ANA SƏHİFƏ / YAZARLAR

ÇÖPÇÜ

10469    |   2015-01-17 10:41
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu söz keçmişimizdən gələn, heç dəbdən düşməyən söz olaraq qalır. Ağzı yaşmaqlı Fatmanisənin, uşağın ishalı, qusması olardısa, burnunu ovxalayardısa, boğazı ağrıyardısa çöpçüyə üz tutduğu zamandan çox keçsə də, indi də cins şalvarlı, boyalı Fata da eyni yolu gedir. Yəni, nə qədər müasirləşmə olsa da hələ də çözə bilmədiyimiz çox şeylər var. Xalq arasında çöpçü, çildağçı, nəzərçi kimi ad qazanmış adamlar çoxlarımıza tanışdır. Bu faktı da hər kəs təsdiq edə bilər ki, bu peşə sahiblərinin işini elm hələ də öyrənə bilməyib.
Hər gün yolumun üstündə olan "Çöpçü"nün evinin qarşısında yığılan maşın karvanını gördükcə illər öncə Kamran Həsənlinin, səhv etmirəmsə, "Sizin saat" adlı verilişində dediyi sözləri xatırlayıram: "Nədən ingilis, fransız, amerikan uşağının çöpü qalmır, bizim uşaqların çöpü qalır?..". Və sualından sonra həmişəki kimi, verilişi yarıda kəsib, əllərini dairəvi şəkildə hərəkət etdirərək: rek-lam-lar!- deyəndə kanalı dəyişdim və yenidən oraya qayıtmağı unutdum. Amma heç unutmadığım, cavabını almadığım o sual oldu: Nədən yalnız bizim uşaqların çöpü qalır?.. ümumiyyətlə çöpçülük anlayışı başqa ölkələrdə də varmı?
Hər gün səhər-axşam çöpçünün qapısı qarşısındakı maşın karvanını gördükcə suallar yenə "meymunu yadıma salır". Rahat ola bilmirəm. Bunun bir tibbi, elmi izahı yoxdurmu? Adətən orada uşağın boğazından çıxan şeylərin həqiqətən evdə yediklərindən olduğunu görəndə inanmaya bilmirsən. Amma o qədər şeyin körpə uşağın boğazında necə yığıla bilməsi də təəccüblüdür. Həmin an, neçə gün dincəlməyən uşağın rahatlayıb yatdığını da inkar etmək olmaz. Elə isə niyə bunu "Allah vergisi" adlandırırlar, tibbi izahını açıqlamırlar? Bəlkə kimlərəsə sərf eləməz bu izah. Amma bir qrup adamlara görə əksəriyyəti çaş-baş qoymaq da olmaz. (Dolaşan söz-söhbətlərə görə dövlətimizin ən önəmli adamlarından birinin də həmin bu çöpçüyə "işi düşüb" və o gündən də bu çöpçünün "üstünə gün doğub").
Yaxınlarda əlli yaşlı bir tanışımın boğazında qalan balıq sümüyünü xəstəxana, klinika qalmadı gəzməmiş olsun, çıxara bilmədilər. Rentgen də göstərmədi. Amma çöpçü o sümüyü çıxardı. Sözümün canı o ki, tibbin bu qədər inkişaf etdiyi bir zamanda çöpçülüyün mövhumatçılıq, geridə qalmışlıq adlandırılmasının elmi əsasları varmı? Elə isə buna tibb mütəxəssisləri aydınlıq gətirsin - yalan olduğunu sübut etsinlər, yaxud da təsdiq etsinlər ki, bu da tibb elminin bir sahəsidir - müalicə üsuludur.
Çöpçülərin fəaliyyəti haqqında yüzlərlə misal gətirə bilərəm. İshal diaqnozu ilə infeksiyon xəstəxanaya yerləşdirilib, orda yoluxucu xəstəliyə tutulmaq təhlükəsi qarşısında qalanlar haqda da eşitmişəm. Halbuki o uşağı xəstəxanadan qaçıran anası çöpçüyə aparan kimi uşaq əvvəlki sağlam halına dönmüşdü və ünvanı arayaraq yoluxucu xəstə adı ilə axtardıqları uşağın ünvanına gələn həkimlər bir-iki saat əvvəl halsız gördükləri uşağı oynaya-gülə görüb çaş-baş qaldılar.
Mənim də əlacsızlıqdan yolum o qapıya düşdüyündən bu suallar məni rahat buraxmır. İki yüz manata qədər müalicə xərcim çıxandan və bir həftə uşaq əziyyət çəkəndən - ishaldan, qusmadan sonra onun yaxşılaşmadığını görən yaxınların məsləhəti ilə çöpçüyə üz tutduq və anında uşaq əvvəlki halına döndü.
Məqsədim çöpçüləri reklam eləmək deyil, sadəcə bilmək istədiyim odur ki, bütün bunları cavablandıra biləcək bir səlahiyyətli şəxs varmı?
Söhbət efirdə, televiziya kanallarında şablon sözlərlə çıxış edənlərdən getmir. Hər ekranda görünən ekstrasensləri, falçıları, çöpçüləri, "vergililəri", çildağçıları, nəzərgötürənləri... "şarlatan" adlandıranlar da dedikləri sözləri elmi cəhətdən sübut edərək insanları inandırmaq gücünə malik deyillər.
Qulaq-burun-boğaz həkimi Elnur Niftəliyev bu mövzunun bu gün aktual problemlərdən biri olduğunu dilə gətirdi. Həkimin sözlərinə görə, çöpçülərin sirri tibb aləminə açılmaz olaraq qalır. "Bütün dərdlərin əlacını tapan tibb aləmi, çox qəribədir ki, bu çöpçülərin sirrini aça bilmir. Yadıma gəlir, elə bir hadisə olub ki, xəstə gətiriblər ağır vəziyyətdə, onun boğazına müxtəlif cihazlarla baxmışıq, heç nə tapa bilməmişik. Amma onu çöpçüyə aparıblar sağalıb" deyən həkim "çöpçü"lərin sirrinin bəli olmadığıını bildirdi. "Amma bir tək onu deyə bilərəm ki, valideynlər daha çox həkimlərə üstünlük verməlidirlər. Çünki "çöpçü" də olan hər hansı bir xəstəlik, uşağın bütün həyatını məhv edə bilər".
Terapevt Məlahət Abbasovanın fikrincə, infeksion xəstəliklərin demək olar ki, hamısı damcı-hava yolu ilə yoluxur. Bu da o deməkdir ki, əgər çöpçü xəstə olmuş olarsa, uşağın yoluxma ehtimalıı artır. "Çöpçü üfürdüyü zaman nəfəs və ağız suyu uşağın ağzına düşür. Əgər çöpçüdə hər hansı bir xəstəlik varsa, bu da uşağa ötürülür. Bu səbəbdən ehtiyatlı olmaq lazımdır" deyən həkim, onu da bildirdi ki, çöpçülər əgər bu fəaliyyətlə məşğul olmaq istəyirlərsə, mütləq həkim müayinəsindən keçməlidirlər.
Bu doğru fikirlə şərikəm təbii ki. Amma çöpçülərin gigyenik qaydalara əməl etməsində də əvvəlkilərdən fərqli olaraq, irəliləyişlər var. Yüzlərlə uşağın ağzına salınan əlini hər dəfə spirtlə yuduğunun da şahidi oldum. Təbii ki, çöpçülərin də heç olmasa hər altı aydan bir tibbi müayinədən keçməsi labüddür.
Bəlkə kimlərəsə bu fikir o qədər də maraqlı olmaz. Amma çöpçünün qapısı önündəki karvan başqa şeylərdən xəbər verir...



YAZARIN ARXİVİ

2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-04-26
2018-04-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (40%)
"Real" Madrid (60%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Arvad ərinə:
- Əzizim, işdə bizə zərərli işə görə 15% əlavə pul ödəyəcəklər.
- Sən getdin ordakıları da zəhərlədin?




digər lətifələr
ARXİV
FACEBOOK