Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | BAŞQA ADAM Adalet.az | BAŞQA ADAM Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

BAŞQA ADAM

20008    |   2009-01-17 01:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

...Birisiynən üzbəüz oturub söhbət edirsən. Yox, söhbət eləmirsən, sadəcə, o danışır, sən də əlini çənənə dayayıb qulaq asırsan. O, aktyordu, sən tamaşaçı. Fərq burasındadı ki, müsahibin hansı müəllifinsə yazdığını yox, özünün uydurmalarını monoloq kimi söyləyir. Utanmadan, qızarmadan, vicdan əzabı çəkmədən. Onu yaxşı tanıyırsan, bilirsən ki, yalan deyir; düzlüyündən, xeyirxahlığından, bir sözlə, özündə olmayan və heç bir zaman da olmayacaq keyfiyyətlərdən danışır. Sənsə susursan, yalan dediyini bilə-bilə susursan. Susmağın yetmirmiş kimi, arabir başınla onun yalanlarını təsdiq də edirsən. Bəlkə də onu başından eləmək, gül kimi vaxtını bu boşboğazdan qorumaq istəyirsən. Bilirsən ki, onunla çənə-boğaz olmaq əbəsdi-kor kimi tutduğunu buraxan deyil. Bir söhbətə başladın, ucunu alıb gedəcək ucuzluğa. Onsuz da, başaqsını dinləməklə arası yoxdu. Belələri qulaq asmağı yox, qulaq dəng eləməyi sevərlər. Kimisə eşitmək, anlamaq, dərdinə şərik olmaqla araları yoxdu. Qoy nə qədər danışır-danışsın. Hərdən belələri adamı gərginlikdən də qurtara bilirlər...
   
   Ondan qorxmursan, çörəyin-paltarın da ondan gəlmir. Səndən böyük vəzifənin sahibi də deyil. Onu da bilirsən ki, qorxağın biridi, ayağını yerə bir balaca bərk vursan, dediklərini o dəqiqə dəbbələyəndi... Amma dinmirsən... Bilirsən ki, özündən deyil, uydurduğu birisindən bəhs edir. Elə sənin də içində başqa birisi oturub; dinməyə, etiraz eləməyə qoymur. Bəlkə tənbəllikdən susursan, bəlkə vərdiş eləmisən?! Bəlkə artıq sənin də düşündüklərin, duyduqların yalanlar içində itib-batıb... Axı, sən belə deyildin. Zamanında hər xırda haqsızlıqlara kəskin reaksiya verər, etiraz edib həqiqəti üzə çıxarmağa çalışardın. İstədiyinə nail olmayınca sakitləşmək bilməzdin. Tanıdın-tanımadın haqlı bildiyin hər kəsi necə də risklə müdafiəyə qalxardın. Ətrafındakılar bu halına təəccüb edərdilər. Kimi səni bu üsyankarlıqda qınayar, kimi gizlində pıçıltıynan öyüd-nəsihət verərdi: nə işinə qalıb, yerini niyə acı eləyirsən, bərkə düşəndə qədrini bilməyəcəklər və s. və i.a. Amma üzdə heç kəs dediklərini təsdiq eləmirdi. Onda sən bir adam idin! İçindəki adamla hamının gördüyü adam eyniydi. İndi daha üzdəki adam yoxdu. Yeirndə sakit, qaradinməz birisi qalıb. O dikbaş, düşündüyü kimi danışan, riskdən ötrü ürəyi gedən, hər məqamda sinəsini qabağa verən adam sanki yoxa çıxıb. Yox, O, heç yana getməyib, sənin içinə qısılıb. Sən özün bir küncə qısnamısan onu...
   
   O, elə Sən Özün idin. Başqa cür doğulmuşdun; heç kimsəyə bənzəmirdin. Yan-yörəndəkilərin üzüyolalığı, mütiliyi, qeyri-sabitliyi darıxdırırdı səni. Dünyada ən çox sevdiyin düzlük, nəciblik, xeyirxahlıqdı. Hamını səmimi, istiqanlı görmək istəyirdin. Birisi kədərlənəndə, dara düşəndə canını qoymağa yer tapmırdın. Onun işi düzəlib üzü gülməyincə sən də rahatlıq bilmirdin. Hamını özündən qabağa buraxmağı xoşlardın. Elə bilirdin ki, sən hər dərdə, möhnətə dözərsən, başqaları yox. Doğmalarla da, yadlarla da eyni ürəknən davranardın...
   
   Heç vaxt adamlara oturduğun kürsüdən baxmadın. "Vəzifə mənə verilən imkandı ki, sizlərə ürəyim istəyən kimi kömək edə bilim. Hər birinizin yolunda məmnuniyyətlə ondan imtina edərəm". Belə düşündün həmişə...
   
   Bir gün səhv elədiyini anladın. Amma çox-çox gec anladın. İndiyə qədər bilmirdin ki, "yaxşı sözlərin arxasında çox pis əməllər, əzəmətli görkəm arxasında isə miskin bir qəlb dayana bilər" (Ezop). Elə bilirdin Tanrı hamını bütöv yaradıb - içi də, çölü də bir... Əslində, bu səhv də deyildi, bu sənin təbiətin, xislətindi... Bu sənin özündü... Çox-çox sonralar anladın ki, sənin kimilər heç kəsə gərək deyilmiş. Belələrinin nə ailədə, nə də cəmiyyətdə yeri varmış. Canı-dildən işləməkdənsə başdansovdu eləmək, kömək eləməkdənsə ayaqdan çəkmək, dostluqda, yoldaşlıqda sədaqətli, səmimi olmaqdansa, ikiüzlülük, paxıllıq daha gərəkliymiş. Müdiriyyətlə münasibət lap ayrıca elm imiş. Siyasətdən, diplomatiyadan da artıq qabiliyyət istəyirmiş adamdan. Xəbərçilik, satqınlıq, yaltaqlıq, yalanları alqışlamaq bu elmin ən gərəkli fəsillərindənmiş. Hər yerdə Qaloş kimilər daha üstün sayılırmış, sən demə... Yiyələnə bilmədin bu elmə. Sənlik deyilmiş sifətdən-sifətə girmək, rəngdən-rəngə düşmək... Yiyələnmək də istəmədin. Sən demə, bu da qandan gəlmə bir xüsusiyyətmiş. Anadan belə doğulmaq lazımmış... Yoxsa, çox gülünc görünə bilərdin...
   
   Geri çəkilmədin, sadəcə içinə yığıldın, qapandın. Başladın seyr eləməyə. Halbuki necə həvəslə atılmışdın həyat səhnəsi deyilən bu meydana. Elə bilirdin "bəşəriyyətin dahisi"sən? İndiyədək hökmdarların, sərkərdələrin, filosofların eləyə bilmədiklərini edəcəksən? Boş xəyallarla yordun özünü. Ömrünün ən gözəl çağlarını illüziyalara yem elədin. Qurban verdin gözünün nurunu, saçlarının qarasını, sifətinin təravətini. İndiki ağlın onda olsaydı... Sənin kimi düşünənlərdən bu dünyaya minlər, milyonlar gəlib. Heç nəyi dəyişə bilməyiblər. Əvəzində adi bir insan ömrünü də zülmlə, zillətlə yaşamağa düçar olublar. Çünki arzularının, iddialarının qabağında tək görüblər, təklənmiş görüblar özlərini. Gərək vaxtında anlayaydın bunları. Ya da səndən qabaq başı çəkənlər başa salaydılar səni...
   
   Bax, indi susqun, başıaşağı birisinə dönmüsən. Özünü yandırdın, amma nəinki başqalarının, heç öz ömrünü də işıqlandıra bilmədin. Quruca külün qaldı. Daha heç kəslə mübahisə nədi, kəlmə kəsməyə də həvəsin qalmayıb. Bilirsən ki, boş şeydi. Həqiqət çox dərindədi. Heç kəsə gərək deyil. Kimsə onun üzə çıxmasını istəmir. Hamı səninlə söhbətə, dərdləşməyə can atır. Ancaq etimad göstərmək lazım gələndə səndən qaçır, öz taylarını axtarırlar. Bilirlər ki, sən olan yerdə maxinasiyalara gedə blməyəcəklər. Sən qazanırsan, yoxsa onlar? Onlar itirir, yoxsa sən? Bəlli deyil! Cəmiyyətimiz bu sualın cavabını axtarmağa yetişməyib hələ...
   
   Çox susacaqsan? Çox susduracaqsan o içindəki Adamı? Axı, o, səni xilas etmək istəyir. İkili yaşamağın necə dəhşət olduğunu bilirsən, axı... İçindəki səsləri boğaraq boğazdan yuxarı, çimçəşə-çimçəşə danışmaq insanı dirigözlü çərlədir, didim-didim edir. Bu, yaşamaq deyil, katorqadı. Digər tərəfdən səni də qınamalı deyil. Kimə lazımdı sənin həqiqətlərin? Ona göz yumanlar səndən qat-qat ağıllıdılar, bəlkə də...
   
   Amma deyəsən, sən də özünə qoyulan deyilsən. Nə qədər çəksən də, adiləşmək, hamı kimi olmaq barədə düşünmək belə istəmirsən. Başqa cür həyat sənə ləzzət eləmir. Yalanlarla dolu dünya sənlik deyil. Yaxşı ki, öz içində öz dünyanı qura bilmisən. Sən və o Başqa Adam! Baş-başa verib yaşayırsınız. Səsinizi kimsə eşitməsə də, varlığınızdan çoxları xəbərdardı. Və onu da bilirlər ki, bir gün əl-ələ verib çox şeylər edə bilərsiniz. O Adam sənin Ruhundu, bənzərsiz Xasiyyətinin, Düşüncələrinin daşıyıcısıdı... Onu qoru! Nə vaxtsa üzə çıxıb Sənin Özün olacaq...


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK