlamışam ki, mənim bacım təkcə xanım-xatın deyil, o həm də sözün bütün mənalarından əsl Azərbaycan qadınıdı. O sərt də ola bilir, həlim də... o, haqqı da müdafiə edir, haqsıza da yerini göstərir. Və bir də o çətinliklərə, streslərə, bir sözlə, həyatın bütün təpkilərinə sinə gərməyi bacarır. Çünki o, mənəviyyatıyla, xarakteriylə insanlara, dövlətə sədaqət və etibarıyla bütövdü, kamildi. Mənim inamıma görə onda tamlanmayan bircə məqam var. O da Şəkər xanımın Qubadlısız, Füzulisiz olmasıdı. Yəqin ki, o da nə vaxtsa tamlanacaq. Axı o, ədalətin və dövlətin yanındadı!

P.S. Bu şəkil Füzulidə, işğaldan bir neçə gün öncə çəkilib. Özüm çəkmişəm. Məncə bu şəkildən bacımda yoxdu. Yəqin ki, baxanda özü də o günləri xatırlayacaq.

Əbülfət MƏDƏTOĞLU




İmza:

YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-04-26


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Arsenal”, yoxsa "Atletiko”?

"Arsenal” (25%)
"Atletiko” (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Arvad ərinə:
- Əzizim, işdə bizə zərərli işə görə 15% əlavə pul ödəyəcəklər.
- Sən getdin ordakıları da zəhərlədin?




digər lətifələr
ARXİV
FACEBOOK