Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | QUM SAATI Adalet.az | QUM SAATI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

QUM SAATI

Və... üç nöqtədən sonra

20760    |   2008-12-31 00:47
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Zaman-zaman insanın təkcə qəlbini deyil, fikrini, düşüncəsini də əyləndirən məşğuliyyətləri olur. Ən bəsit düşüncə sahiblərinə belə xas olan şirin xəyala dalmalardan tutmuş yaradıcılıq həzzinə qədər xoş məqamlar ömürdən sayılmayan dəqiqələrdi. Məndən ötrü sözlərini məna tutumunu, fikir ifadə etmək çalarlarını müqayisə etmək, tutuşdurmaq ən əyləndirici zehni məşğuliyyətdi. Həm də bu təkcə mənim düşündüyüm, danışdığım, yazdığım ana dilimizə deyil, müəyyən dərəcələrdə anladığım başqa dillərə də aiddi.
   
   Sözün də nəfəsi var. O da qısa, uzun, geniş, əhatəli ola bilir. Fikrimi ifadə etməkçün düzgün, yerinə düşməyən sözlər işlədəndə mənə elə gəlir ki, sözlər də boğulur, naşı kamanından çıxmış ox kimi hədəfdən yayınır. Türk dilinə bələd olduqca sanki özümün də, işlətdiyim sözlərin də nəfəsi genişlənir. Daha əhatəli, məzmunlu düşünə, yaza bilirəm. Uşaqlıqdan babamdan, nənəmdən, xalamdan, bibimdən, elə kəndimizin bütün adamlarından eşitdiyim, ancaq dərsliklərdə, ədəbi əsərlərdə rastlamadığım sözlərlə onların söhbətlərində, filmlərində, ədəbiyyatlarında qarşılaşdıqca düşüncələrimdə bir məmnunluq, fikirləri ifadə sərbəstliyi yaranır. Söz və ifadələr elə həyati, təbii və rahat qavranılandı ki, əcdadlarımızın yüz, min illər boyu qoruyub saxladığı bu şirinliyə heyran olmamaq, ondan doyunca yararlanmamaq mümkünsüzdü. Elə bu yerdə qeyd eləmək istəyirəm ki, yuxarıda işlətdiyim "başqa dillər" ifadəsi türk dilinə aid deyil. Bu dil mənim ana dilimdi və yeri gəldikcə daxili qürur və məmnunluqla istifadə edirəm. Bəzən mənə irad tutsalar da, bu işdə özümü haqlı sayıram.
   
   "Min bir gecə"dən başqa heç bir teleserialı izləmirəm. Bu serial öz intellektinə və iştirakçıların mədəni, anlayışlı rəftarına görə ürəyimə yatır. Televizorun kanallarını dəyişəndə bir türk teleserialına da iki-üç dəqiqə diqqət kəsilməli oldum... Gənc qadın dustaqxanaya ərinin görüşünə gəlib. Belə anlarda yəqin ki, saatın əqrəbləri at çapırmış kimi, sürətlə ötüb keçir. Bu qiymətsiz anlardan istifadə edərək mümkün qədər çox söz danışmağa çalışan ər-arvad birdən həbsxana nəzarətçisinin səsini eşidirlər: " Vaxt doldu!" Olduqca maraqlı, qeyri-adi tutumu, çəkisi olan bir cümlə. Otur, başını əllərinin arasına al və düşündükcə düşün. Vaxt doldu! Vaxt necə dolur? Nəynən dolur? Onun tutumu nə qədərdir? İnsan bu tutumu dəyişə bilərmi? Əgər dəyişə bilsə... İlahi, bu suallar adamı dəli edə bilər... Biz " vaxt yetişdi", " vaxt çatdı", " vaxt gəldi", " vaxt keçdi" deyirik. Vaxt yetişə, çata, gələ, keçə bilər. Amma vaxtın dolması... Bu elə zəngin və xəyalı oynadan bir ifadədi ki, cazibəsindən qurtulmaq hələ-hələ mümkün deyil...
   
   Mən də qurtula bilmir, elə hey düşünürdüm. İlk anda gözümün qabağına, bilirsiniz, nə gəldi? Qum saatı!.. Vaxt ötdükcə narın qum süzülüb şüşə qabı doldurur... və vaxt da dolur? Yox! Bu həmin ifadənin ancaq görünən tərəfidi. Məni isə görünməyən tərəfi düşündürürdü...
   
   
   
   ***
   
   Mətləb üstünə belə uzaqdan fırlanıb gəlməyimin səbəbi var. Sözümün canı budur ki, 2008-ci il də dolmaq üzrədi! İl dolmaq üzrədirsə, onu başa vuranların ürəyi dünəndən doludu, demək. Yola saldığımız ilin Siçan ili, yaxud başqa bir heyvanın ili olmasının bizim yaşantılarımıza elə də bir dəxli olmasın gərək. Çünki hər kəs öz ömrünü- öz fərqli dünyasını yaşayır. Kiminçünsə xoş anlarla yadda qaldı bu il. Kimlərsə də onun qoynunda yaşadığı ağrı-acıların heç ömrünə yazılmasını belə istəmir. İndiyə qədər yaşanan bütün illər kimi, bu ilin də öz tarixi var, yaddaşlarda yaşayacaq tarixi hadisələri var. Hamıya bəlli olanlardan, yəni, ilimizi dolduran olaylardan söhbət açmaq istəmirəm. Mən nöqtələrdən danışmaq istəyirəm...
   
   Hər şey nöqtədən başlanır, nöqtədə də qurtarır. Nöqtə həm başlanğıc, həm də sondu. Mənə tutulan iradlardan biri də budu ki, niyə yazılarında üç nöqtədən çox istifadə edirsən?! Bilirsiniz niyə? Ona görə ki, yazılarımda dolan ürəyimi boşalda bilmirəm. Üç nöqtə sonsuzluq deməkdi. Yazını üç nöqtəynən başlamaq o deməkdi ki, bu cümlədən əvvəl çox cümlələrim vardı, amma yaza bilmədim. Yaza bilmədim ona görə ki, yeri deyildi, yazmaq məsləhət deyildi,. Kitmlərinsə məni anlayacağından qorxduğum üçün yazmadım. Qorxdum dilə-dişə düşməkdən, düzgün anlaşılmamaqdan. Nəhayət, ən mübhəm, ən intim düyğularımı kimlərinsə bilməsini istəmədiyimdən yazmadım. Və yaxud mənim nöqtələrlə işarə elədiyimi elə sən özün də təsəvvür edə bilərsən, əziz oxucum. Öz istədiyin kimi düşünüb, xəyal edib anlaya bilərsən. Üç nöqtələr mənim sənə- istəkli oxucuma sözsüz demək istədiklərimdi. Üç nöqtə həm də susmaqdı...
   
   Nəqtələrlə bitirdiyim yazılarsa, hələ ardı olanlardı, hələ yazmaq istədiklərimdi. Bunlar həm vaxtı çatmış, daha doğrusu vaxtı dolmuş, həm də hələ vaxtı dolmamış yazılarımdı. Nöqtələr gələcək görüşlərə ayaq yeridi, ümid və arzudu. Ömürdən də uzun nəfəs genişliyidi...Bir nöqtəylə bitən cümlələrdə sərtlik, amiranəlik, quruluq var məncə. Yəni, söhbətimiz bitdi, məndən bundan başqa heç nə eşitməyəcəksən. Cümlələri, sözləri dırnağa almağı heç xoşlamıram. Elə bilirəm, sözlərin nəfəsi kəsilir, rəngi solur, istisi azalır. Fikirlər də darıxır, məna genişliyini, rəngarəngliyini itirir.
   
   Bəzən mənə elə cəlir ki, insan ömrünü elə durğu işarələriynən ifadə eləmək mümkündü. Nəinki mümkündü, hətta lazımdı da. Məsələn, ömrü boyu bəxtəvər günlər yaşayıb bütün istəklərinə yetənlərin ömrünü nida işarəsiynən göstərmək olar. Gözünü açandan qəbir evinəcən əzab-əziyyətlə yaşayıb Tanrı günü görməyənlərə ən çox sual işarəsi yaraşır. Qarışıq ömür sürənlər də var. Belələrinin həyat yolunu sual-nida, nöqtəli vergül, iki nöqtə ilə ifadə etmək daha düzgün olardı.
   
   Amma ən yaxşısı üç nöqtədi. Bizdən əvvəl olanlar və bizdən sonra olacaqlar. Heç nə yoxdan yaranmayıb və yoxluğa da çevrilməyəcək. Qoy ümidlə yaşayaq!
   
   
   
   ***
   
   Elə ömrümüzün illəri də nöqtələr deyilmi?! İlin sonunda ömür sarayımızdan düşən kərpiclərə biri də əlavə olacaq... Bir iş yoldaşım var. Deyir ki, Yeni il axşamı heç vaxt saat on ikini gözləmirəm, gedib yatıram. İlin başa çatmasını görmək mənə əzab verir, çox kədərlənirəm... Bu adam saat əqrəblərinin qoşalaşıb on ikini göstərməsinə dözə bilmir. Onu başa düşürəm. Saat On İki ömrümüzün bir ilinin dolduğunu göstərir. Ancaq on ikidən sonra saat Bir gəlir,axı. Yəni, necə olacağı bəlli olmayan yeni saatlar, günlər, həftələr, aylar və İl yazılmağa başlayır ömrümüzə. Növbəti ilin ilk, başl anğıc nöqtəsi...
   
   Bu yazını dekabrın 22-də yazdım. Qışın ilk nöqtəsi qoyulan gün. Və sonra... üç nöqtə!
   
   


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-09-19
2019-09-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (66.67%)
"Sevilya" (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK