deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | "QƏLƏM SƏSİ" Adalet.az | "QƏLƏM SƏSİ" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"QƏLƏM SƏSİ"

11237    |   2015-01-09 01:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır



Yusif Nəğməkarın kitabı barəsində bir neçə söz
Bəri başdan deyim ki, indi sizə təqdim etdiyim bu kitabı bir neçə ay bundan öncə, yəni ötən ilin payızında əldə etmişdim. Və o vaxtdan bu günə qədər bu kitabı təkrar-təkrar gözdən keçirmişəm. Dəfələrlə həmsöhbət olduğum kitabda maraqlı nüansların, təzə fikirlərin, yeni yanaşmaların şahidi olmuşam. Amma görünür "Qələm səsi"nə münasibət bildirmək, onu sizlərə təqdim etmək bu ilin bəxtinə düşübmüş. Elə yeni ilin, yəni 2015-in ilk yazılarından biri olan (Yeni nəşrlər barəsində ilk yazı - Ə.M.) bu düşüncələrimlə məhz "Qələm səsi"nin pıçıltılarıdı. Mən o pıçıltıların oxucular tərəfindən maraqla qarşılanacağına əminəm. Çünki şair özü də oxucuya üz tutub söyləyib:

Bir sözü dillərdə olmayan şair,
Bir ömür xəyala dalsa da heçdir.
Millətin millisi olmayan şair,
Dünyasının dillisi olsa da heçdir.

Bu misralardan da göründüyü kimi, Yusif Nəğməkar öz çevrəsini, öz oxucu dünyasını qiymətləndirməyi və onun parametrlərini cızmağı çox ustalıqla ifadə edir və nə istədiyini də birmənalı şəkildə dilə gətirir. O gerçəyi söyləyir, gerçəyi yazır. Açıq şəkildə bəyan edir ki, doğulduğu kənddə, yaşadığı məmləkətdə bir sözü dillərdə dolaşmayan şairin, yazarın məmləkətdən çox-çox uzaqlarda min sözü də söylənsə onun heç bir əhəmiyyəti olmayacaq. Kökdən uzaq düşən necə öz ilkinliyini itirirsə, öz əslindən, nəslindən uzaq düşürsə, bax elə qürbətdə səslənən misra da həmin o anlamı verir. Müdriklərin söylədiyi kimi, xalqın içindən çıxıb xalqın içində yaşaya bilməyən gec-tez ölümə məhkumdu. Təbii ki, bu deyimi dolayısı və ya poetik şəkildə ifadə edən Yusif Nəğməkar onu da söyləməyi unutmur:

Həyat gah həlim, gah sərtdi,
Deməzdim ki, dadı çıxıb...
İnsanı yandıran dərddi,
Odun elə adı çıxıb...

Həqiqətən də biz bir varlıq olaraq daxilən yandığımız, qovrulduğumuz və obrazlı şəkildə tüstüm təpəmdən çıxdı dediyimiz halda, bu yanmanı, bu tüstünü kimsə görmür. Ancaq normal bir şəkildə yandırılan kibrit çöpü də öz odunu, öz alovunu nümayiş etdirə bilir.
Yusif Nəğməkarın "Qələm səsi" kitabı onun son illərdə yazdığı şeirlərinin bir növü toplusudu. Burada 4 fəsil altında mövzusuna, zamanına uyğun poetik nümunələr tərtib olunubdu. Əgər cənub həsrəti bizi göynədirsə, onda üzümüzü şairin "Araz", "Təbriz" şeirlərinə tuturuq və bu misralar yaramıza, həsrətimizə sanki bir anlıq, bir udumluq dinclik verir. Amma bu dinclik içimizin odunu həm də artırır. Şair yazır:

Araz sərin-sərin baxır...
Sahili yandırıb yaxır.
Suya bax, od üstən axır,
Odu söndürə bilməyir.

Və yaxud:

Misgil uddu Şəhriyar,
Hicran daddı Bəxtiyar,
Bir umuddu Nəğməkar...
A doğma, ulu Təbriz...

Bir fərd olaraq hər birimizin içində özəl duyğularımız, özəl pıçıltılarımız var. Biz o duyğularla, o hisslərlə bir ömür yaşayırıq və hər dəfə də qarşılaşdığımız suallar o hissləri, o duyğuları, bütövlükdə iç dünyamızı nə qədər imtahan etsə də, əgər biz qərarlıyıqsa, inadkarıqsa və nəhayət, inamlıyıqsa, onda heç bir zavaldan, qorxudan geri çəkilmirik, yolumuza, özümüzə inanırıq və həmin inancla da məqsədə, sevgiyə doğru can atırıq. Çünki biz yaşadığımz kimi, həm də yaşadırıq. Şair də bu fikirlərə bir növü rəvac verir və yazır ki:

Bu səhər,
bu səfər
gələcəyin yerə sən
vurul gəl,
üstə gəl,
ümiddir.
Səhər özü ümiddirsə
Səhər-səhər sevinmək
Ümid, üstə gəl ümiddir.

Təbii ki, insanı yaşadan ümidin də mayasında sevgi olmalıdı. Əgər o sevgi varsa, o ümid daha güclü, daha inandırıcı və daha mübariz, həm də qətiyyətlidir. Məhz bu mənada:

Pəncərəmdən boylanıram,
İşığı səhər daşıyır.
Ağ ləçəkləri qoparıb,
Külək sanki zər daşıyır.

Və yaxud:

Gözlərini çək gözümdən
Ürəyimdə başqası var.
Özümə dönnəm özümdən,
Ürəyimdə başqası var.

Mənim tək bir hal axtarma,
Sevgisinə qul axtarma...
Ürəyimə yol axtarma,
Ürəyimdə başqası var.

"Qələm səsi" kitabında təqdim olunan şeirlərin bütövlükdə poetik nümunələrin hər birində şairin özü və səmimiyyəti görünməkdədi. Burda bir maraqlı cəhət də Yusif Nəğməkarın təkcə söz adamı yox, həm də vətəndaş mövqeyinin görünməsidi. Onun torpaqla, yurd nisgili ilə, Qarabağla bağlı şeirləri, əsgər oğullarımıza ünvanlanan misraları çox uğurla və səmimidi. Üstəlik də o, sapı özümüzdən olan baltalardan nələr çəkdiyimizi poetik şəkildə söyləməkdən də ehtiyatlanmır. Əksinə, onu bütün çılpaqlığı ilə diqqətə çatdırır və yazır:

Özgəsini nə güdək, nə izləyək...
Özümüzə qənimik - nə gizləyək?!
Özümüzü özümüzdən gözləyək -
Allah bizi özümüzdən saxlasın.

Bəli, bütün söz adamlarının ən şah əsərləri, ən çox könül verdikləri mövzu cənnət ayaqları altında olan analarımızdı. Bax, bu mövzuya da ürəyinin bütün qapı-pəncərələrini açmış Yusif Nəğməkar özünün ən həzin, ən kövrək duyğularında süstlədiyi misralarını ana adına bağışlayır. Bu şeiri oxuduqca bir oxucu kimi mən də o hisslərin təkcə yaşayanı yox, həm də acısı ilə baş-başa qalan bir övladın durumuna düşürəm. Yusif Nəğməkar yazır:

Ana, o hənirin, ərkin yadımda,
Tək pıçıltın qədər doğma səs nə var?!
Varsan həm qanımda, həm qəlb odumda,
Sən yoxkən, var olan, söylə, bəs nə var?!

... Ey Yusif Nəğməkar ona ləl dedik
Məlhəm nəfəsinə ətir, gül dedik.
Ana Vətən dedik, Ana dil dedik
Ana, adın qədər müqəddəs nə var?!

Bəli, mən "Qələmin səsi" barədə bu bir neçə kəlmə ilə sadəcə oxucuya belə bir şeir çələnginin mövcudluğu barədə ismarıc etdim. O ki, qaldı bu şeir çələnginə, bir oxucu kimi yəqin ki, onun barəsində nə varsa yenə də sizinlə həmsöhbət olacam. Hələlikdə isə Yusif müəllimə yeni yaradıcılıq uğurları, oxuculara uğurlu, poetik nümunələrlə baş-başa qalmağı arzu edirəm.




YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
SON XƏBƏRLƏR
2019-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK